2018-ci il fevralın 21-də “Beynəlxalq Şəffaflıq” özünün ən məşhur məhsulunu – 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini nəşr etdi. Bu sənəd, ictimaiyyətdə və hökumət strukturlarında mövcud olan korrupsiyanın iş adamları və ölkə ekspertləri, ölkə vətəndaşları və əcnəbilər tərəfindən qavranılma dərəcələrinə görə ölkələri sıralayır. İndeks 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Bu il Azərbaycan 31 balla 180 ölkə arasında 122-ci sırada yer almışdır. 2017-ci ildə Azərbaycan keçən illə müqayisədə 1 bal, həmçinin də yer üzrə bir pillə yüksək nəticə göstərmişdir.
Cədvəl 1. Azərbaycanın Korrupsiya Qavrama İndeksində 2000-2017-ci illər üçün yeri və qiymətləndirilməsi