Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) Layihəsi
Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi 2012-ci ilin sonunda başlayıb, dörd ildir davam edən ALAC layihəsinin növbəti mərhələsi olaraq, vətəndaş cəmiyyəti təşkilatlarının korrupsiyaya qarşı aparılan mübarizədə oynadığı mühüm rolun gücləndirilməsini təklif edir; həmçinin şəffaflığın, hesabatlılığın və dürüstlüyün təminatı naminə insanların tələblərinə qarşı hökumətin məsuliyyətinin artırılmasını təşviq edir. Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi müxtəlif layihə komponentləri üzrə fəaliyyət göstərir: (a) anti-korrupsiya siyasətinin inkişafı və strategiyasının həyata keçirilməsi; (b) monitorinq və qiymətləndirmə (məlumatların toplanması və təhlili daxil olmaqla); (c) ictimai maarifləndirmə və təbliğat; (d) media, o cümlədən sosial media; (e) Hökumət ilə birgə aparılan işdə keçmiş nailiyyətlərin nəzərə alınması, həmçinin Bakıda, Gəncədə və Qubada yerləşən üç ALAC mərkəzlərinin fəaliyyətinin davamı.
Dostları ilə paylaş: |