16 yanvar 2016-cı ildə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində görülmüş işlərin ictimai hesabatı ilə bağlı keçirilmiş mətubat konfransında Rəna Səfərəliyevanın təqdimatı zamanı hökumətə aşağıdakı tövsiyələr verilmişdir:
Baş Prokurorluğun korrupsiya hallarının təhqiqatı ilə bağlı iş yükünü azaltmaq üçün Hesablama Palatasının insan və maliyyə resurslarını artırılmasının zəruriliyi;
Vətəndaş cəmiyyəti və başqa maraqlı tərəflərin qanun layihələrinin müzakirəsinə cəlb etmək, belə ki, son illər icra edilməsi mümkün olmayan qanunvericilik aktlarının bəziləri ya ləğv edilirlər, ya da icrası dayandırılır;
Qanun dövlət qurumlarına vətəndaş cəmiyyəti institutlarını ictimai şuralar, ictimai müzakirələr, ictimai dinləmələr və ictimai sorğular vasitəsilə cəlb etməyi məcbur etsə də, vətəndaş cəmiyyəti təşkilatları dövlət qurumlarında təmsil olunmur.