2-ci Diaqram. 2017-ci il ərizində ALAC-a daxil olan şikayətlərin sahələri
(şikayətlərin ümumi sayı 868)
Bəzi uğurlu keyslər aşağıda verilmişdir:
Q10761/893; Q10732/889; Q10735/890; Q10525/864 nömrəsi ilə kodlaşdırılmış şikayətçilər AŞT Quba ofisinə oxşar şikayətlərlə, yəni Azerişıq tərəfindən aelektrik enerjisi
istehlakına görə artıq dərəcədə pul yazılması ilə bağlı müraciət etmişlər. Bütün bu keyslərdə, onlara əsaslandırılmadan yazılan məbləğlər Quba ofisinin müdaxiləsi nəticəsində silinmişdir.
Q10678/878 nömrəli şikayətçi AŞT Quba ofisinə Azərbaycan Dəmiryolu Şirkəti tərəfindən ona maaşının verilməməsi ilə bağlı şikayət etmişdir. AŞT Quba ofisi məsələ ilə bağlı quruma məktub ünvanlamış, nəticədə isə şikayətçinin maaşı onu qane edəcək səviyyədə geri ödənilmişdir.