Şəhadət aşiqləri



Yüklə 9.35 Mb.
səhifə13/73
tarix26.06.2018
ölçüsü9.35 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   73
Zeyd yoluna çatmışdıq. Oradan düşmən bəndinə üç yol gedirdi. Onların adlarını Zeyd-1, Zeyd-2 və Zeyd-3 qoymuşduq. Düşmənin pusqusuna hücum edəcək döyüşçülər Zeyd-2-dən gedib bizdən ayrıldılar. O komandanın kəşfiyyatçısı Söhrab Qurbani idi, bütün komandanın komandiri isə Musa Muxtari. Musa Seylabdan qara oğlan idi, çox yaxşı futbol oynayırdı. Orada düşündüm ki, mən bu uşaqlar haqda nə qədər az bilirəm; bəlkə bir neçə saatdan sonra bizdən çox uzaqlaşacaqlar və onları tanımaq qeyri-mümkün olacaq. Onlar Zeyd-2-yə döndülər, biz də bir neçə saniyədən sonra Zeyd-3-ə girəcəkdik. 574

Uşaqların baxışı üzümə ağırlıq edirdi, hamısını sağ-salamat bəndə çatdırmaq istəyirdim. Bilirdim ki, bizdən 500 metr arxada bütün Seyyidüş-şühəda batalyonu döyüşün başlanmasını və bizim işarəmizi gözləyirlər. Ayrılıq zamanı gəlmişdi. İşarə ilə uşaqlara bildirdim ki, hərə öz istiqamətinə getsin. Gözlərim Kərim Hörmətinin baxışına sataşdı. Sanki bizdən ayrılmaq istəmirdi. Nigaran idi. Qayığı bizə tərəf sürdü, amma heç nə demədi. Baxışla sağollaşdıq və biz bəndə sarı irəliləməyə başladıq. Kərim orada dayanmışdı və arxadan bizə baxırdı. Bəndin üstündəki nişanlar önümüzdə idi. Onların arasında 200-400 metr məsafə vardı. Yəni hər qayıq düşmənin təmas xəttinin bir neçə yüz metrliyində idi. Məntiqli deyildi; düşmənin 3 kilometrlik cəbhəsi beş qayıq döyüşçü tərəfindən ələ keçirilməli idi. Düşmən isə istehkamını təzəlikcə gücləndirmişdi. 575

Texnika, qərargah, səngər – hər şeyin yerini havadan çəkilmiş fotolarda görmüşdük. Yerinə yetirməli olduğumuz böyük iş haqda düşünürdüm. İraq ordusunun üçüncü korpusunun qüdrətli və istedadlı komandanı Mahir Əbdürrəşid 10-15 qayıq döyüşçü tərəfindən əsir tutulmalı idi. 575

Uşaqlar, yavaş-yavaş qayığın ağzını əyin ki, içinə su dolsun. 575



Çox çəkmədən qayıq suya batdı və biz öz-özünə suyun üzündə qaldıq. “İlahi, Özün şahid ol ki, daha ayağımızın altındakı qayıq da yoxdur və bu dünya ilə yeganə bağımızı da batırdıq...” Qollarımı uşaqlara uzatdım və dairəvi toplaşdıq. 575

- İpi saxlayın ki, bir-birimizdən ayrılmayaq. Mən sürətimi artıranda siz də tez gəlin. Çatanda bəndə çıxacağıq. Əhməd, sən sol tərəfdəki səngərə getməlisən! Əlirza və Tohid, siz ikiniz qarşıdakı səngərə gedəcəksiniz. Hücuma keçəndən sonra nəyin bahasına olursa-olsun, hətta yaralı olsaq da, batalyonun xətti yaran döyüşçülərinə keçid açmalıyıq. 575

Səsim dairənin içində yavaşca yayılırdı. Götürdüyüm ipi açdım və hamımız ondan yapışdıq. Hərəkət başlandı. Daha nə suyun soyuqluğu, nə bəndin önündəki tikanlı məftillərin fikri, nə görünüb bir atəşlə həmişəlik suda qalmaq təhlükəsi - bunların heç biri haqda fikirləşmirdim. Bütün diqqətim irəliləməyə, düşmənin bəndinə keçmək üçün ayaq yeri tapıb işarə verməyə yönəlmişdi. 575

Dayan! 575



Bəndə 20 metr qalmış tikanlı məftilə ilişdim. Suyun dərinliyi təxminən 130 sm. idi və mən artıq yeriyirdim. Əlirza və Əhməd isə arxamca ayaqlarını çalır və qurbağa hərəkəti kimi səssizcə suyun altı ilə gəlirdilər. Tikanlı məftil haqda düşünməmişdim. Bəndə çatmağa çox tələsirdim. Elə bilirdim ki, tikanlı məftil yalnız bir sıradır və o da suyun üzərinə çəkilib. Hələ bir iş görməmiş birdən güclü atəş səsi ilə bölgənin sükutu pozuldu. Bizim sağ tərəfimizdə, əl-Mehdi briqadası istiqamətində vuruşma tez başlanmışdı. Oradan RPG raketi atılandan sonra düşmənin onları gördüyünə əmin oldum. Bizim tərəfdə kor atışmalar olurdusa, orada vuruşma rəsmən başlamışdı. Dayanmaq olmazdı. Hələ bizim qarşımızdakı səngər reaksiya verməmişdi, tikanlı məftillərdən keçmək üçün fürsət vardı. Partladıcı döyüşçüyə dedim: "Mən tikanlı məftili kəsmək üçün suyun altından gedirəm, sən də arxamca gəl". 575

Suyun altına girəndə önümdə tikanlı məftildən bir divar gördüm. Tez həmin döyüşçünü aşağı çəkdim. O, məsələni anladı və tikanlı məftilləri kəsdi. Oradan keçib bütün məftil cərgəsini kəsdim. Orada bir fosfor bağlayıb bəndə doğru hərəkətimi sürətləndirdim. 576

Sağ tərəfdə vuruşma get-gedə şiddətlənirdi. 576

Nə üçün önümüzdəki səngərlər heç bir şey etmirlər? 576



Vuruşmanın başlanmasına rəğmən, Allahın lütfündən, düşmən hələ əməliyyatdan duyuq düşməmişdi. Hər nə idisə, xeyrimizə idi və biz bəndə doğru gedirdik. Suyun dərinliyindən asılı olaraq, hərdən sürüşürdük, hərdən dördəlli yeriyirdik. Bəndə çatdıq. Səngərləri son dəfə müəyyən etmək istəyəndə arxamdan bir səs eşitdim. İnana bilmirdim; tikanlı məftili kəsib fosfor qoyduğum yerdən bir qayıq gəlirdi. Mən qayığı görürdüm, amma düşmən keşikçisi hələ görmürdü. 576

Əlirza, sən o tərəfə get. Siz ikiniz də onlarla gedin. 576



Altı nəfər idik; iki nəfər Əlirza ilə getdi, ikisi də mənimlə. Bir əl qumbarası çəkib səngərə atdım. Səngərin partlaması ilə eyni zamanda qayıq da sahilə çatdı. Qayıqdan bəndə doğru qaçan uşaqların təkbir səsləri ucaldı. Əlirzanın qaçdığı o biri səngər güclü atəş açırdı. Uzaqdan Əlirzanını yıxıldığını gördüm. Qayıqdan düşən uşaqların biri dərhal minomyotla səngəri göyə uçurdu. İki səngəri ələ keçirməklə düşmən bəndinin təxminən 60 metri əlimizdə idi. Gözlərim önündə sürətlə bir-birindən maraqlı hadisələr baş verirdi. Düşmənin bir SUV avtomobili bəndin üstündə sürətlə gedirdi. Döyüşçülərimizin biri dizi üstə oturub RPG raketini atdı. Avtomobil yandı və içindən iki nəfər özünü bayıra atdı. Bir neçə metr öndə uşaqların güllələri onları yerə sərdi. Qayıqlar bir-bir gəlir, bəndin üstündə tanış üzlər get-gedə çoxalırdı. Düşmən qorxmuşdu və gözlədiyimizin əksinə olaraq, müqavimət göstərmirdi. İlk dəfə idi ki, düşmən mövqelərinin belə asanlıqla süqut etdiyini görürdüm. 576

Bəndin ələ keçirildiyindən arxayın olandan sonra düşmənin içinə doğru bir yol tapmağın ən vacib məsələ olduğunu düşündüm. Məhəmmədrza Bazqoşanın komandirlik etdiyi Əli-Əkbər batalyonu oradan düşmən bölgəsinə girib əməliyyatı davam etdirməli idi. Mən yolu tapa bilsəydim, onlar gecikməyib tez hərəkət edəcəkdilər. Bənd boyunca Rutə çayına doğru yola düşdüm və asanlıqla yolu tapdım. Düşmən bəndindən başlayan yol qərbə, Dəclə çayına gedirdi. 576

Bir neçə gündən sonra həmin bölgədə başından qəlpə yarası aldı və beyni zədələndiyinə görə bir də cəbhədə iştirak edə bilməyib müqəddəs müdafiənin dözümlü əlillərindən oldu. 577



Yolun Dəcləyə getdiyini xəritədən bilirdim. Əhməd Yusifini və batalyonun üç-dörd döyüşçüsünü çağırıb dedim: "Bu yolla 100-200 metr irəliləyin, diqqətli olun ki, yolda səngər qalmasın. Əgər bacarsanız, Əli-Əkbər batalyonu gələnə qədər yolu saxlayın. Onlar gələndən sonra qayıda bilərsiniz". 577

Onlar getdilər və mən döyüş yerinə qayıtdım. 577

Əli-Əkbər batalyonu da gəlmişdi. Kolonun önündə batalyonun kəşfiyyatçıları olan Mənsur Furqanini, Həmid Allahyarini və Həmid Qəleyini gördüm. Əli-Əkbər batalyonu onların arxasında, qəhrəman komandir müavini Əlirza Cəbəli də orada idi. Hamısı xüsusi hadisə və döyüş olmadan sağ-salamat bəndə çatmışdı. Bizim çatdığımız zamandan 15-20 dəqiqə ötürdü. Mənsur Furqani məni görən kimi soruşdu: "Yol hanı? Tapa bildin?" 577

O, Bədr əməliyyatında qəhrəmancasına vuruşduqdan sonra canını cananına təqdim etdi. 577

Bəli, ağa Mənsur, irəlidədir. 577

Onlarla getdim. Yolu göstərib dedim: "Uşaqların bir neçəsini göndərmişəm ki, yolu saxlasınlar. Diqqətli olun, bizimkilərdir". Onlar yolla bölgəyə doğru hərəkət etdilər. Bir neçə dəqiqədən sonra yolu saxlayanlar geri döndülər. Mövqe get-gedə sakitləşirdi. Gəzə-gəzə gördüyüm hər döyüşçüdən halını soruşurdum. Birdən bir nəfər dedi: "Sizin bir komandiriniz vardı..." 577

Hansı komandir? 577

Deyəsən, adı Kərim Hörməti idi. 577

Bəli. 577

Şəhid oldu. 577

İnanmadım. Bu asanlığa gedə bilməzdi. Ondan xəbər öyrənmək üçün qaçdım. Bəndin üstündə olduğunu bilirdim. Narahatlığımdan bağrım yarılırdı: "Haradasan, Kərim?" sualı boğazımda qaldı və bayıra çıxmadı. Nəhayət, onu tapdım. Başdan-ayağa qanın içində yerə yıxılmışdı. Onun şəhid olduğuna inana bilmirdim. Yaxınlaşıb qorxa-qorxa onu çağırdım. Mənə cavab verməyəcəyindən qorxurdum: "Kərim... Kərim..." 577

Hə, nədir? Nə deyirsən? 577



Yorğunluqdan hərəkət etməyə taqəti yox idi. Uşaqları yuxarı çatdırmış, özü orada uzanmışdı. Heç elə bil, bir neçə addımlığında döyüş getmirdi. Qaranlıqda yaş paltarı mənə qanlı görünmüşdü. 578

Heç nə, nigaran qaldım. Elə bildim, qəlpə dəyib. 578



Kərimdən arxayın olandan sonra yaralıları yerləşdirmək üçün bir səngər axtarmağa başladım. Hüseyn Kərbəlayi mənim də qatıldığım bölüyün komandiri idi. Köməkləşib bir səngər tapdıq və yaralıları oraya apardıq. Fikirləşdim ki, bəlkə bəndin əvvəlində, sudan çıxdığımız yerdə yaralı var. Ora getdim. Əlirza Söhrab Dirəxşi və Mehdi Qaytançı yan-yana qan içində yatmışdılar. Əməliyyatın ilk dəqiqələrində şəhid olmaları ürəyimi yandırdı. İtməsinlər deyə, bəndin əvvəlində və suda olan şəhid cənazələrini uşaqların köməyi ilə təhlükəsiz bir yerə daşıdıq. Bənd sakit görünürdü. Düşmən mühasirəyə düşmüşdü və hələ bəndin üstündə atəş yağışından xəbər yox idi. Mənim vəzifəm bölük komandirinə kömək etmək idi. Onu tapıb dedim: "Kərbəlayi qardaş, Mahmud dövlətinin heyətindən bir xəbər varmı?" 578

O da Bədr Kərbəlasında şəhadətə qovuşdu. 578

Mehdiqulu, tamam yadımdan çıxıb, get, gör nə edə bilərsən? 578

Yaxşı, siz işinizdə olun, mən görüm bölüyünüzün axırıncı heyəti haradadır? 578



Getməzdən öncə ratsiya ilə Mahmud Dövləti ilə danışdım. Qərara gəldik ki, onlar da bir adamı göndərsinlər və bölüklərinin son əsgərini də tapıb bizə doğru gəlsin. Yola düşəndə Raşid Xakpakini gördüm. O, Seyyidüş-şühəda batalyonunun daimi döyüşçülərindən idi. Böyük ruhu kiçik yaşına uyğun gəlməyən mehriban oğlan idi. Çoxdan cəbhədə idi. Əməliyyatdan öncə onu çox narahat görmüşdüm. Raşid də getməyə hazır olduğunu düşündüyüm döyüşçülərdən idi. 578

Raşid, qalx gedək. 578



Bizə iki-üç nəfər də qoşuldu və bənd boyunca yola düşdük. Hüseyn Kərbəlayinin bölüyünün sonuncu adamından təxminən 50 metr uzaqlaşmışdıq ki, canıma qorxu düşdü. Orada heç kim yox idi! 578

Bəlkə burada heç bir iş görülməyib və biz üç-dörd nəfər düşmənin içinə gedirik? 578



Təxminən 10 metr də irəliləyəndən sonra bəndin üstündən ərəbcə danışıq səsi eşitdim. Yoldaşlarıma ehtiyatlı olmalarını tapşırıb səsə doğru getdim. Hələ nə edəcəyimə qərar vermədən birdən düz yanımdan bir minomyot keçdi. 578

Uşaqlar həmin istiqamətə atəş açdılar. Bəndin o tərəfində iraqlılar yerləşmişdilər, bu tərəfində biz. Bəndin üstündəki yolun eni 3-4 metr idi. Yəni bizim düşmənlə məsafəmiz bu qədər az idi. Güclü döyüşə başladıq. Ətrafıma bir göz atmaqla bir neçə şəhid cənazəsini gördüm. Təxmin etdim ki, bizim vuruşduğumuz tərəfdəki iraqlılar iki bölük tərəfindən təmizlənmiş düşmənlərdir. Onlar iki bölüyün ortasına toplaşıb özlərinə mövqe seçmişdilər. 578

Raşidə dedim: "Tez get, Hüseyn Kərbəlayiyə xəbər ver. Mahmud Dövləti ilə də əlaqəyə girin. Deyin ki, onlar da o tərəfdən bir neçə nəfər göndərsinlər. Gərək köməkləşib bunların bizə problem yaratmasına imkan verməyək". 579

Raşid getdi. Güclü atışma davam edirdi. Tezliklə bildik ki, o tərəfdən də uşaqlar gəlmişlər və atəş açırlar. İki cinahdan təzyiq artdıqca onların müqaviməti də şiddətlənirdi. Fikirləşirdim ki, sayları 50, ya da bir qədər artıq olar. Hər halda, bizi orada saxlamışdılar və hələ ki iki bölüyün birləşməsi mümkün olmamışdı. Onların arasında Ərbildən və ya Kərkükdən də döyüşçülərin olacağını ehtimal edib azəricə qışqırdım: "Əgər səhərəcən müqavimət göstərsəniz, səhər birinizə də rəhm etməyəcəyik. Yaxşısı budur indidən təslim olasınız". 579

Səsimi eşidib-eşitmədiklərini bilmirəm, amma müqavimətlərinə təsir etmədi. Səma get-gedə işıqlanırdı. Mahmudun uşaqları ilə əlaqəyə girdim: "Atəşimizi gücləndiririk. Uşaqların bir qismini bəndin o tərəfinə göndərin, biz də göndəririk". Bu iş baş tutdu və çox tez bəhrəsini verdi. İraqlılar sağ-soldan atəşə məruz qaldıqdan sonra duruş gətirməyib bir anda geriyə qaçmağa başladılar. Biz də var qüvvəmizlə onlara doğru atəş açdıq. Orada qalanların bir qismi əsir düşdü, iki-üç nəfərdən başqa qalanı da həlak oldu. Əsirlər Kərbəlanın şəklini bizə göstərib şiə olduqlarını deyirdilər. Mənim uşaqlardan seçildiyimi görüb tez-tez üz-başımı öpürdülər. Dünyanın ən çirkin varlıqlarının sağ qalmaqdan ötrü məni öpdüklərini hiss edirdim. Onlar bir neçə dəqiqə öncəyə qədər mənə və döyüş yoldaşlarıma son güllələrini də atmışdılar. Şəhidlərin - Mehdinin, Əlirzanın və adlarını bilmədiyim çoxlarının isti qanı hələ yerdə, üzləri isə bütün şəhidlər kimi məsum idi. 579

Əsirləri batalyon komandirinin yanına göndərdim və uşaqlara dedim: "Qardaş Cəmşid Nəzmini tapıb bunları təhvil verin". 579

Bənd "Bəəs" qüvvələrinin murdar tapdağından təmizlənmiş, bizimkilər ikinci mövqeyi də ələ keçirmişdilər. Yanımda bir dəstə oturub namaz qılırdı. Sudan çıxandan səhərə qədər dayanmadan yol getmiş və ya vuruşmuşduq. Hərəkətdə olanda soyuğu çox hiss etmirdim, amma dayanan kimi səhərin qılınc tək kəsən küləyi iliyimə işləyirdi. Soyuqdan titrəyirdim. Vəziyyət qeyri-sabit idi və dalğıc paltarını çıxarıb dəstəmaz almağa fürsət yox idi. Orada bəndin üzərində təyəmmüm etdim və ayaq üstə namaz qılmağa yer tapmaq üçün aşağı endim. Dayandım, amma nə qədər çalışdımsa, titrəməyə bilmədim. Namazı bitirənə qədər soyuqdan əsdim. Salamı deyib ayağa qalxdım. Bir tərəfdən İmam Hüseyn (ə) batalyonunun eşqi başıma vurmuşdu, digər tərəfdən də orada xüsusi bir vəzifəm yox idi. 579

Bəəs – diriliş, dirçəliş deməkdir, Səddam Hüseynin başçılıq etdiyi Ərəb Sosialist Dirçəlişi Partiyasının qısa adıdır. 579



Gedib əziz dostum Hüseyn Məhəmmədianı tapmaq istəyirdim. Yola düşdüm. Yolda gözüm dost-aşna axtarırdı. Bu adamlardan biri Əliəkbər Puzeşpəzir idi. O vaxta qədər onun barəsində bildiyim ancaq bu idi ki, Mahmud Dövlətinin bölüyündə bir taqım komandirinin bacarıqlı müavinidir. O da zarafatcıl, cəsarətli və imanlı biri idi, cəbhəyə ayağı açılandan orada qalmışdı. Bilirdim ki, anası yoxdur və hərdən çox darıxır. Qısası, bir-iki dəfə görüşməklə ürəyimdə özünə yer açmışdı. Onun barəsində və orada görə biləcəyim digər döyüşçülər haqda fikirləşərkən bir nəfər diqqətimi cəlb etdi. Alnını istehkama dayamışdı və kürəyi qorxunc şəkildə yarılmışdı. Bilmədim ki, qəlpə dəyib, yoxsa zərbə dalğasına düşüb. Yaxınlaşanda gördüm ki, öz Əliəkbərimizdir. Vəziyyəti ağır idi; nə nəfəs alırdı, nə də hərəkət edirdi. Fikirləşdim ki, yəqin elə əvvəllərdə şəhadətə qovuşub. Əlimi çiyninə qoyub bir fatihə oxudum. Qəm-qüssə ürəyimə ağırlıq edirdi. Ayağa qalxıb İmam Hüseyn (ə) batalyonunun mövqeyinə sarı yola düşdüm. Bəndin uzununa sol tərəfə gedərkən İmam Hüseyn (ə) batalyonunun ilk döyüşçülərini gördüm. 580

Bədrdən sonra Əliəkbər Puzeşpəziri Təbrizdə görəndə heyrətə gəldim. O, nisbətən yaxşılaşandan sonra yenidən cəbhəyə döndü və müharibənin sonuna qədər sağ qaldı. 580

Ay bala, ittilaat uşaqlarınız hardadılar? 580

Kəşfiyyat 580

İkisi bir az aşağıdakı səngərdədirlər. 580

Tez özümü göstərdikləri səngərə çatdırdım. Təbəssümüm Hüseyn Məhəmmədianla Yəqub Şikarinin təbəssümünə qarışdı. Hələ soyuqdan əsirdim və o halda hal-əhval tutmağa hövsələm yox idi. Hər ikisinin sağ-salamat olduğuna görə sevindim. Hüseyn mənim vəziyyətimi görüb narahat oldu, tez səngərdən çıxıb haradansa bir ədyal gətirdi. Ədyal iraqlıların idi, o qədər ayaq altda qalmışdı ki, hər dəfə tərpədəndə toz-torpaq qalxırdı. Lakin o anda məni soyuqdan və titrəmədən xilas etdi. Bədənim qızışır, gözlərim yumulurdu. 580

III 580

Orada bir saatdan da az yatdım. Günəş çıxmışdı və hava get-gedə qızırdı. İstilik halımı yaxşılaşdırmışdı. 580

Mən gedirəm görüm bayırda vəziyyət necədir. 580



Səngərdən çıxanda Yəqub Şikari dedi: "Mən də gəlirəm". 580

Hüseynlə və digərləri ilə sağollaşıb bayıra çıxdıq. Suyun kənarı ilə gəzirdik. “Hur əl-Hüveyzə”yə və arxlara İraq bəndi üzərindən tamaşa etmək üçün yaxşı imkan yaranmışdı. 581

Fikirləşirdim ki, bölüyün qərargahına qayıtmaq və lazım olduqda əməliyyatın növbəti mərhələlərinə hazırlaşmaq vaxtıdır. Qayıtmaq üçün gözüm bir qayıq axtardı. Bu zaman əllərində ratsiya bizə doğru gələn böyük bir qrup diqqətimi cəlb etdi. Öz-özümə dedim: "Bəlkə ağa Mehdi gəlib?!" Bizə çatmalarını gözlədik. Ağa Mehdi idi; qərarlı və ümidli. Bizi görəndə yaxınlaşdı, üzümüzü öpüb "yorulmayasınız" dedi. Soyuq və yorğunluq yadımdan çıxdı. 581

Vəziyyət necədir? 581



Deyəsən, mövqeyə yeni gəlmişdi və gördüyü ilk məlumatlı adamlar biz idik. Gecə baş verənləri danışdım: "Qasim batalyonu gəlməyib. Burada uşaqların bir az çətinliyi vardı. Əli Əkbər batalyonu da irəlidədir və hələ vuruşur. Uşaqlar indi ikinci mövqedədirlər..." 581

Yan-yana gedirdik; mən danışırdım, o da dinləyirdi. Deyəsən, mənim görkəmim ağa Mehdinin diqqətini çəkmişdi. Məndən soruşdu: "İndi bu vəziyyətdə hara gedirdiniz?” 581

Üçüncü yola qayıtmaq istəyirdik. 581



Yox, geri qayıtmayın. Hələlik yanımda olun, sizinlə işim var. 581

Sevə-sevə onlarla getdim. Ağa Mehdinin rabitəçilərinin içindən Əbdürrəzzaq Mirabı tanıyırdım. Onların arasında bir-iki fars da vardı. Deyirdilər ki, qərargah tərəfindən diviziyaya göndəriliblər. Bənddən İraq mövqelərinin içinə doğru enirdik. Bəndin 20 metrliyində düzəldilmiş bir təpənin kənarından keçdik. Düşmən düzəltdiyi bu təpələrdən müşahidə aparmaq və hava hücumları əleyhinə silahlarını yerləşdirmək üçün istifadə edirdi. Təpənin üstündəki dördlü zenit pulemyotu əlimizə sağlam keçmişdi. Gündüz çağı hər şeyi asanlıqla görmək olurdu. Təxminən səhər saat doqquz idi. Batalyonlar bir-bir rabitə əlaqəsi yaradır və diviziya komandirinə son xəbərləri verirdilər. Bizim yaxınlığımızdakı Seyyidüş-şühəda batalyonunun komandiri bir plan fikirləşmiş, şəxsi heyətini irəli aparmışdı ki, dəstək qüvvələr arxadan gələndə bənddə gecikməsinlər. Mahmud Dövlətinin bölüyü də İraqın ikinci hərbi mövqeyinə çatmışdı. Əli Əkbər batalyonundan sonra canlı qüvvənin üçüncü dalğası, yəni Əli Əsğər və İmam Səccad (ə) batalyonları da bölgədəki qüvvələrə qoşulmuşdular. Döyüş hələ davam edirdi. 581

İmam Hüseyn (ə) batalyonunun mövqeyi bizim sol tərəfimizdə idi. Seyyidüş-şühəda batalyonunun mövqeyinə nisbətən kiçik olsa da, oranın əhəmiyyəti vuruşmanın şiddətlənməsinə səbəb olmuşdu. Təpənin yanından keçəndə tankların Dəclə bəndinin üstündən bölgəni tərk etməkdə olduqlarını aydın görürdük. Ağa Mehdi tankların qaçdığı yerə hamıdan yaxında olan Əli Əsğər batalyonunun komandiri ilə cəld əlaqə saxlayıb dedi: "Tağılı, o tankları qaçmağa qoyma!" 581

Ağa Mehdi narahat idi, tankların hərəkəti ona problemli gəlirdi. Tanklar bir müddətdən sonra planla geri dönüb bizə zərbə vura bilərdilər. Ağa Mehdi tankları məhv etməyə tələsirdi, amma məsələnin əhəmiyyətini başa düşməyənlər gecikir və tankların başına ağa Mehdinin istədiyi kimi atəş yağdırmırdılar. Bu isə onların sapsağlam keçib getmələrinə gətirib çıxardı. 582

Məcid Tağılı ratsiyadan ağa Mehdiyə deyirdi: "Mən üşüyürəm, ağa Mehdi!" 582

Deyəsən, kodla danışırdı. Lakin ağa Mehdi təkidlə deyirdi ki, tankları qaçmağa qoymayın, onları vurun, yoxsa bizə hücum edəcəklər. 582

- Mən səni cəsur bir əsgər kimi tanıyıram, Tağılı, o tankları salamat getməyə qoyma! 582

Əməliyyat istiqamətinin komandiri Rüstəmxani də yanımızda idi. Tez ağa Mehdidən icazə aldı və bir rabitəçi ilə birgə problemi həll etmək üçün Əli Əsğər batalyonuna köməyə getdi. 582

Biz də Rüstəmxaninin ardınca yola düşdük. İkinci hərbi mövqe istehkam formasında Dəclə boyu uzanırdı və birinci mövqe olan bənddən təxminən 1-2 km. uzaqda idi. Həmid Əhədinin başçılıq etdiyi İmam Səccad (ə) batalyonu onun arxasında yerləşmişdi. Mahmud Dövlətinin bölüyü də mövqeyin arxasına çatmışdı. Tərəflər arasında atışma gedirdi. İstehkamın bir hissəsindən qarşı tərəf yaxşı görünürdü. Yəqub Şikari ilə mən ağa Mehdinin yanında istehkamın sinəsinə uzanmışdıq. Ağa Mehdi qarşı tərəfə və düşmən qüvvələrinə baxırdı. Dəcləyə qədər yalnız bir düşərgə vardı. Dedim: "Ağa Mehdi, qarşımızdakı bu düşərgə İbrahim qüvvələri düşərgəsidir. Dəclə çayı onun arxasındadır..." Ağa Mehdi hələ də gözlərini qarşıya dikmişdi. Birdən sakit səsini eşitdim: "Qoyun bu Bəsicilər Kərbəlanın ziyarətinə getsinlər..." Ağa Mehdinin pıçıltısı mənə xüsusi mənəvi hal verdi. Bir qədər sonra ayağa qalxdı və dedi: "Uşaqlara deyərsən Mehdi irəliyə getdi..." Bunu deyib istehkamı aşdı. Tez şəxsi heyətinin yanında olan Mahmud Dövlətini çağırdım: "Mahmud, ağa Mehdi getdi. Uşaqlara de gəlsinlər". Bir neçə saniyədən sonra şəxsi heyət "Allahu-Əkbər" deyib düşərgəyə və Dəcləyə sarı enməyə başladı. Sanki hamı ağa Mehdini gözləyirmiş. Bir neçə dəqiqədən sonra vuruşmadan düşərgəyə çatdıq. Ora deyəsən, gecə boşaldılmışdı. Orada qalmış azsaylı iraqlılar izdihamı görüb müqavimət göstərmədən təslim oldular. Düşərgənin giriş qapısının üzərindəki tabloya "Quvat İbrahim" (İbrahim qüvvələri) yazılmışdı. Biz havadan çəkilmiş fotolarda dəfələrlə oranı görmüş və əməliyyat iclaslarında barəsində danışmışdıq. 582

Xalq könüllülərindən ibarət Bəsic təşkilatının üzvləri 582



Orada Əyyub Zərbi zarafatla məni çağırdı. Əyyubla çoxlu yaxşı xatirələrimiz vardı, bir-birimizə çox sataşırdıq. Bir dəfə Məhəmməd Purnəcəflə Dezfulda olanda gəlib dedi ki, onu bölük komandiri təyin ediblər. Zarafata dedim: "Bölük komandiri sənə çoxdur". Təqdimat vərəqini çıxarıb göstərdi. Vərəqi alıb cırdım və dedim: "Əyyub, get, de ki, adını taqıma yazsınlar". İndi də o, mənə sataşıb deyirdi: "Mehdi, sən nə bətər oğlansan!" 583

O, mehriban və duyğusal oğlan idi, əzadarlıq məclislərini çox sevirdi. O, yol yeriyəndə də heyətdə imiş kimi "Hüseyn! Hüseyn!" deyirdi. Nəhayət, qürur dolu Vəlfəcr-8 əməliyyatında şəhadətə qovuşdu. 583

Yaman, yaxşı 583

- Niyə ki? 583

- Əməliyyata ayaqyalın gəldiyin üçün. 583

Gecə dalğıc üzgəclərimi çıxarandan sonra hələ ayaqqabı tapmamışdım. O da elə bilib ki, məsələn, Dəcləyə ayaqyalın getməyimi nəzir etmişəm. Dedim: "Allah köməyin olsun! Geyinməyə ayaqqabı tapmamışam, buna görə ayaqyalın qalmışam". O isə əl çəkmirdi. 583

- Yox! Mən hələ səndən zirəyini görməmişəm... 583

- Qaç o tərəfə, məndən əl çək. 583

Əyyub yaxında idi və mən adətim üzrə, sevdiyim bütün adamlar kimi ondan da uzaq olmağa çalışırdım. Çünki döyüş qızışanda fikrim onların yanında qalırdı və yaxşı işləyə bilmirdim. Az sonra Dəclə tərəfdən İraq helikopterləri gəldi. Düşərgənin ətrafındakı istehkamların arxasında dörd DŞK pulemyotu vardı. Ağa Mehdi onları işlətməyimizi əmr etdi. Helikopterlər göydən atəş açırdılar. Pulemyotların birinin arxasına keçib helikopterləri nişan aldım. Atışma davam edirdi və birdən mənim atdığım DŞK dayandı. Nə qədər etdimsə, onu düzəldə bilmədim. Qərargahdan ağa Mehdi ilə birgə gəlmiş qardaşların biri köməyə gəldi və DŞK-nı işə saldı. Sonralar adının Əmin Şəriəti olduğunu öyrəndim. Pulemyotların atəşindən helikopterlər bölgəni tərk etməyə məcbur oldular. Ağa Mehdi dedi: "Mömin, DŞK-ları birtəhər götürün, irəli gətirin". Öndə Dəclə çayı axırdı. Ağa Mehdinin sözünü uşaqlara dedim. Əyyub Zərbi dərhal bir DŞK pulemyotunu təkbaşına çiyninə qoyub yola düşdü. Başqa biri də dayaqlarını götürdü. Bilmirəm Əyyub o ağırlıqda bir silahı necə daşıyırdı! 583



Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə