Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə15/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   11   12   13   14   15   16   17   18   ...   73
Diviziya həmin gecə Mehdisiz nə etdi?! Hər birinin şəhadəti ürəyimizə dərin yara vurmuş dostlarımızın xatirəsi ilə gecəni necə başa vurduq, səhəri necə açdıq... O gənclər müharibədə kişi olmuşdular. O insanların yeri heç zaman dolmayacaq. Həmin gecə üçüncü yol səhərə qədər səmimi dostlarından ayrılmış uşaqların yanıqlı sızıltıları ilə yanıb-yaxıldı. Mehdi Davudi qalmışdı, Yəqub Şikari isə hücum gecəsi mövlasının verdiyi vədə qovuşmuşdu. Yüksək əhval-ruhiyyəsindən enerji aldığımız Mehdi elə bir halda idi ki, onu görəndə dünyanın bütün qəm-kədəri ürəyimizə çökürdü. Həmin gecə Aşura diviziyasının məzlum şəhidlərinin Şami-qəribanı idi. Şəhidlərin çoxu Dəclənin o tərəfində yerdə qalmışdılar və nə vaxta qədər qalacaqları da bəlli deyildi. 592

Qəriblər gecəsi; Kərbəla əsirlərinin Aşuradan sonrakı ilk yalqız gecələri belə adlanır. 593

Bədr əməliyyatının bəzi şəhidlərinin pak cəsədləri sonralar geri gətirildi, amma Mehdi Bakiri, Əli Təcəllayi kimi bəzi şəhidlərdən heç bir nişan tapılmadı. 593

Səhər xəbər gəldi ki, hamımız Əhvaza gedirik. Maşınlar hazır idi. Bütün əşyaları yığıb üçüncü yolu tərk etdik. Əhvazda Hava hücumundan müdafiə qarnizonuna yerləşdik. Bir gün qəm-kədər və sükut içində qaldıq. İkinci gün isə Aşura diviziyasının sağ qalmış şəxsi heyəti məscidə toplaşdı və qardaş Ahəngəran əzadarlığa başladı: 593

Ey Hüseyn, ey qəmi həmdəmimiz olan! 593



Ey göz yaşlarımıza və kədərimizə şahid olan! 593

Sən bizim can verdiyimizi gördün, 593

Necə imtahan verdiyimizi gördün. 593

Qəlbimizin yarasından xəbərin var...” 593

Ağa Mehdi Bakirinin şəhadət sirri açılmış, dağlı sinələrin ah-naləsi ərşə dirənmişdi. Xatirələr beynimə hücum edirdi: Çox sadəliyinə görə ağa Mehdini batalyonun sıravi döyüşçüləri ilə səhv saldığımız günlər, onunla diz-dizə oturub birgə xörək yediyimiz günlər, kəşfiyyatın detallarını bizdən istədiyi və "Vəcəəlna" ayəsini oxumağı tövsiyə etdiyi günlər, kəşfiyyata gedəndə bizi yola saldığı və özü təmas xəttində oturub bizi gözlədiyi günlər... 593

Ürəyimi boşaltmaq üçün yaxşı fürsət yaranmışdı. Şəhidlərin böyüklüyü və səmimiliyi mənə şirin bir yuxu kimi idi. Əslində, özümüzə əzadarlıq edirdik, çünki şəhidlər öz sevgililərinə qovuşmuşdular; Mehdi Bakiri, Əli Təcəllayi, Əsğər Qəssab, Ali-İshaq, Rüstəmxani, Yəqub Şikari, Mahmud Dövləti, Əlirza Cəbəli, Məhəmmədrza Basir, Mehdi Qaytançı, Bəhmən Məhbubi, Mustafa Şahbazi, Əsğər Rəhbəri... 593

Əzadarlıq bu tezliyə bitən deyildi. Diviziyanın qərargah rəisi Seyid Mehdi Hüseyni tribunaya keçib bizə bir müraciət oxudu. Müraciətdə deyilirdi ki, döyüşçülər mövcud vəziyyəti dəyişdirməyə çalışsınlar. Ürəyim çox sıxılırdı. Təxmin edirdim ki, əməliyyatın nəticəsi İmam Xomeyniyə məruzə olunub və o, narahat olub. O şərait imamı bir an belə narahat görməyə dözməyən bizlər üçün böyük bir imtahan idi. 593

Orada başqa bir müraciət də oxundu. Sepahın komandanı qardaş Möhsün Rzayinin müraciəti idi: "Allahu-Əkbər! Allahu-Əkbər! Allahu-Əkbər! Hər bir döyüşçü əlindəki hər hansı silahla irəli!" 594

Başqa bir fürsətdən söz gedirdi. Qardaş Rzayinin müraciətində şəxsi heyətə Xəndək yolu istiqamətində əldə olunmuş mühüm uğurlar xəbər verildi. Hamıda ruh yüksəkliyi yarandı. 594

Biz yenidən getmək istəyirik. 594

Hərə bir silah götürsün. 594

Mən bir RPG minaatanı götürdüm, Mehdi Davudi pulemyot, digərləri də başqa silahlar. Getməyə tələsirdik. Bəzi yaralılar hospitaldan qaçıb özlərini cəbhəyə çatdırmışdılar və hücum olacağı təqdirdə diviziya ilə getmək istəyirdilər. Bütün bunlara baxmayaraq, diviziyanın təxminən bütün komandirlərinin şəhid olduqlarını və ya yaralandıqlarını yadıma salanda fikirləşirdim ki, yenidən hücuma keçsək də bir şey hasil olmayacaq. 594

Ertəsi gün hamıya 15 günlük məzuniyyət verildi və mən Təbrizə yola düşdüm. 594

I 595

Çox narahat idim. Müsəllaya gedə-gedə fikirləşirdim ki, bu, bir zaman cəbhədə 19 batalyonu olan Təbrizdir; indi isə bütün uşaqları toplasan, güclə üç batalyon edər. 595

Şəhərin cümə namazının qılındığı böyük məscid 595



Şəhərə döndüyüm iki gün içində dərdlərim və darıxmağım güclənmişdi. Hər yer bizdən onlar üçün dua etməmizi istəyən adamlarla dolu idi. O adamlara güllə, qəlpə və qan bir yana, heç cəbhənin toz-torpağı da dəyməmişdi. Cümə idi. Darıxır və bilirdim ki, bu vəziyyətdə şəhər bizim yerimiz deyil. Nadir hallarda küçələrdə öz döyüşçü əzizinə baxırmış kimi baxan mehriban və təvazökar üzlər, tanış baxışlar bizi bir qədər sakitləşdirirdi. 595

Hüseynin səsi məni o tənhalıqdan və acizlikdən xilas etdi. Cümə namazına gəlmiş izdihamın arasında məni görüb halımı təxmin etmişdi. 595

Necəsən, Mehdiqulu? 595

Yaxşıyam. 595

Hövsələn bitməyib? 595

Çox darıxıram... Axı nə üçün buraya gəldik?! Bizim burada nə işimiz var?! 595

Başqa bir sözə ehtiyac qalmadı; dərdimiz də, dərmanımız da bir idi. Yusif Sarimini və Məhəmməd Purnəcəfi görəndə onların da eyni mövzuda söhbət etdiklərini öyrəndik. Elə orada, cümə namazında qərarımızı verdik və axşamüstü saat beşdə qatara minib Tehrana, oradan da Əhvaza yola düşdük. 595

*** 595

1985-ci ilin baharının əvvəllərində kəşfiyyat bölüyü öz bacarıqlı qüvvələrindən çoxunu itirdiyinə görə yeni cəlb olunmuş şəxsi heyətə təlim keçirdi. Diviziyanın bütün bölükləri yeni diviziya komandirinin təyin olunmasını gözləyirdilər. Kəşfiyyat bölüyünün uşaqları isə hamıdan çox narahat idilər. Şəhid dostlarımızın qəm-qüssəsi ilə yandığımız halda bölüyümüz barədə deyilən bəzi sözlər qulağımıza çatır və bizi çox narahat edirdi. Hamı bilirdi ki, kəşfiyyat bölüyünün işi yalnız əməliyyat günlərinə aid deyil. Əməliyyatlar arasındakı bəzən bir ilə çatan fasilələrdə də kəşfiyyatçılar ya təlimdə idilər, ya da kəşfiyyatda. Əməliyyat zamanı işləri ən çətin və ən mühüm işlərdən idi. Bununla yanaşı, bir əməliyyatda hərbi qələbə əldə olunanda bəziləri uşaq kimi qələbəni özlərinə aid edirdilər, lakin məğlub olanda adət üzrə tez səbəb axtarırdılar və son sözləri bu olurdu: "Kəşfiyyat bölüyü canlı qüvvəyə yaxşı bələdçilik edə bilmədi". 595

Halbuki ən azı, Bədr əməliyyatında Aşura diviziyasının kəşfiyyatçıları vəzifələrini ən yaxşı şəkildə yerinə yetirmişdilər. Məhz buna görə də, bizim istiqamətimizdə nəzərdə tutulmuş mövqelərə tez və asanlıqla çatdıq. Əgər digər diviziyalarda da belə olsaydı, bəlkə əməliyyatın taleyi ayrı cür olardı. Hər halda, biz bu sözlərə təbəssümlə cavab verir və onların bizə mühüm olmadığını göstərməyə çalışırdıq. Bütün işlərimiz yalnız Allahın razılığına görə idi. 596

Kəşfiyyat bölüyünün uşaqları hətta məzuniyyətlərinin yarısını belə qalmadan yenidən diviziyaya qayıtmışdılar. Bəzi uşaqlar hələ də Bədr yaralarını sarıyırdılar. Dezfulun Şəhid Bakiri hərbi qarnizonu ilə üzbəüz Dez çayına yaxın bir yer seçib çadır qurduq. Sadə bir komandamız vardı və yeni diviziya komandirinin təqdimatı üçün şəxsi heyətin qalanını gözləyirdik. 596

Bir gün hamımız sıra ilə düzülüb bir-bir suya atılırdıq. Birdən arıq bir gənc bizə sarı qaçıb bütün uşaqları suya itələdi, axırda da özü hoppandı. Üzü tanış gəlirdi, amma kim olduğunu və nə üçün oraya gəldiyini bilmirdik. Yusif Sarimi Kərim Fəthiyə dedi: "İstəyirsən qulağından tutub onu suya atım?" Başqa birisi soruşdu: "Axı bu kimdir?" 596

O, yeni diviziya komandirimizdir. 596



Hamı gülümsədi. Yeni komandir bizə yaxınlaşıb gülə-gülə dedi: "Elə bilməyin ki, azəricə bilmirəm; nə dediyinizi anladım". Xatırladım ki, bu farsdilli arıq gənc Bədr əməliyyatında qərargah tərəfindən diviziyaya göndərilən və İbrahim qüvvələri düşərgəsində mənə DŞK-nın mərmi qutusunu dəyişməyi öyrədən döyüşçüdür. Adı Əmin Şəriəti idi. 596

Yeni diviziya komandiri ilə ilk görüşdən sonra bir tədbir keçirildi və qardaş Şəriəti şəxsi heyət önündə çıxış etdi. Diviziya yenidən canlanmışdı. Yeni komandir Şəhid Bakirinin döyüş yoldaşlarından idi və uzun müddət rəsmi sənədlərin altından "Şəhid Mehdi Bakiri tərəfindən" yazaraq imzalayırdı. Bu kimi işləri onunla çox tez ünsiyyət qurmamıza səbəb oldu. 596

Bir neçə gündən sonra çadırlarımızı toplayıb kəşfiyyat bölüyü üçün nəzərdə tutulmuş yeni yerə daşındıq. Dez bəndinin arxasındakı gölün düz ortasında nisbətən böyük bir ada vardı. Biz oraya yerləşdik. Adada bizi üç komandaya böldülər və hərəsinə bir başçı təyin olundu: Əsğər Abbasquluzadə, Hüseyn Məhəmmədian və mən. 596

Dərhal komandanın şəxsi heyəti ilə təlimlərə başladım. Məhəmməd Purnəcəf və Rəsul Səidi də mənim komandamda idilər. Bölgünün ilk günlərində diviziya komandiri bizə baş çəkmək üçün adaya gəldi. Qardaş Kərim Fəthi adət üzrə bir-bir uşaqları təqdim edirdi. Təsadüfən, mən, Purnəcəf və Səidi yanaşı oturmuşduq. Növbə bizə çatanda qardaş Fəthinin səs tonu dəyişildi: "Bu üç məzlum da Rzayi, Purnəcəf və Səididir. Diviziyada bunlardan məzlumu yoxdur". 596

Qardaş Şəriəti də başını yellədi; yəni ki, nə demək istədiyini başa düşdüm. 597

Ciddi təlimə başladıq. Xəritə çəkməyi, bölgənin rəsmini çəkməyi, istiqamətləri tanımağı, qayıq sürməyi – hərbi kəşfiyyatın sirlərini öyrədirdik. 597

Eyni vaxtda sahildə batalyonlara da təlim keçirilirdi. Bu təlimlərin komandiri Ələddin Nurməhəmmədzadə, müavini də Rəhmətullah Ovhani idi. Ovhani qardaşla yeni tanış olmuş və ilk tanışlıqdan qarşılıqlı səmimi münasibət yaranmışdı. O, hər dəfə məni görəndə deyirdi: "Gərək bir gün mənimlə güləşəsən; ya mən səni yıxacağam, ya da sən məni". 597

O, Kərbəla-4 əməliyyatında şəhadətə qovuşdu. 597



O, üzməyi bacarmadığından, bizi hər dəfə suda görəndə qaçmağa çalışırdı; çünki əlimizə keçsəydi, mütləq suya düşəcəkdi. Çadırında bir kauçuk soyuducu vardı, həmişə meyvə və meyvə şirəsi ilə dolu olurdu. Bir gün təlim keçən döyüşçülərə qarpız vermişdilər. Hamıya paylaması üçün bütün qarpızları Ovhaninin çadırına qoymuşdular və bu, bizi vəsvəsə edirdi. 597

Qaldığımız adadan sahildəki komandir çadırına qədər təxminən 5 km. məsafə vardı. Rəsul Səidi və Məhəmməd Purnəcəflə birgə Ovhaniyə ziyan vurmaq qərarına gəldik. Qayıqla yola düşdük, yavaşca sahilə yan aldıq və təhlükəyə atılmağımıza dəysin deyə heç nədən keçmədik. Sonuncu meyvə şirəsi və meyvədən əlavə, qardaş Ovhaninin çəkmələrinə də rəhm etmədik və adaya əlidolu döndük. 597

Adada günlərimiz yaxşı ötürdü və Kərim Fəthinin gecə təlimlərinə dair tövsiyələrini qulaqardına vururduq. Onun artan israrları önündə söz verir, amma əməl etmirdik. 597

Fəthi qardaş, təlim üçün bu gecə mütləq suya girəcəyik. 597



Gecə olanda başımızı atıb yatır və sübh azanının “Allahu-Əkbər” səsinə oyanırdıq. 597

Bir gün sübh namazından sonra adət üzrə yorğanın altına girib yatmışdıq. Səhər saat doqquzda Kərim Fəthi qayıqla adaya gəlmiş və heç kəsi görməyəndə sevinib fikirləşmişdi ki, yəqin hamılıqla təlimə getmişik. Lakin çadırlara yaxınlaşıb hamının yatdığını görəndə çox hirslənmiş və bizi cəzalandırmaq məqsədilə üstündəki qaz bombasını çadıra atmışdı. 597

Güclü partlayış səsinə yerimdən hoppandım. Başımı itirmişdim. Digər uşaqların vəziyyəti daha pis idi. Fısıltı səsi, göz və burun yandırması, göz yaşarması... Hamı tələsik özünü suya çatdırırdı. Məhəmməd Purnəcəfin həyəcanlanıb tələsməsi isə başına iş açdı. O, həmin vaxtlarda üzməyi bacarmırdı və suyun dərinliyinin yarım metr olduğunu bilmədən üçmetrlik bir qayadan başı üstə suya tullandı. Nəticədə başı suyun dibindəki daşlara dəymişdi. Digərlərinin vəziyyəti də yaxşı deyildi. Qaz bombasının dəlikləri adətən, bir-bir açılır, bizim bəxtimizdən isə hər üç dəliyi birdən açılmış və güclü qaz bütün çadıra dolmuşdu. Bu partlayışda bir plastik qəlpə də Kərim Hörmətiyə dəymişdi. Bu xəbər uşaqların arasında dolaşdı və belə bir məsəl ortaya çıxdı: “Hətta Tehranın Topxana meydanında da bir bomba partlasa, onun bir qəlpəsi mütləq Kərim Hörmətiyə dəyəcək!” 597

Gözlərimiz, burnumuz və boğazımız saatlarla yanır, üzümüzdən yaş axırdı. Orada öz-özümə dedim: "Eybi yox, komandir, əvəzini görərsən!" 598

Gözyaşardıcı cəza bir müddət bəhrəsini verdi. Ondan sonra hər dəfə çadırda namaz qılanda səcdədən gözüyaşlı qalxırdıq. Əvvəllər çox təəccüblənirdik, sonra isə kəşf etdik ki, gözyaşardıcı qazın təsiri hələ ədyallarda qalıb. Ədyalları təmizləmək olardı, çadırı isə yox. Fikrimin doğruluğunu yoxlamaqdan ötrü nahar vaxtı uşaqların yemək yediyi yerdə çadırın üstünə kiçik bir daş atdım, içəri girəndə isə uşaqların yaşlı gözlərindən xəcalət çəkdim. 598

Bir neçə gündən sonra qardaş Həmid Səlimi diviziya və bölük komandiri ilə birgə adaya gəldi. Təsadüfən, nahar yeməyinə adada qaldı və həmin çadırda süfrə yoldaşı olduq. Yaxşı fürsət yaranmışdı. İşarə ilə Məhəmməd Purnəcəfə ilahi intiqam vaxtının gəldiyini bildirdim. Bir bəhanə ilə bayıra çıxdım və çadırın üstünə iki-üç daş atdım. Qonaqlar çadıra nə üçün daş atıldığını soruşanda uşaqlar belə cavab vermişdilər: "Bir şey deyil, yəqin uşaqlar zarafatlaşırlar". Çadıra girəndə hamıdan əvvəl qardaş Şəriətini gördüm; gözləri qızarmışdı və burnundan su axırdı. Digərlərinin vəziyyəti də onun kimi idi; burunlarının qarşısını ala bilmirdilər. Qardaş Şəriəti və Səlimi məsələni soruşanda dedik: "Fəthi qardaş gözyaşardıcı qaz atıb, onun qalığı sizə də nəsib oldu". 598

O, Nuh-nəbi qərargahının komandiri idi və Vəlfəcr-8 əməliyyatında şəhadətə qovuşdu. 598



Təlim bitəndən sonra daha adada qalmağa səbəb yox idi. Uşaqlar oradan çox da məmnun deyildilər, hamımız oranı tərk etmək əmrini gözləyirdik. Komandirlər Dezfulda yerləşməyi düşünürdülər. Nəhayət, Dezfulun Şəhid Bakiri hərbi qarnizonuna daşındıq. Hələ qarnizonda tam yerləşməmiş kəşfiyyat bölüyündən çıxmaq fikrinə düşdük. Çoxları kəşfiyyat bölüyünə həsrət çəkirdilər, özümüz də ötən bir il ərzində bu bölüyün əhəmiyyətini yaxşı anlamışdıq. Elə buna görə də, kim bizim qərarımızı eşidirdisə, təəccüblənirdi: "Bəs hara getmək istəyirsiniz?" 598

İmam Hüseyn (ə) batalyonuna. 598

Nə üçün ora? 598

Batalyonda olanda əməliyyatlarda məhdudiyyətimiz olmayacaq. Kəşfiyyatda olanda gərək həmişə əmr gözləyək, əməliyyatın ilk günündə geri qayıdaq və s. Biz belə bir şey istəmirik. 598



İmam Hüseyn (ə) batalyonunu seçməyə də kifayət qədər səbəbimiz var idi. İmam Hüseyn (ə) və Seyyidüş-şühəda batalyonları Bədr əməliyyatında qəhrəmancasına döyüşmüşdülər. Onların hər biri bir neçə mərhələdə ardıcıl əməliyyatlarda iştirak etmiş, əksər komandir və döyüşçüləri şəhid olmuşdular. Bu bizim həmin iki batalyonu sevməyimizə səbəb olmuşdu. Xüsusən İmam Hüseyn (ə) batalyonunun bizim üçün başqa bir mənası var idi və buna görə kəşfiyyat bölüyü ilə sağollaşmağa razı olmuşduq. 599

Getmək fikri Hüseyn Məhəmmədiana məxsus idi. Biz onunla o qədər səmimi dost idik ki, Hüseynin mənsiz getməyəcəyini bölükdə hamı bilirdi. Biz bu qərarı bir neçə gün müxtəlif formalarda Fəthi qardaşa çatdırdıq. 599

Nəhayət, bir gün Kərim Fəthinin özü bizi çağırdı. Nəsihətlərə yeni başlamışdı ki, gözləri yaşardı. Bizim israrlarımıza yaxşı cavabları vardı: "Kəşfiyyat bölüyünün sizə ehtiyacı var. Əgər bu səbəblə hamı bölükdən getsə, nə baş verər?! Siz bölüyün təcrübəli uşaqlarındansınız. Biri gəlib sizin bilik və təcrübələrinizi öyrənənə qədər bilirsiniz nə qədər vaxt lazımdır?! 599

Kərim Fəthinin göz yaşları ilə müşayiət olunan məntiqli dəlilləri və səmimiliyi bizi fikrimizdən döndərdi. 599

*** 599

Ondan sonra Kərim Fəthi bölükdə daha çox olurdu. Onun məşhur xüsusiyyətlərindən biri səhər proqramı keçirmək idi. Biz onun bu işdə ciddiliyini və tələbkarlığını öncədən görmüşdük. Hüseynlə mən səhər proqramından necə qaçmaq mövzusu ətrafında söhbətlər edirdik. 599

Sakit bir yer tapıb yatsaq, necə olar?! Onlar səhər yuxudan oyananda bizi görməyəcəklər; həm biz səhər proqramından yayınmış olacağıq, həm də nizam-intizam pozulmayacaq. 599



Bunu Hüseynə təklif etdim və yaxşı fikirləşəndən sonra yatmağa bir yer tapdıq. Ora İmam Hüseyn (ə) batalyonunun sıra meydanının arxasında idi. Təsadüfən, bu yaxınlarda milləri qaynaq edib çardaq da düzəltmişdilər. Ədyallarımızı ora aparıb iki gecə çox rahat yatdıq. Üçüncü gün axşamüstü bizim yoxluğumuz Kərim Hörmətini şübhəyə salmışdı. Gecələr yerimizin boş olduğunu, səhər proqramında da iştirak etmədiyimizi bilmişdi. Gecə bizi izləyib məxfi yerimizi tapmış və ertəsi gün səhər sirrimizi qardaş Fəthiyə söyləmişdi. 599

Hüseynlə mən hər yerdən xəbərsiz halda sübh namazından sonra yatmışdıq. Lakin çardağın metal milinə dəyən ilk daşın narahatedici səsi bizi yuxudan oyatdı. Gördük ki, bölüyün bütün uşaqları bizim yatdığımız yerdən keçirmişlər və dayanıb hamısı bizim çardağımıza daş atır. Biz yuxulu-yuxulu oturduq və uşaqları oraya gətirmiş Kərim Hörmətiyə dedik: "Yaxşı oğlan, uşaqları apar o tərəfdə qaçırt, nə üçün hamını buraya toplamısan..." 599

Kolonun içindən bir nəfər ayrılıb bizə yaxınlaşdı. Gördük ki, Kərim Fəthidir. Salam verməyə də macal tapmadıq. Çox hirslə dedi: "Qalxın! Tez qalxın! Bölüyə gəlin, sizinlə işim var". O getdi, biz də ardınca kəşfiyyat bölüyünün qərargahına yollandıq. Əvvəl Hüseyni çağırdı. Mən bayırda dayanıb gözləyirdim. Qardaş Fəthinin məşhur xüsusiyyətlərindən biri də bu idi ki, uşaqları bir-birinin yanında danlayıb nəsihət verməzdi. 600

Gəl görüm, ağa Mehdiqulu! 600



İçəri girdim. Narahat idi. 600

- Bu nə vəziyyətdir?! Deyəsən, yorulmusan, zəifləmisən. Bəlkə cəbhədən yorulmusan?! Nə üçün səhər proqramından qaçırsan?! Nə üçün bu işləri ciddiyə almırsan?! 600

Bir səhər proqramından ötrü bu sözləri eşidəcəyimi düşünməzdim. Utanıb üzr istədim və söz verdim ki, sabahdan səhər proqramında iştirak edəcəyəm. 600

II 600

Mən də daxil olmaqla bir dəstə kəşfiyyatçı komandirin əmri ilə Məcnun adasına və beşinci yola getdik. Bütün yolboyu eyni yolla Məcnun adasına getmiş və orada cəsədləri itkin düşmüş dostları xatırladıq. 600

Adada yerləşəndən sonra iş başlandı. İlk araşdırmalarda bildik ki, düşmən bizim bölgədəki hərəkətliliyimizə heç bir reaksiya vermir, sanki orada nəsə baş verəcəyini gözləmir. Biz kəşfiyyatlar zamanı düşmənin müdafiə istehkamları və maneələr qurmaqda çox ciddi və diqqətli olduğunu görmüşdük. Oradakı vəziyyətin adını isə “laqeydlik” qoymaq olardı. Düşmənin hazırlıq tərzi ilk baxışdan axmaq olduğunu göstərirdi, amma dərindən düşünəndə bu nəticəyə gəlirdik ki, bizimlə düşmən arasındakı su məsafəsinin çoxluğuna görə orada geniş hərbi əməliyyat gözlənilmir və bu baxımdan, güclü istehkamlara ehtiyac yoxdur. 600

Kəşfiyyat bölgəsi Bədr əməliyyatının keçirildiyi bölgənin bir hissəsi idi. Hər dəfə sulara girəndə qeyri-iradi olaraq Bədri xatırlayırdım, ağa Mehdinin və digər Bədr şəhidlərinin üzləri bir-bir gözlərim önündən keçirdi. 600

Təkidlə tapşırmışdılar ki, adada kəşfiyyatla məşğul olduğumuz müddətdə bizim kim olduğumuzu və nə üçün gəldiyimizi heç kəs bilməsin. Diviziyanın əməliyyat qərargahı bir müddət öncədən beşinci yola köçmüşdü və hələ diviziyanın bir batalyonu bölgədə müdafiə işi ilə məşğul idi. Biz də öz işimizlə məşğul idik, özümüzünkülərlə rastlaşmamağa çalışırdıq ki, onlara işimizi izah etməyə və ya yanlış cavablar verməyə məcbur olmayaq. Lakin bir gün uşaqların biri birbaş yanımıza gəlib soruşdu: "Buranın komandiri haradadır?" 600

Diviziyanın artilleriya bölüyündən gəldiyini bildim. Yaxınlaşıb dedim: "Əmriniz varsa, buyurun". 601

Komandir olduğuma inandılar. Bölgədəki müdafiə batalyonunun uşaqlarından şikayət edib deyirdilər: "Bizə tapşırılıb ki, bura bir neçə top yerləşdirək, onlar isə mane olurlar". 601

Nahaq yerə mane olurlar! Biz özümüz topların orada yerləşdirilməsini istəmişik. Siz gedin, işinizi görün, mən zəng vurub məsələni həll edərəm. 601



Onlar getdilər və təbii ki, telefon zəngi də olmadı. Lakin bir neçə saatdan sonra topları yerləşdirməyə başladıqlarını öyrəndik. Eşitdik ki, batalyonun uşaqları yenidən etiraz edəndə onlar "istiqamət komandirinin" sözlərini bir-bir demişdilər və məsələ həll olunmuşdu. 601

*** 601

Hur əl-Hüveyzə”də həyat öz axarı ilə davam edirdi. Böyük və yaraşıqlı bir səngərimiz vardı, adını Zabitlər klubu qoymuşduq. Zabitlər klubu iki iç-içə səngərdən ibarət idi. Səngərin girişi zal kimi idi, oradan bir otağa keçirdin. Biz orada otururduq. Oradan da yataq otağına keçid vardı. Çarpayı kimi qoyduğumuz kauçuklara görə yataq otağına çox bənzəyirdi. 601



Zabitlər klubunun böyük problemləri adada yaşayan siçanlar idi. Bədr əməliyyatından sonra sayları artmış, daha cəsarətli olmuşdular. Sərbəst şəkildə və qorxmadan kürəyimizə dırmaşır, əl-ayaq barmaqlarımızı çeynəmək istəyirdilər. Yuxuda olanda bu hücum daha ciddi hal alırdı. Hərdən xırçıltı səsindən siçanların saçımızı yemək istədiklərini anlayırdıq. Uşaqlar onların namərd hücumlarına bir neçə dəfə sərt cavab verdilər. Bir dəfə qardaş Dəmirçi yuxuda ikən burnunun çeynənməsinə oyanıb əli ilə siçana elə zərbə endirmişdi ki, zavallı siçan tavanın dəmir millərinə dəyib parça-parça olmuşdu. 601

Kəşfiyyat işi davam edirdi. İstirahət üçün səngərə qayıdanda da ev düşmənləri ilə mübarizə başlayırdı. Onlara qarşı heç bir effektiv mübarizə üsulumuz yox idi. Get-gedə vəziyyətə vərdiş etdik. Çünki hamımızın daha ciddi problemləri vardı və onlara çarə düşünməli idik. 601

*** 601

Adanın gecələri qərib gecələr idi. Haradasa ibadətlə məşğul olan birinin ruhani aləminə baxmağa cəsarət toplayanda necə dərin mənəviyyatlarının olduğunu görürdük. Günboyu hamıya sataşan, gecə namazı qılanları xəbər verən ən nadinc uşaqlar da gizlicə qaranlığa çəkilirdilər və səhərə yaxın anlarda münacatlarının yanıqlı səsi eşidilirdi. 601

Kəşfiyyat bölüyünün adadakı qüvvələri iki istiqamətdə işləyirdilər. Hər istiqamətdə iki komanda çalışırdı. İstiqamətlərin komandirləri Mehdi Davudi və Kərim Hörməti idi. Mehdinin müavini Hüseyn Məhəmədian idi, Kərimin müavini də mən. Mehdi və Kərim bütün kəşfiyyatlarda iştirak edirdilər. Mən də tapşırılmış bölgəni üç mərhələdə öyrəndim. 601

Adətən, kəşfiyyata apardığımız uşaqları iki qayığa yerləşdirirdik. Bir sutkalıq ərzaq, silah, kompas, adi və gecə durbiniləri və digər kəşfiyyat alətləri yanımızda olurdu. Fəth arxından başlayıb Zeyd yoluna qədər irəliləyirdik. Zeyd yolu Mutədən ayrılıb məktəbin yanında Fəth yoluna birləşirdi. Biz yolun davamında Zeyd-1-dən Zeyd-2-yə, oradan da düşmənin yenidən yerləşdiyi bəndə gedirdik. Gecə durbinilə düşmənin mövqelərini nəzarətdə saxlayır və bəzən hərəkət zamanı da bölgəyə baxırdıq. 602

Bu üç mərhələdə təyin olunmuş bütün hədəfləri, o cümlədən maneə və pusquların yerini, növünü və düşmənin yerləşdiyi mövqeləri öyrənməyə müvəffəq olduq. Hüseyn Məhəmmədianla mən çox nadir hallarda eyni vaxtda bikar olub birgə otura bilirdik. Hərdən belə imkan yarananda bir neçə meyvə şirəsi götürüb qayığa minir və suyun ortasında bir yerdə dayanırdıq. Hüseynin söhbətləri başqa cür olmuşdu. Orada Hüseyn özü idi; tək olanda nadinc siması kənara çəkilirdi, mənəviyyatı və irfanı üzə çıxırdı. Söhbətlərimiz bəzən dörd-beş saat uzanırdı. Şəhidlərdən danışır, arxada qoyduğumuz gün və anları xatırlayır, cəbhədə iştirak etdiyimiz üç ildən, ölümün gənclərə necə asanlaşdığından söhbət açırdıq. İnsan necə bir mərhələyə çata bilər ki, bütün söz, əməl və düşüncələri Allahın razılığından və Allahla dostluqdan ötrü olsun?! Necə olur ki, bəzi uşaqlar belə sürətlə şəhadət körpüsündən keçib məşuqlarına qovuşurlar?! Bəs biz qovuşmaq üçün nə etməliyik?.. 602


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin