Şəhadət aşiqləri


Daha yox, tövbə etmişəm. 704



Yüklə 9,35 Mb.
səhifə27/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   23   24   25   26   27   28   29   30   ...   73
Daha yox, tövbə etmişəm. 704

Hər ikimiz güldük. Rəsulabadda nahar yedik və məruzəni yazandan sonra batalyonların yerləşdiyi Qəcəriyyəyə yola düşdük. 704

Ertəsi gün təlimə hazırlaşdıq. Adətən, ya biz batalyonların yerləşdiyi yerə gedirdik, ya da onlar kəşfiyyat bölüyünə gəlirdilər. Bölüyümüzün təxminən önündə yerləşən sahildə təlim məşqləri üçün əlverişli yer vardı. Həmin gün bölüyün ərazisindən çıxan kimi batalyon uşaqlarının bölüyün önündəki sahildə toplaşıb məni dəcəl baxışlarla süzdüklərini gördüm. Bəzi qədim döyüşçülər də mənim birgünlük yoxa çıxmağıma dair təxminlər etmişdilər. Onlara çatanda ilk sual belə oldu: "Paltarların niyə belə olub, Mehdiqulu?" 704

Paltarlarım qamışlara və tikanlı məftillərə ilişib dəlik-deşik olmuşdu və bu, uşaqların diqqətini çəkmişdi. Onların hamısı mənim harada olduğumu bilmək istəyirdilər. Dedim ki, Əhvaza getmişdim. 705

Maraqlıdır! Əhvaza gedənin paltarı cırılır?! 705

Məsələ gülüşlə və səs-küylə sona çatdı. Uzun müddət öncədən əməliyyat ətrini duyanlar eyhamla sevinclərini büruzə verdilər. 705

*** 705

Təlim elə bir mərhələyə çatmışdı ki, uşaqlar dalğıc balonları ilə təlim keçməli idilər. Daha bir çətin mərhələ başlamışdı. Bundan ötrü ilk iş dalğıcın çəkisini artırmaq idi. Adətən, hər bir normal adam üçün üç-dörd dalğıc ağırlığı kifayət edirdi. Bundan sonra dalğıcın batmaq istədiyi dərinliyə uyğun olaraq ağırlıqları artırıb-azaltmaq lazım olurdu. Hətta suda beş santimetr daha batmaqdan ötrü də ağırlıqdan istifadə olunurdu. Həm dalğıc geyimlərinin cırıq, böyük olduğuna, bəndlərinin işləmədiyinə, həm də ağırlıq çatışmazlığı olduğuna görə kərpic parçalarından istifadə edib bir-bir uşaqların ağırlığını və suda qalma vəziyyətlərini tənzimləyirdik. Həbib batalyonunun bölüklərindən biri balonla təlim zamanı bir şəhid vermişdi. Lakin xoşbəxtlikdən, bizim təlim bölüyümüzün uşaqları o qədər diqqətli və bacarıqlı idilər ki, belə bir hadisə baş vermədi. 705

Uşaqların hava balonları ilə tanışlığı üçün düşündüyüm ilk iş suda tənəffüs məşqi idi. Uşaqları suyun dərin yerinə apardım, hamını sıraya düzdüm. Bir işarə ilə hamısı başlarını suya batırıb balonla nəfəs almağa çalışırdı. Bunu bir neçə dəfə təkrarlayandan sonra suda hərəkət başlanırdı. Bütün hərəkətlər kolonla idi. Bütün uşaqların başları suyun altında olanda mən başımı bayırda saxlayırdım ki, kolon səhvən sahilə tərəf getsə, estakadaya, qayığa və ya başqa bir şeyə yaxınlaşsa, istiqamətlərini dəyişim. Tədricən ağlıma gəldi ki, kolonun yoldan yayınmasının qarşısını almaq üçün başqa bir iş də görmək olar. Uşaqlardan birinə kolonun arxasınca hərəkət etməsini tapşırdım; başını bayırda saxlasın, kolon sola və ya sağa dönsə, cəld hərəkəti və yerdəyişməsi ilə kolonu düzəltsin. Həmin adam kolonun sonunun əyildiyini görəndə qarşı tərəfdə üzgəclərini vurur və beləliklə, kolonun hərəkətinə nəzarət edirdi. Bu, yaxşı üsul idi və düşünürdüm ki, əməliyyat gecəsi də bundan istifadə edə bilərik. 705

Təlimlərin yaxşı gedişi və əməliyyatın yaxınlaşması səbəbindən dua, əzadarlıq və təvəssül proqramları da çox rövnəqlənmişdi. Hacı Əsğər Zəncani və dəyərli Əhli-beyt (ə) şairi Ustad Kəlami uşaqların arasında idilər. Adətən, bütün şəxsi heyət ya Həbib batalyonunun məscidinə toplaşırdı, ya da Vəliəsr batalyonunun məscidinə. 705

Camaat namazı şəklində qılınan gündəlik namazlardan sonra həmişə dualar oxunurdu, sonra isə hamımız qardaş Niknəfəsin səsini gözləyirdik: "Qardaşlar, hamılıqla şükür səcdəsi!" 706

Hamı səcdəyə gedirdi, o isə ya dua, ya da irfani bir şeir oxuyurdu: 706

Ey munisim, qəmxarım, həbibim, ya Rəbb! 706



Salehlərin ibadətini et nəsibim, ya Rəbb! 706

Məni haqq yolçuları ilə həmsöhbət et, 706

Özün hər bir dərdə ol təbibim, ya Rəbb!” 706

Oxunan şeirlər şəxsi heyətə çox müsbət mənəvi təsir bağışlayırdı. Bəzən uzun müddət onları zümzümə edirdik: 706

Ey Dost, mənə elə bir qəlb ver ki, Sənin yerin ordadır, 706



Səndən elə bir şey istəyirəm ki, razılığın ondadır!” 706

Çox vaxt namaz və münacat İmam Hüseyn (ə) əzadarlığı ilə bitirdi. Məhərrəm ayı olmasa da, əza dəstələri önə çıxırdı və bəzən uşaqlar dalğıc geyimi ilə dəstələrə qoşulurdular. 706

İmam Hüseynə (ə) ağlamağın və təvəssül etməyin xüsusi bir zamana ehtiyacı yox idi. Bəzən uşaqlar qərargahdan çaya qədər yolu əzadarlıqla, sinə vura-vura gedirdilər. Manevr olan gecələrdə əzadarlıq daha böyük coşqu ilə keçirdi. Bu ümumi proqramların yanında hər bir batalyonun, bölüyün və taqımın xüsusi mərasimləri də olurdu. 706

Bir gün komandirlər əmr etdilər ki, uşaqların yolunu 3-5 dəfə artıraq və onların suda daha çox qala bilmələrini təmin edək. Kəşfiyyat gecəsindən sonra bu işin vacibliyini çox hiss edirdim. Bilirdim ki, uşaqların dalğıclıq məharəti nə qədər çox olsa, hücum gecəsində daha az çətinlik çəkərlər. Tədricən suda təlim keçdiyimiz yol elə bir həddə çatdı ki, uşaqlar hər məşqdə ən azı, 5-6 km. üzürdülər. 706

Təlim ağırlaşandan sonra o vaxta qədər çətinliklə dözmüş bəzi uşaqlar tab gətirə bilmədilər. Soyuq suda uzun yol getmək şəxsi heyətə çox ağır idi və bizə sübut olunmuşdu ki, bəzi uşaqlar soyuğa dözə bilməyəcəklər. Onları dalğıclıqdan əl üzmələrinə birtəhər razı salmalı idik. Dalğıc bölüklərindən birinin komandiri olan Əsğər Əlipur da belələrindən idi. Ağlayıb israr etməsi adamı pis vəziyyətə salırdı, amma bədəninin bu qədər soyuğa və əziyyətə dözmədiyini özü də görürdü. Belələrinin təlimdə olması digərlərinin əhval-ruhiyyəsinə çox müsbət təsir edirdi. Onların özlərini oda-suya vurmalarını və nə olursa-olsun, dalğıc bölüyündə qalmaq istədiklərini görəndə digər şəxsi heyət komandirlər demədən bütün imkanlarını səfərbər edirdilər. Əhməd Musəvi də bu qisimdən idi. Hamı ona Balaca Seyid Əhməd deyirdi. O, bəzən əldən düşəndə mənə yaxınlaşıb deyirdi: "Bəs mən nə edim?! Suya girəndə bütün damarlarım tutulur... Amma geri çəkilə bilmərəm. Əməliyyatdan və dalğıclıqdan vaz keçə bilmərəm. Nə olursa-olsun, bu uşaqlarla bir yerdə olmaq istəyirəm..." 706

O, Kərbəla-4 əməliyyatında itkin düşdü. Nəhayət, 1997-ci ildə cəsədi tapılıb əziz vətəninə göndərildi və Təbrizin Rəhmət vadisi məzarlığında dəfn olundu. 707



Əvvəllər tez-tez qulağına pıçıldayırdım ki, bu vəziyyətdə hücumçu bölüyündə dalğıc olması vacib deyil; yaxşı olar ki, yerini başqasına versin və özü su-quru bölüyünə getsin. Onların işi də mühüm və çətin idi, dalğıclardan dərhal sonra hərəkət etməli və işi sona çatdırmalı idilər. Lakin bu sözlərin heç bir faydası olmurdu. Yalnız Seyid Əhməd deyil, hamı "dalğıc" sözünə ayrı cür baxırdı. Vəlfəcr-8 əməliyyatından sonra qardaş Səməd Qasimpurun Qəvvaslar (Dalğıclar) şeiri dillər əzbəri olmuşdu. Bəzən uşaqlar əzadarlıq zamanı həmin şeirə sinə vurub ağlayırdılar. Sözügedən israrlara bunun da təsiri olduğunu düşünürdüm. Seyid Əhmədin israrla yalvarması önündə aciz qalanda ona dedim: "Sən kolonun ipini tut, amma harada yorulsan, ayaqlarını vurma, uşaqlar səni apararlar". 707

Günlər ötürdü. Uşaqlar hər gecə təyin olunmuş yerlərdən suya girirdilər. Əvvəllər bölüklərə müxtəlif tapşırıqlar verilirdi və uşaqlar tapşırığa əsasən, suya girirdilər. Onlara necə suya girmək, üzgəcləri necə çıxarmaq, sahildən bəndə qədər necə hərəkət etmək, tikanlı məftilləri keçmək və düşmənlə rastlaşdıqda necə vuruşmaq, istehkama və bəndə necə qalxmaq yolları öyrədilirdi. Bəzi yerlərdə bənd su ilə eyni səviyyədə olurdu, bəzi yerlərdə isə hətta 70 metrə qədər hündürdə. 707

Bu manevrlərdə hər bölük öz vəzifəsini yerinə yetirirdi və təbii ki, heç biri atəş açmırdı, çünki məqsəd əməliyyata hazırlıq idi. 707

*** 707

Əmr gəldi ki, qardaş Şəmxani və qardaş Şəriətinin iştirakı ilə briqada miqyasında bir manevr keçirilsin. Manevrin yeri batalyonların qərargahından uzaqda idi və uşaqlar özüboşaldan maşınlarla oraya aparılacaqdılar. 707

Yağış yağırdı. Uşaqlar o halda əza heyətləri ilə gəldilər. Hacı Əliəsğər Zəncani oxuyur, onlar da sinə vururdular. Hamı sıra ilə maşınlara mindi. Mən minəndə Hacı Əliəsğərin səsindən bildim ki, maşının arxasında onun mərsiyəsinə və gözəl səsinə dəstək verəcək riyasız bir təvəssül məclisi başlayıb. Bu nemətə yağış da bərəkət qatırdı. 707

Yol bitdi, amma hələ nəzərdə tutulmuş yerə çatmamışdıq. Yolun qalanını piyada getməli idik. Yağış kəsilmişdi, yer sürüşkən idi. Elə palçıqda hərəkət etmək çox çətin idi. Həbib batalyonunun təbliğat bölməsinin başçısı qardaş Abdullahi orada sürüşdü və ayağı sındı. Problem və narahatlığımıza biri də əlavə olundu. 707

Hər bir manevr müsbət və mənfi cəhətləri, problem və ehtimalları araşdırmaq üçün yaxşı imkan idi. O manevrdə də fikirləşdim ki, birdən əməliyyat gecəsi də yağış yağsa və yer sürüşkən olsa, nə edəcəyik. 708

Manevr üçün nəzərdə tutulmuş yer Karun çayının təxminən 8 km.-lik bir hissəsi idi. Uşaqlar dalğıc balonları ilə üzməli idilər. Çayın ortasında çoxlu adalar vardı. Manevr yolu da iki adanın arasındakı boğazdan keçirdi. Boğazdan sonra qarşıda qurulmuş estakadalara çatırdıq. Estakadanın arxasında istehkam qurulmuşdu və oradakı şərti düşmənə qarşı hücuma keçməli idik. Bu manevr şərti düşmənin atəşi altında baş tuturdu. İstehkamı ələ keçirəndən sonra xurmalığın arxasındakı yolla getməli idik. Həmin yol şəxsi heyətin düşərgə saldığı Qəcəriyyə yolu idi. 708

Yol əməliyyat bölgəsinə nisbətən qısa olsa da, soyuğa və güclü yağıntıya görə uşaqların çoxunun yolda qalacağını ehtimal edirdim. 708

Karunun sahilində, suya girəcəyimiz yerdə oturub əmri gözlədim. Batalyondan ayrılıb yola düşəcək ilk qüvvələrə mən bələdçilik edəcəkdim. Rəhim Sarimi, Həsən Kərbəlayi və Əhəd Müqimi də həmin dəstədə idilər. Sakit oturub gözləmək soyuğun şiddətini artırırdı. Sahil güclü yağışdan palçıq olmuşdu və biz əslində, palçığın içində oturub bir az qızışırdıq. Orada soyuqdan titrəyən uşaqlara dedik ki, palçıqda otursunlar. Üzüm soyuqdan yanırdı, onu palçığa batırdım, bir az yaxşılaşdı. Soyuq aman verməyəndə arabir bu işi təkrarlayırdım. Nəhayət, əmr verildi: "Hərəkət edin!" 708

Diviziya komandirinin rabitə üzrə müavini Mirabın səsini tanıyıb dedim: "Gözləyin, görüm nə olur". 708

Əmin ağa mənim səsimi tanıyıb dedi: "Sarəllah diviziyasının uşaqları deyiblər ki, biz suyun altında 40 km. yol gedirik". 708

Bu sözü mənə dediyini bilib narahat oldum. Fikirləşdim ki, inandırıcı deyil. Başa düşürdüm ki, diviziya komandirimiz bizi həvəsləndirmək istəyir, amma orada bizim uşaqlarla birgə çəkdiyimiz əziyyətlərə qarşı haqsızlıq olunduğunu hiss edirdim. Soyuqdan titrəyən, amma dalğıc bölüyündə qalmaq eşqilə heç nədən şikayət etməyən uşaqların üzü gözlərim önündə idi. Fikirləşirdim ki, təlim zamanı imkan daxilində tələbkarlıq edib ağır məşqlər keçmişik, daha digər diviziyaları bizə misal çəkmək lazım deyil. 708

Şəxsi heyətə bir daha təkidlə tapşırdım ki, boğazdan keçərkən ehtiyatlı olsunlar və kolonun axırı adaya və ya sahilə dəyməsin. Arxayın olmaqdan ötrü Əhməd Bayrami ilə Mehdi Heydərini kolonun axırına qoydum və tapşırdım ki, kolonun yoldan yayındığını görsələr, əks-istiqamətə üzsünlər. 708

Hərəkət başlandı. Hamı yük və silahla manevrdə iştirak edirdi. Özüm də uşaqlarla birgə suya girdim və yola düşdük. Boğazdan altı bölük keçdi, amma adalara dəymədən keçən yeganə bölük bizimki oldu. Boğazı keçəndən sonra özümü qayığa çatdırdım ki, uşaqların hərəkətinə fikir verim. Soyuq gücləndi. Qayıqda Rza Musaxani dedi: "Seyid Məhəmməd Fəqihin taqəti qalmayıb". 708

Yenidən suya girdim. Seyid Məhəmməd soyuqdan əsirdi. Onu qayığa mindirdim. Onun güclü titrəyişi qayığı da tərpədirdi. Danışmağa və hərəkət etməyə taqəti yox idi. Məndə də onu qızdırmağa bir şey yox idi. Qayığın küncündəki bir kisəyə ümidləndim. Kisəni onun üstünə çəkdim, amma əmin idim ki, özünə gəlməsi üçün saatlarla vaxt lazımdır. Fikirləşirdim ki, seyidi yenidən suya qaytarsam, daha yaxşı olar, çünki yandırıcı soyuq bayırda daha güclü idi. Hər halda, o, qayıqda qaldı və mən çətinlik çəkdiklərini hiss etdiyim uşaqlara kömək və bələdçilik etmək üçün yenidən suya girdim. 709

Estakadaya çatana qədər xüsusi bir problem yaranmadı. Uşaqlar sudan çıxan kimi, öncədən təlim keçdikləri kimi, dərhal irəliləməyə başladılar. Estakadaya çatan ikinci dəstə birincinin sol tərəfində yerləşdi. Beləliklə, hamı sahilə çatdı, üzgəcləri çıxarıb palçıq sahildə hərəkətə başladılar. Hərəkət o qədər sakit idi ki, şərti düşmən bizim ora çatdığımızı bilməmişdi. Mən partladıcı bölüyün uşaqları ilə gedirdim. Yol açıb istehkama qalxdıq. Kolon da arxamızca gəlirdi. Ləhcələrindən bildim ki, istehkamın arxasındakı şərti düşmənlər zəncanlı uşaqlardır. Onların biri mənim düz qabağımda idi, amma bizi görmürdü. Əlimlə palçıqdan bir güllə düzəldib üzünə vurdum. Dalğıcların istehkamdan keçdiklərini onda bildilər. Digər keşikçilər də fişəng açılana qədər uşaqların sudan keçdiklərini bilməmişdilər. Ondan sonra quruda hərəkət davam etdi və mən orada qalmağa ehtiyac görməyib bölüyə qayıtdım. Yağış hələ yağırdı. Qayıdanda bir neçə dəfə ayağım sürüşdü və yıxıldım. Hirsli və narahat idim: "Əgər hücum gecəsi yağış yağsa, necə olacaq?!" 709

Bölüyə çatan kimi hamamı qalayıb yuyundum və paltarlarımı yuyub sobanın yanından asdım. Paltarlarım bir-iki saata qədər tam quruyurdu və səhər rahat geyinə bilirdim. Lakin fikrim uşaqlarda qalmışdı. Onların hələ bir neçə saat da işləri vardı, qayıdandan sonra bədənlərini və paltarlarını həmin soyuq suda yuyacaqdılar. Çünki orada soba və digər imkanlar yox idi. Onlar paltarlarını qısa xurma ağaclarının üstünə sərəcəkdilər. O soyuqda paltarların səhərə qədər quruması imkansız idi. Uşaqların səhər yeməyindən sonra buzlu paltarlarını geyinib təlimə getdiklərini dəfələrlə görmüşdüm. 709

*** 709

Səhər təlimimiz olmayacaqdı. Uşaqlara baş çəkib gecəki manevr haqda soruşmaq üçün yaxşı imkan vardı. Gödəkcəmi çiynimə atıb çəkmələrimi geyindim, əlimə təsbeh götürdüm və başıma papaq qoyub batalyonun qərargahına getdim. Əvvəlcə qardaş Sövdagərin çadırına getdim: "Vəziyyət necədir? Gecə haraya getdiniz?" 709

Söhbət qızışdı və bir-iki stəkan çay içdim. Uşaqların xahişi ilə ürəyimin xatirə dəftəri açıldı və uzun müddətdən sonra öncəki əməliyyatlar haqda danışmağa başladım. Oradan Rza Daruiyanın taqımına baş çəkdim, sonra da batalyon komandirinə. Hər bir çadıra gedəndə çay və xatirə məsələsi müxtəlif formalarda təkrar olunurdu. Həmin gün bildim ki, uşaqlar atəş, təmizləmə və irəliləmə mərhələlərinin hamısında yaxşı çıxış etmişlər və heç bir problem yaranmamışdır. Uşaqların qüvvə və bacarıqlarının həm özlərinə, həm də diviziya başçılarına sübut olunduğuna görə sevindim. 710

*** 710

Ertəsi gün səhər Karun çayında suyun səviyyəsinin artdığını hamı hiss etdi. Xəbər aldıq ki, ötən bir neçə gündə ölkənin qərbində güclü yağış yağmışdır. Cənubda özümüz də manevr gecəsi yağışa canlı şahid olmuşduq. Karunun səviyyəsi qalxmışdı və bənd salınmayan yerlərdə su yavaş-yavaş ətraf çöllərə axırdı. 710

Bizim yerləşdiyimiz kənd Karundan yuxarıda idi. Kəndə gedən yol suyun səviyyəsindən hündürdə idi, amma tədricən kəndin ətrafını da su basdı. Suyun kəndə də gələcəyini ehtimal edib bütün əşyalarımızı asfalt yola apardıq. Fikirləşirdik ki, belə davam etsə, batalyonların düşərgəsini də su basacaq və bir müddət təlim və məşqlərdən qurtulacağıq. Bəlkə bizi əvvəlki yerimizə, Rəsulabada da qaytaracaqlarını düşünürdük. Lakin tezliklə Əmin ağa gəldi və gətirdiyi xəbər bütün həvəsimizi məhv etdi: "Su düşərgəyə girməyib, yerlərinizə qayıdın!" 710

Suyun hücumundan qorunmuş yerlər yalnız batalyonların düşərgəsi, asfalt yol və bizim kəndimiz idi. 710

Batalyonların düşərgəsinə gedəndə gördüm ki, uşaqlar suyun irəlilədiyini görüb tikinti-mühəndis bölüyünü gözləmədən özləri bellə, boşqabla, kasa ilə, dəbilqə ilə - əllərinə keçən hər bir şeylə suyun önünə torpaqdan sədd çəkmişlər. Su o kustar səddin arxasında dayanmışdı. 710

Karunun bir hissəsində su daşqını bir gecə öncədən başlanmışdı və hətta yolun bir hissəsini də aparmışdı; belə ki hətta tikinti-mühəndis qrupu da o yoldan keçə bilməmişdi. Həmin gecə Əhəd Müqimi bir qrup uşaqla briqadanın SUV toyotasına minib batalyona gələrkən yolda suyun yaratdığı və heç kimin bilmədiyi bir çalaya düşmüşdü. Maşın orada qalmışdı, uşaqlar özlərini batalyona çatdırmışdılar. Əhəd maşının çalaya düşməsini elə maraqla danışırdı ki, təkrar eşitməkdən də həzz alırdıq. Əhəd Müqimi birinci briqadanın məsul şəxslərindən idi. Onunla görüşəndə zarafat hisslərimiz cuşa gəlirdi. Birinci briqadanın komandiri Mənsur İzzətinin, Əsğər Abbasquluzadənin və Həmid Allahyarinin olduğu yerdə təsadüfən, Əhəd də olsaydı, o, bizim uşaqlarımızın familiyalarını bilə-bilə qarışdırıb deyirdi: "Kərim Abbasquluzadəyə salam de. Əsğər Fəthi necədir? Seyid Məcid İzzəti haradadır?" 710

Təlim günlərində Əhəd Müqimi Behzad Pərvin Qüdslə qərargaha gəlib batalyon komandirləri ilə təlim keçirdi. Mən də qayıqla ətraflarına fırlanıb dalğa yaradırdım ki, daha çox su içsinlər və əziyyət çəksinlər. 711

*** 711

Tezliklə suyun səviyyəsi endi. Karun çayının önündə torpaq bənd qurmaqdan ötrü bir D9 buldozeri gəldi. Lakin işinə yeni başlamışdı ki, Karunun sahilində palçığa batdı. Onu heç bir yolla çıxara bilmədik. Sabaha qədər orada qaldı və daha çox palçığa batdı. Beləcə get-gedə bataqlığa batırdı və bir neçə gündən sonra yalnız dudkeşi bayırda qaldı. 711

Sonralar eşitdim ki, həmin buldozeri yayda Neft şirkətinin 90 tonluq kranı ilə çıxarmışlar. 711



Briqadada keçirilən manevrdən sonra tez-tez əməliyyat iclasları keçirilirdi. Həbib batalyonunun komandirlərinin keçirdiyi iclasa batalyon komandiri qardaş Seyid Fatimi məni də dəvət etmişdi. İclasın mövzusu su-quru bölüyünə şəxsi heyət və komandir seçimi idi. Əmin idim ki, bu bölüyün tapşırığı digərlərindən ağır olacaq. Bu bölük kimə təklif olunurdusa, qəbul etmirdi. Çünki hamı ilk hücuma keçəcək dalğıc bölüyündə olmaq istəyirdi. Onlar heç bir vəzifələri olmasa da, dalğıc bölüyündə iştirak etmək istəyirdilər. 711

Qardaş Sövdagər... 711

Yox. 711

Siz necə, qardaş Mütləq? 711

Yox, ağa seyid, icazə verin dalğıc bölüyündə qalım. 711

İsrar çoxalanda inkar da güclənirdi. Dalğıc qüvvələrinin şəhadət ehtimalı olduqca böyük idi. Bölük komandirlərinin hamısı təcrübəli və qədim döyüşçülərdən idilər, hər biri çoxlu dostlarının şəhadət qəmi ilə yaşayırdı və birinci qüvvələrdən olmaq onlar üçün böyük bir imkan demək idi. Növbə Əsğər Əlipura çatdı. Təlim boyu onunla dəfələrlə danışmışdıq. Özü də bilirdi ki, soyuğa dözümü yoxdur, amma o iclasa qədər heç kim onunla bacarmamışdı. Çoxlu müzakirələrdən sonra qərara alındı ki, qardaş Əsğər Əlipur su-quru bölüyünün komandiri olsun. İclasda bir söz deyə bilmədi, lakin narahatlığından elə oradaca ağladı. İclas bitəndən sonra da daim onun üzündə dərin narahatlıq ifadələrini görürdüm. 711

Dərhal başqa bir iclas keçirildi. Bu dəfə taqım komandirlərinə qədər bütün məsul şəxslər iştirak edirdilər. Bölüklərə ezam olunmuş kəşfiyyatçılar da gəlmişdilər və hamı batalyon komandirinin çadırına toplaşmışdı. Qardaş Mənsur İzzətidən sonra qardaş Seyid Fatimi danışdı və sonda kəşfiyyat uşaqları bölgə barədə məlumat verdilər. 711

Həbib batalyonundan sonra Vəliəsr batalyonunun komandir çadırında da iclas keçirildi. Orada iki batalyonun bölük komandirləri, kəşfiyyat qüvvələri və diviziya komandiri iştirak edirdi. Əmin ağanın işarəsi ilə bölgəni öyrənmiş kəşfiyyatçılar xəritə vasitəsilə bölgə barədə məlumat verdilər. Növbə mənə çatanda suya girdiyimiz yerdən başladım, adalar, maneələr və səngərlər haqda məlumat verdim. Elə danışmağa çalışırdım ki, bütün uşaqlar bizim həmin bölgələri gözlərimizlə gördüyümüzə əmin olsunlar. Diviziya komandiri də bizə elə tapşırmışdı. Bilcaniyə sahili haqda inamla danışdım və xırdalıqlarına qədər geniş açıqlama verdim. Sözüm boğazın məftil torla bağlanmasına çatanda Əmin ağa əyilib qulağıma pıçıldadı: "Bunu demə, elə danış ki, uşaqlar ruhlansınlar". Mən də cəld səhifəni çevirdim. 712

Allaha şükür ki, deyilənlərdən əlavə yolda xüsusi bir problem yoxdur və inşallah, boğazı keçəndən sonra hədəfə çatacağıq. 712



İclasda əməliyyat mərhələlərindən heç biri haqda sual və şübhə olmasa da, mən o boğazın bağlanmasından narahat idim. Durbinlə boğaza nəzarət edir, bəzən qabarma zamanı günəş işığında parlayan məftilləri görürdük. Fikirləşirdik ki, güclü kəlbətinlə məsələni həll edə bilərik. Gedəndə maneə ilə rastlaşmaq ehtimalı yox idi, çünki qabarma zamanı oradan keçəcəkdik. Lakin hər halda, ağılla hərəkət etməli və bir faiz təhlükə ehtimalını da ciddiyə almalıydıq. Bilirdik ki, selə və yağıntıya görə bizim kəşfiyyata getdiyimiz zaman suyun səviyyəsi həddən artıq yüksək olmuşdu. Əməliyyat başlayana qədər müxtəlif səbəblərdən suyun səviyyəsi enə də bilərdi. 712

Son açıqlamadan sonra başqa bir iclas keçirilmədi. Taqım, bölük və batalyon komandirləri bəzən manevr planları təqdim edirdilər. Briqada və diviziya komandirlərinin müəyyən dəyişikliklərindən sonra uşaqların hazırlığını artırmaq üçün bu manevrlər icra olunurdu. 712

Təlimlər taqım komandirlərinin rəhbərliyi altında davam edirdi və kəşfiyyatçılar yavaş-yavaş Rəsulabada köçməyə hazırlaşırdılar. 712

*** 712

Bir bölgədə iş bitəndə və başqa bir yerə getmək tapşırılanda tərk etdiyim bölgənin xatirələri gözlərim önündə canlanırdı: Rza Daruiyan bir zorxana düzəltmişdi və hər gün sübh namazından sonra qədim idmanla məşğul olmaq üçün hamı oraya toplaşırdı; uşaqlar bir çala düzəltmişdilər və yalnız qoçaqlar oraya girə bilirdilər. Zəncanlılar da özlərinə bir zorxana təşkil etmişdilər. Onların biri bir qazana vurub zorxana şeirləri oxuyurdu, digərləri də təkrar edirdilər. 712

Kəşfiyyat bölüyünün futbol yarışı tətil olmurdu. Qoz qutularına hücuma keçməkdə Məhəmməd Purnəcəflə mən ustad olmuşduq. Balla və digər enerjili qida maddələri ilə bölüyə verilən qoz ləpəsi bizi həvəsləndirirdi. Cibimiz həmişə qoz ləpəsi ilə dolu olurdu, gördüyümüz hər kəsi ona qonaq edirdik. 712

Camaat namazlarından sonra batalyonlarda dua və əza məclisləri keçirilirdi. Həsən Kərbəlayi olanda mütləq əza dəstəsinin qabağında gedirdi. Həsən Vəkilzadə, Məhəmməd Muxtari və bölükdə heç vaxt əzadarlıq imkanı olmayan bizlər harada belə məclislərin keçirildiyini eşidirdiksə, oraya gedirdik. 713

Onların hər ikisi Kərbəla-5 əməliyyatında şəhadət məqamına nail oldular. 713



III 713

Rəsulabada köçdük və yenə kəşfiyyat bölüyü üçün Bəhmənşir və Karun çaylarında təlim məşqləri başlandı. Əməliyyatın zamanı bəlli deyildi. Bu müddətdə bekar qalmamaq və bədənimizin soyuq suya adət etməsi üçün belə təlimlər zəruri idi. 713



Həmin günlərdə yeni düzəldilmiş müşahidə postundan düşmən bölgəsinə baxmaq məsələsi qarşıya çıxdı. Post böyük və kvadrat idi. Aşağısı enli idi, yuxarı qalxdıqca eni azalırdı və ən yuxarıda 2-3 nəfərə yetəcək kiçik bir otağa çevrilirdi. Onun heç bir dayağı yox idi, külək əsəndə tərpənirdi. Yuxarı qalxmaq üçün nərdivan da yox idi, uşaqlar ayaqlarını şuruplara qoyub qalxırdılar. 713

Çıxdığım ilk dəfədə anladım ki, davamlı dalğıc təlimlərinə baxmayaraq, ora qalxmaq üçün hələ yetərli gücüm yoxdur. Küləkdən əlavə, bəzi yerlərdə şurupun olmaması da yıxılma ehtimalını gücləndirirdi. Hər dəfə külək əsəndə yerlə-göy arasında asılı qaldığımı və postla birgə yıxılacağımı hiss edirdim. 713


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin