Şəhadət aşiqləri



Yüklə 9.35 Mb.
səhifə28/73
tarix26.06.2018
ölçüsü9.35 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   73
Yıxılanda parça-parça olmaq həyəcanı ilə 75 metr hündürlüyü olan və tərpənən bir şeyin üstünə çıxmaq Ərvənd çayında üzmək qədər çətin idi. Bu qədər qorxu və çətinlikdən sonra növbə bölgəni öyrənməyə çatırdı. İnsaf naminə deyim, post elə qurulmuşdu ki, Xürrəmşəhri, Ərvənd çayını, Ümm əl-rəsası, Bəvarini, Ümm əl-babı, Şələmçəni və hətta Bəsrəni də görmək və bütün bölgəni yaxşı müşahidə etmək olurdu. 713

Ertəsi gün yorğunluq və ayaqlarımın zoqqultusu taqətimi çəkdi. Sanki 3000 metrlik bir dağa çıxmışdım. Üç dəfə ora çıxdım və hər dəfəsində belə oldu. Uşaqların bir neçəsi onun xüsusi növbətçiləri idilər, tez-tez çıxıb-düşdüklərinə görə bu iş onlara adiləşmişdi. 713

*** 713

Dekabrın sonları idi və bölgədə əməliyyat ətri duyulurdu. Keçmiş əməliyyatlarda olduğu kimi, bölüyün rəhbərləri uşaqların səs və görüntülərini qeyd etmək fikrinə düşdülər. Kərim Fəthi bölüyün operatoruna tapşırmışdı ki, bir-bir uşaqların şəklini çəksin. Bu tapşırıq işin incəliyini artırırdı. Uşaqlar kameradan qaçdıqca operatorun hünəri və komandirlərin uşaqları müsahibəyə cəlbetmə səyləri də çoxalırdı. Uşaqların halını anlayır və onların könülsüz kamera önündə dayandıqlarını bilirdim. Əmin idim ki, bir neçə gündən sonra onların bəzisi aramızdan gedəcəklər. Buna görə də, hansı yolla olursa-olsun, hamını müsahibəyə razılaşdırmağa çalışırdım. 713

Uşaqların könülsüzlüyü və operatorun israrı işi uzatdı, amma nəticədə, Kərbəla-4 əməliyyatından öncə bütün kəşfiyyatçıların görüntüsü lentə köçürüldü. Suallar eyni idi: "Hizbullahçı ümmətə hansı mesajınız var? Əməliyyat haqda hissləriniz necədir?.." Bəzi uşaqlar zirəklik edib qısa cavablarla canlarını qurtarırdılar. 714

Uşaqlar, əməliyyat yaxınlaşır, hansı hissləri keçirirsiniz? 714

Xüsusi bir hiss keçirmirəm. 714

Döyüşçülərin ruh yüksəkliyi hansı səviyyədədir? 714

Onların özlərindən soruşun. 714

Təvazökarlıq və məşhurlaşmadan qaçmaq cəbhələrin bəhrəsi idi. Dəfələrlə görmüşdük ki, əzadarlıq zamanı kamera gələndə mərasim soyuyurdu. İxlaslı uşaqlar batalyonda və ya bölükdə onlardan danışılacağını görəndə tez oradan uzaqlaşmağa çalışırdılar. Rza Daruiyan belələrindən idi. O, Seyyidüş-şühəda batalyonuna, sonra Qasim, sonra Əli Əsğər, həmin günlərdə də Həbib batalyonuna getmişdi. Hamı bilirdi ki, o, bir yerdə qərar tutmur. 714

Batalyonlara bələdçilik etmək üçün kəşfiyyatçılar arasında bölgü aparıldı. Həmişə olduğu kimi, uşaqların bir qismi əməliyyatın ilk mərhələsində iştirak etməkdən məhrum oldular. Əməliyyatdan iki-üç gün öncə bəziləri nə mövqe yaran qüvvələrdə, nə də əməliyyatın davamında onlara bir tapşırıq verilmədiyini biləndə başqa cür olurdular. Qəlbləri sınırdı və bu, onların bütün hərəkətlərindən bilinirdi. Biz təcrübədən bilirdik ki, əməliyyatlarda iştirak edənlərdən çox onlar şəhadətə qovuşurlar. 714

*** 714

Kənddə palçıq bir ev bölüyümüzün namazxanası olmuşdu. Bir qədər aralıda sarı kərpicləri ilə seçilən mətbəx yerləşirdi. Onun önündən Karuna birləşən kanal keçirdi. Kanalın üstündə körpü vardı və körpünün o tərəfində uşaqların kazarması yerləşirdi. Qərargaha gedən yol məscid tərəfdən idi. Çox da böyük olmayan bu ərazi həmin gün Seyyidüş-şühəda dostlarının vida meydanına dönmüşdü. Bir döyüşçü qolunu dostunun boynuna salıb onu bir tərəfə aparır və bir neçə ay öncə ona dediyi “sənə nə?!” sözünə görə halallıq istəyir, bağışlamasını xahiş edirdi. Orada Allahın razılığı olmayan hər bir şey günah idi. Qəribə idi ki, uşaqlar bütün söz və əməllərini diqqətlə yadda saxlamışdılar. Bəzən qarşı tərəf incikliyi xatırlamırdı, lakin bütün haqq-hesablarını təmizləyib getmək istəyən dostunun yaşlı gözləri önündə onu sakitləşdirmək üçün "nə olubsa, halal edirəm, sən də mənə şəfaət edərsən" deməkdən başqa çarəsi qalmırdı. Tək-tük bəzi uşaqların bu işlərlə arası yox idi, hər bir fürsətdən istifadə edib zarafatlaşır, uşaqları ələ salırdılar. Məhəmməd Purnəcəf, Rəsul Səidi və mən belələrindən idik. 714

O zaman bizə batalyonun komandir heyətini Ərvəndin sahilinə aparmaq tapşırıldı. Şəxsi heyət hücumdan öncə bu məqsədlə hazırlanmış istehkamın arxasında istirahət edəcəkdi və biz komandirləri həmin yerlə və hücum nöqtəsi ilə tanış etməli idik. 715

Həbib batalyonunun komandirlərini aparmaq mənə tapşırıldı. Qaranlıq gecə idi. Yeni yola düşmüşdük ki, Rəhim Sarimi dedi: "Sən səhv gedirsən". 715

Qədim dostluğumuza görə məni ələ saldığını bilirdim. 715

Əşi, məndən əl çək, bilirəm ki, sən şah dövründən burada olmusan və hər yeri tanıyırsan. 715

Cəbhə zarafatlarından biri bu idi: Kim özünün çoxdan cəbhədə olduğunu bildirən bir söz desəydi, deyirdilər: "Bəli, sən şah dövründən cəbhədə olmusan!" 715

Rəhim sözündən dönmürdü. Sınıq körpüyə çatanda adət üzrə çıraqları söndürdük. Çalışırdıq ki, maşınlar düşmənin diqqətini cəlb etməsin. Hətta əyləc işığının üstünə də palçıq sürtmüşdük. Təmas xəttində duranlara da təkidlə tapşırılırdı ki, əsla siqaret çəkməsinlər. Bu səbəbdən bəzən müxtəlif səbəblərdən orada get-gəl edən maşınlar yolu azır və ya hansısa bərbad yolda ilişib qalırdılar. 715

Hər halda, o şəraitdə və qaranlıqda irəliləmək kifayət qədər çətin idi. Bundan əlavə, Rəhim Sarimi də dayanmadan deyirdi: "Sən səhv gedirsən, mən bilirəm". 715

Bir müddətdən sonra bölgənin qəribəliyi məni şübhəyə saldı. Getdiyimiz yolun bir hissəsini geri qayıtdıq və məktəbə çatanda yolun bir hissəsini səhv getdiyimizi bildim. 715

Məktəbin önündə bir-birinin üstünə yığılmış üç cərgə kisə vardı. Bizim son mövqeyimiz ora idi. Oradan yavaşca keçib suyun kənarı ilə irəlilədik. Dalğıclar orada dayanıb əmri gözləyəcək, sonra suya girəcəkdilər. İclaslarda dəfələrlə komandirlərə və şəxsi heyətə bölgənin vəziyyəti, düşmən xətti ilə məsafəmizin azlığı barədə bildirmişdik. Çalışırdıq ki, onlar daha ehtiyatlı olsunlar. Lakin o qədər təkid və tövsiyələrə baxmayaraq, uşaqlar buna inanmırdılar və elə bilirdilər ki, bəzi sözləri özümüzdən çıxarırıq. Həmin gecə iraqlıların öskürək səsi gəlirdi, ucadan danışanda sözləri aydın eşidilirdi. Əsğər ağa ilə kəşfiyyata gedib mövqelərimizin düşmənə yaxınlığını görəndən sonra bəzi təlimləri proqrama salmışdıq: suya ehtiyatla girmək, qolların səsi gəlmədən hərəkət etmək, ən kiçik səs və dalğa yaratmadan başı suda tərpətmək. 715

İlk hücumçu batalyonlardan olan Həbib batalyonunun komandirləri həmin gecə təlimlərin vacibliyini yaxından dərk etdilər. Onların təklifi ilə qərara gəldik ki, dalğıcların suya girdiyi yeri kanal kimi qazaq və uşaqlar suya girəndə həmin kanalın içindən sakitcə girsinlər. 716

Komandirləri hücum zonası ilə tanış edəndən sonra bölüyə qayıtdıq. Ertəsi gün komandirlər gördüklərini şəxsi heyətə çatdırdılar və biz də əməliyyatın ilk mərhələsini tənzimləmək üçün bir yerə toplaşdıq. Bölgənin olduqca həssaslığına görə qərargahda irəli sürülən və həll yolları göstərilən müxtəlif ehtimalları müzakirə etdik. 716

Diviziyamızın sol və sağ cinahları hansılardır? 716

Cinahlar harada və necə birləşəcəklər? 716

Ərvənd çayının müxtəlif axınlarına qarşı nə etməliyik? 716

Əgər uşaqlar suya girməzdən öncə düşmən duyuq düşsə və atışma başlansa, vəzifəmiz nədir? 716

Əgər suya girəndən sonra və ya dalğıclar suda olanda atışma başlansa, nə etməliyik?.. 716



Bütün bu ehtimallar irəli sürülürdü və hər birinin özünəməxsus tapşırığı vardı. Bütün belə zəruri hallarda qərar qəbul etmək kəşfiyyatçıların üzərinə düşürdü. Yadımdadır, bölgəni tam nəzərə alandan, hərəkət problemlərini görəndən, düşmənin sayıqlığını biləndən sonra bütün bu məsələləri yan-yana qoyub belə nəticəyə gəldik ki, bu bölgədə əməliyyatı davam etdirmək imkansızdır və bütün uşaqların şəhidliyi ilə nəticələnə bilər. Bu narahatlıqlar daha yüksək komandirlərə məruzə olundu, onlar da bəzi hazırlıqlar gördülər, amma qaneedici olmadı. Bu barədə İbrahim Əsğəri ilə danışdıq, əməliyyat vəziyyətini ölçüb təhlil etdik. Nəhayət, İbrahim bir cümlə ilə narahatlığımıza son qoydu. O, dedi: “Mehdi, bu gün bizim vəzifəmiz şəhadətdir və bu əməliyyat şəhadət əməliyyatıdır!” 716

*** 716

Hərəkət zamanı gəldi: 23.12.1986. Kanalın üstündəki körpünün ətrafında Həbib batalyonuna bir yer ayrılmışdı. Şəxsi heyət hündür bir istehkamın arxasına toplaşdı və gecə vaxtı biz də onlara qatıldıq. Mən istehkamda Həsən Kərbəlayinin və Məhəmməd Sövdagərin yanında uzanıb göyə baxırdım. Həmin gecə fişənglərin işığı ulduzları görməyə imkan vermirdi. 716

Səma fişənglərlə dolub-boşalırdı. Səmaya baxan hər kəs ixtiyarsız olaraq, əməliyyat barədə şübhəyə düşürdü. Ötən bir ay boyunca uşaqlar hər gecə fişənglərin sayını qeyd etmişdilər və nəticə dəhşətli idi. Əgər bizim gəldiyimiz birinci gün heç bir fişəng atılmırdısa, əməliyyat gecəsi axşamdan səhərə qədər üç yüzdən artıq fişəng yeri-göyü işıqlandırırdı. 716

Əməliyyata üç qərargah rəhbərlik edirdi və Aşura diviziyası Kərbəla qərargahının tabeliyində idi. İlk mərhələdə əməliyyatın məqsədi Bəsrə ilə Ümm əl-bihar arasındakı əsas yolu tutmaq idi. Bundan ötrü ilk hücumda bənddən yola qədər ərazini ələ keçirməli idik. İkinci mərhələdə əməliyyat iki hissəyə bölünürdü: biri Ümm əl-qəsrə gedirdi, digəri Bəsrəyə. Xor-Ümm əl-qəsr körfəz suyunun oraya qədər irəlilədiyinə görə göydən çəkilmiş fotolarda çoxlu budaqları olan ağaclara bənzəyirdi. Buna əsasən, şəxsi heyət oraya çatıb yerləşə bilsəydi, sözügedən təbii formasına görə yaxşı müdafiə imkanı yaranardı və bizimkilər ondan səmərəli istifadə edə bilərdilər. 716

Ümumilikdə, əməliyyatın məqsədi Ərvəndin o tərəfini ələ keçirmək və Bəsrə şəhərini təhlükəyə salmaq idi. Bəsrə əməliyyatın mühüm və böyük məqsədi idi. Bir tərəfdən, əməliyyatın həcmi və genişliyi, digər tərəfdən də düşmənin hazırlığını göstərən əlamətlər bu əməliyyatın daha çox hərbi riskə çevrilməsinə səbəb olmuşdu. Uğursuz çıxış etdikdə biz bölgə itirməyəcəkdik, amma uğurlu alınsaydı, mühüm və dəyərli bölgələri ələ keçirib düşmənin varlığını sual altına sala bilərdik. 717

Klassik əməliyyatlarda düşmən bölgəsində məhdud əməliyyatlar həyata keçirilir və bununla düşmənin zəif nöqtələri üzə çıxır. Kərbəla-4 əməliyyatı da növbəti əməliyyat üçün belə bir hazırlıq idi. Belə ki Kərbəla-5 əməliyyatı Şələmçə və Beşbucaq bölgəsindən baş tutdu və düşmənin həmin bölgələrdə hərbi zəifliyi Kərbəla-4 əməliyyatında üzə çıxmışdı. 717



*** 717

Əməliyyat gününün səhər çağında məsciddə süfrə açıldı və hamımız birgə səhər yeməyini yedik. Süfrəni yığışdırandan sonra bölüyün komandiri qardaş Kərim Fəthi söhbətə başladı. Mövzu kəşfiyyatçıların əməliyyatda vəzifələri haqda idi. Əsas məsələlər təxminən bütün əməliyyatlarda deyilənlər idi, yalnız hər bir əməliyyatın iqlim şəraitinə, hərbi və siyasi durumuna görə bəzi əlavələr olurdu. O, şəhadətdən, müqavimətdən və fədakarlıqdan danışıb deyirdi ki, bu gecə bizə haqqını halal etməmiş heç kim suya girməsin, çünki bu əməliyyat şəhadət əməliyyatıdır və bölüyün uşaqları kəşfiyyat zamanı bunu hamıdan çox dərk ediblər. 717

Söhbətlər bitmişdi, amma hələ məsciddə, bayırda və digər yerlərdə görüşüb-öpüşmə, vidalaşma davam edirdi. Operator kamerasını çiyninə qoyub yaşlı gözləri ilə uşaqların arasında gəzir, onların ayrılıq anlarını qeyd edirdi. Gedənlərin göz yaşları sevinc təbəssümünə qarışmışdı. Qisməti qalmaq olanların göz yaşları isə narahatlıqdan və həsrətdən xəbər verirdi. Hamımız bilirdik ki, bu dəfə şəhadət imkanı bütün Ərvənd qədərdir; yəni suya girəndən düşmən mövqelərinin dərinliyinə çatana qədər. 717

O günə qədər bütün əməliyyatlarda bölüyün ümumi siyasəti belə idi ki, kəşfiyyatçılar əməliyyatın növbəti mərhələləri həyata keçirilən daha üç gün üçün bölünürdülər. Bütün uşaqlar bilirdilər ki, məqsəd yalnız ilk mövqeyi ələ keçirmək deyil, əslində, irəliləyib mərhələ-mərhələ bütün hədəfləri tutmaqdır. Lakin Kərbəla-4 əməliyyatında bölgənin xüsusi vəziyyəti və əməliyyatın mövqeyi hamını inandırmışdı ki, Ərvəndə ayaq basan hər kəs böyük ehtimalla elə orada da qalacaq. Dalğıc bölüklərində də dəfələrlə deyilmişdi ki, kimin şəhadətə hazırlığı varsa, qalsın, kim özündə bir qədər inamsızlıq, qorxu və tərəddüd hiss edirsə, bu bölüklərlə gəlməsin; çünki suya girəndən sonra qayıdış təxminən qeyri-mümkün olacaq. 717

Bölükdə qalan uşaqların göz yaşları dayanmırdı. Biz onları görməyə dözə bilmirdik. Sürücüyə dedik ki, tez yola düşsün. Maşın hərəkətə başladı və uşaqlar ən əziz adamları kimi bizi yaşlı gözlərlə yola saldılar. Maşının sürəti artdı, küləyin səsi və yolun toz-torpağı bizi onların gözündən itirdi. 718

Maşın batalyonların toplaşdığı istehkamın yanında dayandı. Yerə enib şəxsi heyətin hazırlaşmasını və təyin olunmuş vaxtda hər kəsin öz batalyonuna və bölüyünə getməsini gözlədik. 718

Uşaqların arasında müxtəlif hallar görünürdü: bəziləri təkliyə çəkilir, bəziləri bir yerə yığışıb dünyəvi haqq-hesablarını bağlayırdılar. Halallıq və şəfaət istəkləri hamının dilinin əzbəri idi. Bizim vəzifəmiz ağır olduğuna görə yenə toplaşıb düşmənin mövqeyi, canlı qüvvəmizin vəziyyəti, bələdçilik, suyun durumu və digər məsələlər haqda danışmağa başladıq. Bu məsələlər barədə dəfələrlə fikir mübadiləsi aparmışdıq və hər dəfə deyirdik ki, filan məsələ barədə son dəfə danışırıq. Lakin yenə qane olmur, düşünürdük ki, çıxış yolları tapmaq, bir-birimizin təcrübə və təkliflərindən istifadə etmək belə qeyri-rəsmi iclaslarda mümkün olur. Diviziyanın bəzi məsul şəxsləri bizim orada oturduğumuzu öyrənəndə yaxınlaşıb son dəfə halallıq istəyir və sağollaşırdılar. Rəhmətullah Ovhani də gəldi. Bölüyün uşaqları onu çox sevirdilər. Onun uşaqların yanından sakit və zarafatsız keçməsi mümkün deyildi, lakin həmin gün orada başqa halda idi. 718

Məni bərk qucaqlayıb dedi: "Haqqını halal et, Mehdiqulu". 718

Sən halal et, sən yüz faiz şəhid olacaqsan. Bizi bağışla, sənə çox əziyyət vermişik. 718



Üzü kədərli, gözləri yaşlı idi. Bölüyün operatoru qardaşların nurlu üzlərini son dəfə lentə köçürürdü. Həmid Allahyari, Məcid Məhəmmədzadə, Kərim Ahənc, Hüseyn Yusifi və Əlirza Şairi də müsahibə verənlərdən idilər. 718

Hərəkət zamanı idi. Batalyonların toplaşdığı istehkama sarı yola düşdük. Günortadan sonra saat 4 idi, kəşfiyyatçıların tapşırıq yerlərinə getmələrinin vaxtı çatmışdı. Sağollaşdıq və mən əşyalarımı götürmək üçün Həbib batalyonunun komandirlərinin yanına qayıtdım. Dalğıc geyimimi götürdüm və geyinməzdən öncə uşaqlara da geyinmələrini söylədim. İstehkam boyu gəzib kanalın ətrafında oturmuş uşaqlara deyirdim ki, səngərlərinə gedib dalğıc geyimlərini geyinsinlər. Düşmən yenidən raket hücumuna keçə bilərdi və o şəraitdə ehtiyatı əldən verməmək birinci qayda idi. 718

Artıq neçənci dəfə idi ki, istehkamın uzununa gəzib uşaqlara geyinmələrini və kanala sığınmalarını tapşırırdım. Gördüklərim gözəl idi: heç kim dəstəmaz almadan paltarını geyinmirdi. Uşaqlar bəlkə də kəfənləri olacaq paltara yaxşı hörmət edirdilər. Üzlər sakit və təbəssümlü idi. Saat 5 oldu və qürub yaxınlaşdı. Birdən gözüm batalyonun partladıcısı olan Mustafa Fəxr Zakiriyə sataşdı. Oturub çox dərin fikrə getmişdi. 719

Mustafa, qalx, paltarını geyin. Vaxt azdır. 719



Ayağa qalxıb mənə baxdı. Üzündə qəribə təravət vardı. Gülərüzlə paltarını götürüb geyinmək üçün oradan uzaqlaşdı. Mən də yoluma davam etdim, lakin çox uzaqlaşmamış yaxınlığımda bir partlayış səsinə diksindim. Bir dəqiqədən sonra uşaqların bir nəfəri gətirdiklərini gördüm. Hələ dalğıc paltarını geyinməmiş bir döyüşçü qana boyanmışdı. Yanımdan keçəndə isə yerimdə quruyub qaldım. Mustafa şəhid olmuşdu. Onun təbəssümlə getdiyi yer şəhadət məkanı olmuşdu. Mustafadan əlavə iki-üç nəfər də həmin raketin qəlpələri ilə yaralanmışdı. 719

Buna çox üzüldüm. Mustafa Fəxr Zakiri mənimlə gedəcək partladıcı idi. Tez onun yerinə başqa birini tapmaq lazım idi. Orada qalmadım, uşaqların yanına gedib dedim: "Uşaqlar, iplərinizi hazırlayın". 719

Bunu deyib Həbib batalyonunun komandiri qardaş Seyid Fatiminin səngərinə getdim. O, diviziya komandirinin yanından yeni qayıtmışdı və hələ dalğıc paltarını geyinməmişdi. Məni görüb dedi: "Ağa Mehdi, mən əməliyyat qərargahından gəlirəm, necə hərəkət etməyimiz və əməliyyatın üstü açılmışsa, nə edəcəyimiz haqda bir nəticə əldə edə bilmədim. Sən get, Əmin ağa ilə danış və bu bizim son söhbətimiz olsun". 719

Eşitmişdim ki, uşaqlar onun əməliyyatda iştirakına mane olmaq və onu şəxsi heyətlə arxadan ratsiya ilə əlaqə saxlamağa məcbur etmək məqsədilə paltarlarını gizlətmişdilər. Seyid Fatimi narahat idi. Mən oradan çıxıb diviziya komandirinin yanına getmək istəyəndə qardaşı Seyid Yunusa belə dedi: "Sən paltarını çıxar, mən geyinim. Mənim paltarımı tapsan, geyinib gələrsən, tapmasan..." 719

Əməliyyat qərargahına çatıb səngərə girdim. Qardaş Əmin çoxlu ratsiyaların yanında oturmuşdu. Uşaqların vəziyyətini soruşdu. Dedim ki, hərəkətə hazır vəziyyətdədirlər. 719

Allah sizinlə olsun! 719

Qardaş Əmin... 719

Bunu deyəndə Əmin ağa oraya sualsız gəlmədiyimi bildi. Sözümə davam etdim: "Suya girəndə döyüş başlasa, nə edək". 719

Bayıra çıxın, hərəkəti saxlayın. 719

Əgər suyun ortasında döyüş başlasa, nə edək? 720

Onda özünüzü ən yaxın sahilə çatdırın. Əgər Ümm əl-rəsasa yaxın olsanız, oraya gedin; Bəvarinə yaxın olsanız, oraya gedin; öz mövqelərimizə yaxın olsanız, tez qayıdın. 720



Bu izahlardan sonra daha qaranlıq bir şey qalmadı. Çıxmaq istəyəndə qardaş Şəriəti dedi: "Hərəkət bir saat təxirə düşdü". 720

Nə üçün? 720

Güman ki əməliyyatın vaxtı bilinib. 720

Oradan çıxanda qəribə həyəcanım vardı. Artıq əmin idim ki, yalnız əməliyyatın olacağı yox, hətta başlanma saatı da bilinib, casuslar ən dəqiq məlumatları da düşmənə çatdırıblar və biz hər bir hazırlığını görüb bizi gözləyən düşmənə hücum edəcəkdik. 720

Bütün diviziyadan suya ilk girən kolon mənim apardığım kolon idi: Həbib batalyonundan qardaş Sövdagərin bölüyü. 720

Hava yavaş-yavaş qaralmaqda idi. Hərəkət vaxtı çatmışdı. Uşaqları tez hazırladım. Əməliyyatdan öncəki son anlarda qəribə hadisələr baş verib beynimi məşğul edirdi. Kolon hazır olanda dedilər ki, ip qırılıb və bəzi uşaqlar çaş-baş qalıblar. Tez göstərdikləri tərəfə qaçdım, oturub ipin qırılmış tərəflərini bir-birinə bağladım. 720

Cəld hərəkət edin. 720



İpi bağlayanda üzgəclərimi orada unudub şəxsi heyətlə yola düşdüm. Çalışırdım ki, kolon təlimdə öyrəndikləri kimi yavaşca və səssiz hərəkət etsin. Bundan ötrü çox əziyyət çəkmişdik və artıq bəhrəsini görürdük. Kanala girib məktəb tərəfdən çıxdıq, axırıncı dayanacağımıza sarı yola düşdük. Keçdiyimiz yer müxtəlif partlayışlardan yanmış qamışlıq idi. Hər tərəf tikanlı məftillə dolu idi; yanmış qamışlarla birgə uşaqların ayaqlarını yaralayırdılar. Ərvəndin öz mövqelərimizə aid sahilində adi kanal formasında bir çökək vardı. Biz onun içi ilə hərəkət edib suya çatdıq. Uşaqları kanalın içində uzandırdıq ki, atəş başlasa, itkimiz az olsun. Diviziyanın əməliyyat qərargahı ilə razılaşdığımız bir nəfər bizim keçiddə idi və tez-tez məndən soruşurdu: “Nə üçün yola düşmürsünüz?" 720

Qərargahın əmrini gözləyirik. Gərək əvvəlcə əmr verilsin, sonra hərəkət başlansın. 720



Onu və digər uşaqları sakit saxlamağa çalışırdım, amma daxilimdə tufan idi. Üzgəclərimin olmadığını yeni öyrənmişdim. Ətrafımdakı uşaqlardan soruşdum, heç kimin xəbəri yox idi. Yanımdakı kəşfiyyatçı Mehdi Heydəriyə dedim: "Sən üzgəclərini mənə ver, özünə üzgəc tap". Çox narahat olsa da, bir söz demədən üzgəclərini mənə verdi və özünə üzgəc tapmaq üçün ayağa qalxdı. Elə o anda tanış bir səs eşitdim: "Mehdiqulu! Mehdiqulu!" 720

O, təxminən iki həftə sonra Kərbəla-5 əməliyyatında şəhid oldu. 720



Əli Hacıbabayi idi. Bizə çatanda əlində bir cüt üzgəc gördüm. Məndən çox Mehdi Heydəri sevindi. 721

- Gələndə bunları yerdə gördüm, sənin üzgəclərinə oxşayır. 721

Üzgəclərimi geyinib arxayınlaşdım. Uşaqların hamısı bizə baxırdı. Mən də onlara son dəfə baxıb yavaşca suya girdim. Səs çıxmadı. Orada dayanıb uşaqların girməsini gözlədim. Əhməd Bayrami yanımda idi. Yavaşca ona dedim: "Əhməd, sən öndən yola düş və qabaqdakı örtüyün altında bizi gözlə". 721

Ərvəndin sahilindəki qamış örtüyü uşaqların düşməndən gizlənməsi üçün yaxşı maneə idi. Hələ hücum anına qədər vaxtımız vardı. Fikirləşirdim ki, bu müddətdə qamışlığın içində olsaq, düşmən fişəng atsa da, görünməyəcəyik. 721

Bütün şəxsi heyət bir-bir sakitcə və vüqarla suya girdi. Rza Daruiyan və Seyid Fatimi uşaqlara suya girməyə kömək edirdilər. Bizimlə paralel olaraq, Həbib batalyonunun digər bölüyü də suya girmişdi və irəliləyirdi. Hər iki bölük birgə hərəkət etməli idi. 721

Bir neçə dəqiqədən sonra Həbib batalyonunun şəxsi heyəti düşmənin diqqətini çəkmədən suya girmişdi. Hamımız hərəkət etmək üçün batalyon komandirinin əmrini gözləyirdik. Qardaş Sövdagərlə mən kolonun önündə idik. Əhmədi tez-tez qardaş Seyid Fatiminin yanına göndərirdim ki, hərəkətə icazə verilib-verilmədiyini öyrənsin. Əhməd bir neçə dəfə "yox" cavabı ilə gəldi. Biz Ərvənd çayında qamışlığın içində gözləyirdik. Hava tam qaralmışdı. Suyun soyuqluğu da yavaş-yavaş hiss olunurdu. Lakin soyuqluq şəhadət əməliyyatı zamanı şəxsi heyətin yüksək əhval-ruhiyyəsinə təsir edə bilməzdi. 721

Bölük komandiri qardaş Sövdagərlə danışıb son dəfə lazımi məsələlərə aydınlıq gətirirdik. Dalğıc taqımlarının birinin komandiri qardaş Fərəc Quluzadə də arxamızda idi və bizi dinləyirdi. Ara-sıra atılan və suyun üzünü işıqlandıran fişənglər məni narahat edirdi: "Birdən uşaqlar görünərlər və əməliyyatın üstü açılar". Fikirləşirdim ki, az əməliyyatda belə hisslər keçirmişəm. Bu dəfə vəziyyət başqa cür idi. Bir tərəfdən, əməliyyat çətin idi, bir tərəfdən də düşmən hazır idi və böyük ehtimalla əməliyyatdan xəbər tutmuşdu. Lakin qara paltarlı dalğıcların nurlu çöhrələrinə baxanda bütün çətinliklər asanlaşırdı. 721

Bizdən az sonra İmam Rza (ə) briqadasının uşaqları suya girməyə başladılar. Onların səs-küyünü eşidib yerimdə qurudum. Biri deyirdi: "Rza, getdin?! Haqqını halal elə". Səs mənə elə aydın çatırdısa, yüz faiz düşmən də eşidirdi. 721

Tez Sövdagərə dedim: "Ağa Məhəmməd, get, onlara de, səs salmasınlar". 722

O, getdi. Onun səsini eşitmədim, amma verilən cavabı aydın eşitdim. 722

Qəribədir! Bunlar nə üçün məsələni anlamırlar?!” Bunu ürəyimdə dedim və nə edəcəyimi bilmirdim. Sövdagər gəlib dedi: "Sözümə qulaq asmırlar". 722



Narahat halda dedim: "Eybi yox, indi bəlli olar!" 722

Bir neçə nəfərin səs-küyü bütün istiqamətin işinin üstünü aça bilərdi; hələ üstəlik, düşmən hiss etmişdi və hazır idi. Gözümü suya dikib "hərəkət edin" əmrini gözləyirdim ki, birdən suyun üzündəkini görüb yerimdə dondum. 722

Bu təpə nədir belə? 722

Bəh-bəh! Bizə dedilər başınızı da suya yaxınlaşdırın, bunlar isə piyada körpüsündən silah daşıyırlar! 722

Diviziyalardan birinin dalğıc kolonu piyada körpüsünün üzərinə silah-sursat qoymuşdu və bir neçə nəfər onu itələyirdi. Əmin idim ki, düşmənlər də bunu görmüşlər. Bu narahatlıq çox çəkmədi. Çünki düşmən təyyarələri bir anda üzüm salxımı kimi yayılıb bütün bölgəni təxminən yeddi dəqiqə işıqlandıran fişənglər atdılar və bütün səma işıqlandı. Bununla eyni zamanda iraqlıların atəşi başlandı. Bizim sahilimizə doğru ağır atəş yağışı yağmağa başladı. Allaha şükür edirdim ki, bizim uşaqlarımız qamışlıqdadırlar və düşmən onları görmür. Lakin bu, dərdimi azaltmırdı. Çünki suyun ortasındakı uşaqların güllə və raket atəşləri altında parça-parça olduqlarını görürdüm. Düşmən kolonları suyun ortasını raket və minaatanlarla vururdu. Raket suda da partlayırdı. Fişənglərin işığı altında uşaqların yaralanmasını və hətta suyun qızarmasını da görürdüm. Bu səhnələri görmək çox ağır idi. Əhmədə dedim: "Get, gör, nə etməliyik". 722



Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə