Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə33/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   29   30   31   32   33   34   35   36   ...   73
Qardaş Əbülfəz Fərəhmənd də Bədr əməliyyatında yaralanmışdı və fəqərə sütununda problem vardı. Onunla danışıb düşərgəmizin yerləşdiyi yüksəkliklərə gedirdik. Əbülfəzin vəziyyəti məndən ağır idi, hər iki ayağının siniri kəsilmiş, hərəkəti çox çətinləşmişdi. Hərəmizdə iki əsa vardı və gündə 5-10 addım bərk təpədə gəzirdik. O, öz üsulu ilə yeriyirdi, mən də öz üsulumla. Həmçinin bir-birimizin təcrübələrindən də istifadə edirdik. Hiss edirdim ki, hər addımla ayağım güclənir və yaxşılaşır. Amma hərdən ayağım boşa gedirdi və üzü üstə yerə yıxılırdım. Bütün ağırlığımı sağ ayağıma salmağı öyrənmişdim. Oturmaq, qalxmaq və yerimək üçün sağlam ayağımı dirək edirdim. Hara getsəydim, uşaqların bir-ikisi sakitcə arxamdan gəlirdilər ki, yıxılsam, tutsunlar. 759

Bir neçə gündən sonra yaranın tam bağlandığını gördük. Daha açıb-bağlamağa getmədim və böyrümün çirki də bitdi. Yataqdan tərpənə bilmədiyim günlərlə müqayisə edəndə özümü çox pəhləvan hiss edirdim. Lakin həqiqətən, hərəkətli bir sümük idim. Xəstə və yaralı dostlarına qarşı həmişə ana kimi mehriban olan uşaqları bir daha sınamaq imkanı əldə etmişdim. Onlar məni özümdən çox düşünürdülər. Ümumiyyətlə, cəbhədə hər şeydə vəhdət vardı: bir yaralının yaxşılaşması hamının yaxşılaşması demək idi; bir nəfərin narahatlığı hamının arasında bölünürdü. 759

Uşaqların mənə necə diqqət yetirdiklərini və məndən ötrü narahat olduqlarını görəndə yenə Allahın cənnətinə gəldiyimə görə qürur hissi keçirirdim. Onlar bütün bu işləri elə ixlasla, səmimiyyətlə görürdülər ki, mənə və ya digər yaralı və əlillərə yazıq kimi baxdıqları ağlıma gəlmirdi. 759

Kəşfiyyat bölüyünün bütün şəxsi heyəti orada idi və yaxınlarda əməliyyatın olmayacağı nəzərə çarpırdı. Lakin Şəhid Müqimi düşərgəsində on gün qalandan sonra Kərim Hörməti bəzi uşaqları seçib özü ilə apardı. Vəziyyətimə baxmayaraq, məni qalanlara başçı təyin etdi. 760

Seçilən uşaqlar əşyalarını götürüb bizimlə sağollaşdılar. Kəşfiyyata getdiklərini bilirdim. Avtobus yola düşdü və arxadan Həmid Allahyarinin səsini eşitdim. Nə üçünsə uşaqlardan geri qalmışdı. Avtobusun arxasınca qaça-qaça qışqırırdı: "Mən qaldım! Mən qaldım!" 760

Ürəyim əsdi. Maşın dayanmışdı və Həmidə çatmaq imkanım vardı. Halım dəyişmişdi. Onu qucaqlayıb dedim: "Həmid, deyəsən, sən də gedəsi oldun!" 760

İnşallah. 760



Sanki özü də nəsə bilirdi. O da minib getdi. 760

Dörd gündən sonra axşamüstü Seyid Zəfərançı təcili yardım maşını ilə düşərgəyə gəldi. Məni görüb dedi: "Mehdi, səncə, maşında nə var?" Fikirləşdim ki, bəlkə ərzaq olar. Seyid Zəfərançı dedi: "Get, maşının arxasına bir nəzər sal". 760

Təcili yardım maşınının arxa qapısını açdım. İki şəhid cənazəsi sakitcə yan-yana uzanmışdı. Üzlərindəki ədyalı kənara çəkdim. Özü idi; Həmid Allahyari də şəhidlərə qovuşmuşdu. O biri şəhid partladıcı bölükdən idi və güman ki kəşfiyyat zamanı minaya düşmüşdülər. Başlarının üstündə oturub sakitləşənə qədər ağladım. Çoxdan bəri dostlarımın şəhadəti mənə ümid verirdi, amma orada, təcili yardım maşınının arxasında Həmidin üzünə nə qədər baxırdımsa, bu tezliyə ona və digər şəhidlərə qovuşmayacağımı hiss edirdim. 760

*** 760

Evdə yeriməyə başladığım zamandan işlərimi özüm görməyə çalışırdım. Düşərgədə də uşaqların səmimi münasibətlərinə baxmayaraq, heç kimə yük olmaq istəmirdim. Uşaqlar mənə yaxşı baxırdılar; get-gələ, yatağı yığışdırmağa və paltarları yumağa kömək edirdilər. Belimin çirkinə görə bir neçə ay idi hamama getməmişdim. Uşaqlar məni maşınla yolun kənarındakı hamama aparırdılar. O müddətdə hələ görüşlərim davam edirdi, qədim döyüşçülər mənə baş çəkməyə gəlirdilər: Əhməd Yusifi, Rza Abbasnejad, Məcid Lütfi, Cəlal Zahidi və s. Mən bu dostlarımla həmsöhbət olmaqdan heç vaxt yorulmurdum. 760

Həmid Allahyarinin şəhadətindən sonra bölgədə işləyən uşaqlardan bizə yeni xəbər gəldi. Təxminən on gündən sonra Kərim Hörməti gəlib məni də özü ilə Kürdüstana apardı. Orada qalanlar da sonradan mikroavtobusla gəldilər. 760

*** 761

Maşına minib Baxtəranı, Kamyaranı, Sənəndəci, Divandərəni, Saqqızı və Banəni keçib Sərdəştə çatdıq. Diviziyanın kəşfiyyat bölüyünün Sərdəştdəki qərargahı kirayəyə götürülmüş bir ev idi. Kəşfiyyat uşaqları oraya yerləşmişdilər. Bəzən diviziya rəhbərləri də oraya gəlirdilər. Yerli əhalidən olan bir qrup peşmərgə gecə-gündüz keşik çəkirdi. Orada bir neçə gün qaldıq. Uşaqlar yenə mənə qulluq edirdilər. 761

Hərdən Əbülfəz Fərəhmənd və Ələddin Nurməhəmmədzadə ilə söhbət edib təcrübə mübadiləsi aparırdıq. Təxminən hər üçümüz eyni vəziyyətdə idik. Ələddin Vəlfəcr-8 əməliyyatında yaralanmışdı və üstündən bir il keçəndən sonra təxminən yaxşılaşmışdı. Orada rişxəndlə ayağını yerə vurub deyirdi: "Bax, mənim vəziyyətim çox yaxşılaşıb". Mən də özümü göstərməyə çalışırdım. Ələddinin yaxşı təcrübələri vardı. Mənə bəzi idman hərəkətlərini öyrədib deyirdi: "Bu həkimlərin əlindən çox şey gəlmir, özümüz vəziyyətimizə dair bir şey fikirləşməliyik". O, çalışıb yenə istiqamət komandiri səviyyəsinə çatmışdı. Ona baxanda ümidvar olurdum ki, bəlkə mən də kəşfiyyata gedə bilərəm. 761

Get-gedə yeni qərargaha köçmək haqda söhbət getdi. Addım-addım əməliyyat bölgəsinə yaxınlaşdığımıza görə sevinirdim. Əşyalarımızı topladıq və diviziyanın əməliyyat bölgəsindəki düşərgəsinə yollandıq. Oraya Şəhid Mustafa Pişqədəmin adını vermişdilər. 761

*** 761

İki yanaşı kənd vardı. Birinin adı Yuxarı Buyuran, digərinin adı Aşağı Buyuran idi. Şəhid Pişqədəm düşərgəsi Yuxarı Buyuranın yuxarı hissəsində idi. Buyuran kəndi Sərdəştdən təxminən 30 km. aralıda idi. Düşərgənin sol tərəfində məhsuldar bir dərədən başlayan hündür təpə vardı. Adı Kani Rüstəm idi. Bölgədə başqa bir yüksəklik də vardı və adı Kani Rəş idi. Ora bizim müdafiə mövqeyimiz idi. Kani Rəşin önündə iraqlıların əlində olan Dupaza yüksəkliyi yerləşirdi. Sağ tərəfdə, Kani Rəşlə Dupazanın arasında Bulfəth adlı başqa bir təpə vardı. 761

Bulfəth bölgədə yeganə yüksəklik idi ki, orada həm bizimkilər vardı, həm də düşmənlər. Gələcək əməliyyatın məqsədi Bulfəth və Dupazanı tam ələ keçirmək idi. Aşura və Həzrət Rəsul diviziyalarına bu tapşırıq verilmişdi. 761

Yay idi. Kürdüstanda hava gözəl idi. Uşaqlar hər axşam maşınla Şəhid Pişqədəm düşərgəsindən kəşfiyyat üçün Kani Rəşə, oradan da Dupazaya gedir, səhərlər yorğun halda geri dönürdülər. Aşura diviziyası uzun müddət cənub bölgəsində işləmişdi, şəxsi heyət cənub bölgəsinin ehtiyacına uyğun olaraq, aylarla dalğıclıq etmiş və qayıq sürmüşdü. İndi dağa qayıdıb kələ-kötür yolları və bölgənin təpələrini öyrənmək çətin idi. 761

Son əməliyyatda kəşfiyyatçıların bir-birinin ardınca şəhid olmaları və yeni qüvvələrin təcrübəsizliyi işi çətinləşdirirdi. O zaman komanda başçısı olan Əmir Əsədullahi gecələr kəşfiyyata gedib səhər qayıdır, iki saat yatandan sonra Kani Rəşdəki müşahidə postuna gedib axşama qədər gecəki kəşfiyyat yerlərini araşdırır, axşam yenə kəşfiyyata yollanırdı. O, yorulurdu, amma kəşfiyyatçı az, iş isə çox idi və köhnə uşaqlar yaxşı bilirdilər ki, nə olur-olsun, kəşfiyyat və məlumat toplama işi dayanmamalıdır. Çünki bir əməliyyatın uğuru kəşfiyyatla bilavasitə bağlı idi. 762

Oradakılar hələ istiqamətlərə tam bölünməmişdilər. Yeni bir qrup gətirib bəzi işləri onlara tapşırmaq istəyirdilər. Həmin günlərdə Kərim Hörməti bu barədə mənimlə danışıb dedi: "Mehdi, mən bundan ötrü nə edəcəyimi bilmirəm". Mən də Məhəmməd Purnəcəfi onun yadına salıb dedim: "Məhəmməddən istifadə et". 762

Deyəsən, qardaş Hörməti istəyirdi ki, cənub bölgəsində çəkdikləri əziyyətlərə görə Məhəmməd Purnəcəfi və onun kimi digərlərini bir müddət istirahətə yollasın. 762

Məncə, o, vəzifə qəbul edə bilməz. 762



Mən də elə düşünürdüm. Bilirdim ki, o bölgədə işləmək üçün Məhəmməd Purnəcəfin özünəinamı yoxdur. Hər halda, ertəsi gün mən, Kərim Hörməti və Məhəmməd Purnəcəf birlikdə müşahidə postuna getdik. Kərim Hörməti oradan bölgəni ona izah etdi. Mən dedim: "Məhəmməd, bax, bu yolla gedib məlumat toplaya bilərsən. Ümumiyyətlə, bu istiqamətin başçısı ola bilərsən". 762

Yox, vallah, mən bacarmaram. Yaxşı olar ki, Əsğər ağa və ya ağa Mənsur da mənimlə gəlsin. 762



Əsğər Abbasquluzadə və Mənsur Furqani öncədən o bölgədə işləmişdilər və Məhəmməd bunu bilirdi. Konkret nəticə almadan postdan endik. Yolda Məhəmmədi çox danladım: "Məgər sən başqalarından əskiksən?! Savadın onlardan bir qədər az ola bilər, amma bunu nə üçün deyirsən?!" 762

O qədər danışdıq ki, düşərgəyə çatana qədər Məhəmməd həmin istiqamətin rəhbərliyini qəbul etdi və tezliklə buna layiq olduğunu da göstərdi. Bölgənin bütün kəşfiyyat istiqamətləri arasında Məhəmmədin başçılıq etdiyi istiqamətin işi daha tez bitdi. Onun özü partladıcı bölükdən olduğuna görə minalanmış sahələrdə gecikmirdi, cənub bölgələrində topladığı bilik və təcrübələri burada da ona kömək edirdi. 762

Həmin günlərdə mən də bir neçə dəfə maşınla müşahidə postuna getdim. Piyada yol yerimək hələ çətin idi. Uzaq yolları maşınla gedir və bacardığım qədər uşaqlara kömək etməyə çalışırdım. Məhəmməd Purnəcəfi kəşfiyyata getməyə razı salmaq və bəzi problemlərin həllində həmfikirlik o vaxta qədər əlimdən gəlmiş işlər idi. 762

Bir dəfə müşahidə postundan Həmid Allahyarinin şəhid olduğu yeri göstərdilər. Sərdəştdən İraqın Qaladizəsinə gedən istifadəsiz bir yol idi, Bulfəth yüksəkliyinin qərb yamacında yerləşirdi. Orada mina ehtimalı böyük idi. Kərim isə deyirdi: "O hadisəyə baxmayaraq, həmin hissədə minalanmış sahənin olmasına əmin deyilik. Əməliyyat gecəsi tikinti-mühəndis bölüyü oradan keçib yol salacaq. Əgər orada minalanmış sahə olsa, iş çətinləşəcək". 763

Cəsarətimi toplayıb Kərimə dedim: "Əgər mümkün olsa, özüm gedib yolu yoxlayaram..." 763

Yox, oraya getmək çətindir, gərək partladıcı bölüyün uşaqlarını göndərək. 763



Bildim ki, Kərim hələ mənim fiziki vəziyyətimdən şübhələnir. Qərara gəldik ki, partladıcı bölükdən iki nəfəri oraya göndərək. Mən də onlara qoşuldum və maşınla ordunun yaxınlıqdakı düşərgəyə getdik. Mən orada oturub dedim: "Siz gedin, baxın". 763

Gündüz idi, uşaqların gedib-qayıtması çox çəkmədi. Onlar dedilər: "Orada heç bir mina yoxdur". 763

Sözlərinə inana bilmədim. Onlar partladıcı bölüyün yeni üzvləri idilər və böyük təcrübələri yox idi. Fikirləşdim ki, buraya qədər gəlmişəm, yaxşı olar ki, özüm gedib əmin olum. Həyəcanlı idim, amma düşmənin həssaslığına görə yox. İraqlılar həm Dupazadan, həm də Bulfəthin üstündən yolu görürdülər. Gündüz çağı bizi də görə bilərdilər, amma ordunun qarovulları adətən, gündüzlər oraya gedib-gəldiklərindən bu, iraqlılar üçün təbii idi, yalnız bir qədər atəşlə orada olduqlarını bildirmələri mümkün idi. 763

Qərarımı verib dedim: "Birlikdə oraya qayıdırıq. Mən də sizinlə gələcəyəm. Amma əgər Kərim Hörmətiyə mənim də getdiyimi desəniz, vay halınıza!" 763

Baxışlarından hiss edirdim ki, mənim yola çatacağıma ümidləri yoxdur, nəinki gedib onların tapmadıqları minanı tapmağa. Zəncanlı sürücüyə də dedim ki, bizimlə gəlsin və lazım olsa, kömək etsin. 763

Bir müddət idi əsanı yerə qoymuşdum və yalnız sağlam ayağıma söykənərək yeriyirdim. Yola düşüb nisbətən hündürdə olan ordu qərargahından addım-addım enməyə başladıq. Elə əvvəldə yıxılmaqdan və ələ salınmaqdan qorxub daha ehtiyatla hərəkət edirdim. 763

Təbii ki, yoldaşlarım da vəziyyətimi nəzərə alıb yavaş-yavaş gəlirdilər. Nəhayət, yolun önündəki çaya çatdıq. Enli çay idi. Daşların üstü ilə hoppanıb o tərəfə keçməli idik. Mən normal yolu güclə yeriyirdim, orada isə bir daşdan o biri daşa hoppanmalı idim, özü də suyun üstündə. Özümə də inandırıcı gəlmirdi. Çox ciddi şəkildə partladıcı bölüyün uşaqlarına dedim: "Siz öndəki daşın üstündə dayanın. Mən hoppanıram. Əgər ayağım qatlansa və yıxılsam, məni tutun". 763

Hər dəfə hoppananda uşaqlar məni tuturdular və sürücünün səs-küyü qopurdu. O, əvvəldən mənə görə narahat idi və mən hər dəfə hoppananda qışqırırdı: "Ey vay! İndi yıxılar..." 764

Xoşbəxtlikdən, çaydan salamat keçdim. Düşmən tərəfdən tək-tük atəş səsi də gəlirdi. Birtəhər yola çatdıq. Yavaşca və diqqətlə yeri qazırdım. Deyəsən, bir şey yox idi. Amma düşünürdüm ki, ola bilməz, bu yolu belə qoymaları mümkün deyil. Minaların olduğunu hiss edirdim, amma bir şey görünmürdü. Nəhayət, tapdım. 764

Budur! Tank əleyhinə mina da var. 764



Torpağı kənara çəkdim. Mina çoxdan basdırılmışdı, paslanmışdı. Diqqətlə ətrafını açdıq. Ehtiyatla fikir verirdik ki, tələ olmasın. Uşaqlar minanı götürdülər. Qoruyucularını axtardım, amma tapmadım. Onun yanında gözüm başqa bir minaya sataşdı. Fikirləşdim ki, ziqzaq şəklində düzülmüş minalardır. Müxtəlif əməliyyatlarda belə mina sahələri görmüşdüm. Əks-istiqamətə gedib addımımı saydım və gözlədiyim yerdə üçüncü minanı tapdım. Minanın düzülüşü haqda uşaqlara məlumat verdim və onlar işi davam etdirdilər. Hava qaralanda biz tank əleyhinə sonuncu, onuncu minanı tapdıq. Minaları toplayıb qayıtdıq. Partladıcı uşaqların rəftarlarının dəyişdiyini hiss edirdim. Bir-iki dəfə dizim qatlandı və yıxılmağa az qaldım, amma onlar yanımda idilər və mənə kömək etdilər. Daha üzlərində əvvəlki zarafat və inamsızlıq əlaməti yox idi. 764

Minaları maşının arxasına qoyub bölüyə yola düşdük. Sürücünün minalardan qorxduğunu görüb bütün yolboyu onu ələ saldım: "Bu dəqiqə bu çalaların birində bu minalardan biri partlayacaq və hamımız göyə uçacağıq". 764

Şəhid Pişqədəm düşərgəsinə çatdıq. Kərim bizi gözləyirdi. 764

Nə etdiniz? 764

Uşaqlar minaları toplayıb gəldilər, yoldan arxayın ol. 764

Uşaqlar da bir söz demədilər, amma yanıma çox gəlirdilər və tədricən dostlaşdıq. Mənim işim çox gizli qalmadı. Bir neçə gündən sonra bir söhbət zamanı uşaqlar demişdilər ki, Mehdi zəifdir və daha onu işə cəlb edə bilmərik, amma həmin iki nəfər demişdi: "Yox, əşi, o gün biz gedəndə özü də gəldi, minaları da o tapdı". 764

Onların biri İsmayıl adlı bir sərablı idi və elə Nəsr-7 əməliyyatında da şəhadətə qovuşdu. 764



Bu məsələdə mənə əhəmiyyətli olan kəşfiyyat qapısının üzümə açılması idi. Allah Öz lütfü ilə bunu da mənə mümkün etdi. 764

*** 764

Yay idi. Şəhid Pişqədəm düşərgəsində işlər davam edirdi. Düşərgədə şəxsi heyətin çoxluğuna baxmayaraq, camaat namazı və müxtəlif mərasimlər üçün proqram yox idi. Uşaqlarla danışıb böyük səngəri namazxana etdik. Tezliklə oranın yerini döşədik və qardaşlardan birinin imamlığı ilə ilk camaat namazını qıldıq. Get-gedə hətta xörəyi də orada birgə yeyirdik. Komandirlər, əməliyyat və rabitə mütəxəssisləri və digər uşaqlar namaza və yeməyə oraya gəlirdilər. Ötən illərin səmimi xatirələri yenidən canlanırdı. 765

Diviziyanın komandir müavini ağa Kaşani də orada idi və canlı qüvvəyə başçılıq edirdi. O, duz zavodu hadisəsindən sonra məni tanıyırdı və mənimlə yaxşı münasibəti vardı. Düşərgədə olduğumuz müddətdə onun futbola necə marağı olduğunu bildik. Düşərgədə kiçik bir futbol meydançası düzəltdilər. Kəşfiyyat bölüyü və digər birləşmələr futbol komandaları yaratdılar. Adətən, hər gün axşamüstü saat 4-dən sonra futbol yarışı başlayırdı. Kərim Hörməti ilə mən hər bir fürsətdən istifadə edib futbolçuları ələ salırdıq. Bir dəfə Kərimlə birgə oturmuşduq və qızğın futbol gedirdi. Həyəcanlı, səs-küylü oyun idi. Məşədi Əli əmi gəlib yanımda oturanda beynimə bir fikir gəldi. O, özünəməxsus işləri olan ağsaqqal bir qoca idi. Bəzən qalmaqal yaradırdı və hər bir işdən ötrü salavat deyirdi. O, yanımıza gələndə Kərim Hörmətiyə dedim: "Kərim ağa, bizim diviziya komandirimizin müavini də utanmaq bilmir!" 765

Necə məgər?! 765



Heç nə, komandir müavinidir, amma futbol oynayır. 765

Məşədi Əli əminin səsimizi eşitdiyini bilirdim və elə onu qıcıqlandırmaqdan ötrü bunu deyirdim. Hələ sözümüz bitməmiş Əli əmi ayağa qalxıb meydançaya girdi və topu əlinə götürdü. Uşaqlar səs-küy saldılar və hamıdan qabaq cənab Kaşani dedi: "Topu nə üçün götürdün, qoy oynumuzu oynayaq". 765

Bunu təbəssümlə və hörmətlə deyirdi, amma Kərimlə ona hansı plan qurduğumuzdan xəbərsiz idi. Əli əmi onun mülayim səsi önündə çox ucadan və ciddi dedi: "Guya sən diviziyanın komandir müavinisən?! Xəcalət çəkmirsən, futbol oynayırsan?!" 765

Məsələ ciddiləşdi və ağa Kaşani də hirslənirdi. Əli əmi vəziyyətin dəyişdiyini görüb geri çəkildi və dedi: "Eybi yox, onda bir salavat deyin, topu verim". Salavat səsi ucaldı və top yerə düşən kimi yenidən oyun başladı. 765

Məşədi Əli əmi cəbhə qocalarından idi və diviziyanın qərargahında işləyirdi. Həmişə yeməkdən sonra özü israrla qabları yuyurdu. Mən onun qab yumasını görəndən sonra bu işinə müxaliflərdən oldum. O, qabların üstünə bir aftaba su tökür, qabları tərpədir, sonra içindəki suyu boşaldırdı. Vəssalam, artıq qablar yuyulmuş sayılırdı və heç kim onları yenidən yuya bilməzdi. Bundan əlavə, gözləri də zəif idi və adətən, başqasının ayaqqabısını geyinirdi. Bunun üstündə həmişə Mustafa Mövləvi ilə mübahisələri düşürdü. Lakin Əli əminin xüsusi xarakterləri dəyişiləsi deyildi. Komandir səngərində dəfələrlə mühüm iclas zamanı Əli əmi çay aparmış, orada da oturmuşdu. İclasdakılar da gülüb söhbəti dəyişmişdilər ki, başa düşüb iclası tərk etsin. Bəzən özləri deməyə utandıqlarından iclasdakı hörmətli bir şəxsə deyirdilər ki, birtəhər onu başa salsın. Bu hadisə bir neçə dəfə təkrar olunmuşdu. 765

Bir dəfə Məşədi Əli əmi çıxandan sonra yanında oturub dedim: "Axı, baba can, bu komandirlərin hamısı uşaqdırlar, nə üçün sənin kimi ağsaqqalı iclasdan çıxarırlar?! Onlar təcrübəsizdirlər, gərək sən gedib onlara vuruşmaq öyrədəsən!" 766

Əli əmi də qayıdıb onlarla mübahisə etmiş, demişdi: "Siz hələ uşaqsınız, məgər mən ağsaqqal sizdən az bilirəm ki, iclasda oturmağa qoymursunuz?!" 766

O günlərdə bəzən müşahidə postuna gedir və uşaqların məruzəsini oxuyurdum. Hərdən onlara isti xörək hazırlayırdım ki, kəşfiyyatdan qayıdanda yaxşı istirahət etsinlər və sabaha hazırlaşsınlar. 766

Düşərgənin qərargahında bir neçə iclas keçirdik və Kərim Hörməti uşaqlarla söhbət etdi. Mən də əməliyyatın yaxınlaşdığına görə unudulmaqda olan bəzi proqramları xatırlatdım. Xüsusən uşaqların şəkil və görüntülərinin qeyd olunmasına israr edirdim. Bilirdim ki, o filmlər gələcəkdə şəhidləri, döyüşçüləri və cəbhənin ab-havasını nümayiş etdirəcək dəyərli və həmişəyaşar xəzinə olacaq. Hər bir iş görürdüm, hər bir təklif verirdim, amma ürəyimin istəyini deməyə cəsarət etmirdim. Çox istəyirdim ki, məni də kəşfiyyata yollasınlar, amma onlar bu haqda heç düşünmürdülər də; hətta minaları tapmağımı da üzümə vurmadılar. 766

Batalyonlar yavaş-yavaş düşərgəyə gəlirdi, vəzifələr təyin olunurdu. Həmin günlərdə Səudiyyə polisinin hacıların bəraət yürüşünə hücum xəbəri yayıldı. Hamımız şoka düşmüşdük. Biz cəbhədə şəhadət üçün əldən-ayaqdan gedirdik, 500 kişi və qadın isə Allah evinin ziyarəti zamanı qanlarına qəltan edilmiş, Məkkə küçələrində faciəli şəkildə şəhadətə qovuşmuşdular. Həmin günlərdə diviziyanın uşaqlarından bir neçəsi də həccə getmişdi. Kərim Fəthi və Rəhim Sarimi də onların arasında idi. Bu xəbər qanımızı coşdurdu və hətta bəzi uşaqlar arasında söhbət yayıldı ki, gələcək əməliyyatda onların intiqamı naminə vuruşacağıq. 766

II 766

İmam Hüseyn (ə), Əli Əsğər və Əmirəlmöminin (ə) batalyonları Aşura diviziyasının ilk mərhələdə hücuma keçəcək batalyonları idilər. Qardaş Yasir Zirək İmam Hüseyn (ə) batalyonunun, qardaş Bəni-Haşim Əli Əsğər batalyonunun, qardaş Həbibullahi də Əmirəlmöminin (ə) batalyonunun komandiri idi. 766

O, Nəsr-7 əməliyyatında şəhadətə qovuşdu. 767



Kani Rəş müşahidə postunun yaxınlığında bir əməliyyat qərargahı yaradıldı. Bu qərargah əməliyyat yoluna yaxın idi. Əməliyyatdan iki gün öncə biz oraya getdik. Diviziyada hər hansı vəzifəsi olan uşaqların çoxu orada idi. 767

Qardaş Kaşani, zəncanlı uşaqlardan Nəcməddin və mən onların arasında ayaq nahiyəsindən yaralanıb əlil olmuşduq. Qardaş Ələddin bir müddət öncə oradan getmişdi, yoxsa sayımız dörd olacaqdı. Qardaş Kaşani əməliyyat qərargahında özünə belə bir heyət toplamışdı. Hərdən bəzi qardaşlarla əsa ilə qərargahın üstündəki təpəyə çıxıb ciyər süfrəsi açırdıq. 767

Əməliyyat qərargahına ratsiya və digər avadanlıqlar gətirirdilər. Hər şey hazır idi və biz yalnız ratsiya vasitəsi ilə vəziyyəti öyrənən tamaşaçı kimi idik. Qərargahın olduğu yerdən yüksəkliklər yaxşı görünmürdü, amma düşmənin hədəfindən qorunurdu. Hündürə çıxsaydıq, bəlkə nələrisə görərdik, amma məsələ burasında idi ki, çıxa bilmirdik. Bütün ümidimiz ratsiyaya idi və eşitdiklərimizə əsasən, beynimizdə səhnəni canlandırırdıq. 767

Şəxsi heyət hərəkətə hazır idi. İmam Hüseyn (ə) batalyonu həmin istiqamətdən, əməliyyat qərargahının yanından yola düşdü. Biz orada dostlarımızla son dəfə sağollaşdıq. 767

05.08.1987 tarixində müqəddəs "Ya Fatimətüz-Zəhra" parolu ilə Nəsr-7 əməliyyatının başlanması elan olundu. Atışma səsləri gələndə ratsiyalar da işə düşdü: "Biz indi təmizləmə işi aparırıq... Biz Dupazanın üstünə çatmışıq". 767

Bunlar İmam Hüseyn (ə) batalyonunun uşaqlarının məruzələri idi və bizi çox sevindirirdi. Şəhid Himmət istiqamətində döyüş hamısından uzun çəkdi. Ora boğaz kimi bir yer idi, Sərdəşt-Qaladizə yolu oradan keçirdi. Əmirəlmöminin (ə) batalyonu hələ orada vuruşurdu. İmam Hüseyn (ə) batalyonunun bölüklərindən biri də döyüşü bitirməmişdi. 767

Həmin gecə kəşfiyyat qüvvələrinin rəhbərliyi ilə yaradılmış Kərbəla şəhidləri batalyonu ilk dəfə əməliyyata qatıldı. Bu batalyona qardaş Amanullahi başçılıq edirdi. Onlar əməliyyat zamanı düşmən mövqeyini tutub arxadakı yolları bağlamış, üçyola qədər irəliləmiş və orada çoxlu maşınları məhv etmişdilər. 767

Səhər açıldı. Namazdan sonra qərargahda qalmadım, əməliyyat yolunun kənarına getdim. Nəsr-7 əməliyyatının yaralıları qatırla təpələrdən gətirilirdilər. Hər qatırın üstündə bir yaralı və ya şəhid vardı. Bir su bakı, bir qədər band və yaraları bağlamaq üçün alətlər götürmüşdüm, oraya çatan yaralılara əlimdən gələn köməyi edirdim. Kəşfiyyat uşaqları günboyu yavaş-yavaş görünməyə başladılar. Gələn hər kəs yeni xəbər gətirirdi. Biz öndəki mövqelərin vəziyyətini soruşurduq, onlar da cavab verirdilər. Məhəmməd Purnəcəf gələndə ondan Əhməd Yusifini soruşdum. Əhmədin olduğu bölüyə Məhəmməd Purnəcəf bələdçilik etmişdi. Əməliyyatdan öncə Məhəmmədə tapşırmışdım ki, Əhməddən çox istifadə etsin. O vaxta qədər uşaqlar Əhməd Yusifini yaxşı tanımırdılar. Dedim: "Əhməd şəhid oldu, yoxsa hələ sağdır?" 767

Yox, sağdır. Mehdi, o, sənin dediklərindən də yüksək səviyyədə imiş. 768

Necə məgər?! 768

Biz bir söz demədən aslan kimi irəliləyib hamıdan qabaq təmizləmə əməliyyatına başladı. Çox yaxşı döyüşçüdür. 768



Əhmədin yaxşı çıxış etdiyinə sevindim, amma bilirdim ki, şəhid olmadığına görə əvvəlkindən də çox narahat olacaq. Əhmədlə səmimi münasibətimiz vardı və bir-birimizin mənəvi halından xəbərdar idik. Kiçik qardaşı cəbhəyə gəlişindən üç ay sonra şəhid olmuşdu. O vaxtdan bir yerdə qərar tutmur, deyirdi: “Mən nə etmişəm ki, iki il əməliyyatlarda iştirak edəndən sonra qalıram, Məhəmməd isə üç ay cəbhədə iştirakı ilə məndən önə keçir?!” 768


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin