Şəhadət aşiqləri



Yüklə 9.35 Mb.
səhifə37/73
tarix26.06.2018
ölçüsü9.35 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   73
Qərara gəldik ki, uşaqlar beşnəfərlik dəstələrlə körpüdən keçsinlər. Beş nəfər keçəndən sonra növbəti beş nəfər körpüyə çıxsın və eyni anda iki qrup körpünün üstündə olmasın. Bunu körpünün sıradan çıxmaması və şəxsi heyətin sağlamlığı üçün edirdik. 796

Körpünün üstündə kim qorxa-qorxa yavaşca gedirdisə, körpü daha çox titrəyir, təkanları artırdı. Bu zaman körpünün üstü adamla dolu olsaydı, tarazlığını itirib çevrilərdi. Biz öncədən oranı kanatla keçdiyimizdən, hansı yüksəklikdə olduğumuzu və aşağıda nəyin olduğunu bildiyimizə görə daha çox narahat idik. Bir an addımımızı səhv atıb sürüşsək, tikələrimizin də tapılmayacağını bilmək əzabverici idi. Hamıda bu qorxu və narahatlıq vardı, batalyonun məsul şəxsləri isə həm də körpünün salamat qalmasını düşünürdülər. Bizdən sonra Seyyidüş-şühəda diviziyasının bir batalyonu oradan keçməli idi. Buna görə çox diqqətlə hərəkət edib körpünün ziyan görməməsinə çalışırdıq. Körpü o gecədən sonra da bizə gərəkəcək, avtomobil körpüsü çəkilənə qədər yeganə yolumuz olacaqdı. 796

Qorxu və ümid arasında şəxsi heyətin taxta körpüdən keçməsini gözləyirdik. Bu məsafəni bəziləri sürətlə, bəziləri də yavaşca keçdi və nəhayət, bütün batalyon Qamışa çatdı. Bu, bizdən çoxlu vaxt aldı. Ondan sonra soyuq da get-gedə güclənirdi. Həm Qamış dağı hündür idi, həm də yoxuşları elə idi ki, külək orada daha çox əsirdi. Yolları keçmək çətin idi. Bəzən önümüzə bir qaya çıxırdı və biz irəli və arxadakıların köməyi ilə qalxa bilirdik. Bəzən ayağımızın altında daş olurdu və bu da sürüşüb yıxılma ehtimalını artırırdı. Üz-başımıza qəddar zərbələr endirən külək də dayanmaq bilmirdi. 796

Uşaqların yükü ağır idi: yataq kisəsi, silah-sursat, əleyhqaz, yemək və digər əşyalar. Uşaqlar hücumdan bir gün öncə orada qalacaqlarına görə özləri ilə bu əşyaları götürməyə məcbur olmuşdular. Məndə bu əşyaların heç biri yox idi, özümü zorla yuxarı dartırdım. Bir daşın üstündən keçmək lazım olanda və kələ-kötür yerlərdə çox əziyyət çəkirdim. Yaralarımdan ağrı yayılırdı və bəzən böyrümün yarasının genişləndiyini hiss edirdim. Beşsantimetrlik bir daşın üstündən keçmək üçün ayağımı qaldıra bilmirdim, məcbur qalıb bütün bədənimi qaldırır və əlimlə sol ayağımı önə qoyurdum. Daşların formasını görmədiyim o qaranlıqda bəzən ayağım daşa ilişirdi, bəzən ayağımın altındakı daş sürüşürdü və yerə yıxılırdım. Digər uşaqlarda da az-çox bu problemlər vardı; hətta fiziki hazırlığı yüksək olanlarda da. Mənim o vəziyyətdə orada yol yeriməyim onlara bir yuxu kimi idi. 797

*** 797

Körpünün yanı ilə 1500 metr gedib Himmət zirvəsinə çatan cığıra keçməli idik. Bizim əməliyyat zonamız Balisaya gedən həmin ərazi idi. Balisa bizim adını Himmət qoyduğumuz zirvə idi.(davamı) 797

Biz dağ və təpələrin adlarını dəyişdirirdik və düşmən ratsiya danışıqlarımızı dinləyəndə heç nə anlamır, çox çaşbaş qalırdı. 797



İki nisbətən hündür qayanı keçəndən sonra axşama qədər sığınmalı olduğumuz geniş dərəyə çatırdıq. Yolumuz az qalmışdı, amma uşaqlar yorulmuşdular. Bölük və taqım komandirləri kolonun vəziyyətinə nəzarət edir və hərdən belə əmrlər verirdilər. 797

Yavaş gedin, kolon qırılıb. 797

Gözləyin, uşaqlar çatsınlar. 797

Kolonun qırılmasının bir neçə səbəbi vardı. Biri bu idi ki, yarımmetrlik bir daşın üstündən keçəndə hərəkət istər-istəməz zəifləyirdi, keçəndən sonra isə dərhal güclənirdi. Bu, hər bir döyüşçü üçün təkrar olunurdu və məsafə get-gedə çoxalırdı. Digər tərəfdən, uşaqlar o qədər yorğun idilər ki, soyuğa baxmayaraq, hətta yol gedərkən yuxulayırdılar və bir neçə addım gecikməklə kolonun əlaqəsi qırılırdı. 797

Gecənin sonlarında öndə gedənlər dərəyə çatdılar. Ora kəşfiyyat zamanı nisbətən təhlükəsiz bir yer kimi şəxsi heyətin bir gün qalması üçün nəzərdə tutulmuşdu. Oranın bəzi hissələri düşmənin gözündən uzaq idi. Əslində, çox da rahat yer deyildi, çünki həmin yerdən yüz addım kənara çıxsaydıq, bizə Qamışdan nəzarət edən düşməni görə bilərdik. “Görəsən, düşmən mövqelərinin içində və onun gözləri önündə bir gün istirahət edib hücuma hazırlaşa bilərikmi?!” Bu sualın məntiqli cavabı yox idi, lakin ürək deyirdi ki, Allah istəsə, həzrət Məhəmmədi (s) mağaranın içində düşmənlərdən gizlədər və o, öz missiyasını yerinə yetirər. 797

*** 797

Həmin dərədə qar yox idi, amma ətrafı və dağın yamacı qarla dolu idi. Yalnız günəş düşən yerlərdə qar az idi. Yavaş-yavaş bütün kolon oraya çatdı, uşaqlara lazımi tapşırıqlar verildi və bölük komandirləri öz tabeliklərində olan şəxsi heyəti nizam-intizama salmağa başladılar. 798

O tərəfə çox getməyin, burada, dərənin içində qalmağa çalışın. 798

Birinci bölük bu tərəfə, ikinci bölük o tərəfə! 798

Düşmən başımızın üstündə idi və onların pusquları ilə məsafəmiz ən çox, 1 km. olardı. Əgər bölgədə gəzib nəzarət etmək həvəsinə düşsəydilər, şübhəsiz, onlarla üzləşərdik və hər şeyin üstü açılardı. Şəxsi heyətin əməliyyat zonasında bir gün qalması böyük risk idi və komandirlər bütün təhlükələri qəbul etmişdilər. Havanın çox soyuq olduğuna və güclü qar yağdığına görə düşmən hücum olunacağına az ehtimal verirdi, amma uşaqların biri səs salsaydı və ya təyin olunmuş ərazidən çıxsaydı, düşmən görərdi və bütün işlər korlanardı. 798

Bizim yerləşdiyimiz yerdən bir qədər yuxarıdan səs gəlirdi. Seyyidüş-şühəda diviziyasının bir batalyonu orada yerləşməkdə idi. Onların bəzi döyüşçüləri Qamışda mağaranın ətrafında da görünürdülər. Seyyidüş-şühəda diviziyası öncədən mağaraya kifayət qədər kolbasa sendviçi yığmışdı, amma bizimkilər yalnız aclıqlarını aradan qaldırsınlar deyə, özləri ilə quru yemək götürmüşdülər. Piyada yürüş zamanı hamımız tərləmişdik və orada hərəkətsiz oturanda soyuq yüz qat artırdı. 798

Hamı istirahət etmək üçün yatağını hazırlayırdı, mənimsə heç nəyim yox idi; nə yataq kisəsi, nə də xörək. Fikirləşdim ki, uşaqların yanına gedib onlara şərik olum, amma onların vəziyyətləri də yaxşı deyildi. Bir qədər Cəlal Zahidi ilə Həsən Hüseynzadənin yanında oturdum, hələ qərara gəlməmiş uşaqların birinin məni axtardığını eşitdim: "Ağa Mehdiqulu hanı? Onu gördünüzmü?” O, kəşfiyyat bölüyündən Cəlal Xəlilzadə idi. Heç nəyim olmadığını fikirləşib məni qonaq etmək istəyirdi. O, gəlməzdən öncə batalyon rəhbərliyini yoxlamışdım və onların yanına getmək istəyirdim, amma özləri çağırmırdılar, mən də xəcalət çəkirdim. Onlar 5-6 metr hündürdə özlərinə yaxşı bir yer hazırlamış, özləri ilə ədyal da gətirmişdilər. Sanki piknikə gəlmişdilər. Allahın köməyi ilə bir daşın dibində büzüşüb ədyalsız-döşəksiz də davam gətirə bilərdim, amma Cəlal Xəlilzadənin mehribanlığı qoymadı. Onunla getdim. O, yataq kisəsini açdı və mən içinə girdim. Bu müddətdə o, gəzişirdi. Bir azdan mən qalxıb gəzişməyə başladım və o, kisəyə girdi. O şəraitdə ya ədyalın və kisənin içində olmalı, ya da soyuqdan donmamaq üçün yeriməli idik. 798

Gecəni belə keçirdik. Namaz vaxtı idi. Soyuqdan əsə-əsə dəstəmaz almağa getdim. Çəkmə və corablarımı çıxaranda sanki canım da çıxmağa qaldı. Üzüm və əl-ayaqlarım soyuqdan yanırdı. Komandirlərin hazırladığı yerə qaçdım. Seyid Yunus, Yəqub Nikpiran və başqa iki-üç nəfər orada idi. Namazımı orada qıldım və əvvəlindən axırına qədər soyuqdan titrədim. Çıxmaq istəyəndə ya zarafata, ya da qəsdən soruşdular: "Bəs haraya gedirsən, Mehdiqulu?" 798

Gedirəm yuxarıda yatmağa. 799

Burada nə üçün yatmırsan... 799

Hələ sözləri bitməmiş ədyalın altına girdim. 799

Siz necə də yaxşı adamlarsınız! 799



Yəqub dərhal bir tərəfimi, Əmir Xirədmənd də o biri tərəfimi zəbt elədi. Əmir də ədyalın altına girmək üçün mənim kimi ev sahibinin işarəsini gözləyirdi. Ədyalı başımıza çəkdik. Nəfəslərin istiliyi soyuğu azaldırdı, lakin bütün gecə uzunu bədənə girmiş soyuq bir saat ədyalın altında qalmaqla çıxan deyildi. Səhər saat doqquzun yarısına qədər orada qaldım. Gözümə bir an da yuxu getmədi, amma ayaqlarımın yorğunluğu çıxdı. Böyrümün ağrısı da sakitləşmişdi. Başımı ədyalın altından çıxardım. Həbib batalyonunun komandiri Məhəmməd Sövdagər qayanın üstündə oturub aşağı baxırdı. Deyəsən, səhərə qədər orada olmuş və əsla istirahət etməmişdi. 799

Hava buludlu idi. Ağa Məhəmməd ayağına dalğıc süngüsü bağlamış, əyninə papaqlı panço geyinmişdi. Uzandığım yerdən ona baxırdım. Uşaqlıqda filminə dəfələrlə baxdığım Zorronu xatırladırdı. Ona dedim: "Zorro, gəl, bir az yat". 799

Gülümsədi. O vaxta qədər özünü yatmışlığa qoymuş Seyid Yunus da dözməyib yerindən qalxdı. Səhər yeməyinə balıq konservi gətirmişdilər. Seyid səhər yeməyini hazırlamağa başladı. Konservləri açdı və boşqaba bənzər bir qaba tökdü. Balıq konservini görəndə ona kömək etmək üçün yerimizdən atıldıq. Kimdə nə vardısa, çıxarırdı. Delir Əkbəri dedi: "Anam mənə bir məcun yollayıb, deyib ki, onu yesəm, soyuğa qarşı dözümüm artar". 799

Bəs nə üçün gətirmirsən? 799



Deyib ki, bundan kim bir qaşıq yesə, soyuq ona təsir eləməz, amma çox yesə, bədəni qaşınar. 799

Bu girişdən sonra məcun əlbəəl gəzdi və hərə ondan bir qaşıq götürdü. Növbə mənə çatanda dedim: "Mən çox zəif olduğuma görə gərək üç-dörd qaşıq yeyim". Yedim və həqiqətən, qızışdım. Deyəsən, maldili və bənövşə güllərindən, nabatdan, fındıqdan, badamdan və digər faydalı bitkilərdən hazırlanmışdı. Səhər yeməyini və məcunu yeyəndən sonra Cəlal Xəlilzadənin yanına qayıtdım. 799

Hava işıqlanmışdı və günəş hərdən buludların arxasından çıxırdı. O buludlu havada və səmanın altında dağın qəribə əzəməti vardı. Gündüzü şəxsi heyətlə orada qaldıq. Batalyon komandirləri və kəşfiyyatçılar tez-tez şəxsi heyətə lazımi xəbərdarlıqları verirdilər. Cəlal Zahidi, Məhəmməd Rüstəmi, Rza Fərəci, Nasir Dibayi və Fərəc Quluzadə ilə mən də tez-tez hərəkətdə idik. Hərdən qardaş Sövdagər, qardaş Əbdüləli Mütləq və Nasir Dibayi ilə bölgə haqda və hücum zamanı hərəkət ehtimalları barədə danışırdıq. 799

Axşam yüngül və rahat olmaqdan ötrü günorta xörək yemədim. Günorta namazlarından sonra Seyyidüş-şühəda diviziyasının kəşfiyyatçı uşaqları bizim yanımıza gəlib təklif etdilər ki, hava qaralmamış bir qədər yuxarı qalxıb durbinlə yola baxaq. 800

Yaxşı təklif idi. Durbin və silah götürüb Qamışa bir qədər qalxdıq, qayaların arasından çıxan kolların arxasında gizləndik. Daşların arasında bitmiş bitkilər və vəhşi kollar soyuqda qurumuş, saralmışdı. Yolda xüsusi bir şey diqqətimi cəlb eləmədi. 800

Yalnız bunu bildim ki, düşmən təpələrdən bizi görə bilmir. Orada bir təpə gördük; biz onun yanlarından, ya da üzərindən keçməli idik. Ora düşmənin gözündən uzaqda idi, amma Əbülqasim Vətənpur dedi ki, təpənin axırında iraqlıların pusqusu var və düşmən oradan bütün ətrafa nəzarət edir. Bu yekun araşdırmadan sonra şəxsi heyətin yanına qayıtdıq. 800

Günortadan sonra yenidən uşaqların arasında hücumdan öncəki anların ab-havası yayılmışdı. Bəziləri silahlarını təmizləyir, bəziləri çantalarını sahmana salır, bəziləri ayaqyoluna yer axtarır və ya dəstəmaz alırdı. Uşaqlar əməliyyatlarda dəstəmazlı olmağa çox çalışır, o şəraitdə də inanclarına uyğun əməl edirdilər. 800

*** 800

Axşamüstü uşaqların buzu ərimişdi; istədikləri yerə gedirdilər və daha düşmən təhlükəsinə çox da məhəl qoymurdular. Uşaqlardan iki-üç nəfərin bir qədər yuxarıda qayalara dırmaşdıqlarını görəndə təəccübümdən yerimdə donub qaldım. Nə onları səsləyə bilirdim, nə də tez qaçıb aşağı salmağa qadir idim. Bir nəfəri onların yanına göndərdik. Onlar qayıtdılar, amma başqa birisi dərənin bu tərəfində gəzişirdi. Hər şey o qədər sakit və adi idi ki, uşaqlar düşmənin ayağı altında və mühasirəsində olduğumuza sanki inanmırdılar. 800

Bir qədər sonra Seyyidüş-şühəda diviziyasının bir batalyonunun toplaşdığı yerə baş çəkdim və oradakı kəşfiyyat uşaqları ilə bir yerə toplaşdıq; hərçənd, mən oraya kəşfiyyatçı kimi getməmişdim. Orada yolda hərəkətdən söhbət düşdü. Kimin öndə, kimin arxada getməsini müzakirə etdik. Ağa Sövdagərlə də danışdıq və qərara gəldik ki, Əbülqasim Vətənpur kolonun önündə getsin, Hüseyn Səadəti arxada, Nasirlə mən də kolonun əvvəllərində. Lakin bütün kolon boyu hərəkət edən bir nəfər yox idi. Kəşfiyyat bölüyünə yeni gələnlər yadımıza düşdülər. Orada onlardan iki-üçü iştirak edirdi. Cahiddən və Səid Sultanzadədən istifadə etmək olardı. 800

Cəlal birinci bölüyü pusquya çatdıracaqdı və orada vuruşacaqdılar. O pusqu bölgədə müstəqil idi və onunla vuruşacaq qüvvələr batalyondan ayrılmalı idilər. Bu iş birinci bölüyə tapşırılmışdı. Onlar cığırda uşaqlardan ayrılıb pusqunu məhv etməyə gedəcəkdilər. 801

Həbib batalyonunun üçüncü bölüyü oradan başlayacaq hərəkətin avanqardı idi. Sonra ikinci, daha sonra yolda kolondan ayrılacaq birinci bölük gedəcəkdi. 801

Həbib batalyonunun arxasınca Seyyidüş-şühəda diviziyasının bir batalyonu hərəkət edirdi. Briqadaya başçılıq edən Cəmşid Nəzmi oraya gəlmişdi və şəxsi heyəti ilə birgə getmək istəyirdi. Lakin sonda qərara gəldilər ki, o, bir dəstə uşaqla bir müddət mağarada qalsın və səhərə yaxın əməliyyat başlayanda yuxarıya doğru hərəkət etsinlər. 801

II 801

Hava qaralır, kolon getməyə hazırlaşırdı. Külək sakitləşmişdi. Mülayim meh əsib buludları tərpədirdi. Şəfəq səmanı gözəlləşdirmişdi. Qaranlıq get-gedə dağla dərəni bir-birinə tikdi və bizim hərəkət zamanımız gəldi. 801

Kolon bir gün istirahət etdiyi cığırdan çıxıb yolunu davam etdirdi. Biz kolonun önündə gedirdik. Yolun bir hissəsinə qədər heç bir problem yaranmadı, lakin tezliklə kiçik daşlarla və qumla dolu bir yerə çatdıq. Hər addımla xırda daşlar ayağın altından sürüşüb həm səs çıxarırdı, həm də uşaqları yıxırdı. Uşaqların yıxılıb-qalxma səsi tez-tez eşidilir və kolonun hərəkətində nöqsan yaranırdı. Kolonun önündən gedən Əbülqasim uşaqlar keçib qurtarana qədər tez-tez deyirdi: "Allah mənim bəlamı versin! Mən uşaqları bu yolla gətirib əziyyətə saldım". 801

Əbülqasimin məsuliyyət hissi və qərarsızlığı elə bir həddə idi ki, onun da çox dəyişildiyini düşünürdüm. 801

Öz istəyim və Nasir Dibayinin təsdiqi ilə kolonun önünə keçdim. Ayağımın narahatlığına görə yavaş yeriyir, hər addımdan öncə ayağımla yerin vəziyyətini yoxlayıb növbəti addımı atırdım. Mən öndən gedəndə "yavaş gedin" və "kolon qırılıb" kimi tez-tez irəliyə ötürülən mesajların sayı yalnız üçə endi. 801

Bütün diqqətim getdiyimiz yolda idi. Qəhrəman komandirimiz Mehdi Bakirinin öyrətdiyi kimi, zikr deyirdim. Əksər uşaqlar o halda idilər. O zülmət və sükut içində yalnız Allah zikri bizə yardımçı olurdu. 801

Gülüş və söhbət səsini eşidəndə ehtiyatımızı artırdıq. Nasir başımızın üstündəki pusqunu göstərdi. Biz onun altından keçib bir cığır formasında olan yerə çatdıq. O cığır Himmətə gedirdi və üzərində üç pusqu vardı. Cığırın əvvəlində dayanıb böyük bir daşın yanında oturduq. Uşaqlar da cərgə ilə oturdular. 801

Üçüncü bölükdən iki taqım ayrılıb biri pusquları məhv etməli, biri isə yuxarı qalxıb Himmətə doğru getməli idi. Bu bölüyün komandiri Cəlal Zahidi, müavini də Fərəc Quluzadə idi. Ağa Fərəc və üçüncü bölüyün uşaqlarından iki taqım cığıra getdi. Əbülqasim və başqa bir kəşfiyyatçı onlara bələdçilik edirdi. Əbülqasim bir taqımı pusquya aparmalı, ikinci taqımı da ağa Fərəc Hüseyn Səadəti ilə Himmətə çıxarmalı idi. Onlar Himmətin sol tərəfindən qalxıb vuruşacaqdılar. Onlar gedəndən sonra biz digər şəxsi heyətlə orada qaldıq. Kolonun sonunda gələn və yolun ortasında ayrılıb öz tapşırıq yerinə getməli olan birinci bölükdən xəbərimiz yox idi. Nə tək pusqudan, nə də cığırdakı və Himmətdəki pusqulardan bizimlə əlaqə saxlayan olmuşdu. Oturmuşduq və heç bir səs yox idi. Pusqudan gələn ilk atəş səsindən sonra dağın sükutu pozuldu. Fikirləşdim ki, Seyyidüş-şühəda diviziyası ilə bizim batalyonumuz istiqamətində döyüş başlamışdır. Ağa Fərəcin ağa Sövdagərlə rabitə əlaqəsi yaradıb-yaratmadığını bilmirəm, amma ağa Sövdagər belə bir əmr verdi: "Burada gözləyən taqım yola düşsün". 802

Cəlal Zahidi həmin taqımla yola düşdü. Onlara Nasir Dibayi bələdçilik edirdi. Onlar gedəndən sonra orada yalnız Əlirza Qəhrəmanpurun başçılıq etdiyi ikinci bölük qaldı. Bu bölük dəstəkçi qüvvə olaraq lazım gəldikdə pusqulara gedib döyüşə qatılacaqdı. 802

Ratsiyanın yanında oturmuşduq. Döyüş get-gedə şiddətlənirdi. Pusqularda atışma gedirdi. Ağa Sövdagərlə mən Himmətin süqut etmədiyini düşündük. Buna görə də, ağa Sövdagər ratsiya ilə əlaqə saxlayıb artilleriyadan Himməti raketlə vurmalarını istədi. Ratsiyalar yan-yana düzülmüş, batalyonla, artilleriya ilə və digər yerlərlə rabitə əlaqələri qurulmuşdu. Batalyonun uşaqları hər dəfə əlaqə saxlayanda pusquda vuruşduqlarını və hələ yuxarı çıxmadıqlarını öyrənirdik. Tezliklə ağa Cəlalla Nasir Dibayinin taqımının digər iki taqıma çatması xəbərini eşitdik. 802

Ağa Cəlal, get Himmətə. 802



Batalyon komandiri bunu deyib dərhal Əlirzanın bölüyünə hərəkət işarəsi verdi. Orada rabitəçilərdən, məndən və Məhəmməd Sövdagərdən başqa heç kim qalmadı. Diviziyanın ratsiyası səsləndi. Bu dəfə Əmin ağa deyirdi: "Qasim batalyonu öz ərazisini təmizləyib, amma siz xəbər vermirsiniz". 802

O vaxta qədər bizim heç bir yerdən xəbərimiz yox idi. Nə Qasim batalyonundan, nə də hətta öz birinci bölüyümüzdən. Ağa Məhəmməd hirslənib ratsiyanı söndürdü və diviziya ilə əlaqəmiz kəsildi. O, ayağa qalxıb dedi: "Mən getdim". 802

Gözlə, mən də gəlirəm. 803



Bunu deyib ona çatmağa çalışdım, amma elə sürətlə qalxırdı ki, rabitəçilər də geri qaldılar. O, cəld qayalara dırmaşırdı. Mən onun arxasında idim, rabitəçilər də mənim arxamda. Topların səsi də gəlirdi. Bir neçə dəqiqə ərzində həm Sövdagəri itirdim, həm də arxamca gələn rabitəçiləri. Lakin yolda uşaqların ayaq izləri qalmışdı. Qar üzərindəki ayaq izləri ilə təpəyə qalxıb ilan kimi qıvrılmış bir cığıra çatdım. Yuxarı qalxmaq istəyəndə aşağıda dayanmış üç nəfəri gördüm. Onların birinin başında qırmızı çəfiyə vardı və bu məndə şübhə oyatdı. 803

Qardaş! 803



Fikirləşdim ki, bizimkilərdən olsalar, cavab verəcəklər, düşmən olsalar, silahlarını tuşlayacaqlar. Lakin onlar heç bir reaksiya vermədilər. Silahımı hazırladım ki, lazım olsa, ilk atəşi mən açım. Yenidən səslədim: "Qardaş!" 803

Barmağım çaxmaqda idi. Cavab gəlmədi. Halbuki məsafəmiz on metrdən də az idi. Təəccüb içində idim. Yaxınlıqlarına atəş açmaq qərarına gəldim. Fikirləşdim ki, bu zaman dost, yoxsa düşmən olduqları bilinər. Ayaqlarının yaxınlığına bir neçə atəş açdım, üz-başlarına qar və palçıq sıçradı və səsləri çıxdı: "Biz iranlıyıq, vurma". Farsca danışırdılar. Soruşdum: "Kimsiniz?" 803

Özlərini təqdim edəndə birinin Seyyidüş-şühəda diviziyasının ilk hücuma keçən batalyonunun komandiri cənab Kəbiri olduğunu bildim. Mən də özümü təqdim edib batalyonlarının vəziyyətini soruşdum. 803

Allaha şükür, bizim uşaqlarımız mövqeləri ələ keçiriblər. 803



Zarafata dedim: "Bəs siz nə üçün burada oturmusunuz?! Qalxın, gedin şəxsi heyətinizin yanına!" 803

Cavab gözləmədən yoluma davam etdim. 803

Dizə qədər qarın içində idim. Təpənin yuxarılarında qarın səviyyəsi dizə qədər, düz yerlərdə isə üç metrə çatırdı. Günəş işığı düşməyən dərələr bütün qarı saxlamışdı, təpələrdəki qar isə günəşli günlərdə əriyirdi. Bizim yolumuzdakı təpə yenidən hamar yerə çatırdı və sonunda pusqu görünürdü. Orada hələ döyüş davam edirdi. 803

Pusquya təxminən 50 metr qalmış yol üç yerə ayrıldı. Bir ayaq izi yolu düz davam etdirirdi, bir iz isə yuxarı gedirdi. Bizim uşaqlarımızın yuxarı getdiyini düşünüb mən də həmin yola döndüm. Fikirləşirdim ki, düşmən mövqeyinə hücum etmək istəyən taqım buradan keçmişdir. 803

Qarın üstündəki ayaq izləri get-gedə seyrəlib azalırdı. Təəccüb etdim; çünki hələ zirvəyə çox yol vardı və uşaqların oradan ayrılmaları mümkün deyildi. Lakin dayanmayıb yoluma davam etdim. Tək idim. Hava soyuq və qaranlıq idi və atəş səsləri gəlirdi. 803

Məndə qəribə bir hiss yarandı. Artıq qarın üstündə heç bir iz yox idi və yalnız mənim çəkmələrimin izləri qalırdı. Zirvəyə yaxınlaşmışdım. Soyuq da olduqca güclənmişdi. Zirvədə bir neçə nəfərin qaraltısını görəndə səhv gəlmədiyimə və uşaqlarımızın yuxarıda olduğuna inandım. Himmət zirvəsini fəth etməmə təxminən beş metr qalırdı. Çox yol gəlmişdim, amma yorğun deyildim, əksinə, nə qədər qalxırdımsa, uşaqların səslərini eşitdiyimə görə daha da güclənirdim. Birdən beynimə bir fikir düşdü. Dayanıb səslərə qulaq asdım. Ərəbcə danışırdılar. Düşmənin əlində olan bir zirvəyə təkbaşına çıxdığıma inanmırdım. Birdən düz dayandığım yerə doğru bir RPG raketi atıldı və ardınca güllə yağmağa başladı. Tez əyilib yerə oturdum və əzab-əziyyətlə qalxdığım yolla aşağı sürüşdüm. Qar məni xilas etdi. Onların gözlərindən uzaqlaşdığıma əmin olandan sonra birtəhər özümü saxlayıb ayağa qalxdım. Bildim ki, üçyoldan yanlış istiqamətə gəlmişəm. Üçyola qədər enməli və pusquya doğru getməli idim. 804

Əyilməyən ayaqla o qarda enmək çətin idi. Çox üşüyür və uşaqların nə üçün Himmət zirvəsinə getmədiklərini anlamırdım. Nəhayət, üçyola çatdım və bu dəfə pusquya doğru irəlilədim. Pusqu təmizlənmiş və orada düşmən cəsədlərindən başqa bir şey qalmamışdı. Soyuqdan titrəsəm də, səngərə girə bilmədim. Yoluma davam etməyə çalışdım. Uşaqları görməyə ümidlə gedirdim. İlk tanış üzləri görəndə isə artıq vücudumu təhlükəsizlik və rahatlıq hissi bürüdü. Uşaqları salamat gördüyümə sevindim. Birinci batalyonun partladıcı bölüyündən olan və hamının Baba çağırdığı ərdəbilli oğlanı gördüm. Soyuqdan titrədiyimi görəndə dedi: "Üşüyürsənsə, irəli get, orada istirahət üçün yaxşı bir səngər var". 804

Yox, ağa Sövdagərin yanına getmək istəyirəm. O, haradadır? 804

Ağa Sövdagər sənin gəldiyin yolla gəldi, amma haraya getdiyini bilmirik. 804

Orada üç pusqu vardı və ümumilikdə çox geniş ərazi idi. Buna görə də, ağa Məhəmmədi o həngamədə tapmaq fikrini beynimdən çıxardım. Soyuq dəhşətli idi, bir saniyə hərəkətsiz dayananda donmağa başlayırdım. Əlcək taxmağıma baxmayaraq, əllərimi açıb-bağlaya bilmirdim. Yaxındakı səngərə getdim və içəri girən kimi üzümə hərarət dəydi. 804

Dərim qızışdıqca yandırırdı. Orada bir odun sobası vardı. Yanında oturdum. Bütün odunlar yanmışdı, amma külü hələ isti idi və hərdən içində qırmızı qığılcımlar parlayırdı. Bəxtim gətirmişdi; iraqlılar şam yeməklərini yeməyə macal tapmamışdılar. Mən də çox ac idim. O soyuqda göyərti və pomidoru haradan tapdıqlarını bilmirəm. Hər halda, xörəklərini yeyib təsərrüfatçılarına dua etdim. 804

Bayırdakı soyuq yadıma düşəndə də üşüyürdüm. Sobanın yanında büzüşmüşdüm və külləri tərpətməklə bir az da qızışmaq istəyirdim. Orada yata da bilərdim. Həm vaxt tez keçərdi, həm də yaxşı isinərdim, amma uşaqların fikri məni rahat buraxmırdı. Öz-özümə dedim: “Uşaqlar mənfi 30 dərəcə soyuqdadırlar, heç şübhəsiz, yolda tərləyiblər və indi yorğun olmalarına baxmayaraq, yenə hərəkət etməlidirlər, yoxsa soyuq onları qurudar”. 804

Titrəməyim azalanda bayıra çıxdım. Fikirləşirdim ki, bəlkə uşaqlar yaralıları toplamağa vaxt tapmayıblar və bəzi yaralılar çoxlu qan itirib qarın üstə huşsuz qalıblar. Belə olduqda isə yaraları təhlükəli olmasa da, soyuq onları şəhid edərdi. Səngərin bayırında uşaqlar oyan-buyana gedirdilər və hərə bir işlə məşğul idi. Bu get-gəllər pusquların arasına və təpənin zirvəsinə qədər davam edirdi. Hələ atışma səsləri gəlirdi, amma pusqularda vəziyyət sabit idi. 805



Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə