Bir söz demədilər. Yola düşdük. Mən guya onların kəşfiyyatçısı idim, onlara bələdçilik edirdim, amma yerişim zəif idi, onlar isə tələsirdilər. Daha yeriyə bilmirdim, ürəyim yerindən qopurdu və ləhləyirdim. Ayağım qurumuş, ağırlaşmışdı. Hafiz və Hacı Zeynal bunu hiss etmişdilər. Bəzən geri qalanda qollarımdan tutub yuxarı çəkirdilər. Yoxuş çox sərt idi və bəzən dördəlli getməyə məcbur olurduq. Atəş səsləri dağı başına almışdı, işıqlı güllələr gecənin zülmətini cızırdı. Güman ki Təkağacın önü və torpaq istehkamın əvvəli olan bir yerə çatdıq. Hər iki tərəfdən atışma səsləri gəlirdi. Həbib batalyonunun uşaqlarının səsi məni ruhlandırırdı. Hacı Rza Daruiyanı, Hacı Seyid Məhəmməd Fəqihi və digər iki-üç nəfəri gördüm. Bir səngərin içində oturmuşdular. Hacı Rza zorla özünü ilk hücumçulara qoşmuşdu. O, əslində, Əli Əsğər batalyonundan idi, amma Həbiblə birgə oraya gəlmişdi. Biz Təkağacın sağ tərəfində və torpaq istehkamın yanında bir səngərə yerləşdik. Səngər düz-əməlli deyildi, yalnız bir sığınacaq kimi əlimizi tuturdu. Uşaqlar o vəziyyətdə də bir-biri ilə zarafatlaşırdılar. 833
Səhərə yaxın idi və biz sübh namazını təyəmmümlə atəş altında qıldıq. Günəş çıxandan sonra atışma şiddətləndi. Düşmən əks-hücumlara başlayırdı. İlk əks-hücum Qucar tərəfdən və Hilkanın aşağısından oldu. Oranı bir-birinə göstərən uşaqların səs-küyü ucaldı. Bəsic uşaqlarından biri oradakı düşmən DŞK-sını həmin istiqamətə tuşladı. 833
– Onları vur, tələs! 833
Bunu mən dedim və o, çox təmiz atəş açmağa başladı. Uşaqlar qənimət götürülmüş 60 mm. kalibrli raketi də hazırlayıb bir neçə dəfə atəş açdılar. Raketlər düşmənlərin yanında partlayır, amma onların irəliyə hərəkətinə mane olmurdu. Onlar o qədər irəlilədilər ki, biz bütün uşaqları istehkamın həmin hissəsinə toplamaq qərarına gəldik. Hərə bir silah götürüb istehkama tərəf qaçırdı. Uşaqların hər üç addımında mən çətinliklə bir addım ata bilirdim. Beləliklə, mən istehkamın yarısını keçməmiş düşmən geri çəkilməyə məcbur oldu. Hələ nəfəsimi dərməmiş uşaqlar qışqırdılar: "Düşmənlər dərənin içindən yuxarı qalxırlar..." 833
Bir neçə nəfərdən başqa hamı dərəyə qaçdı. Mən istehkamın yanında oturub uşaqlara tamaşa edə bilmirdim, amma onlarla ayaqlaşmağı da bacarmırdım. Buna görə axsaya-axsaya özümü dərəyə tərəf çəkdim. Birdən 160 mm. kalibrli raketlər yağmağa başladı. Hər partlayışla qəlpə dalğası və yerin güclü titrəyişi bizi dayandırırdı. Atəş o qədər güclü idi ki, daş, torpaq, yer, insanlar – hər şey titrəyirdi. Düşmənin bütün artilleriyası Həbib batalyonunun kiçik əməliyyat zonasına yönəlmişdi. O zona təxminən 2 kvadrat kilometr olardı, Ulaqlı və Qucar istiqamətindən düşmənin DŞK, ikili və dördlü zenit pulemyotları, habelə 60, 120, 160 və 81 mm. kalibrli raketləri bir dəqiqə belə dayanmadan atəş açırdı. Hətta Ulaqlının üstündə yerləşmiş tanklar da bizə mərmi atırdı, Dolbeşkdən isə güllə yağırdı. O bölgələr əslində, altı əməliyyatda azad olunmuşdu və biz bütün altı əməliyyatın atəş həcmini bir əməliyyatda, özü də məhdud bir zonada görürdük. 833
Hər get-gəldən sonra uşaqların sayı azalırdı. Yaxın məsafələrlə yerə ya şəhid yıxılmışdı, ya da yaralı. Bu vəziyyət məni narahat edirdi. Təkağaca yaxınlaşdım. Həbib batalyonunun komandir müavini qardaş Mütləq də orada idi. Soruşdum: "Nə üçün birinci bölüyün əməliyyat zonası barədə bir şey fikirləşmirlər?" 834
– Mənim xəbərim yoxdur, bilmirəm. 834
– Onda mən bu tərəfdən gedirəm, görüm orada vəziyyət necədir. 834
Yavaşca yola düşdüm. Təkağacdan təxminən 200 metr uzaqlaşandan sonra gözümə bir cərgə mina sataşdı. Nə tikanlı məftil vardı, nə başqa bir maneə. Dərhal bir cərgə salxımlı mina da kəşf etdim. Başqa bir şey yox idi. Yavaş-yavaş məsələni anlayırdım. Biz düşmənin ilk mövqeyilə Çəkmeyidə yerləşmiş bazasını səhv salmışdıq. Bizim uşaqlarımız düşmən cəbhəsinin arxasına hücum edəcəklərini düşündükləri halda onlarla üzləşmişdilər. Buna görə iraqlıların müqaviməti çoxalmış və birinci bölüyün uğursuzluğuna səbəb olmuşdu. Yəni o anlarda mən düşmənin düz arxasında idim. Bir neçə addım irəliləyəndən sonra hətta düşmən səngərlərinin qapısını da görürdüm, amma mənə sarı bir güllə də atmırdılar. Tez qərara gəldim və bütün qüvvəmi ayaqlarıma toplayıb sürətlə Təkağaca qayıtdım. 834
– Uşaqlar, əgər iki-üç nəfəriniz mənimlə gəlsə, Çəkmeyi problemini həll edərik. 834
Ən azı, beş-altı nəfərin qalxıb gəlməsini gözləyirdim, amma yalnız iki nəfər gəldi: ikinci bölüyün komandiri Mehran və bir də Qulamrza Səidi. Onlarla birgə yola düşdüm. Minalara çatanda tələnin simini qırdım, salxım minasını da götürdüm və yol açıldı. Mehran önümdə gedirdi, Qulamrza arxamda. Minalanmış sahəni keçəndən sonra Qulamrza dedi: "Qoy mən önə keçim, bəlkə sən qaça bilməzsən". 834
Qəbul etdim. Onlar öndən getdilər, mən də arxadan. Bu şəkildə düşmənin onmetrliyinə qədər irəlilədik. Düşmən ön istiqaməti ilə qızğın döyüşdə olsa da, birdən bizə tərəf bir əl qumbarası atıldı. Onlar bizi görmüşdülər. Qumbara Mehranın yanına düşdü və o, yaralandı. Açılan atəşlə Qulamrzanın ayaqları da yaralandı. Mənə güllə və qəlpə dəymədi. Çünki o anda iraqlıların arasında bir qumbara partladı. Mehranın əli yaralansa da, onlara doğru bir qumbara ata bilmişdi. O qumbara partlayandan sonra təxminən otuz iraqlı əllərini qaldırıb səngərlərdən çıxdılar. İrəlidə düşmənlə vuruşan uşaqlar arxadan düşmənə hücum edildiyini anladılar. İş bitmişdi və mən uşaqlara tez hərəkət etmələrini söyləmək üçün özümü o tərəfə çatdırdım. Orada da yerdə növbənöv minalar vardı. Oradan keçəndən sonra təxminən yarım metr dərinliyi və yarım metr eni olan bir kanal gördüm. Oraya bir şəhid cəsədi düşmüşdü. "Sən kimsən?" – deyə pıçıldayıb ona yaxınlaşdım. Başının üstünə çatanda Hüseyn Zad-Heydəri tanıdım. Başından güllə dəymişdi, üzü torpağın üstündə idi və gözlərinin altında qan damcıları laxtalanmışdı. Bədənində can olmasa da, hələ qan yavaşca başından üzünə, oradan da yerə axırdı. Günəş qalxmışdı və ilk şüaları şəhidin üzündə gözəl kölgə yaratmışdı. Onun yanından keçdim. İrəlidə hərəsi bir şəkildə şəhid olmuş digər cəsədlər də gördüm. Orada gördüyüm başqa bir tanış Əyyub Paşayi idi. O da baş nahiyəsindən vurulmuşdu. Başını bağlamışdılar və bütün band qana boyanmışdı. Onun şəhid olduğunu düşündüm, amma üzümü yaxınlaşdıranda asta nəfəslərinin səsini eşitdim. Özüm onu aparmağa qadir deyildim. Orada yorulmadan çalışan Bəhruz Lütfini gördüm. Uca qamətini şəhid cəsədlərinə yaxınlaşdırıb onları çiyninə qoyur, aparırdı. Başdan-ayağa qanın içində idi. Onu çağırdım: "Bəhruz, gəl əvvəlcə bunu apar. Bunların ailəsi çox şəhid verib". 834
Bəhruz Lütfi sonralar kimyəvi silahlardan yaralandı və müharibədən sonra şəhadətə qovuşdu. Onun fədakarlığı ilə Əyyub Paşayi oradan xilas olub yaşadı. 835
Paşayilər ailəsi İslama üç qəhrəman şəhid vermişdi: Hacıəli Paşayi, Əkbər Paşayi və Əli Paşayi. 835
Bəhruz Əyyubu çiyninə atıb apardı. Fikirləşirdim ki, Əyyubun vəziyyəti ağırdır və sağ qalmaz. Onlar gedəndən sonra oraya gələn uşaqları gördüm. Əmiri görəndə məni gülmək tutdu. Zarafata dedim: "Sən nə qədər məruzə etdin! Uşaqlar gəlməsəydilər, Allah bilir, nə vaxta qədər məruzələrini dinləyəcəkdik, Əmir ağa". 835
Məhəmməd Rüstəmi ilə Məhəmməd Niknəfəs yaralanmışdılar. Onlar ağır döyüşdən çıxmışdılar və yorğun idilər. Uşaqlar qarət olunmuş bir karvan kimi gəlirdilər, çoxu yaralı idi. Ağır yaralıları geriyə göndərdik. Yaralıları daşımaqda və əşyaları yerbəyer etməkdə əsirlərdən istifadə edirdik. Çox yaxşı işləyirdilər, amma raketdən çox qorxurdular, fitini eşidən kimi qaçıb yerə sərilirdilər. Biz Çəkmeyiyə çatmazdan öncə düşmənin raket atəşlərinin ora istiqamətləndiyini öz gözlərimizlə görmüşdük. Yəni düşmən öz qüvvələrinə dəyər vermirdi və onları işlərinə yarayana qədər istəyirdi. Orada uşaqlarımızın arasında ən sağlamı və ən yaxşı ruhiyyədə olanı Həmid Qəmsüvar idi. 835
– Həmid ağa, necəsən? 835
Utana-utana dedi: "Ağa Mehdi, mən indiyə qədər İraq siqareti çəkməmişəm. İcazə verirsən bir sumer çəkim?!" 835
Bilirdim ki, çəkən deyil, yalnız zarafat eləmək istəyir. 836
– Qardaş Qəmsüvar, mən istehkam düzəltmək üçün ekskavator və buldozerləri gətirməyə gedirəm. Sən də burada ol. 836
Təkağacla Çəkmeyinin arasında boş bir yer vardı. Əməliyyat planında nəzərdə tutulmuşdu ki, ilk fürsətdə orada istehkam qurulsun. Bundan ötrü yuxarı bir buldozer də gəlmişdi. Onu mahir və qorxmaz sürücülərdən olan Xəlil idarə edirdi. Ona işarə verməzdən öncə Çəkmeyidəki digər uşaqlara dedim: "Tez özünüzə səngər düzəldin, çünki buldozer işə başlayanda iraqlılar buranı cəhənnəmə döndərəcəklər. Səngərə girin ki, heç olmasa, qəlpədən uzaq qalasınız". 836
Hamımız bilirdik ki, ora ağır texnika gələndən sonra düşmən çox qıcıqlanacaq. Elə də oldu. Buldozer işə başlayan kimi Çəkmeyi birdən-birə alovların arasında qaldı. O atəşlərə heç bir şey cavab verə bilmirdi. Yalnız səngər düzəldib istehkamın işinin bitməsini gözləməli idik. Düşmən bizim oraya çatmamış istehkam qurduğumuzu görüb dəli kimi atəş yağdırırdı. Ağa Xəlil o qədər raket, güllə və qəlpənin altında təkbaşına qəhrəmancasına çalışır, buldozeri dəlik-deşik edən güllə və qəlpələrə məhəl qoymurdu. İstehkamın işi təxminən bitənə yaxın Xəlil yaralandı, amma işini bitirməmiş sükanı tərk etmədi. 836
Buldozerin işi bitəndən sonra Çəkmeyiyə gedib şəxsi heyətin vəziyyətini soruşdum. Uşaqlar qədim dostlarımızdan daha birinin getdiyini söylədilər. 836
– Həmid Qəmsüvar şəhid oldu. 836
O, cəbhənin dəcəl, qorxmaz və mənəviyyatlı Bəsic üzvlərindən idi, şəhid olanda 18 yaşı vardı. Onun o yaşla, o bədənlə 4 il cəbhədə vuruşduğuna az adam inanırdı. 836
Gedib cəsədini gördüm. Ona qibtə edirdim. Açmamış qönçə kimi ləçəklənmiş, sakitcə yatmışdı. İxtiyarsız olaraq, "Ey arxayın nəfs (ruh)! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!" ayəsini xatırladım və gözlərim yaşardı. Uşaqların köməyi ilə şəhid cənazələrini toplayıb geri göndərdik. Təxminən saat 11-də Təkağacdan qayıdanda Əmin ağanı gördüm. Hələ bölgənin bizim, yoxsa düşmənin əlində olduğu tam bəlli olmayan bir şəraitdə diviziya komandirimizi şəxsi heyətin arasında görmək yaxşı hiss idi. Yanında bir dəstə adam vardı. Salamlaşandan sonra gecə baş verənləri, özümüzün və düşmənin mövcud durumunu soruşdu. Vəziyyəti izah etdim. Komandirlər Həbib batalyonunu Əli Əsğər batalyonu ilə dəyişmək qərarına gəlmişdilər. Həbib batalyonunun əksər uşaqları ya şəhid olmuşdular, ya da yaralanmışdılar. Düşmənin əks-hücumu isə hələ davam edirdi. Düşmənlər dərənin içindən yuxarı qalxırdılar. Biz oturduğumuz yerdən onları görürdük. Əmin ağa dedi: "Əli Əsğər batalyonunu göndərərik Həbib batalyonunu əvəzləyər və müdafiə işi güclənər". 836
Fəcr, 27-28 836
Qulamhəsən Sefidgəri və Tağı Qəhrəmanniya da onun yanında idilər. Yolda zirehli maşın vardı. Bildim ki, onunla gəliblər, onunla da qayıdacaqlar. Əmin ağa yolun kənarında dayandı. Tağı mənə yaxınlaşıb dedi: "Əmin ağanın səninlə işi var". 837
Səngərdən çıxıb onların yanına getdim. 837
– Əmin ağa, mənimlə işiniz var? 837
– Gəl, birlikdə gedək. Orada səninlə işim olacaq. 837
– Nə işi? 837
– Əli Əsğər batalyonunu gətirməyini istəyirəm. 837
Söhbət bitdi və birlikdə maşına mindik. Ağır yaralıların bir neçəsini də maşına qoymuşdular. Onların arasında Məhəmməd Rüstəmini tanıdım. 837
Əli Əsğər batalyonu hazır vəziyyətdə idi. Dərhal hərəkət əmri verildi və kəşfiyyat bölüyündən bir neçə nəfərə batalyona bələdçilik işi tapşırıldı. Nə kimsə mənə bir söz dedi, nə də mən bir şey soruşdum və ya orada olduğumu bildirdim. Yalnız Əmin ağanın arxasınca səngərə girdim: 837
– Əmin ağa, dediniz mənimlə işiniz var, bəs hanı? 837
– Hələlik burada qal, səninlə işim ola bilər. 837
Oradan çıxıb öncədən qərargahımız olan səngərə getdim. Oradakı uşaqlar döyüşün vəziyyətini soruşurdular, mən də bacardığım qədər cavablandırırdım. Gecəyə qədər orada qaldım. Digər uşaqlar da qayıtdılar. Hüseyn Səfaşur da orada idi və həmin gecə Əli Əkbər batalyonunu Hilkana aparacaqdı. Əli Əsğər batalyonu Həbib batalyonunu əvəzləmiş, Həbibin uşaqları qayıtmışdılar. O gecə də öncəki gecə qədər qaranlıq idi. Hüseyn getmək istəyirdi. Çox tez və qısa şəkildə halallaşdıq və getdi. 837
Əli Əkbər batalyonu yola düşdü. Hüseyn Səfaşuru son dəfə kolonun əvvəlində görüb səngərə qayıtdım. Məndə ratsiya olmadığına görə vəziyyətdən xəbər tuta bilmirdim. Yorğunluq da məni əldən salırdı. Orada yatdım. 837
Səhər yuxudan oyananda özümü gümrah hiss edirdim. Səngərimizdən bir qədər aşağıda yerləşən tibb məntəqəsinə getdim. Yaralılardan dəqiq məlumat öyrənmək istəyirdim. Yaralıların arasında iki kəşfiyyatçı da vardı. Ötən gecə Əli Əkbər batalyonunu üç kəşfiyyatçı aparmışdı və başçıları da Hüseyn idi. Əmin idim ki, onlardan dəqiq məlumat öyrənə bilərəm. 837
– Hüseyn Səfaşurdan xəbəriniz yoxdur? 837
– O da yaralandı. 837
– Bəs haradadır? 837
– Onu ağa Əzimiyə tapşırdıq ki, geri gətirsin. Biz yalnız qayanın yanına çəkə bildik. 837
Bildim ki, özü kənara çəkilə bilmədiyinə görə yaraları ağır olub. Ağa Əzimini axtarmağa başladım. Onu görəndə Hüseyni soruşdum. 838
- Bilmirəm, onu görmədim. 838
Bildim ki, işinin çoxluğuna və ya hər hansı səbəbə görə Hüseyni gətirmək yadından çıxıb. Nigaran qaldım və nəhayət, günortaya yaxın öyrəndim ki, Əli Əkbər batalyonunun uşaqları Hüseyni görüb geri gətirmişlər. Təcili yardımda halı çox pis olubmuş. Şəhid olub-olmadığını isə heç kim bilmirdi. 838
Hüseyn Səfaşuru az adam mənim qədər tanıyırdı. Onun təvazökarlığı hər bir güman və təxminin qarşısını alırdı. Fikirləşirdim ki, cəbhədə yeddi il yarım ardıcıl iştirakdan sonra bu yaradan da sağ çıxsa, hansı halda olar... Ürəyimə dammışdı ki, o da getmişdir. 838
*** 838
Bütün şəxsi heyətə məzuniyyət verildi. Mən də əşyalarımı toplayıb uşaqlarla yola düşdüm. Yeganə yolumuz Çumanın üzərindəki Seyyidüş-şühəda körpüsündən keçirdi, lakin düz əməliyyat günü güclü sel körpüyə ciddi ziyan vurmuş və bir hissəsini sındırmışdı. Bu baxımdan, körpüyə çatan hər kəs orada dayanırdı. Çoxlu adam və texnika izdihamı yaranmışdı. Mavutdan, Qamu dağlarından, Şeyx Məhəmməddən, Asus, Qucar, Girdərəş, Qamış, Ulaqlı, Kolan və digər dağ və təpələri əhatə edən 700 km.2-dən böyük bir ərazi Seyyidüş-şühəda körpüsündən asılı idi. Məsul şəxslər başqa bir yol salmaq haqda düşünürdülər. Girdərəş və Sərdəşt istiqamətindən bir yol salınmaqda idi. Çayın üzərində körpü tikəndən sonra o yol yaxşı işə yarayacaqdı, amma hələ o körpü tamamlanmamış sel möhkəm Seyyidüş-şühəda körpüsünü də uçurmuşdu. Körpünün ətrafında müvəqqəti keçid üçün taxta körpülər vardı və hamı ehtiyatla oradan keçirdi. Maşınlar üçün isə Seyyidüş-şühəda körpüsündən başqa bir yol yox idi. Hər an uçmaq təhlükəsi olsa da, maşınlar bir-bir körpünün üstündən keçirdilər. 838
Beləliklə, vəhşi Mavut dağlarını tərk edib şəhərə yollandıq. 838
I 839
Təbrizdə eşitdiyim ilk xəbər Hüseyn Səfaşurun şəhidliyi oldu. Beytülmüqəddəs-3 əməliyyatında kəşfiyyat bölüyünün yeganə şəhidi o idi. Şəhadətindən sonra gizli sirləri bir-bir aşkara çıxırdı. O, Sepahın ilk qüvvələrindən idi. Pasdarlara xüsusi imkanlar veriləndə nə torpaq və ev almışdı, nə də televizor və xalça. Bəzi əşyaları isə öz maaşı ilə alıb yoxsul ailələrə vermişdi. 839
Əməliyyatdan öncə kəşfiyyat bölüyünə bir neçə ev əşyası verilmiş və püşkatmada televizor Hüseyn Səfaşurun adına çıxmışdı. Şəhadətindən sonra yadigar olaraq bölükdə qaldı. 839
Hüseyn dəfn olundu. Bir müddət idi Rəhmət vadisi məzarlığında kürsünün önündəki hissə dolmuşdu və şəhidləri bir qədər yuxarıda dəfn edirdilər. Hər dəfə oraya gedəndə şəhid dostlarımızın hərəsinə bir salam vermək və bir Fatihə oxumaq bir neçə saat çəkirdi. Ora tanış baxış və səslərlə dolu idi. 839
Uşaqlığımızı yaşadığımız küçələr, ailəmiz... Bunların heç biri cəbhənin yerini vermirdi. Sanki şəhərin küçələri ağızlarını açıb bizim qəribliyimizi bağırırdılar. Şəhərin hətta əsas xiyabanlarını da tanımırdım. Yaxşı tanıdığım yollar məni şəhərdən uzaqlaşdırıb Ezam mərkəzinə, avtovağzala və ya dəmiryol vağzalına, son zamanlarda isə Şəhid Qazi qarnizonuna aparan yollar idi. Diviziyanın qərargahının Şəhid Qazi qarnizonuna köçürüldüyü vaxtdan uşaqların şəhərə dözüm müddətləri on günə qədər artmışdı. Məzuniyyətin ikinci günündən hamımız qarnizonda toplaşırdıq. Azərşəhr taksilərinə minib 5 tümənə qarnizonun qapısının önünə qədər gedirdik. 839
Beytülmüqəddəs-3 əməliyyatından öncə Sərdəştə getmiş bəzi kəşfiyyatçılar hələ orada çalışırdılar. Uşaqlar adət üzrə, çatan kimi oraya gizli bir ad seçərək Qarayer adlandırmış, sonra da böyük bir plakatın üzərinə gözəl xətlə yazmışdılar: "İslam qəhrəmanı Mətləb Ağacani mövqeyi". Aşura diviziyasının xüsusi qüvvələrindən başqa hamı elə bilirdi ki, ora şəhid komandirlərdən birinin adı verilmişdir. Halbuki Mətləb Ağacani bölükdə uşaqlara qulluq edən qocanın adı idi, özü də orada olurdu. 839
Qarnizonda günlər keçmək bilmirdi. O zaman həm düşmənin cəbhədə fəaliyyətləri güclənmişdi, həm də Sepahın strukturunda dəyişikliklər başlanmışdı. Sepahın Quru qoşunlarını genişləndirmək üçün bir proqram işlənmişdi. O proqrama əsasən, Aşura diviziyası korpusa çevriləcəkdi. Diviziyaların çoxu bu şəkildə dəyişilirdilər. Mən düşünürdüm ki, bu işlə şəxsi heyət qarışacaq və hansı birləşmənin hansı korpusa tabe olduğu bilinməyəcək. Deyilənə görə, Aşura korpusuna 20 birləşmə tabe olacaqdı. 839
Şəxsi qənaətim belə idi ki, bundan sonra Aşura korpusunun əməliyyat bölgəsi həmişə Mavut olacaqdı, öncəki kimi müxtəlif əməliyyatlarda iştirak edə bilməyəcəkdi. Hər halda, əmin olduğum məsələlərdən biri bu idi ki, əməliyyat bölgəsinin kəşfiyyatını yenə Aşura korpusunun özü həyata keçirəcəkdi və bu barədə Quru qoşunlarının siyasəti dəyişməmişdi. 840
Bunun ardınca bölükdə də dəyişikliklər baş verdi. Kəşfiyyat bölüyü böyük bir təşkilata çevrildi. Hacı Əkbər Səbzi onun komandiri təyin olundu, Kərim Hörməti də onun müavini oldu. Diviziyanın bütün kəşfiyyatçı şəxsi heyəti bir hərbi kəşfiyyat bölüyündə birləşdirildi və bölüyün rəhbərliyi mənə tapşırıldı. Tezliklə Mavut dağlarına hərəkət əmri verildi. 840
II 840
Şəhid Davudabadi düşərgəsi Sərgəlonun sonunda yerləşirdi. Ora 1987-ci ilin aprelində Kərbəla-10 əməliyyatında azad olunmuşdu. Oradan polis zastavasına doğru gedəndə başqa bir düşərgəyə çatırdıq. Sepah oranı bizə vermişdi. Ora çatanda uyğun bir yer axtarmağa başladıq. Boş yerlər vardı, amma biz uzun müddət qalacağımıza görə ən yaxşı yeri tapmaq istəyirdik. Beytülmüqəddəs-2 əməliyyatından öncə Aşura diviziyasının batalyonları Davudabadinin yaxınlığında yerləşmişdilər və oradan Davudabadiyə yol çəkilmişdi. Davudabadi düşərgəsindən Bəni-Haşimə başqa bir hamar yol vardı. Birinci yol qışda əlverişsiz olurdu və az istifadə edilirdi. Biz həmin yolla gedib batalyonlardan təxminən 1 km. aralıda, yolun sağ tərəfində bir yer gördük. Silah qutularından düzəldilmiş çox təmiz üstüörtülü səngərləri vardı. Səngərin divarlarını nazik taxta ilə örtmüşdülər, içi qutu kimi idi. Hamımızın gözü tutdu. Orada yerləşib anbar məqsədi ilə iki çadır qurduq. Məhəmməd Purnəcəf, Nasir Rzapur və Kərim Ahənc qrup başçıları idilər və hər qrupda iki komanda vardı. Söhrab Qurbani və Əkbər Terman da hərbi kəşfiyyat bölüyünün komandir müavinləri idilər. 840
Qərara gəldik ki, bölüyün təlim siniflərindən və adi proqramlarından əlavə, özümüzə hər gün bir tapşırıq təyin edək. Hər bir əməliyyatdan sonra bölüyə yeni tapşırıq verilənə qədər boşluq yaranır və bunun bəzən xoşagəlməz nəticələri olurdu. Bu nəticələrin ən sadəsi hövsələsizlik və ruh düşkünlüyü idi. Bu baxımdan, qruplara tez-tez ətraf dağlarda kəşfiyyat işi aparmaq tapşırılırdı. 840
– Bu gün Ulaqlıya getdik, uşaqlar müşahidə postundan bütün bölgəyə baxdılar. 840
– Sabah inşallah, Şaşuya gedib oradan birbaş Qamunu araşdıracağıq. 840
Bölükdə camaat namazları yenidən başlandı. Aramızda ruhani yox idi, amma qardaşların çoxu imam şərtlərinə malik idilər və bu baxımdan, zəngin idik. İllər ərzində əzadarlığı və məddahlığı da öyrənmişdik, ürəyimiz istəyəndə özümüz dua və mərsiyə oxuyurduq. Gözlənilməz bir hadisə baş verməyəndə hər gün axşamüstü bir yerə toplaşırdıq və mən əməliyyat təcrübələrini öyrətmək məqsədilə bölüyün şəxsi heyəti önündə çıxış edirdim. 840
*** 841
Həmin qərargahda yerləşməyimizdən bir həftə ötməmiş Kərim Hörməti yeni xəbərlərlə gəldi. Yeni tapşırığın ümumi planı belə idi ki, şəxsi heyət iki qrupa ayrılıb biri Sərdəştin Bulfəth dağından, digəri də Asusdan Dukan bəndinə doğru hərəkət etsinlər. Bu zaman böyük bir bölgə, o cümlədən Qaladizə şəhəri, habelə Sərdəşt, Dupaza bölgələri və Dupazanın arxasındakı təpələri mühasirəyə almış olurduq. İraqın mühüm Qaladizə şəhərindən əlavə bir neçə başqa şəhər, habelə təxminən 50 kənd bizim əlimizə keçirdi. Bəlli idi ki, Sepah oraya böyük qüvvə cəlb edəcəkdi, amma düşmən də oyaq idi və get-gedə bölgədə hərəkətini artırırdı. 841
Biz o günə qədər Asusu və onun ən hündür zirvəsi olan Kürkürü yalnız uzaqdan görmüşdük. Seyyidüş-şühəda körpüsündən bölgəyə baxanda qərb tərəfdə sonda gördüyümüz axırıncı dağ İraq tərəfdən başı göyə ucalmış yumruq şəkilli zirvə idi. O, Asus dağ silsiləsinin ən hündür zirvəsi olan Kürkür idi. Asus silsiləsi bir tərəfdən İraqın Dukan bəndi ilə bitirdi, digər tərəfdən də Kulican, Şeyx Məhəmməd və Qucar dağları ilə. 841
Bizim qüvvələrimizin bir qismi öncədən Asusdan Dukan bəndinə gedən istiqamətdə yerləşmişdilər. Son dəyişikliklərdə isə Sepah oranı başqa bir birləşməyə vermişdi. 841
Ümumi planla tanış olandan sonra qərara gəldik ki, şəxsi heyətdən öncə özümüz oraya gedək. Mən, Kərim Hörməti, Amanullah Amani və Məhəmməd Purnəcəf toyotaya minib yola düşdük. Asus və Kürkür dağlarına getmək üçün Şeyx Məhəmməd, Kulican və Noğullar yüksəkliklərindən keçməli idik. O zamana qədər çıxdığım ən yüksək zirvə dəniz səviyyəsindən təxminən 1700 metr hündürdə olan Qamış zirvəsi olmuşdu. Lakin bu dəfə keçəcəyimiz Şeyx Məhəmməd dağı dəniz səviyyəsindən 3500, Kürkür dağı isə 3700 metrdən çox hündür idi. Onların hündürlüyü, soyuğu, qarı və buzu elə bir həddə idi ki, qışda heç kəs zirvəyə qalxa bilmirdi. 841
Aprel ayı idi. Dağın soyuğu azalmışdı, təbiət isə bizimlə oyun oynayırdı. Dağın ətəyində istidən paltarımızı çıxarırdıq, yuxarı qalxanda isə gödəkcə geyinirdik. Şeyx Məhəmməd dağının üstündə çəkilən yol hələ istifadəyə yararlı deyildi. Kulican dağının əsas hissəsində isə 2 km. uzunluğunda yol çəkilmişdi, buldozerlər və ağır maşınlar işləyirdi. Yolun sonuna qədər maşınla getdik, orada isə enməyə məcbur olduq. Kürkürə qədər 9 km. yolu dağ-dərələrin, qayaların arası ilə piyada getməli idik. Uşaqlar deyirdilər ki, Şeyx Məhəmmədə çatandan sonra daha problem olmayacaq. 841
Ora ilk dəfə idi gedir və yolda düşmən tərəfi də görmək üçün dağın ən yüksək zirvəsi ilə irəliləyirdik. Şeyx Məhəmməd dağının zirvəsinə çatandan sonra oraya qədər gəldiyimiz və oradan sonra getməli olduğumuz yolları görə bildik. Uşaqların dediyi kimi, Şeyx Məhəmməddən sonra problem yox idi, yalnız bir-birinin ardınca düzülmüş dağ və qayalar vardı; birini aşandan sonra o birisi qarşımızda peyda olurdu! 842
Şeyx Məhəmmədi keçəndən sonra qarşı tərəfdə olan və düşmənlərin yerləşdiyi Bərdəqışlıtı aydın görə bilirdik. Bərdəqışlıtın hündürlüyü Şeyx Məhəmməddən alçaq idi və biz oranı yaxşı görürdük. Dukan bəndinin arxasındakı dairəvi gölməçə bir tərəfdən Bərdəqışlıt dağına çatırdı. 842
Dostları ilə paylaş: |