Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə10/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   6   7   8   9   10   11   12   13   ...   73
O, təxminən mənimlə həmyaşıd idi və ilk baxışdan xoşuma gəldi. Onun hərəkətlərini izləyirdim, baxışında məni özünə çəkən nəsə vardı. Yaxınlaşıb sadə bir hal-əhval tutmaqla onunla dostluğa başladım. 546

Haralısan? 546

Təbrizli. 546

Bəsic üzvüsən? 546

Yox, pasdaram. 547

Adın nədir? 547

Hüseyn Məhəmmədian. 547

Əvvəl harada çalışmısan? 547

İdarədə. 547

Uşaqların idarə işləri ilə araları yaxşı deyildi. İdarədə işləyənlərə "Anten", "Casus" və "Dəmpayi giyənlər" ləqəbləri vermişdilər. Onlar bu önyarğı səbəbindən Hüseynlə bir qədər tərslik edirdilər, mənsə çox tez dostlaşdım. Elə ilk dostluqda dedi: "İndi ki dost oluruq, gərək hər gün ilk görüşümüzdə bir hədis deyək". Mən də qəbul etdim. 547

Çəkələk 547



İlk günləri əzbər bildiyim məşhur hədislərlə yola verdim, amma çox tez bir zamanda bundan ötrü mütaliə və araşdırmanı ciddiləşdirməyə məcbur oldum. Harada hədis görürdümsə, əzbərləyirdim ki, Hüseynin "ya əxi, həddisni" – sözləri qarşısında əlim dolu olsun; onun özü kimi. 547

"Ey qardaşım, mənə hədis söylə!" 547



Hüseyn Məhəmmədianla dostluğumdan üç həftə ötməmiş onun yaralandığını eşitdim. Qardaş Mehdi Xeyrullahi onu işlədiyi keçidə aparmışdı. Qayıdanda Hüseynin yerini tapa bilməmiş və onun qayıtdığını düşünərək öz mövqelərimizə dönmüşdülər. Hüseyn də bir müddət gözləmiş, səhərə yaxın düşmənin onun görə biləcəyini düşünüb özü qayıtmaq qərarına gəlmişdi. Bizim mövqeyimizə yaxınlaşanda keşikçilərimizdən biri düşmən hərbçisi olduğunu düşünüb ona sarı bir əl qumbarası atmışdı. Uşaqlar deyirdilər ki, onu müalicə üçün geriyə aparanda ağlayıb deyirdi: "Heyf ki əməliyyatdan qaldım". 547

*** 547

Bir gün Kərbəla batalyonunun komandiri Həsən Kərbəlayi mənə dedi: "Düşmən üçüncü kanal tərəfdən Ərvənd çayının suyunu bölgəyə yönəldib. Bizim istehkamımızla düşmən istehkamı arasındakı bölgəyə su dolur". 547

Motosikletlə onun dediyi yerə getdik. Bölgədə ilğım görmək təbii idi, amma o vaxta qədər yaxşı öyrənmişdim ki, ilğım nə vaxt və hansı istiqamətdə görünür. Gördüklərimiz ilğım deyildi. Qardaş Kərbəlayi haqlı idi, su yavaş-yavaş qalxıb kanallara girirdi. Ondan sonra fikirləşməyə başladıq ki, oraya su dolsa, nə etməliyik. 547

Su hələ də axırdı, amma iş dayanmamışdı, bizdən arxadakı bölgə Ramazan əməliyyatı zamanı cəbhənin mühüm bölgələrindən olmuşdu. 547

O vaxt əksər bölgələrdə minalanmış sahələr vardı və bu, dəstək qüvvələrinin yerləşməsinə çətinlik yaradırdı. Bu səbəbdən kəşfiyyat bölüyünə həmin minaları zərərsizləşdirmək tapşırıldı. Davud Qüreyşi, Məhəmməd Məhəmmədi və Kərim Hörməti minaları təmizləməyə getdilər və mən səngərdə qaldım. Kəşfiyyat bölüyünün avtomobilini səsindən tanıyırdım. Səsi eşidib bayıra çıxdım. Davudun kədərli üzü diqqətimi cəlb etdi, yaxınlaşanda isə çox qorxdum. Maşının yeri qanlı idi və Kərim Hörmətinin orada olmadığını gördüm. 547

Nə olub? Kərimin başına bir iş gəlib? 548

Ayağı minaya düşdü və... 548

Çox pis oldum. Ən yaxşı dostlarımdan ikisinin əməliyyat qabağı yaralanması çox üzücü idi. Kərimi çox istəyirdim, yaralandığını eşidəndə isə daha çox istədim. Davud deyirdi: "Mina partlayanda və Kərim yerə yıxılanda qışqırdı: "Ey Mehdi! İmdada gəl!" 548

III 548

Ölkənin vəziyyəti, siyasi-iqtisadi problemlər və digər dövlətlərin təzyiqləri cəbhəyə çox mənfi təsir etmiş, döyüşçülərin əhval-ruhiyyəsi zəifləmişdi. Cəbhəyə gələnlər də azalmışdı və komandirlərin bu baxımdan problemlə üzləşdikləri hiss olunurdu. Kəşfiyyat bölüyünün bütün uşaqları ilə birgə diviziya komandirini dinləmək üçün hüseyniyyəyə toplaşdıq. Qardaş Əli Faiqi kamerasını hazırlamışdı və hamımız gözləyirdik. Ağa Mehdi əlində Quran hüseyniyyəyə girib silah qutularından düzəltdiyimiz tribunaya keçdi. Üzərinə "Ya Əba-Əbdillah" yazılmış qara və qırmızı bayraqlar hüseyniyyənin torpaq kisələrindən düzəlmiş divarlarını bəzəyirdi. Mübarək Ramazan ayı idi və o ayın sayəsində üzlərdə başqa bir nur vardı. Ağa Mehdi Allahın adı ilə söhbətə başladı və ilk cümlədə qardaş Faiqiyə müraciət etdi: "Mömin, məgər kasetiniz artıqdır məni çəkirsiniz?!" 548

Həmin çıxışın videoyazısı Sepahın arxivində mövcuddur. 548



Əziz komandirimizin dərdli ürəkdən gələn sözlərini sevə-sevə dinlədik. Ağa Mehdi cəbhənin vəziyyətindən, canlı qüvvə çatışmazlığından və bizim daha güclü müqavimət göstərməyimizin lazımlığından danışırdı. O, həmişəki kimi Qurandan seçdiyi bəzi ayələri oxuyur və nazilolma səbəbini açıqlayırdı. Peyğəmbərin səhabələrinin işgəncə və yorğunluğun zirvəsində ikən ondan "Allahın yardımı hanı?" – deyə soruşduğunu və "Allahın yardımı yaxındır" ayəsinin nazil olduğunu danışıb bu yaxınlığın əlli ildən çox sürdüyünü və müsəlmanların yalnız o zaman dünyada qələbə çaldığını bildirirdi. Ağa Mehdi nəticə alırdı ki, biz hələ bir iş görməmişik ki, bu tezliyə yorulaq. Biz Peyğəmbərdən və onun dostlarından dərs alıb vəzifəmizi yerinə yetirməliyik. 548

Qəhrəman komandirimizin sözləri şəxsi heyətin ruhlanmasına çox müsbət təsir göstərirdi. Söhbət dua və salavatla bitdi və ağa Mehdi həmişəki kimi uşaqların arasında gözdən itdi. 548

*** 548

Günəş rəhimsizcəsinə saçırdı. Günorta azanına az qalırdı. O günlər qardaş Məhəmmədi ilə qardaş Fəthinin arasında bir az soyuqluq yaranmışdı. Məhəmmədi bölükdən getmişdi və bizim komandamız başsız qalmışdı. Hamımız əl-ələ verib bütün işləri görməyə çalışırdıq. Həmin gün günorta səngərimizə gedəndə gözüm ağa Mehdinin səngərinə sataşdı. Nə qədər etdimsə, getməyə bilmədim. Ağa Mehdi Zeyddə olduğumuz müddətdə bizə sadəliyi və səmimiliyi öyrətmişdi. Vacib işi olmayanda bir dəvətlə, bir "buyur" deməklə "ya Allah" deyib içəri girirdi. Onun səngərinə giriş üçün də xüsusi səbəbə və icazəyə ehtiyac yox idi. İçəri girdim. Sakitlik idi. Ağa Mehdi üstünə ağ çəfiyə atmışdı və həmişəki kimi əynində ikinci dərəcəli Koreya hərbi geyimi vardı. Bir ayağını o birinin üstünə aşırıb sakitcə yatmışdı. Yorğun görünürdü. Bizim tanıdığımız ağa Mehdi yorulub-əldən düşməsəydi, gündüz heç vaxt yatmazdı. Bir qədər dayanıb ona baxdım. Düşünürdüm ki, çox yorğunluqdan və yuxusuzluqdan gözlərinin altında yaranmış çökək müharibənin sonuna qədər elə də qalacaq. Susuz idim. Komandir səngərinin buzluğundakı sudan bir az içmək istədim. Su olduqca isti idi. Kauçuk buzluğun qapağını götürdüm. Buz vardı və bir qədər qatıq. Fürsətdən istifadə edib həm ağa Mehdiyə ayran düzəltmək, həm də termosu sərin su ilə doldurmaq istədim. Buzu sındırdım. Buz parçalarının bəzisi termosun ağzından böyük idi. Onları termosun ağzına qoyub yavaş bir zərbə vururdum və buz termosun içinə düşürdü. 549

Mömin, evdə anan sənin termosa bu şəkildə buz tökdüyünü görsəydi, nə deyərdi?! 549



Bağışlayın, ağa Mehdi! 549

Bunu deyib şirin xəcalət hissi keçirdim. Ağa Mehdinin dəqiqliyini yenə təcrübə edirdim. Sərin sudan doyunca içdim. 549

*** 549

İşlər daha ciddi şəkildə davam edirdi. Mən gecə-gündüz təmas xəttində qalıb suyun vəziyyətinə diqqətlə nəzarət edirdim. Su get-gedə bütün bölgəni bürümüşdü. Biz 25 sm. dərinliyində suda kəşfiyyat aparmaq üçün bir şey fikirləşməli idik. Su gələndən sonrakı ilk kəşfiyyat Zeyd bölgəsinin ilk kəşfiyyatı qədər çətin idi. Şalvarımızın balağını dizə qədər qatladıq, çəkmələrimizi çıxardıq və suya girib minalanmış sahəyə doğru yola düşdük. Beşinci və altıncı kanalların arasındakı kanalın yanından keçdik. Bölgənin ümumi vəziyyəti çox da dəyişməmişdi, amma ayaqlarımızın palçıqda hərəkətindən çıxan şappıltı səsi işi korlayırdı. Əmin idik ki, o vəziyyətdə səsimiz düşmənə çatacaq, amma bunu təsdiqləyəcək heç bir reaksiya görmürdük. 549

Maneələrə çatıb minalanmış sahəyə girdik. Çox diqqətlə palçığın içində minaları tapıb irəlilədik, nəhayət, sahənin içində yüz metr gedəndən sonra həmin yolla geri qayıtdıq. 550

İraq pusqularının bizim səsimizə qarşı heç bir reaksiya verməmələrindən təxmin edirdik ki, su onları pusqudan qaçırıb. Təxminimiz düz idi. Su pusqu səngərlərinə, hətta kanala girmiş və düşmən bölgəni boşaltmağa məcbur olmuşdu. Ondan sonra hərəkət sürətləndi. Bu kəşfiyyatlar zamanı bəzən təbii amillərlə də çarpışmalı olurduq. Məsələn, islanmayaq deyə şalvarımızın balağını qatlayırdıq, amma birdən sinəyə qədər suya batırdıq. Bilirdik ki, su ilə dolmuş bir çalaya düşmüşük. Minaları axtaranda da bir neçə dəfə suyun altında partlayış oldu, amma heç biri güclü yaralanmaya səbəb olmadı. Məhəmməd Purnəcəf suyun altında mina axtararkən üçlü bir mina tapdı; tank, avtomobil və piyada əleyhinə. O minanın adı "Purnəcəf minası" qaldı. 550

Bir neçə kəşfiyyatda düşmənin ilk xəttinin yaxınlığına qədər ərazini təmizlədik və əməliyyata hazırlaşdıq. 550

Mövcud vəziyyət komandirlərin xüsusi bir plan düşünmələrinə səbəb olmuşdu. Diviziyanın əməliyyat bölməsində bir adam ölçüsündə kauçuklar kəsmişdilər. Onun üstünə uzanıb suyun üzündə qalmaq və qolların köməyi ilə hərəkət etmək olurdu. Hələ qayıqdan istifadə ciddiləşməmişdi. Həmin şəraitdə şəxsi heyətə komandir tərəfindən məzuniyyət xəbəri verildi. Dörd ay yarımdan sonra mən də məzuniyyətə darıxmışdım. Bütün acı və şirin hadisələri ilə birgə Zeyd bölgəsini əməliyyatsız tərk etdik. 550

I 551

Bir neçə gündən sonra bölgəyə qayıtdım, amma uşaqlardan heç kim yox idi. Kəşfiyyat bölüyünün bir qismi iki bölgədə kəşfiyyatla məşğul idi. O bölgələrin biri "Bəndər-Abbas" adı ilə məşhur olmuşdu. Biz bilirdik ki, eşidənləri çaşdırmaq üçün qoyulan adlardandır. Belə nəzərə çarpırdı ki, uzun müddət heç bir hadisə baş verməyəcək. İmtahanlara da az qalırdı. Oturub öz-özümə fikirləşdim ki, imtahanlarda iştirak etmək istəyirəmsə, tez başlamalıyam. Qərara gəldim ki, təhvil-təslim edib Təbrizə qayıdım. 551

Təbrizə qayıdanda ilk işim adımı on birinci sinfə yazdırmaq oldu. Dərslə yanaşı Dehxuda liseyinin İslam birliyində də çalışırdım. İslam birliyi mənə Şəhid Simsarinin xatirələrini canlandırırdı. O, bir dəfə Razi orta məktəbində mənə dedi: "Daha bizim məktəbimizdə İslam birliyinin olması zəruri deyil, çünki uşaqların hamısı yollarını çox yaxşı tanıyır və gedirlər". O, doğru deyirdi. Mən bilirdim ki, bütün uşaqlar bu düzgün seçimlərini ona və Şəhid Bəxtşükuhiyə borcludurlar. Onların uşaqların kədər və narahatlıqlarına necə şərik olduqlarını və uşaqların onlarla hansı həddə doğmalıq hiss etdiklərini dəfələrlə görmüşdüm. 551

Cəbhədə yaşadığım şərait, çəkdiyim əziyyətlər, gözümlə gördüyüm şəhadət və yaralanma səhnələri əhval-ruhiyyəmə böyük təsir etmişdi. Dəfələrlə imtahandan kəsilib sinifdə qalmış öncəki Mehdidən çox fərqlənirdim. O zaman cəbhə ilə məktəb arasında bir fərq görmürdüm, dərsdə də cəbhədəki qədər ciddi və fəal olmağın vacibliyini düşünürdüm. On birinci sinifdə ciddiliyim elə bir həddə çatmışdı ki, sinif birincisi oldum və hətta ən tələbkar müəllimin dərsindən də 20 aldım. Mənim onsəhifəlik inşalarım məktəbdə məşhurlaşmışdı. Uşaqların israrı və müəllimin istəyi ilə inşamı oxuyanda bütün uşaqlar ağlayırdılar, müəllim də həvəsləndirici cümlələrlə inşamın altından 20 yazırdı. 551

Şəhərdə başımı çox qarışdırmışdım, amma nəhayət, cəbhə həvəsi məni rahat buraxmadı. Nə qədər vəziyyəti özümə izah edib şəhərdə qalmağa çalışsam da, olmadı ki olmadı. 551

II 551

Əhvazda Hava hücumundan müdafiə qarnizonunda gördüyüm ilk şəxs Əliəkbər Rəhbəri idi. Görüşüb-öpüşəndən sonra verdiyi ilk sual bu oldu: “Nə üçün cəbhədən bu qədər uzaq qaldın?” 551

Seyyidüş-şühəda batalyonunun qəhrəman komandiri Əliəkbər Rəhbəri bir aydan sonra Şəhid Himmət dördyolunda raket qəlpəsindən şəhadətə qovuşdu. 551



Qürurla cavab verdim: "Dərs oxuyurdum". 551

Əliəkbər gülüb dedi: "Qarışqalar da şaxsey deyirlər!" 552

Uşaqlar təəccüblərini bildirmək üçün bu cümlədən istifadə edirdilər. 552



*** 552

Bölüyün qərargahı Əhvazın Hava hücumundan müdafiə qarnizonunda idi. Bir nöqtədən başlayan üç qol formasında üçmərtəbəli binalar idi. Kəşfiyyat bölüyü üçüncü mərtəbədə yerləşirdi. Üçüncü mərtəbənin digər qollarında da diviziya komandirliyi və əməliyyat bölməsi yerləşirdi. 552

Kəşfiyyat bölüyünün otağında məni Məhəmməd əmi qarşıladı. Kəşfiyyatçılar müxtəlif bölgələrdə tapşırıqda idilər. Məhəmməd əmi həmişəki kimi çay süfrəsi açmışdı. Suyu üçüncü mərtəbəyə qaldırmaq onun uşaqların öhdəsinə qoyduğu yeganə iş idi. 552

Uşaqlar gəldilər, amma mən iş barədə onlardan bir şey öyrənə bilmədim. Kimdən soruşurdumsa, gülüşlə və ya bir hədislə sözü dəyişirdi. Səhər yola düşəndə fikirləşdim ki, özüm maşının yolundan kəşfiyyat bölgəsinin hara olduğunu öyrənə bilərəm. Maşın qarnizondan çıxanda onu gözüm görənə qədər izlədim: “Bəli, məlum oldu ki, Dezful tərəflərdir”. 552

Axşamüstü uşaqların hər şeyi düşündüklərini öyrəndim. Onlar iz azdırmaq üçün əvvəlcə başqa bir istiqamətə gedir və bir qədər sonra əsl yola dönürmüşlər. 552

Nəhayət, Kərim Hörməti mənə cavab verdi. Ayağının yarası hələ sağalmamışdı. Onu özü açıb-bağlayır, uşaqlarla birgə kəşfiyyata gedirdi. Bir-birimizi görməyə çox sevindik. Nəhayət, doğru bir cavab eşidəndə sevincim tamamlandı. Kərim dedi: "Hə, məşğuluq. Mən Kərim ağa ilə söhbət edərəm, səni də bizim komandaya verər". 552

Qardaş Kərim Fəthinin cavabı bizi arxayınlaşdırdı: "Sən də uşaqlarla get, Mehdi!" 552

Ertəsi gün səhər çağı mən də digər uşaqlarla birgə mikroavtobusa minib tapşırıq yerinə yollandım. Cəbhədən uzaq qaldığım bir neçə ayda hər şey nəzərəçarpacaq həddə dəyişmişdi. Uşaqların əhval-ruhiyyəsi yüksək idi, hətta maddi-texniki imkanlar baxımından da böyük irəliləyiş vardı. Əvvəllər uşaqlar hər bir iş üçün təchizat bölməsinə getməyə məcbur olurdular. Orada da həmişə soruşurdular ki, bu əşyanı hansı iş üçün istəyirsiniz? Bu sual-cavab kəşfiyyat uşaqları üçün həmişə problem idi. Ağa Mehdi bu problemi həll etmək üçün yol düşünmüş və bölüyə lazımi imkanlar verilmişdi. 552

Yolda uşaqların qəribə mənəvi halları vardı. Mikroavtobusun sürücüsü Həmid Qəleyi idi. O da maraqlı adam idi, xüsusi bir işə bağlı deyildi; həm mikroavtobus sürücüsü idi, həm də mersedes; həm özüboşaldan yük maşını sürürdü, həm də toyota. Lazım olanda təcili yardım maşınını da idarə edirdi. İş yeri də bəlli deyildi; həm kəşfiyyat komandasında idi, həm diviziya komandirinin sərəncamında, həm də başqa yerlərdə. Bölükdə komanda başçısı olan Mənsur Furqani bir dəfə zarafatla dedi: "Həmid ağa, sən mersedes sürücüsüsən, diviziya komandirliyində işləyirsən, işin kəşfiyyat bölüyündədir, yoxsa bizim komandamızla çalışacaqsan? Cavabımızı ver, biz də işimizi bilək!" Həmid ağa da həmişəki kimi təbəssümlə cavab verdi: "Eh, ağa Mənsur, mən hər yerdə işləyirəm; bir gün sizin komandanızda, sabah da ağa Mehdi harada desə, orada..." 552

Zarafat və gülüş dolu mikroavtobus yoluna davam edirdi. Uşaqlar xorla oxuyurdular: 553

Ay şofer, şad olasan, sən ki bizi şad elədin, 553



O qədər qurdaladın, dəndəni fərman elədin”. 553

Sürət qutusu 553

Sükan 553

Həmid Qəleyi də cavabsız qalan deyildi; eyni qafiyədə bir cavab qoşdu: 553

"Şad olasız, mən ki sizi şad elədim. 553

O qədər qurdaladız, burnuzu novdan elədiz". 553

Nov 553



Yenə uşaqların arasında idim və olduqca həzz alırdım. Bir neçə ay öz ixtiyarımla cəbhədən uzaq qaldığıma təəccüblənirdim. Gözümü pəncərədən görünən mənzərəyə dikmişdim. Fəth üçyolunu və Şəhid Himmət yolunu tanıyırdım. Xeybər körpüsünün parçaları, yanmış tank və maşınlar, Seyyidüş-şühəda magistralı və digər əlamətlər Xeybər əməliyyatından məhrum qalmağın həsrətini yenidən ürəyimdə oyatdı. Hurun qoxusunu duydum. 553

Məcnun adasında günəş böyük və qırmızı idi. Huru ilk dəfə idi görürdüm. Günbatan çağı idi, günəş qamışlığın arxasında qızarırdı. Külək əsirdi və qamışların səsi adama başqa bir həyəcan verirdi. Hurun qürubunun çox darıxdırıcı və gözəl olduğunu eşitmişdim. Azan səsi də bu gözəlliyi artırırdı. Cəld kəşfiyyat bölüyünə doğru hərəkət etdik, Seyid Mənsur Furqaninin komandasının yerləşdiyi səngərə getdik. Əşyalarımızı ora qoyub özümüzü namaza çatdırdıq. Namazdan sonra bir neçə dəqiqə dualar oxundu, nafilə və qüfeylə namazları qılındı. Bu müstəhəb əməllər cəbhədə vacib kimi idi. Qədim dostlarla görüşdük; Hüseyn Məhəmmədian, Məhəmməd Purnəcəf, Rəsul Səidi, Yusif Sarimi və s. Bölüyün dəcəlləri yenə bir yerə toplaşmışdılar və hər an bir hadisə baş verə bilərdi. 553

Həmin axşam əvvəlcə Rəsul Səidi ilə təsərrüfat çadırına baş çəkdik. Ora qardaş İmani baxırdı. Yerimizi təzə rahatlamışdıq ki, cinlərdən söhbət düşdü və çox tezliklə qardaş İmaninin cindən çox qorxduğunu bildik. Nadincliyimiz cuşa gəldi: "Uşaqların biri deyir ki, hamama getmişdim, həm də çox yorğun idim. Bir də gördüm ki, kimsə kürəyimi kisələyir. Çox sevindim, amma uzun dırnaqlarını, əlinin üstündəki qara tükləri görəndə...” Yazıq İmani yerində donub qalmışdı. Rəsulla mən bir-birimizə baxdıq, tez oradan çıxıb çadırın arxasına keçdik və bir küncünü qaldırıb bir neçə dəqiqə ərzində çoxlu meyvə şirəsi və konserv götürdük. Səs-küyümüz çox idi, bəlkə qardaş İmani də eşidirdi, amma söhbətimiz onu o qədər qorxutmuşdu ki, bir qədər meyvə şirəsi və konservdən ötrü “gecə cinlərinə” yaxınlaşmayacağına əmin idik. 553

Ələ keçirdiyimiz malları səngərə gətirdik. Mən Mənsur Furqaninin komandasının səngərində qalacaqdım. Heç kim duyuq düşmədən meyvə şirələrini oraya yerləşdirdim, ertəsi gün uşaqlar kəşfiyyatdan dönəndə hamısını meyvə şirəsinə və konservə qonaq etdim. 554

Hüseynlə hədis əzbərləmə dərsi şirəiçmə iclaslarına çevrilmişdi. Görüşəndə hərəmizin əlində bir meyvə şirəsi qarnizonun sonuna, boş və səssiz yerə gedir, saatlarla oturub içir və danışırdıq. 554

*** 554

"Hur əl-Hüveyzə" Kərxə və Süveyb çayları yolunda yerləşən bir göldür. O çayların hər ikisi sonda Dəcləyə tökülür. Ora müxtəlif bitkilərlə örtülmüş çökək və neft mədənli bir yerdir. Şimali və Cənubi Məcnun adaları da oradadır. İraq tərəfi müharibədən öncə Huru qurutmaq və neft quyularından istifadə etmək üçün suyun içində yollar çəkmişdi. Neft quyularına qədər uzanan bu yolların sonunda işçilərin yerləşməsi üçün futbol meydançası boyda geniş bir yer düzəltmişdilər. Bu yolların bəzisinin sonunda 2-3 neft quyusu vardı. Şimali Məcnun adasında belə yolların sayı yeddiyə çatırdı. Kəşfiyyat bölüyü xudmani bir yer olan üçüncü yolda yerləşirdi. 554

Adanın imkanları bizi xarici dünyadan ehtiyacsız edirdi. Hətta kəşfiyyat bölüyünə xüsusi bir poçt indeksi ayrılmışdı və məktublarımız diviziyanın poçt qutusuna girmədən birbaş özümüzə gəlirdi. 554

Kəşfiyyat bölüyünün bölgədə dörd komandası vardı. Onlara Əsədbəyi, Mənsur Furqani, Məhəmmədhüseyn Əlipərəsti və Mehdi Davudi başçılıq edirdilər. Bütün komandalar üçüncü yolda xüsusi səngərlərə yerləşmişdilər. Bu səngərlərin biri böyük idi və kəşfiyyat bölüyünün namazxanası olmuşdu. 554

Uşaqlar tez-tez kəşfiyyata gedirdilər. Şimali adanın üçüncü yolunun müdafiəsi də öz üzərimizə düşürdü və hamı növbə ilə keşik çəkirdi. Mən hələ bikar idim. Digərlərinin daim çalışdığına, özümünsə bikar durduğuma görə narahat olurdum. Nəhayət, ağa Mənsur dedi: "Ağa Mehdi, qayıqla tanışlığın var?" 554

Yox, ağa Mənsur, heç nə bilmirəm. 554

Yavaş-yavaş başla, gərək öyrənəsən. 554

Baş üstə! 554



Başqa bir nəfərlə birgə təlimə başladıq. Əsgər Abbasquluzadə komandamıza yeni qoşulmuşdu. Bölük Təlaiyyədə çalışanda orada qayıq sürməyi öyrənmişdi. O, ağa Mənsurun "sən də bilmirsən?" sualına "bilirəm" deməyə utandı və nəticədə, ikimizi Təbriz Sepahının kəşfiyyatından gəlmiş bir pasdara tapşırdılar. Qardaş Xosrovi Meşkin şəhərindən idi. Özü orada qayıq sürməyi öyrənmişdi və işində çox ciddi idi. Ertəsi gün səhər təlimə başladıq. Ondan öncə Abbasquluzadə ilə heç bir tanışlığım yox idi, amma çox çəkmədən onun bəzi dəcəlliklərdə məndən betər olduğunu anladım. Təlimin ikinci günündə lazım olan hər şeyi öyrənmişdik, amma bəzən müəllimimizin həddən artıq tələbkarlığı səbəbindən özümüzü anlamazlığa vurur və onu hirsləndirirdik. O, hirslənib bizə çox nəsihət verirdi ki, ciddi olaq və təlim zamanı nadinclik etməyək. Biz də bir-iki saat sakitləşir, sonra yenidən başlayırdıq. Özümüzə və qayığa bir-iki təkan verəndə qayıq çevrilir və Xosrovi qışqırırdı. O, əlimizdən təngə gəlmişdi, amma istəyəndə qayığı yaxşı idarə etdiyimizi görüb ağa Mənsura şikayət etmirdi. 554

Adada hərə bir işlə məşğul idi. Bizim təlimimiz də artıq məşqə çevrilmişdi və qardaş Furqani məni hər dəfə görəndə təkidlə deyirdi: "Nə qədər bacarırsan, məşq elə, qabaqda çox işimiz var". Mənsə uzun məşqlər edən deyildim, hövsələm çatmırdı və kəşfiyyata getmək üçün səbirsizlənirdim. 555

Ağa Mənsur deyirdi: "Səhər yuxudan oyanıb namazını qılan kimi Əsğər ağa ilə qayığı götürüb məşqə gedin və axşam qayıdın". 555

Mən də "baş üstə" – deyib başımı aşağı salır və birbaş qardaş Mehdi Davudinin komandasına gedirdim. O komandanın bütün uşaqları qədim dostlarım idilər; Hüseyn Məhəmmədian, Yəqub Şikari, Əbülfəz Fərəhmənd, Məhəmməd Purnəcəf və başqaları. Onların yanında olanda zaman bir göz qırpımı kimi keçirdi. Günorta dəstəmaz almağa çıxanda hərdən ağa Mənsurla üzləşirdim. O deyirdi: "Ağa Mehdi, gəldiniz?!" 555

Bəli, qayıtdıq. 555



Amma bir az tez gəlmisiniz. Hələ namaza yarım saat var, get bu yarım saatı da məşq elə, gəl. 555

Sakit qalıb dəstəmaz alır və ağa Mənsur gedəndən sonra yenidən uşaqların yanına qayıdırdım. Bəzən günbatan çağı qayığı sakit yerlərə aparırdıq; ot və qamışlıq olmayan sakit sulara. Orada qayığı saxlayırdıq. Əsğər ağa tərtillə gözəl Quran oxuyurdu. Saatlarla orada qalırdıq. Əsğərin məlahətli səsi Huru bürüyürdü və biz qayıdanda çox rahatlaşmış olurduq. 555

*** 555

Hava get-gedə soyuyurdu. Gecə namazı qılanlar adətən, qoltuqlarında bir ədyalla səngərdən çıxırdılar, orada isə, səngərin içində qılmağa məcbur idilər. Səngərimiz kiçik idi və gecə namazına oyananlar istər-istəməz digərlərini də oyadırdılar. Hər səhər yuxudan oyananda Əbülfəz Fərəhməndin giley-güzarı başlayırdı: "Allahu Əkbər! Əşi, nə olub axı?! İnsaf da yaxşı şeydir! Sizin saatlarınızın cır-cır səsindən boğaza yığıldım. Mən gecə namazı qılanlardan şikayətçiyəm... Mərdimazarlar! Gələn dəfə bu saatı götürüb atacam bayıra, görərsiz!" 555

Əbülfəzin haray-həşiri yüksəldikcə bəzi səngər yoldaşlarımızın üzü daha çox gülürdü. Hamımız bilirdik ki, qardaş Fərəhmənd gecə namazı qılanlardan şikayətçidir və lazım olsa, onları ifşa da edər. O mərhələdə gecə namazı qılmaq qeyri-adi bir şey olmasa da, uşaqlar ibadətlə və gecə namazı qılmaqla məşhur olmaqdan çox qaçırdılar. Onlar düşünürdülər ki, günah vasitələrinin çox olduğu şəhərlərdən fərqli olaraq, cəbhədə şeytanın əl-qolu bağlıdır və kimsə yolunu azsa, yalnız qeybət və riya yolu ilə azar. Müstəhəb namazları gizlətməyin ən mühüm səbəblərindən biri bu idi. 556

Əbülfəz Fərəhməndin səs-küyü səhər proqramının bir hissəsinə çevrilmişdi, hamımız səhəri onun haray-həşirləri ilə açırdıq. Məhəmməd Purnəcəflə mən də bikar dayanmayıb özümüzə bir vacib iş düşündük: Bu səs-küyün səbəbkarlarını, yəni gecə namazı qılanları tapıb üzə çıxarmaq! 556


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin