Plana uyğun olaraq, gecə yarısı hamıdan qabaq oyanıb əlimizdə bir fanarla səngərin önündə gizləndik. Dəstəmaz almaq üçün səngərdən çıxan hər kəs iki-üç addımdan sonra gözlərini qamaşdıran fənər işığından dayanırdı. Bir neçə gecənin içində səngərin gecə namazı qılanlarının çoxunu tapdıq və beləliklə, lazım olduqda istifadə etmək üçün əlimizdə rıçaq oldu. Bu plan hələ davam edirdi və biz hamını tapıb üzə çıxardığımızı düşünürdük. Lakin bir gecə fənərin işığında Əbülfəz Fərəhməndin öz çöhrəsini ziyarət edəndə mat-məəttəl qaldıq: "Qəribədir! Deməli, sən də?! Sənə rəhm edən deyilik. Gözlə, gör səhər səni necə rüsvay edəcəyik!" 556
Səhər çağı Əbülfəz səngərin ən məzlum gecə namazı qılanı oldu. Məhəmmədlə mən məsələni bir az da bəzəyib hamıya danışanda uşaqların gülüş və zarafatları qarşısında Əbülfəzin rəngi tez-tez dəyişirdi. 556
İş o yerə çatmışdı ki, mənim kimi sübh namazına qədər yatmaq istəyənlər namazxanaya mühacirət edirdilər. Çiynimdə ədyal namazxanaya gedib bir tərəfdə özümə yer hazırladığım ilk gecə Məhəmməd Purnəcəf başımın üstünü alıb çox amiranə tərzdə dedi: "Qalx, yerini yığ, get!" 556
– Axı niyə?! 556
– Niyəsi yoxdur, bura Müqavimət mərkəzidir, sənsə müqavimətin üzvü deyilsən. Buna görə də, buradan istifadə etməyə haqqın çatmır! 556
Elə danışırdı ki, deyəsən, məsələ ciddi idi. Ona dedim: "Yaxşı, mənim adımı da müqavimətə yaz". 556
– Belə olmaz, gərək bəzi sənədləri gətirəsən. Özünün və ata-ananın şəkli, bütün ailə üzvlərinin kimliyi, nikah şəhadətnamələrinin surəti, 3000 tümən pul... Bir də imkan olsa, özünlə bir soyuducu və iki-üç stəkan-nəlbəki də gətir. 556
Təxminən əlli sənəd adı çəkdi və nəhayət, uşaqların gülüşlərindən səsini eşitmədim. Namazxananın Müqavimət mərkəzinə çevrilməsi və ona üzv qəbul olunması kəşfiyyat bölüyünün komandirinin də qulağına çatdı. 557
– Ağa Kərim, bu asanlığa məsciddə yata bilməzsən. 557
– Nə üçün? 557
– Axı oranın bir müqavimət sədri var, özgələri buraxmır. Adı da Məhəmməddir. 557
İnanmamışdı. Uşaqlar sözlərini sübut etmək üçün bir gecə onu məscidə gətirmişdilər. Təsadüfən, Məhəmməd yuxuda imiş. Uşaqların biri onu oyatmışdı ki, qalx, biri buraya üzv olmağa gəlib, nə gətirməlidir? Məhəmməd də tənbəllik eləməyib lazım olan bütün sənəd və əşyaları birnəfəsə və təkrarsız saymışdı. 557
*** 557
Qış gəlmişdi. 1985-ci ilin əvvəlləri soyuq keçirdi və hava get-gedə soyuyurdu. Hura gəlişimizdən 20 gün ötəndən sonra nəhayət, xoş xəbər eşitdim: "Qayığın önündə otur və avar çək!" İlk kəşfiyyat vaxtı gəlmişdi. Onlarla birgə getdiyimə görə sevincimdən yerə-göyə sığmırdım. Həmid Allahyari qayığın arxasında oturmuşdu, Kərim Hörməti və Xosrovi də ortada. Hərəkət altıncı yoldan və Mutə adlı bir arxdan başlandı. Hərəkətdən öncə Kərim Həmidlə mənə dedi: "Əgər bir işiniz olsa və bir-birinizə baxmaq gərəksə, qayığı bir qədər tərpədin ki, mən bilim”. Kərimin sözü yaxşı bəhanə oldu. Çox keçmədən qayığı tərpədib kəşfiyyat komandasının başçısı olan Kərim Hörmətiyə dedim ki, mən yoruldum. 557
Bu, həmin bölgədə kəşfiyyatın ikinci mərhələsi idi. Hələ Aşura diviziyası bölgəni təhvil almazdan öncə bəzi cəsur uşaqlarımız, o cümlədən Şəhid Seyid Mənsur Furqani, Şəhid Mehdi Davudi və qardaş Əsədbəyi orada gizli kəşfiyyat aparıb düşmən bəndinə qədər getmiş, düşmən mövqelərinin içində olan yol və avtomobillərin filmini çəkmişdilər. 557
– Xosrovi, sən keç önə. 557
Xosrovi qayığın önündə dizi üstə oturdu. Qayıq Hurun təbii arxlarında irəliləyirdi. Nəzərdə tutduğum işin tam zamanı idi; qayığı elə tərpətdim ki, az qaldı Xosrovi suya düşsün. Özünü güclə saxlayıb qəzəblə mənə baxdı. Qara dərisinin yanında ağ dişləri həmişəkindən də çox parlayırdı. Həmidlə mən güldük, o isə daha da hirsləndi, asta səslə Kərimə dedi: "Ağa Kərim, görürsən, məni ələ salırlar". 557
Hurda təbii arxlardan əlavə süni yolla yaradılmış qac və kanallar da vardı. Aşura diviziyasının əməliyyat istiqamətindəki sular əksərən təbii arxlardan ibarət idi. 557
Kərimi də gülmək tutmuşdu. Xosrovi kəşfiyyat bölüyünə yeni qoşulmuşdu. İlk dəfə bölüyümüzə gələn hər kəs bir neçə gün bu hissi keçirir və bölük üzvlərinin hər şeyi zarafata saldığını düşünürdülər. Bir müddətdən sonra uşaqların xasiyyəti ilə tanış olur və etiraf edirdilər ki, kəşfiyyat bölüyünün uşaqları ən dəcəl döyüşçülər olsalar da, əməliyyat zamanı batalyon uşaqlarının arasında olmaları qorxmazlığa və ruh yüksəkliyinə səbəb olur; onlar lazım olanda hətta bir batalyon komandirini də əvəzləyə bilirlər. 557
Mutə arxı sonda döngələrə ayrılırdı. Biz oranın adını Zeyd qoymuşduq: Zeyd-1, Zeyd-2, Zeyd-3. 558
Zeyd-3-dən düşmənin bəndinə qədər yalnız 1 km. məsafə vardı. Yolda heç bir pusqu ilə rastlaşmadıq. Bu yol öncədən məqsədyönlü şəkildə seçilmişdi. Biz əməliyyat zamanı ilk hücuma keçən qüvvələri bu yolla aparmalı və düşmənin bəndinə qədər vuruşmadan getməli idik. Zeyd arxının yaxınlığında dayandıq, ondan o tərəfə getmək olmazdı. Günəş zəifləmiş, qürub yaxınlaşmışdı. Namaz vaxtı idi. Kəşfiyyat yolumuz düşmənin nəzarətində olmadığından və düşmən bölgəyə xüsusi həssaslıq göstərmədiyindən yolun bir hissəsini gündüz çağı arxayın gələ bilmişdik. Qərara gəldik ki, orada namaz qılaq. Təlimin ilk günlərində bizi dəfələrlə suda qoymuş qayıq çox ram idi, içində asanlıqla hərəkət edə və Hurdan dəstəmaz ala bilirdik. Öz-özümə pıçıldadığım yerdə Hurun yalnız uzaqdakı heyvanların səsi ilə pozulan sükutu birdən pozuldu: "Tap!" 558
Kərimin saatı suya düşdü. Əlimizdən heç bir şey gəlmirdi. O qaranlıqda və suyun dibindəki otların arasında saatı tapa bilməzdik. Hamımız narahat olduq. Düşmən bəndinə yaxınlaşdıqca suyun dərinliyi azalırdı. Hücum gecəsinə qədər düşmən qüvvələrindən kimsə oradan keçə bilərdi. Əgər saatın günəş şüası altında parıltısı onun diqqətini cəlb etsəydi, oraya kiminsə gəldiyini düşünəcəkdi. Bu isə kəşfiyyat bölüyünün bir neçə aylıq zəhmətinin hədər getməsi demək idi. Təsirini dəfələrlə öz gözlərimizlə gördüyümüz "Vəcəəlna" (Yasin, 8) ayəsini oxuyub qorxu və ümidlə oranı tərk etdik. O saatın fikri hücum gecəsinə qədər bizi narahat etdi. 558
Həmin gün Zeyd-3 arxına qədər yolu, habelə Seyyidüş-şühəda batalyonunun hərəkət yolunu yaxşıca öyrənib qayıtdıq. Dərhal kəşfiyyat məruzəsini hazırlayıb komandirlərə təqdim etdik. Bölgənin coğrafi və hərbi vəziyyətinə dair verdiyimiz məlumatlar əməliyyat planında digər informasiyalarla birgə diviziya rəhbərləri tərəfindən əsas götürülürdü. Var qüvvəmizlə çalışırdıq ki, işin gedişinə təsirli olduğunu düşündüyümüz hər bir məsələni komandirlərə ötürək. 558
– Hava soyuqdur və getdikcə soyuyur; 558
– Suyun üzündəki ot və bitkilər o qədər sıxdır ki, bəzən qayığın önünü kəsir və keçəndə səs edir; 558
– Arxlar bəzən çox ensizləşir və qayığı sağa-sola döndərmək olmur; 558
– Yol kənarındakı və qonşu arxlardakı pusqulardan daim ehtiyatlı olmalıyıq, onlar hər bir qeyri-təbii səsə həssasdırlar; 559
– Bölgənin yerli heyvanları, məsələn, ördəklər, bəzi quşlar və qurbağalar insanı görəndə səslərini ucaldırlar. Onların reaksiyası düşməni də duyuq sala bilər. 559
Bütün kəşfiyyat qüvvələri üçün əhəmiyyətli olan başqa bir məsələ namaz, istirahət və tualet məsələsi idi. Hər bir kəşfiyyatda minimum get-gəl yolu təxminən 12 km. idi ki, bu da bütöv bir gün demək idi. Qışın soyuq havası bu müddətdə tualetə ehtiyac yarada bilərdi. Xüsusən bir qayıqda hərəkət etdiyimizdə bu problem çox ciddiləşirdi, amma hər halda, birtəhər keçinirdik. 559
*** 559
Aşura diviziyasının Hur bölgəsindəki əməliyyat istiqamətlərinin komandirləri Mirzə Əli Rüstəmxani və Məhəmməd Əjdəri idi. Onlarla müzakirələrə başladıq və çox tezliklə bölgəni onlara izah etmək tapşırığı verildi. Uşaqlar onları gedə bildiyimiz yerə qədər apardılar. Kəşfiyyatçılarımız əməliyyatdan öncə bütün komandirlərimizi bölgə ilə yaxından tanış etməyə aparırdılar. Onların tanışlığından sonra yeni ehtiyaclar ortaya çıxdı və kəşfiyyatın başqa bir mərhələdə davam etdirilməsi lazım gəldi. Bu dəfə bizə arxların növlərini, pusquların arxlarla dəqiq məsafəsini, bəndin önündəki bitki örtüyünün necəliyini, yaxınlığındakı maneələri, bəndin üstündəki səngərlərin formasını, bir-biri ilə məsafəsini və digər məsələləri öyrənmək tapşırıldı. Altıncı yol yenə də kəşfiyyat komandamızın qayığının kəşfiyyata başlama nöqtəsi oldu. Bizimlə yanaşı digərləri də başqa istiqamətlərdə kəşfiyyat aparırdılar. Onların tapşırığı pusqu ilə vuruşacaq canlı qüvvəni düşmənin içərisinə çatdırmaq idi, bizim tapşırığımız isə ən öndə gedib mövqeyi tutan qüvvələri aparmaq. Yol həmişəki arx idi, qayıq suda sürətlə irəliləyirdi. Biz gözlərimizi ətrafa dikmişdik və çalışırdıq ki, ən kiçik məqam da diqqətimizdən yayınmasın. Tapşırıq birgünlük nəzərdə tutulmuşdu və biz lazım olanları götürmüşdük: gecə durbini, silah-sursat, döyüş alətləri və içməli su. Hərçənd, Hurun suyu da şirin idi və ondan istifadə edə bilərdik. 559
Onların hər ikisi Bədr əməliyyatında şəhadətə qovuşdular. 559
Qayıqlarla irəliləyə-irəliləyə Vəlfəcr-hazırlıq əməliyyatından öncəki kəşfiyyatlarımızı xatırlayırdım. Orada kompassız yolu tapmaq mümkün deyildi, burada isə suyun özü bizi aparırdı. Hər iki tərəfində qamışlar bitib bizi hər bir baxışdan qoruyan boş və ensiz arx idi. Bəzən açıq bir yerə çatırdıq və ondan sonra arx iki-üç yerə ayrılırdı. Yolu tapmaq üçün müəyyən nişanlardan istifadə edirdik. 559
Bəzən çox zəif bir səs eşidib düşmən olduğunu ehtimal edir, qayığı tez suyun kənarındakı bitki və qamışların iki-üç metr içərisinə sürüb gizlənir və düşmən qayığının keçib getməsini gözləyirdik. Belə anlarda qayığı idarə etmək üçün sürət və məharət çox zəruri idi və xoşbəxtlikdən, bizdə hər ikisi vardı. 560
Gecə düşmən mövqelərinin qaraltısı görünür və səsləri aydın eşidilirdi. Düşmənin yüzmetrliyinə çatmışdıq və məsafə get-gedə azalırdı, amma qayıq tikanlı məftilə dəyib dayandı. Əgər tikanlı məftil də bir ot qədər yumşaq olub onun sakit hərəkəti qarşısında ram olsaydı, bir az da irəliləyər, minimum məsafədən lazımi məlumatları öyrənərdik. Lakin orada qalıb gördüklərimizi qeyd etdik, sonra isə getdiyimiz kimi sakitcə geri döndük. 560
Bu kəşfiyyatdan sonra düşmənin bölgədə necə yerləşdiyinə əmin olduq. Birinci cərgədə pusqular vardı və həssas mövqedən 1 km., 500 və ya 200 metr öndə yerləşirdi. Pusquların düzülüşü göstərirdi ki, düşmən arxlardan təhlükə duyur. Əmin idik ki, həssas keçidlərdə, məsələn, üçyol və dördyollarda bu pusqular hazır vəziyyətdədir. Bitki örtüyü olmayan və bu səbəbdən gediş-gəliş imkanının çox olduğu hər bir arx bir və ya bir neçə pusqu tərəfindən qorunurdu. Bütün bunlara baxmayaraq, düşmənin diqqət yetirmədiyi bəzi arxlar da vardı. Bizim kəşfiyyat üçün istifadə etdiyimiz və hücum gecəsində canlı qüvvəni aparacağımız keçidlər həmin arxlar idi. Bəndin 20-30 metrlik məsafəsində tikanlı məftillər qayıqların önünə sədd çəkirdi. Bəndin sinə hissəsinə də üç cərgəyə qədər dairəvi tikanlı məftillər yapışmışdı. Bu bənd düşmənin birinci hərbi mövqeyi idi. Onun arxasında ikinci hərbi mövqe yerləşirdi və bu iki mövqeyin arasında hərbi texnika cəm olmuşdu. Qərargahlar, zenitlər və digər silahlar ikinci mövqeyin arxasında idi. Əlbəttə, birbaşa görüb öyrənə bilmədiyimiz yerləri durbinlə baxmaqla və havadan şəkillərini çəkməklə araşdırırdıq. 560
Dəclə çayı İraqın ikinci mövqeyinin arxasından keçirdi. Xəritədə görürdük ki, bizim əməliyyat istiqamətimizdə Dəclənin döngəsi var. Xəritənin üzərində Humayun, Həribə və digər kəndlər, onların arxasında da əhəmiyyətli Bəsrə-əl-İmarə avtobanı görünürdü. Avtobanın arxasında “Hur əl-Himar” adlı başqa böyük bir çay vardı. 560
Yanvar ayı sürətlə ötdü və fevral girdi. Fəcr ongünlüyü və inqilabın qələbəsinin ildönümü idi. Şahın getdiyi və inqilabın qələbə çaldığı zamandan altı il ötürdü. Mehdi Davudi namazxanada bayram keçirməyimizi təklif etdi. 560
– Necə? 560
– Bir teatrla. Uşaqların əhval-ruhiyyəsinə yaxşı təsir edər. 560
Proqram ildırım sürətilə hazır oldu. Üçüncü yolda olan hər kəs, o cümlədən, bölgədə Aşura diviziyası ilə əməkdaşlıq edən və əksəri yerli döyüşçülərdən ibarət "Nüsrət" birləşməsinin təxminən 15 kəşfiyyatçısı da mərasimə dəvət olundu. 560
Teatrın məşqə ehtiyacı yox idi. İraq ordusunun komandirləri Müdafiə nazirinin yanında anbaan öz məğlubiyyətlərini və cəbhədən “qəhrəmancasına” qaçışlarını məruzə edirdilər, Səddam da bu "xoş" xəbərləri “nuşi-can” edirdi. Mehdi Davudi əyninə İraq partizan forması geyinmiş, kəmərinə də tapança bağlamışdı. O, bu forma ilə məğlub olub əsəbiləşmiş Səddamın rolunu yaxşı ifa edirdi. Mən də İraq ordusunun yüksək rütbəli zabitlərindən biri idim. Hər birimiz əynimizə iraqlılardan qənimət götürdüyümüz bir forma geyinib bacardığımız hər bir ləhcə və satirik ifadə ilə müharibənin vəziyyətini məruzə edirdik. Məhdud imkanlarımıza görə, yaxşı teatr idi. Nüsrət qərargahının son sırada oturmuş uşaqlarının şən gülüş səsləri teatrın əvvəlindən axırına qədər bizi müşayiət etdi. 561
Teatrdan sonra öncədən hazırladığımız şirniyyat paylandı və növbə kəşfiyyat bölüyünün komandiri qardaş Kərim Fəthinin çıxışına çatdı. O, yaxşı danışırdı və biz Allaha yalvarırdıq ki, nəsihət üçün olsa da, bir neçə cümlə danışsın. Bu ehtiyac hissi o günlərdə daha çox hiss olunurdu. O zaman hamımız əcnəbi radiolardan yayılan yalan xəbərlərə görə narahat idik. Bütün dünyada İranın cəbhələrdə məğlubiyyətindən və daha əməliyyat keçirməyə qadir olmadığından söz gedirdi. Düşmən bəzi cəbhələrdə məhdud hərəkətlər etmiş və bununla bizim xarici “dostlarımızda" bu fikri gücləndirmişdi. Bu “dostlar” bizimlə münasibətlərini cəbhələrin vəziyyətinə əsasən quran ölkələr idi. Biz cəbhədə üstünlüyü ələ alanda həmin dövlətlər də bizimlə əməkdaşlığa həvəslənirdilər, lakin bir müddət xüsusi bir əməliyyat keçirməyəndə onlar da düşmənin təsiri altına düşüb sözlərindən qaçırdılar. 561
Xeybər əməliyyatından təxminən bir il ötürdü. Orada cəsədi itkin düşmüş şəhidlərin qəm-kədərini daşıyanların hamısı gözləyirdilər. O ərəfədə bizim əməliyyatımız həm düşmənin təbliğatını zərərsizləşdirə, həm də bizi xarici siyasətdə gücləndirə bilərdi. 561
Həmin gün qardaş Fəthi kəşfiyyatda inkişafdan və belə bir dönəmdə əməliyyatın əhəmiyyətindən danışdı və inqilabın "Hur əl-Hüveyzə" bölgəsindəki qələbə tədbirini döyüşçülərin həmişəki duası ilə sona çatdırdı: "İlahi! İlahi! Mehdinin (ə) inqilabına qədər Xomeynini saxla!" 561
Əməliyyatda iştirak edəcək batalyonlar uyğun təlimlər keçmək üçün əməliyyat bölgəsinə oxşayan Sərhəngiyə və Kəsur bölgələrinə getmişdilər. Bu təlimlərin ən mühüm hissələrindən biri qayıq sürmək idi. Batalyonlara təlim keçən zaman onların rəhbərlərinə dəfələrlə və müxtəlif formalarda mövqeyi başa saldıq; bəzən xəritə üzərində, bəzən birbaşa bölgəyə aparmaqla, bəzən məruzələr əsasında, bəzən də müşahidə postundan durbinlə göstərməklə. 561
Seyyidüş-şühəda və İmam Hüseyn (ə) batalyonları ilk hücuma keçəcək batalyonlar idilər. Əli Əkbər və Qasim batalyonları isə onların arxasınca hərəkət edəcək və mövqe süqut edəndən sonra hərəkətə keçəcəkdilər. Bu dörd batalyonun bütün şəxsi heyətinə su və quru yolları izah olundu. Mövqeyi yaracaq iki batalyonun yolu Mutə arxında eyni idi. İmam Hüseyn (ə) batalyonu yolun bir hissəsində Fəth arxına dönəcəkdi, Seyyidüş-şühəda batalyonu isə düz gedib Zeyd arxına çatacaq və oradan düşmənə hücum edəcəkdi. Son ehtiyaclar araşdırılır, problemlərin həlli üçün yeni təkliflər irəli sürülürdü. Diviziya və bölük komandirliyi tərəfindən təklif olunan məsələlərdən biri arxlara nişan qoymaq idi. Yolda kəşfiyyatçının başına bir iş gəlməsi və yaxud gözlənilməz bir səbəbdən yolu səhv getməsi ehtimalı vardı. Bu baxımdan, arxlara nişan qoymaq fikri məntiqli idi və canlı qüvvənin düzgün yolla getməsini təmin edirdi. Adət üzrə hamı bu barədə həmfikir oldu və qərara gəldik ki, səliqəli kauçuklar hazırlayıb üzərlərinə ad və nişanlar yazaq. Sonra hər bir yerin dərinliyinə uyğun olaraq, onları bir şeyə bağlayıb suya buraxaq. Beləcə sabit qalıb yolu bəlli edərlər. Kauçuk nişanları hazırlamaq Seyid Mürtəza Zəfərançının rəhbərliyi altında mənə və başqa bir neçə nəfərə tapşırıldı. Onların üzərinə oxunan xətlə yazdıq: "Birinci istiqamətə doğru"; "İkinci istiqamətə doğru"; "İmam Hüseyn (ə) batalyonunun yolu" və s. Bu tablolar bir müddət səngərimizdə qaldı və əməliyyatdan öncə qardaş Abbasquluzadə və başqa bir neçə nəfər tərəfindən uyğun yerlərə yerləşdirildi. 562
*** 562
Seyyidüş-şühəda batalyonunun Kəsur bölgəsindəki qərargahında iclas idi. Ağa Mehdi, Seyyidüş-şühəda batalyonunun komandiri Cəmşid Nəzmi, Mahmud Dövləti, Hüseyn Kərbəlayi, Mustafa Şahbazi, bölük komandirləri və Seyyidüş-şühəda batalyonunu aparacaq kəşfiyyatçılar bir yerə toplaşmışdılar. Bölüklərin hər birinin hücum planı və əməliyyat tapşırığı müzakirə olunurdu. Ağa Mehdinin iclasda iştirakı onun bütün hərbi məsələlərə diqqətini göstərirdi. İclasda qərara alındı ki, Mənsur Furqaninin komandasından üç nəfər Seyyidüş-şühəda batalyonunun üç avanqard dalğıc dəstəsinə bələdçilik etsin. Ağa Mənsur bizi qədim toyota ambulansa mindirdi, özü də sükanın arxasına keçdi. Maşının arxasında sıxlaşıb oturduq. 562
– Sizdən üç nəfər bu işə könüllü olmalıdır; olmasa, özüm üç nəfəri təyin edəcəyəm. 562
Bu iş o qədər çətin idi ki, ağa Mənsur öz komandasını tanımasına rəğmən, məsələni bu tərzdə ortaya qoydu. Lakin bunu deyəndən sonra bizim israr və xahişlərimiz başlandı. 562
- Mən mütləq getməliyəm, ağa Mənsur! 563
– Yox, hamı bilir ki, mən yolları yaxşı tanıyıram... 563
– Ağa Mənsur, özün yaxşı bilirsən ki, mənim üzgüçülüyüm yaxşıdır. Mən dalğıc geyimində də elə hərəkət edə bilirəm... 563
İnanılmaz idi. Biz cəbhədə elə yetişmişdik ki, dostlarımızın istəyini öz istəyimizdən önə keçirirdik, burada isə hamımız bu işə daha uyğun olduğumuzu sübut etməyə çalışırdıq. Hər kəs bir formada öz məharətlərini qeyd edirdi. O vaxta qədər heç birimiz dalğıc təlimi keçməmişdik. Qısa müddət ərzində dalğıc olmalı və əməliyyat gecəsi beş nəfərlə birgə düşmən mövqeyinə hücum etməli idik. Asan deyildi, amma şirin idi və ondan şəhadət ətri gəlirdi. Bu, hamını həvəsləndirirdi. Daha söz yox idi. Ağa Mənsur bizə baxıb üç nəfərin adını çəkdi: "Səməd Yusifi, Rəsul Benam, Mehdiqulu Rzayi". 563
*** 563
Dalğıc geyimini ilk dəfə idi görürdüm. Onun barəsində heç bir təsəvvürüm yox idi. Birtəhər əynimə geyinib suya girdim. Suyun üzündə qalmışdım. Suya batmaq istədim, amma olmadı. Şar kimi suyun üzərində üzürdüm. 563
– Bu geyim nə üçün belədir? 563
– Gərək özünə ağırlıq bağlayasan. 563
Müəllimin köməyi ilə ağırlıq bağladım. Bu, problemi müəyyən həddə həll etdi və suyun üzündəki sabitliyi suyun altında da əldə etdim. Birinci gün işimiz bərbad idi və təlim keçənlər etiraz edirdilər: "Vay-vay! Siz heç nə bilmirsiniz!" Beş müəllimimizin hamısı Bəndər-Ənzəlidə, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində təxminən iki ay dalğıc təlimi keçmiş kəşfiyyatçılar idi. Onlar bizim dalğıclıqdan və hətta dalğıc avadanlıqlarından anlayışımızın olmadığını görəndə təəccüblənirdilər ki, bu mühüm tapşırıq üçün niyə bunları seçmişlər. Müəllimlərimiz dalğıclığın sirlərinə çox yaxşı bələd olsalar da, bu işi onlara tapşıra bilməzdilər, çünki kəşfiyyatda iştirak etməmişdilər. Bu baxımdan, üstünlük bizdə idi. 563
Ciddi təlim keçirdik, amma su bizimlə yola getmirdi. Suyun altında əl-ayaqlarımızı vursaq da, irəli gedə bilmirdik. Məyusedici idi, amma bizim üçün yox; çünki biz kəşfiyyatda olduğumuz müddətdə öyrənməyə həmişə hazır olmağa alışmışdıq. Fiziki hazırlığımız o həddə idi ki, çox tez formaya düşürdü və hər bir yeni təlimi adi adamlardan tez və yaxşı qavrayırdıq. 563
Biz suyun üzərində üzərkən müəllimlər xüsusi ayaqqabılar geyinib suya girdilər və sürətlə hərəkətə başladılar. 563
– Deməli belə! Əsas məsələ bu ayaqqabılardır! 563
– Bu ayaqqabılara üzgəc deyilir. 563
Üzgəclər həm işimizi asanlaşdırdı, həm də başqa bir problem yaratdı. Çünki suyun altındakı ot və bitkilərə ilişib hərəkəti zəiflədirdi. Bu problem haqda da çox fikirləşdik, amma çarə tapmadıq. Nə suyun altındakı bitkiləri qopara bilirdik, nə də üzgəcsiz irəliləyə bilirdik. Bu, bizim çarə tapmadığımız ilk problem deyildi. Həmişə olduğu kimi, Allaha təvəkkül etməli və Onun vəzifəmizi yerinə yetirməkdə bizə kömək edəcəyinə əmin olmalı idik. Bizim vəzifəmiz işğalçı düşmənlə vuruşmaq və bu işə mane olan bütün təbii amillərlə döyüşmək idi. 564
Üçüncü gün artıq özümüzü suya atıb balıq kimi üzməyi bacarırdıq. 564
İşin yolunu öyrənmişdik və artıq dalğıc komandalarına bələdçilik etməyə hazır olduğumuzu deyə bilərdik. 564
*** 564
Birinci kəşfiyyatçı, ikinci partladıcı, sonra beş və ya altı mahir dalğıc, onların arxasınca da ehtiyat üçün başqa bir kəşfiyyatçı gedəcəkdi. İlk hücuma keçəcək üç dalğıc komandası bu formada idi. Bizə dalğıc təlimi keçmiş qardaşların üçü ehtiyat üçün seçildilər. Dalğıc komandalarının rəhbəri öndə hərəkət edən kəşfiyyatçı idi. Hər komanda bir qayıqla hərəkət edirdi və üç qayıq bir batalyonun yolunu açacaqdı. 564
Ümumi plan belə idi ki, qayıqlar bir-birindən 700-800 metr məsafə ilə təyin olunmuş yerlərə çatacaqdılar. Bu yerlər Seyyidüş-şühəda batalyonunun istiqamətinin sol, sağ və orta cinahları idi. Orada qayıqlar batacaqdılar ki, dalğıclar suyun üzündə qalıb düşmən bəndinə doğru hərəkət etsinlər. Dalğıclar düşmən mövqeyinə çatıb bir ayaq yeri tapan kimi qayıqlardakı şəxsi heyətə işarə verəcəkdilər. Bu canlı qüvvənin hamısı düşmən bəndinin 200 metrliyində gözləyəcək və işarədən sonra döyüşə girəcəkdilər. 564
*** 564
Diviziya komandirinin beşinci yoldakı əməliyyat qərargahında tikilən səngərin işləri bitmək üzrə idi, lakin ağa Mehdinin o səngərə ehtiyacı yox idi. Onun heç kəsə və heç nəyə ehtiyacı yox idi. Səngərin hazır olmaması onun istirahət anlarını kəşfiyyat komandirinin səngərində keçirməsinə yaxşı bəhanə olmuşdu. Bizim onunla ünsiyyətimiz artmışdı. Uşaqlar ən xüsusi hallarını ona deyirdilər. Onunla əlaqələri o qədər yaxınlaşmışdı ki, hətta onun Həmidin şəhadətindən sonrakı halını soruşmuşdular. Hamı bilirdi ki, o, Həmidin şəhadətindən sonra ailəsinə yalnız bir məktub göndərməklə kifayətlənmişdi. Bu isə onun hər bir döyüşçünün şəhadətindən sonra gördüyü iş idi. 564
Bir gün səngərdə oturmuşduq. Hamı orada idi: Kərim Hörməti, Seyid Mənsur Furqani, Həmid Allahyari, Xosrovi, Həmid Yusifi, Söhrab Qurbani və mən. Ötən gecəki kəşfiyyat, habelə əməliyyat və planlar haqda danışırdıq. Birdən onun səsini eşitdik: "Kərim, nə iş görürsüz?" Səngərimizin kiçik pəncərəsindən ağa Mehdinin qərarlı və səmimi üzünü gördük. 564
Kərim dedi: "Ağa Mehdi, əməliyyat məsələlərini və gecəki kəşfiyyatı araşdırırıq. 565
– Gecə necə getdiniz, necə qayıtdınız? 565
– Ağa Mehdi, gəl içəri. 565
Əlavə təklifə ehtiyac yox idi, onunla həmsöhbət olmağı necə sevdiyimizi bilirdi. Birlikdə oturduq. Müzakirə və araşdırma yenidən başlandı. Bir qədər sonra ağa Mehdi getməyə hazırlaşdı. 565
– Hara, ağa Mehdi, burada qal və bir az istirahət elə. 565
Gülümsəyib yenidən oturdu. 565
*** 565
Dostları ilə paylaş: |