Şəhadət aşiqləri


Hüseynin qardaşı hövzə tələbəsi idi. Hər dəfə gələcəkdən söz düşəndə həvəslə deyirdi ki, müharibədən sonra dini təhsil alacağam. 602



Yüklə 9,35 Mb.
səhifə16/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   12   13   14   15   16   17   18   19   ...   73
Hüseynin qardaşı hövzə tələbəsi idi. Hər dəfə gələcəkdən söz düşəndə həvəslə deyirdi ki, müharibədən sonra dini təhsil alacağam. 602

Biz kəşfiyyat işlərimizin keyfiyyəti haqda da fikir mübadiləsi aparırdıq. Hüseynin kəşfiyyat üçün yeni ideyaları vardı. Ona görə, məlumat toplamaq düşməni imkan daxilində tanımaq demək idi. Kəşfiyyat tərzi haqda düşüncələrinə güvənirdi, cəsarətlə və qüdrətlə çalışırdı. Bədr əməliyyatından sonra bəzi kəşfiyyat üsulları onun adı ilə bağlanmışdı. Bölüyün uşaqları deyirdilər: "Bu kəşfiyyat Hüseyn Məhəmmədian üsulu ilədir". 602

Hüseynlə aramızdakı səmimilik günbəgün artırdı. Bir-birimizin halından xəbərimiz olurdu. Bizim aramızda hətta gizli mənəvi əlaqə yaranmışdı; Hüseynin gəldiyi ürəyimə damanda məsum baxışı və mehriban çöhrəsi ilə peyda olurdu. Uşaqlar da bizi bir yerdə görməyə adət etmişdilər. 602

Bəzən Seyid İshaq Rəcəbi də daxil olmaqla üçümüz zarafatlaşa-zarafatlaşa kəşfiyyata gedirdik. Seyid İshaq Xalxaldan və bölüyün ailəli döyüşçülərindən idi. O, dünyaya yeni gəlmiş körpəsini görmədən 1987-ci ilin ilk günlərində Kərbəla-5 əməliyyatında Şələmçədə şəhadətə qovuşdu. 602

*** 603

Bölgədə iş əsnasında kəşfiyyat bölüyünün komandir müavini İsmayıl Məhəmmədi kəşfiyyat vəzifəsini yaxından yoxlamaq üçün bölgəyə gəldi. Tədricən iki-üç yeni döyüşçü də bölüyə qatıldı. Qardaş Məhəmmədinin baxışları bizdən tam fərqli idi. O, Vəlfəcr-4 əməliyyatında kəşfiyyat bölüyünə gəlmiş, Bədrdən öncə isə komandir müavini təyin olunmuşdu. Ondan öncə kəşfiyyat bölüyünün komandir müavini qardaş Məhəmməd Məhəmmədi idi. O, bəzi məsələlərə, o cümlədən hövzə təhsilinə görə bölüyü tərk etdi. Qardaş İsmayıl Məhəmmədinin fikirlərini ayrı-ayrılıqda araşdıranda görürdük ki, hamısı işi yaxşılaşdırmaq istiqamətindədir, amma qan qrupu bizdən tam fərqlənirdi. Onun sözü və düşüncəsi bizim üçün əsla anlaşılan deyildi. Məsələn, o, bölüyə yeni gəlmiş uşaqları daha çox işlətməyə çalışırdı. Köhnə kəşfiyyatçılar isə bunu normal qəbul etmir və bəzilərinin bölükdən uzaqlaşmasına səbəb olacağını düşünürdülər. 603

İş o yerə çatdı ki, bir neçə dəfə qardaş Fəthiyə müavinini dəyişdirməyi, onun uşaqlar arasında təfriqəyə səbəb olduğunu çatdırdıq, lakin heç nə baş vermədi. Bir dəfə bir məsələ üstündə Mehdi Davudinin də Məhəmmədi ilə mübahisəsi düşdü. Qısası, o vəziyyətə dözmək mənə çətinləşmişdi. Qardaş Kərim Fəthinin yanına gedib açıq şəkildə dedim ki, biz o bölgədə qardaş Məhəmmədi ilə işləyə bilmirik. Gözlədim, amma komandir tərəfindən heç bir addım atılmadı. Nəhayət, son sözü demək üçün yenidən Fəthinin yanına getdim. 603

- Mənim göndərişimi yazın, gedim. Mən daha bu vəziyyətdə qala bilmərəm. Nəhayət, qardaş Fəthi əsəbi halda göndərişimi yazıb əlimə verdi. Vərəqə belə yazmışdı: "Bacarıqsızlığına görə göndərilir". Bu cümlə məni çox narahat etdi, üstündən xətt çəkib yazdım: “İş qaydalarının uyğun gəlmədiyinə görə". Gecikmədən göndəriş vərəqəmi diviziyaya apardım. Onlar məktubun mətnini dəyişdirdiyimə görə narahat oldular. 603

Səbəbini soruşanda dedim: "Əgər kəşfiyyat işində bacarıqsızlığıma görə olubsa, bəs nə üçün orada olduğum üç ildə bunu bir dəfə də olsun söyləməyiblər?!" 603

Yaxşı, hara getmək istəyirsən? 603

İmam Hüseyn (ə) batalyonuna. 603

Mənim kəşfiyyat bölüyündə keçmişim və onların İmam Hüseyn (ə) batalyonuna dair baxışları istəyimlə razılaşmamalarına səbəb oldu. Mənim israrım artdıqca onların imtinası da güclənirdi. Lakin mən iki ayağımı bir başmağa dirəmişdim ki, mütləq İmam Hüseyn (ə) batalyonuna getməliyəm. Tabesizliyə görə işimi tribunala göndərdilər. Orada mənim xeyrimə hökm çıxarıldı və qərargaha belə bir məktub yazdılar: "Qardaş Mehdiqulu Rzayini İmam Hüseyn (ə) batalyonuna göndərin!" 603

III 604

İmam Hüseyn (ə) batalyonunun əksər komandirlərini tanıdığıma görə məni sevinclə qarşılayacaqlarını düşünürdüm. Lakin gözlədiyimin əksinə olaraq, reaksiyaları soyuq və çox rəsmi oldu. Çox narahat oldum. Mənim İmam Hüseyn (ə) batalyonunun komandir müavini Məhəmməd Səbzi ilə dostluğum bugünə-dünənə aid deyildi, uzun müddət öncəyə qayıdırdı. O və digərləri tərəfindən belə qarşılanmaq inanılmaz idi. Əlbəttə, ürəyimin dərinliklərində mənimlə adi bir əsgər kimi davranacaqlarına görə sevinirdim. Bölükdən çıxanda əhd etmişdim ki, batalyonda bir snayper kimi xidmət edim. 604

Soyuq qəbuldan sonra məni Əli Çərtabın komandirlik etdiyi üçüncü bölüyə göndərdilər. Əli də məni Əyyub Əyyubinin başçılıq etdiyi üçüncü taqıma yolladı və beləliklə, İmam Hüseyn (ə) batalyonunun döyüşçüləri arasında həyat başlandı. 604

Çox tez yeni dostlar tapdım: Rza Əfxəmi, Nadir Danayi, Seyid Məhəmməd Vətəni, Əli Zarepur və s. İstədiyim yerdə olsam da, kəşfiyyat anlarına və kəşfiyyat bölüyünün uşaqlarına darıxırdım. Bununla yanaşı, öz-özümə deyirdim: "İmam Hüseyn (ə) batalyonunda qalmaq daha yaxşıdır. Çünki əməliyyatlarda işinin bitdiyini söyləyib səni geri göndərməyəcəklər”. 604

Üçüncü taqımın iki çadırı vardı. Onların biri həqiqətən, “əntiqə” idi; dəlik-deşik, cırıq və parçalanmaq üzrə! Mən və oxşar xarakterlərimiz olan yeni dostum Rza Əfxəmi həmin çadırda qalırdıq. 604

Ağa Mehdi, çadırımızın vəziyyəti pisdir, gərək bir iş görək. 604

Məsələn nə iş? 604

Mən diviziyanın anbarında bir neçə top kisə görmüşəm. Bəlkə onlarla nəsə etmək olar. 604



Özümüzü anbara çatdırıb idarə işləri görmədən, kağız vermədən nə qədər kisə lazım idisə, səxavətlə götürüb dərhal çadırımızı təmir etməyə və bəzəməyə başladıq. Sonda çadırımız kiçik və gözəl bir kinoteatra bənzədi. Paltarları sərmək üçün bir qədər məftil, silahlarımızı asmaq üçün də bir neçə metr telefon kabeli tapdıq və millərə bağladıq. Bir qədər şalban parçası tapıb çadırın giriş hissəsinə və arxasına düzdük, çadırın bayırında kiçik bir eyvan düzəltdik. Elə gözəl bir çadırın döşəməsiz qalması heyf olardı. Uzun müddət öncə tikilib palazla döşənmiş binaya hücum edib yetərincə palaz gətirdik və çadırın içinə sərdik. Bütün uşaqlar bizim çadırımıza heyrətlə baxır, adi döyüşçülərin özlərinə belə təmtəraqlı bir çadır düzəltmələrini qəbul edə bilmirdilər. Get-gedə bildik ki, bölüyün bizim çadırımızı görməyə gözü yoxdur. Qardaş Çərtab qəzəblə bizi yanına çağırdı. Nəsihət iclası iki saat davam etdi. Qardaş Çərtabla öncədən dost və qonşu olduğumuza görə nəsihətləri çox da təsir etmir, bayıra çıxan kimi yadımdan çıxırdı. 604

Döyüşçülər orada təhsillərini davam etdirirdilər. 604



Xoşbəxtlikdən, çox tez bəzi hadisələr baş verdi və döyüşçülərin diqqəti yayındı. Batalyon təkmilləşəndən sonra səhər proqramları qaydaya düşdü və İmam Hüseyn (ə) batalyonunun məşhur olduğu xüsusi mənəvi ab-hava yenə hər tərəfi doldurdu. 605

Bizi çağırıb batalyonun çadırlarını başqa bir əraziyə daşımağımızı söyləyəndə anladım ki, həm xidmətçilik püşkü bizim adımıza çıxıb, həm də inşallah, yaxında əməliyyat olacaq. Mənim kimi bir neçə nişançı da seçilmişdi. Haraya getdiyimizi bilmədən gecə ikən maşınlara minib yola düşdük. Pəncərənin arxasında gördüyümüz qaranlıq yerlərdən orta cəbhələrə getdiyimizi təxmin etdik. Hətta yoldakı hündür dağ və təpələr yeni məkanımızın ölkənin qərbində olacağına dair şübhə yaradırdı, amma təxminimiz səhv idi. Səhər çağı maşın dayananda Çəzzabədə olduğumuzu gördük. Yolu yanlış gəlmişdik. Nəhayət, soruşa-soruşa Hurda və Şətt-Əli sahilinin yaxınlığındakı yeri tapdıq. 605

Ayağımız yerə dəyən kimi qardaş Nasir Əmininin əmr seli axmağa başladı. Batalyonun sürücüsü olan Əmini Sərabdan idi. Onun başqa bir məxfi işi də vardı: batalyonun çəkənlərinə siqaret gətirirdi. Diviziyada siqaret çəkmək qadağan idi və bu adəti hələ tərk etməyi bacarmayanlar gizli şəkildə çəkirdilər. Nasir Əmini özü siqaret çəkən olduğuna görə səhabələrinin siqaretini də təmin edirdi. 605

Orada qardaş Əmini çadır qurulmasını əmr etdi. Kimsə bir dəqiqə dayanan kimi öz ləhcəsi ilə qışqırırdı: "Ay ədə! Nə qayrısız?! Niyə bekar durmusuz?!" 605

Qardaş Əmininin nəzarəti və bütün uşaqların səyi ilə batalyonun çadırları hazır oldu. Özümüzə tər-təmiz bir çadır seçmişdik ki, daha təmirə və bəzəməyə ehtiyac olmasın. 605

Batalyonun şəxsi heyəti gəlib Sərhəngiyədə yerləşdi. Məhərrəm ayına yalnız bir neçə gün qalırdı. Əzadarlıq dəstələri yaradılır və İmam Hüseyn (ə) batalyonunun mənəvi halı güclənirdi. Orada vilayətin Yoxsullar və Əlillər Fondunun sədri qardaş Veysi də batalyona qoşuldu və bizim taqıma gəldi. O, hər taqıma kiçik bir radio gətirmişdi və işimizə çox yarayırdı. 605

Batalyon yerləşən kimi təlimlər başladı. Deyirdilər ki, hamıya dalğıclıq təlimi keçəcəklər, lakin ibtidai və çox aşağı səviyyəli təlimlər keçirilirdi. Üzgəcdən söhbət belə getmirdi, suyun içində oyan-buyana hərəkət edir, ya da qayıq sürürdülər. Uşaqların çoxunun ilk təcrübəsi olduğundan bunun dalğıc təlimi olduğunu düşünürdülər. 605

Fikirləşməkdən bezmişdim. Oranın vəziyyətini kəşfiyyat bölüyünün şəraiti ilə müqayisə edəndə çox rahat olduğumu görürdüm. Daha ağır təlimlərdən, gərgin kəşfiyyatlardan, yorğunluqdan və zəhmətdən əsər-əlamət yox idi. Lakin bir fikir xora kimi canıma düşmüşdü və o, məsuliyyətdən qaçmaq fikri idi. Düşünürdüm ki, görəsən, bölükdən çıxarkən göstərdiyim səbəbə görə məsuliyyətdən qaçmaq düz idimi? Düşünürdüm ki, kəşfiyyat bölüyündə xidmət etdiyim müddətdə qazandığım təcrübə, bacarıq və məlumatlardan yaxşı istifadə edə bilməmişəm. Daim özümdən soruşurdum ki, vəzifəni yerinə yetirməyin namaz kimi vacib olduğu bir yerdə mən nə üçün üzərimə düşəni yerinə yetirmədim? Daxilimdə gərginlik vardı, amma bir iş görə bilmirdim. Heç kimə bir söz demədən işimi Allaha tapşırdım və təlimlərə ciddi yanaşmağa başladım. Tezliklə üzümə rəhmət qapısı açıldı və qardaş Çərtab məni çağırıb dedi: "Sən bu bölüyün dalğıclıq müəllimisən". 606

Həmin gecə səhərə qədər uşaqlara nə deyəcəyimi, təlimin faydalı və səmərəli olması üçün nə edəcəyimi düşündüm. Səhər çağı bölüyün bütün şəxsi heyəti bir yerə toplaşanda öncədən düşündüyüm planla başladım: "Bu, dalğıc geyimidir, belə geyilir. Bu, corabdır, bu da papaq..." 606

Tədricən dalğıc geyimi ilə suda hərəkət tərzini və ağırlıq bağlamağı öyrətdim, bu işlərin səbəblərini dedim və praktik təlim başlandı. 606

Ağırlıq daşı olmadığına görə hərəsi bir daş və ya kərpic parçası tapıb özündən asan uşaqların gülər üzləri maraqlı idi. Təlim üçün seçilmiş yerin dərinliyi elə idi ki, yerimək lazım gəlirdi. Boyu qısa olan və özünə ağır daş bağlamış bəzi uşaqlar dərin yerdə bir neçə dəfə batdılar, tez özümü çatdırıb onları bayıra çıxardım. Boğazlarına çoxlu su getmişdi və halsız olmuşdular. 606

Təlim yaxşı gedirdi və işimdən razı idim. Zəruri məqamları hamıya çatdırmağa çalışırdım. Deyəsən, bu səyim və onun açıq nəticələri batalyon rəhbərlərinin diqqətini cəlb etmişdi. Çünki qardaş Səbzi məni çağırıb vəzifəmi artırdı: "Qardaş Rzayi, Qasim batalyonunda dalğıc müəllimi yoxdur, oraya get və onlara da təlim keç". 606

Yeni vəzifəmə sevinib iki gün də Qasim batalyonunda ibtidai səviyyədə qısa dalğıc təlimi keçdim. İmam Hüseyn (ə) batalyonuna qayıtmaq istəyəndə dedilər: "Diviziya komandiri təlimin vəziyyətini yoxlamaq üçün buraya gəlir". 606

Kəşfiyyat bölüyündən ayrılandan qardaş Şəriətini görməmişdim və düşünürdüm ki, məni Qasim batalyonunda görmək ona gözlənilməz olacaq. O, qardaş Ələddin Nurməhəmmədzadə ilə gəldi və məni görən kimi tərs-tərs baxmağa başladı. Bəlkə də şəxsi heyəti nəzərə alıb orada bir söz demədi. 606

Bəli, ağa Mehdi, de görək nə etmisiniz? 607



Təlimdə öyrətdiklərimi qısa şəkildə dedim. Əmin ağa soruşdu: "Bəndə hücum edən qüvvələr necə hərəkət etməlidirlər?" 607

Şəxsi heyəti suyun içində hərəkət etdirdim, qayıqları şərti bəndin yaxınlığında batırdıq, quruya doğru hərəkət etdik və yavaşca bəndin üstünə çıxdıq. Beləliklə, Bədr əməliyyatının ilk gecəsində etdiklərimizi sadə bir səhnə ilə onlara izah etdim. Onların yanına qayıdanda diviziya və batalyon komandirlərinin təlimdən razı qaldıqlarını anladım. Əmin ağa işarə ilə soruşdu: "Sən burada nə edirsən?!" 607

Baş verənləri danışıb kəşfiyyat bölüyündən çıxma səbəbimi açıqladım. Bir söz demədi. Onlar getdilər, mən də Qasim batalyonunda işimi bitirdiyimə görə İmam Hüseyn (ə) batalyonuna qayıtdım. 607

*** 607

Şətt-Əli cəbhəsinin arxasında yerləşən üç batalyonun arasında İmam Hüseyn (ə) batalyonu məhərrəm əzadarlıqlarının keçirilməsi və mənəviyyat baxımından birinci idi. Dəstə əzadarlığa başlayanda bütün işlər dayanırdı; bir müddət mərsiyə oxuyub sinə vurur, sonra da birlikdə Təvəssül duası oxuyurduq. Aşura ziyarətnaməsi batalyonun ümumi toplantısında oxunmasa da, bəzi çadırlarda oxunurdu. 607

Batalyonun mərsiyə oxuyanları Hacı Nuri, Hacı Böyük Asayiş, İbrahim Asayiş və Əyyub Rzayi idi. Batalyonun daimi məddahı birinci bölükdən olan Əyyub idi. 607

Məhərrəm ayının ilk on günündə iki-üç dəfə Səhər heyəti proqramı icra olundu və bütün batalyon səhər yeməyini bir yerdə yedi. Aşura yaxınlaşdıqca sanki səbir külü altında gizlənmiş daxili köz alışırdı. Hər bir batalyon öz şəhərinin adət-ənənəsinə uyğun şəkildə əzadarlıq edir, mərsiyə oxuyurdu. Batalyonlar dəstə-dəstə əzadarlıq meydanına gəlirdilər. Qəzvinli uşaqlar üz və başlarına palçıq sürtüb köynəklərini çıxarmışdılar və sinə vura-vura bizim dəstəmizə qoşulurdular. Ərdəbillilər də öz növhələrini oxuyurdular... 607

Aşura günü tufan idi. Aşura diviziyası ilk dəfə idi ki, Aşura günü şəhid komandanı ağa Mehdi Bakirinin xatirəsi ilə əzadarlıq edirdi. Ağa Mehdini və digər şəhidləri xatırlayırdıq. Onların parça-parça olmuş bədənləri hələ bölgədə günəşin və yağışın altında qalmış, ya da sulara qovuşmuşdu və yalnız Allah bilirdi ki, nə zamana qədər ünvansız qalacaqlar. 607

*** 607

1985-ci ilin yayı idi: Gündüzün istisi, ağcaqanadların hücumu, davamlı təlimlər, gecə döyüşləri, yavaş-yavaş gedəsi olduqları bilinən simalar... Dalğıc geyimi yeniyetmə Bəsic üzvlərinə böyük idi. Onlar hər dəfə suya girəndə su paltarlarından keçirdi və ağırlıq onları batırırdı, amma yenə də dayanmırdılar. Bədəndən kiçik yeniyetmələr pulemyot kimi ağır silahlar götürürdülər. Bəzən tarazlıqlarını qoruya bilməyib suya batırdılar, lakin nə silahlarını buraxırdılar, nə də növbəti cəhddən ümidlərini üzürdülər. Təlimlərin çətinliyi çoxaldıqca uşaqların fəallığı və səmimiliyi də artırdı. Hər şey hücum və hicrətin yaxınlaşdığından xəbər verirdi. 607

Uşaqlar qayıq sürməyi məşq edəndə Hacı Böyük Asayiş daşınan mikrofonunu götürüb bir qayıqda oturur, inqilabi nəğmə və mərsiyələr oxuyurdu. İmam Hüseynin (ə) adını eşidəndə uşaqlar çox ruhlanırdılar. Bəzi uşaqların ürəklərinə dammışdı ki, çalışsalar, şəhadət yolunu tapa bilərlər. Seyid Məhəmməd Vətəni və Əli Zarepur Əli Çərtabın bölüyündən idilər. Onların həmin gün çalışmalarından və çəkdikləri əziyyətdən bilinirdi ki, nəsə əldə etmişlər. İbrahim Əlinejad və Cəlal Zahidi də qəribə şövqlə digər bölüklərə təlim keçirdilər. 608

Təlim və məşqlər davam edirdi. Mən öz bölüyümüzün və Qasim batalyonunun təlimində iştirak etdiyimə görə sevinirdim. Nəhayət, bir gün əməliyyat layihəsi hazır oldu və onu incələyərkən bölüyümüzün tapşırıq yerinin bir hissəsinin boş olduğu üzə çıxdı. Qərara gəldilər ki, bir neçə nəfər oraya gedib bir-iki pusqu səngərini həll etsinlər. Bu iş mənə və başqa iki-üç nəfərə tapşırıldı. 608

*** 608

O zaman Əli Çərtab və bəzi komandirlər tanışlıq üçün Şətt-Əliyə getdilər. Kəşfiyyat bölüyü uzun müddət öncədən orada işə başlamışdı. Qayıdanda öyrəndim ki, Kərim Hörməti onlarla danışmış və məni kəşfiyyat bölüyünə qaytarmaq üçün təxminən bütün batalyon rəhbərlərinin razılığını almışdı. Lakin mən əməliyyata qədər sevimli batalyonumda qalmaqda qərarlı idim və elə bu günlərə görə kəşfiyyat bölüyündən ayrılmışdım. 608

Hər yerdə əməliyyatdan söhbət gedirdi. İmam Hüseyn (ə) batalyonunun sıra meydanı gözəl ətrə boyanmışdı. Bir səhər müştərək səhər proqramının olacağına dair sözlər dolaşdı. Cəld hazırlaşdıq və hər batalyon öz yerində dayandı. Birazdan batalyonların hərbi hərəkətləri başlandı. 608

Düzlən! Farağat! Diqqət mərkəzə! 608



Mühüm bir şəxsin gəldiyini təxmin etmək olurdu. Bir qədər oturub-qalxandan sonra aralarından biri tribunaya keçdi. Yanımda bir-iki nəfər pıçıldaşırdı: "Bu kimdir? Nə üçün gəlib?" 608

Diqqətlə baxıb çıxış edəni tanıdım. 608

Rəhim Səfəvidir, Sepahın Quru qoşunlarının komandanı. 608



Uşaqların həyəcanı artdı və pıçıltılar çoxaldı: "Kim gəlib? Nə danışacaq? Birdən..." 608

Uşaqlar qorxurdular ki, birdən qardaş Səfəvi əməliyyatın ləğv olunduğunu deməyə gələr. Həyəcanlı anlar idi. Qardaş Səfəvi söhbətə başladı və yavaş-yavaş uşaqların ağlamaq səsləri gəldi. O, əməliyyatın ləğv olunduğunu açıq şəkildə deməsə də, nəsə baş verdiyi bilinirdi. Şayiə bazarı qızışdı və hərə bir söz deməyə başladı. Bəlkə elə o şayiələri bitirmək məqsədilə ertəsi gün əməliyyata hazırlıq ifadə edən bəzi işlər görüldü və hətta bəzilərinə silahlar da verildi. Alın lentləri gələndə isə hamının üzü güldü. Bizim bölüyümüzə verilmiş lentlərin arasında iki-üç yaşıl lent də vardı. Uşaqların bəzisi, o cümlədən, Seyid Məhəmməd Vətəni onlardan axtarırdı. Təsadüfən, o lentlərin üzərinə seyidlərin çox sevdiyi "Ya Zəhra" sözü yazılmışdı. Seyid Məhəmməd qışqırırdı: "Mən seyidəm, gərək alın lentim yaşıl olsun..." 609

Uşaqlarda həm əməliyyatın başlanması sevinci vardı, həm də ləğvi qorxusu. Çox sual-cavab etmək istəmirdim, amma təcrübə və qəlbim deyirdi ki, əməliyyat olmayacaq. Bir gün diviziya komandiri qardaş Şəriətini dinləmək üçün hamı Qasim batalyonunun sıra meydanına toplaşdı. Bəziləri elə bilirdilər ki, hücum həmin gecə başlayacaq. Mənim kimi bəziləri isə hələ tərəddüd içində idilər. Bəziləri hətta alın lentlərini bağlayıb gəlmişdilər. 609

Qardaşlar! Bu sözlər əməliyyatın ləğv olunması demək deyil. Sadəcə olaraq, əməliyyat bəzi səbəblərə görə bir qədər təxirə salınıb. Siz inşallah, məzuniyyətdən qayıdandan sonra əməliyyatda iştirak edəcəksiniz. 609



Uşaqların ağlamaq və sızıltı səsləri gəldi. Bəziləri başlarına və sinələrinə vurur, bəziləri başlarına torpaq töküb ucadan ağlayırdılar. Ötən günlər hücum həvəsi ilə keçmişdi. Hamının bu intizarın bitdiyini eşitmək istədiyi dəqiqələrdə isə hər şey yenidən təxirə düşürdü. Bu xəbər şəhadət şövqünün hər bir ürək döyüntüsü ilə bədənlərinə qan və ümid verdiyi şəxslərə acı və ağır idi. Qardaş Şəriətinin çıxışı uşaqların səsi ilə bir neçə dəfə dayandı. Heç kimin halı yaxşı deyildi. 609

*** 609

Cəld hərəkətə hazır olmağımız əmr ediləndə avtobuslar şəxsi heyəti daşımağa hazır vəziyyətdə idilər. Tez çadırları yığıb avtobuslara mindik. Sərhəngiyəni qəm-kədərlə tərk edib Dezfula yola düşdük. Şəhid Bakiri qarnizonunda enəndə bütün şəxsi heyətə məzuniyyət verildi. Təxminən on nəfərdən başqa hamı getdi. Həmin on nəfər qalıb İmam Hüseyn (ə) batalyonunun məscidini hazırlamalı idi: Əhməd Yusifi, İbrahim Əlinejad, Cəlal Zahidi, Əliəkbər Puzeşpəzir, Məhəmməd Səbzi, mən və digərləri. 609

Namazxana üçün öncədən bir yer təyin olunmuş və torpağı qazılmışdı. Bir yerə toplaşıb məscidin tikintisinə dair təkliflərimizi bölüşdük. Mən yenə diviziyanın anbarını və mövcud imkanları yada salıb dedim: "Anbarda böyük borular var, çadır və kisə də yetərincədir. Millərdən də istifadə edib çadır və kisələrlə örtə bilərik". Bu təklif tez qəbul olundu. Anbara gedib lazımi materialları götürdük. 609

Əvvəlcə batalyonun həyətində qiblə istiqamətində böyük bir çadır qurduq. Böyük dirəklərindən məscidin möhkəmliyinə əmin olduq. Qum və çınqıl gətirib məscidin divarını qaldırdıq. İstədiyimizi tikənə qədər bir neçə gün çəkdi. Böyük və yaxşı bir məscid alındı. Orada aramızda belə bir söz yayıldı: "İmam Hüseyn (ə) batalyonunun torpağının hər kvadrat metri 2000 tümən bahalaşdı". Qardaş Səbzi bir mikroavtobus təşkil etdi və hamımız şəhərə qayıtmağa hazırlaşdıq. Tehrana çatanda Əhməd Yusifi təklif etdi ki, uşaqlardan ayrılıb Məşhədə gedək. 610

Sözünü ciddiyə almadım, amma fikrindən dönmədi. Çox israr edirdi ki, birlikdə İmam Rzanın (ə) ziyarətinə gedək. Tərəddüd içində idim. Bir tərəfdən Təbrizə getmək istəyirdim, digər tərəfdən də Əhmədin həvəsli israrına “yox” deyə bilmirdim. Kərəcə yaxınlaşırdıq. Uşaqlar da məsələdən xəbər tutmuşdular. Qardaş Səbzi son sözü dedi. Üzünü mənə tutub narahat halda dedi: "Bu qədər israr edir, nə üçün getmirsən?!" Dərhal fotoaparatını çıxarıb verdi ki, orada şəklinizi də çəkin. Uşaqlar da "bizim üçün də dua edin" dedilər. Orada maşından enib Tehrana qayıtdıq. Xəzanə avtovağzalından iki bilet alıb Məşhədə yola düşdük. Əhməd Yusifi məni Məşhədə aparan ikinci cəbhə yoldaşım idi. Əvvəl bir dəfə Məhəmməd Məhəmmədpurla İmam Rzanın (ə) ziyarətinə getmişdim. Onda bilmirdim ki, bu iki böyük dost hansı diləklə İmam Rzanın (ə) ziyarətinə gedir və nə deyirlər ki, qəbul olurlar. 610

Məhəmməd Məhəmmədpur Vəlfəcr-8, Əhməd Yusifi isə Nəsr-7 əməliyyatında arzularına çatdılar. 610



Gecə yarısı Məşhədə çatdıq. İlk işimiz məqbərənin yaxınlığında bir mehmanxanada bir otaq tutmaq idi. Əşyalarımızı ora qoyandan dərhal sonra Əhməd dedi: "Qalx, gedək ziyarətə". Sübh çağı idi. Təbillərin səsi ürəkdə qəribə coşqu yaradırdı. Özümüzü məqbərəyə çatdırdıq. 610

Günorta yemək üçün mehmanxanaya qayıdanda Əhməd ayrı cür olmuşdu. Aclığımızı aradan qaldırmaq üçün bir şey yedik və yenə ziyarətə yollandıq. Mən ziyarət qaydalarını ilk dəfə orada Əhməddən öyrəndim. O, mənə dedi ki, hər bir duanı öz yerində oxumaq yaxşıdır. Ziyarət də belədir: Baş tərəfdən ziyarət, mübarək üz tərəfdən ziyarət və ayaq tərəfdən ziyarət. Həmin gecə Əhmədlə yoldaşlıq naminə məqbərəyə yollandım və səhərə qədər orada qaldıq. Əhmədin qəribə halına təəccüblənirdim. Ziyarətçilər məqbərənin zallarında yatmış və ya uzanmışdılar, amma səhərə qədər nə vaxt Əhmədə baxdımsa, təzim halında idi və üzü göz yaşı ilə islanmışdı. Əhməd həmin aşiqanə səfərin bütün yeddi gecəsində elə qərib halda məqbərədə qaldı. Diqqətlə çalışır və ziyarət əməllərini düzgün yerinə yetirməyə çalışırdı. Az yeyirdi. Həmin bir həftədə heç bir gecəni bütün yatmadı. Rəftarı da dəyişmişdi. Saatlarla məqbərədə oturub Quran oxuyur və ağlayırdı. Necə təvazökarlıq və ümidlə hacətini istədiyini və bu istəkdə necə ixlaslı və ədəbli olduğunu yaxından görürdüm. 610

Müqəddəs Məşhəddə olduğumuz müddətdə məqbərədən əlavə Xacə-Rəbi və Xacə Murad kimi digər ziyarətgahlara da getdik. Yeddinci gün vida məqsədi ilə məqbərəyə gedib Əhmədin aram və hüzurlu halını görəndə istədiyinə nail olacağına şübhəm qalmadı. 611

I 612

Qayıdandan üç gün sonra Əhmədi gördüm, dedi ki, gəl cəbhəyə qayıdaq. Əliəkbər Puzeşpəzir də bizimlə idi. Qatara bilet alıb yola düşdük. Şəhid Bakiri qarnizonuna gedirdik. Qatarda yaşlı bir kişi ilə eyni kupeyə düşdük. Bizi görüb çox təəccübləndi. Bizim hər birimizin bir neçə ildir cəbhədə olduğumuza, bir neçə əməliyyatda iştirak edib dəfələrlə yaralandığımıza inana bilmirdi. Əhməd hərdən bəzi xatirələrdən danışıb onu çox təsirləndirirdi. Əliəkbər qulağıma dedi: "Mehdi, bu Əhmədin çoxlu xatirələri var. Sən onu danışdır, mən də səsini yazım". 612

Beləliklə, qatardan düşənə qədər Əhməd deyilməmiş çoxlu sözləri dedi. 612

Əndiməşkdə qatardan endik. Oradan Dezfula getdik və beş tümənlə özümüzü Şəhid Bakiri qarnizonuna çatdırdıq. Diviziyanın şəxsi heyətinin ezamiyyətdən dönməsinə hələ bir neçə gün qaldığına görə orada kimisə görməyimizi gözləmirdik. Lakin düşüncəmiz yanlış idi, çünki Cəlal Zahidi ilə İbrahim Əlinejad bizdən öncə şəhərdən qaçmışdılar. 612


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin