Elə danışır və etiraz edirdim ki, uzaqdan görən olsaydı, mənə qarşı böyük haqsızlıq edildiyini düşünərdi. 695
- Çox gözəl! İndi ki belədir, get Nasirə de, ikiniz də dalğıc əşyalarınızı götürüb gəlin. 696
Öz-özümə fikirləşdim ki, yəqin bizi başqa bir yerə göndərib başımızı qatmaq istəyir; bəlkə də başqa bir batalyona təlim keçməyə göndərəcək. Pərişan halda dalğıc paltarımı götürdüm və Nasir Dibayi ilə birgə maşına doğru yola düşdük. İbrahim, Yusif və Həmid də maşında idilər. Maşın getdikcə Ərvəndin qoxusunu daha çox hiss edirdim. 696
*** 696
Rəsulabad təlim yerindən 50 kilometrdən də uzaq idi. Ora çatanda işin ciddiliyinə əmin oldum. Rəsulabad qərargahı boş idi. Bizdən başqa yalnız qardaş Həmzə orada idi. Bir neçə dəqiqədən sonra oturub söhbətə başladıq. Mövzu axşamkı kəşfiyyat tapşırığı idi. Ümumi plan belə idi ki, çayın kənarındakı məktəbdən suya girib Bəvarin boğazına qədər gedəcəkdik. Oradan da Bilcaniyə çayına qədər irəliləyəcəkdik. Üç istiqamətdə kəşfiyyat aparılmalı idi. Kəşfiyyatın son həddi İraqın petrokimya zavodu idi. Oraya gedib-gəlmək üçün Ərvənd çayında 22 kilometr üzmək lazım idi. Çayın hər iki tərəfində isə düşmən mövqeləri yerləşirdi. Bəvarin boğazına qədər bir sahil bizimkilərdə idi, ondan sonra isə həm kiçik adalar, həm də Ərvəndin iki sahili düşmənin əlində idi və biz düşmənin içinə girməli idik. Qərara gəldik ki, hərəmiz yalnız bir tapança götürək. 696
Qardaş Həmzə Ərdəbil Bəsicindən və çox mehriban insan idi. Adətən, təsərrüfat işlərində bölüyümüzə kömək edirdi. Həm də sürücü idi və işini yaxşı bacarırdı. Bəzən israr edib kəşfiyyatda da iştirak edirdi. 696
Rəsulabadda təcili yardım maşınına minib təmas xəttinə yola düşdük. Yollar çox idi və hamısı bir-birinə bənzəyirdi. Çox əziyyətlə bizə lazım olan yolu tapdıq. Bu kəşfiyyatın həssaslığını hamımız yaxşı dərk edirdik. Yola düşməzdən öncə Xatəmül-ənbiya qərargahında Tehranla əlaqə saxlamışdılar. Onlar hava şəraitini, suyun qabarma və çəkilməsini və digər məsələləri nəzərə alandan, əmri bir neçə dəfə ləğv və təsdiq edəndən sonra nəhayət, kəşfiyyata icazə vermişdilər. 696
Təmas xəttinin yaxınlığındakı məktəbdə idik. Məktəb dağılıb müdafiə səngərlərinə çevrilmişdi. Bir səngərdə dalğıc paltarlarımızı geyindik. Son dəfə bir yerə toplaşıb istiqamət bölgüsü apardıq. Kəşfiyyat qrupunun başçısı Əsğər Abbasquluzadə dedi: "İbrahim Əsğəri və Yusif Sarimi Bilcaniyə adasının ortasındakı estakadaya gedirlər, Nasir Dibayi və Həmid Allahyari də mayakın arxasındakı hissəyə". 696
Nasirlə Həmidə tapşırılan yer ilk hədəf sayılırdı. Mənim adımı çəkmədiyinə görə yenidən narahat olmağa başladım, üz-gözümü turşutdum. Təsadüfən, Əsğər ağa da mənə baxırdı. Fikirləşirdim ki, görəsən, nə qədər hirsləndiyimi başa düşürmü. 696
- Yaxşı, qardaşlar, Mehdiqulu ilə mən də inşallah, petrokimyaya gedəcəyik. 697
Xəcalətimdən başımı aşağı saldım. Tapşırığın ən çətin hissəsi petrokimya istiqamətini öyrənmək idi. Təxmin edirdim ki, fiziki hazırlığıma və dalğıclıq məharətimə görə bu işə seçilmişəm. Biz suya hamıdan qabaq girib hamıdan sonra çıxacaqdıq. Yolumuz daha uzun, daha təhlükəli idi. 697
Qəribə hisslər keçirirdim. Qorxu və sevinc, coşqu və həyəcan qarışmış hisslər idi. Bədr əməliyyatından sonra sudan kəşfiyyata getməmişdim. Əsğər Abbasquluzadə ilə birlikdə olmaq ümidimi artırırdı. 697
Hərəkət zamanı idi. Özümə iki ağırlıq bağlayıb iki əl qumbarası götürdüm. Tapançamın kəmərini boynumdan asıb belimə bağladım. Əsğər ağa da bir tapança götürdü. Silahın olub-olmaması bizim işlərimizdə rol oynamırdı. Kəşfiyyat zamanı birinci qayda səssiz hərəkət etmək idi. "O, çox ehtiyatlı olsun və heç kəs sizdən duyuq düşməsin!" (Kəhf, 19) ayəsi qardaş Əsğərin dilinin əzbəri idi. Tapança və qumbara bizi yalnız bir az ürəkləndirirdi. 697
Uşaqlardan ayrıldıq. Əsğərlə çiyin-çiyinə təmas xəttindəki postumuza qədər getdik. Postda duranlara kəşfiyyat haqda məlumat verdik. Belə vaxtlarda keşikçilər məlumatlandırılmalı idilər. Onlar səhərə yaxın bizim qayıtmağımızı gözləyəcəkdilər. Ərvənd çayından 200 metr aralıda yerləşən keçidə yollandıq. Sakitcə və çiyin-çiyinə gedirdik. Bəzi qamışlar yanmış, bəzisi qırılmışdı. Raket və mərmilərdən yaralanıb qırılmış qamışlar iti olurdu. Vaxtımız geniş olduğundan yolu yavaş-yavaş, iti qamış və qəlpələrdən ehtiyatla gedə bilirdik. 697
Suyun kənarında oturub çəkilmənin başlanmasını və axının Bəsrəyə doğru istiqamət almasını gözlədik. Hər yer sakit idi. Ay səmada idi və şəkli hər bir dalğaya düşürdü. Külək qarşıdakı sahildən düşmən keşikçilərinin gülüş və zarafatlarının zəif səsini gətirirdi. Gözümü suya dikmişdim. Səma qaranlıq idi. Ay onun zülmət alnında işıqlı bir nöqtə kimi parlayırdı. Su çox sakit idi. 697
- Hazır ol! 697
Əsğər ağanın bu sözündən sonra yavaşca suya girdik. Bizim hərəkətimizdən yaranan hər bir dalğa ayın şəklini yellədirdi. Bütün gözəlliyinə rəğmən, bu səhnə məni qorxudurdu. Suyun bu qədər sakit olmasını arzulamırdım. Düşmən mövqeyi ilə məsafəmiz azaldıqca və tənhalıq hissi artdıqca Allaha təvəkkül və inam da çoxalırdı. Dua ilə suya girmişdik. Kəşfiyyatçıların dilinin əzbəri və səssiz kəşfiyyat anlarının zümzüməsi olan Vəcəəlna ayəsi dilimizdə və ürəyimizdə təkrarlanırdı. Ümm əl-rəsas və Bəvarinin arasındakı boğaza yaxınlaşdıq. Allaha yalvarırdım: "İlahi! Bu su dalğalı olsaydı, nə yaxşı olardı!" 697
Möcüzə baş verdi. Dua hələ ürəyimdə ikən sakit dalğalar suyun durğunluğunu pozdu. Hər dəfə dara düşəndə Allahın qoşunları gizlicə köməyimizə gəlirdi. Orada, 1986-cı ilin payızının son gecələrində Ərvənd çayında da bizə yardıma gəlmişdi. Yalqız və qərib idik. Əsğərlə mən idim. Əslində, biz deyildik, o iki dalğıcı Allah aparırdı. "Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də, görmürlər". (Yasin, 9) “İlahi! Əgər məni bir an buraxsan, suya batıb boğularam...” Sanki düşmən mövqelərinə kəşfiyyata yox, Allahla mənəvi əlaqələrimizi kəşf etməyə gedirdik. 698
Boğazın eni 150 metr idi. Bəvarinin düz dimdiyində boğaza nəzarət edən hündür bir keşikçi səngəri vardı. Ondan o yana sahilin hər iki tərəfində, hətta çayın ortasındakı adalarda da düşmən yerləşmişdi və biz düşmənin içinə girməli idik. 698
Boğazdan keçəndə iki fişəng səmanı aydınlatdı. Ayın mülayim işığında səngər və istehkamların qaraltısı görünürdü, fişənglərin işığında isə düşməni daha yaxşı gördük. Üzümüzü sahilə tutub düşmənin yaratdığı imkandan istifadə edirdik. 698
Ümm əl-rəsasın son hissəsində suyun ortasında başqa bir pusqu vardı. Sülh dövründə mayak olmuş bu pusqu yaxşı bir səngərə çevrilmişdi. Biz onun yanından keçməli idik və keçdik də. O pusqunun keşikçisindən və Bəvarinin üstündəki düşməndən gözümü bir an da çəkmirdim. Bir qədər sonra boğazı və mayakı arxada qoyub soyuq və sükutda Bilcaniyə sahili ilə düşmən mövqelərinin təxminən 3 kilometr içərilərinə girmişdik. 698
Şətt əl-ərəb çayı Bilcaniyə adasına çatanda iki yerə ayrılır və o tərəfdə yenidən birləşirdi. Bilcaniyənin yanında Şətt əl-ərəbin eni təxminən iki kilometrə çatırdı. İrəlilədikcə yorğunluq və soyuq daha çox təsir edirdi. Birdən suda batdığımı hiss etdim. O qədər yorulmuşdum ki, suyun üzündə qala bilmirdim. Dərhal ağırlıqların birini açıb müvazinətimi qorudum. Üç kilometrdən sonra Bilcaniyə sahilinə dönməli idik. Sahilə yaxınlaşdıqca onu Ərvəndin Vəlfəcr-8 əməliyyatındakı sahilinə bənzədirdim. İnanılmaz idi; düşmən təmas xəttindən bir neçə kilometr içəridə də güclü istehkamlar və sıx maneələr qurmuşdu. Bu, Bəsrənin onlar üçün necə əhəmiyyətli olduğunu göstərirdi. Sahilə yaxınlaşdıqca səngərlərinin sayını, bir-biri ilə məsafəsini, hətta hərbçilərin sayını və mövqeyini də yaddaşıma köçürürdüm. Bilcaniyə adasının sonuna çatmışdıq. Müharibədən sonra sükut içində yatmış petrokimya zavodu qərb tərəfdə gözlərimiz önündə idi. Orada da Bilcaniyənin Ərvənddən ayırdığı bir arx vardı. Arxa doğru getdik. Eni təxminən 15 metr idi. Gözlərimə inanmırdım: arx bir neçə metr irəlidə Bilcaniyəni petrokimyanın sahilinə birləşdirən yolla kəsilmişdi. Bütün planlar pozuldu. Bizim olduğumuz yerdən yolun yaxınlığına qədər maneələrlə dolu bir çala vardı. Diqqətlə baxdım: əvvəlcə bir cərgə günəşəbənzər istehkam milləri, sonra tikanlı məftillər, yenə günəşəbənzər millər, yenə tikanlı məftil halqaları və yenə günəşəbənzər millər. 698
Bu maneələr təxminən bütün sahilboyu davam edirdi. Bilcaniyəni öyrənmək üçün oradan yaxşı yer tapmaq olmazdı. Soyuqdan əllərimiz keyimişdi və çətinliklə açılıb-yumulurdu. İstehkam milindən tutub sahili araşdırmağa başladıq. 699
Başımızın üstündə iki səngər vardı: biri Bilcaniyə, biri də petrokimya sahilində. Tapşırığa uyğun olaraq, diqqətimizi Bilcaniyə adasına yönəltdik. Əsğər ağa da eyni fikirdə idi. Kanalın eni ilə adaya getməli idik. Milləri buraxmadan qolumuzun köməyilə suyu yarıb adaya yaxınlaşmağa başladıq. 699
Su bir neçə saat öncəki kimi sakit deyildi, bəzən hündürlüyü iki metrə çatan güclü dalğalar vardı. Bilcaniyə adasında suyun düz kənarında yerləşən səngərə doğru gedirdik. Sahildəki maneələrin üzərinə 75-100 sm. hündürlüyündə kisə düzmüş, sonra dördayaq qoyub üstünü örtmüşdülər. Bu səngər suya nəzarət etmək üçün yetərli idi. Səngərin içində bir keşikçi də görünürdü. Biz mütləq səngərin önündən keçməli idik. Səngərə yaxınlaşanda keşikçi əsgər ayağa qalxdı. Dəmir papağı ay işığında parlayırdı. Biz millərdən yapışmışdıq. Əsğər ağa ilə aramızda yarım metr məsafə vardı. Gözümü bizə doğru gələn iraqlı əsgərin gözünə dikmişdim. O mənə tərəf baxdı, mən də ona. "Bismillahir-Rəhmanir-Rəhim" deyib yenə Vəcəəlna ayəsinə müraciət etdim. 699
O bizi görürdü. Mən onun gözlərindəki təəccübün get-gedə həyəcana çevrildiyini hiss edirdim, lakin ayənin onu kor etdiyinə əmin idim. Soyuq, tənhalıq - hər şey unudulmuşdu. Tapançanı hazırladım ki, hərəkət etsə, birinci mən vurum. Çənəsi tapançamın hədəfində idi. Ərəbcə nəsə deyib çaxmağı çəkdi. Gözüm tətikdə idi. Su bizi aşağı-yuxarı yellədirdi. Bir neçə saniyə sükutla keçdi. Qəlbimdə isə tufan idi. Birdən geri döndü, qurbağa telefonunu götürüb ərəbcə nəsə dedi. Əsğər ağa mənə yaxınlaşıb qulağıma pıçıldadı: "Deyir ki, suda şübhəli bir şey görüb". 699
O vaxta qədər fikirləşirdim ki, ya bizi görüb və qorxudan bir iş görə bilmir, ya da bizim iranlı dalğıc olduğumuzu həqiqətən, anlayıb. Vaxtımız az idi. Millərdən əlimizi çəkib Ərvənd çayının ortasına doğru getdik. Bir neçə saniyə ərzində səngərdən təxminən 15 metr uzaqlaşdıq. Hündür dalğalar bizə köməyə gəlmişdilər, səsləri sükutu pozurdu. Bizim çayda olduğumuza əmin olsaydılar da, coşqun dalğaların arasında tapmaları asan deyildi. 699
“İndi nə edək?” Tez fikirləşib qərara gəlməli idik. Orada qalsaydıq, suyun axını bizi Bəsrəyə aparacaqdı. Qərara gəldik ki, qarşıdakı Ümm əl-təvil adasının sahilinə gedək. Bu ada Bəvarindən sonra və petrokimya ilə üz-üzə idi. Ensiz uzun ada idi. Uzunluğu 10 kilometrdən çox idi, eni isə bəzən bir yol qədər daralırdı. Həmin gecə təəccüb hissi də daim mənimlə idi: düşmən Ümm əl-təvilin sahilini də maneə və istehkamlarla doldurmuşdu. Orada maneələrin sıxlığı az olsa da, düşmənin hazırlığı və ciddiliyi təsəvvürolunmaz dərəcədə idi. 699
Ümm əl-təvilin sahilində səngərlər böyük məsafə ilə düzülmüş, adanın hər yeri qamışla örtülmüşdü. Özümüzü birtəhər adaya çatdırıb qamışlığın içinə girdik. Qərara gəldik ki, mən adanı öyrənim, Əsğər ağa suyu. Qamışlar bizi görünməkdən qorusa da, düşmən mövqelərinin 12 kilometrliyində hər bir hadisə baş verə bilərdi. 700
Adada bir yol çəkilmişdi. Təsadüfən, bizim sığındığımız yer adanın ensiz hissələrindən idi və yol sudan çox da uzaqda deyildi. İki nəfərin səsini eşidib qulaqlarımı şəklədim. Tezliklə qaranlıqda bir velosiped və iki nəfər göründü. Onlar yaxınlaşdıqca ay işığında daha yaxşı görünürdülər. Biri velosipedi sürürdü, o biri də velosipedin arxasından tutmuşdu. Onlar səs-küylə bizə doğru gəlirdilər. Bildim ki, velosipedi sürən naşıdır və arxadan tutan yoldaşı ona velosiped sürmək öyrədir. Naşı velosipedçi hər an bizim üstümüzə aşa bilərdi. Allaha yalvarırdıq ki, buradan salamat keçsinlər və velosipedləri aşmasın. Hələ onların keçdiyinə əmin olmamış Əsğər ağa dedi: "Ehtiyatlı ol! Gir suyun altına!" 700
İkimiz də suya girdik. Nəfəs almaq üçün yalnız başım bayırda idi. Düşmən qayığı arxamızdan fənərlə suya baxa-baxa bizə yaxınlaşırdı. 700
Dünyəvi qüvvələrdən əl üzdüyümüz bütün zamanlarda olduğu kimi, yenə də Ona üz tutdum: "İlahi! Özün bizi qoru ki, əsir düşməyək və əməliyyatın üstü açılmasın!" 700
Qayıq bir neçə saniyə içində sakitcə yanımızdan ötdü. Fənərin işığı üzümüzdən keçdi. Mən onları gördüm, Əsğər ağanın da gördüyünə əmin idim, lakin deyəsən, onlar başqa bir şey axtarırdılar. Bütün bu mərhəmətlərə heyran qalmışdım. 700
Şətt əl-ərəbin soyuq suyunda düz 5 saat üzmüş, Ərvəndin dalğaları altında 12 km. yol gedib düşmən mövqelərinə girmişdik. Artıq yolu davam etdirməyə nə taqət vardı, nə də vaxt. Məsləhətləşdik. Verəcəyimiz qərar ilk baxışdan özümüz üçün olsa da, sonda bütün bölüyün və növbəti mərhələdə, hücuma keçəcək bütün uşaqların taleyilə birbaş bağlı idi. Yavaşca qamışların birini qırdıq: "Su nə vaxt qamışın bu hissəsindən aşağı düşsə, yəni çəkilmə başlayıb və biz qayıda bilərik". 700
Soyuqdan titrəyə-titrəyə düz bir saat suda gözlədik. Saat üçə yaxın suyun səviyyəsi enməyə başladı. Bilcaniyə sahilindəki qabaqkı yerimizə qayıtmağı düşündük. Axının istiqaməti dəyişmişdi. İrəli getsəydik, düz petrokimya sahilinə çatacaqdıq. Yola düşüb bir saat öncə görüşdüyümüz əsgərin səngərindən 5-10 metr kənarda dayandıq. 700
Bütün diqqətimizi əməliyyat üçün önəmli olan amillərə yönəltdik. Səngərləri, istehkamları, səngərlərin bir-birindən məsafəsini, silahları, maneələri - hər şeyi diqqətlə yadda saxlayırdıq. Bəzən maneələrə yaxınlaşıb yaxından baxırdıq. Suyun səviyyəsi endiyinə görə daha yaxşı görmə imkanımız vardı. 701
İşimiz bitmişdi. Tapşırılan bütün yolu öyrənmişdik. Lakin bütün bölgə, maneə və keçidlərlə tanışlıq həvəsi yolu tez qayıtmağa qoymadı. Hər ikimiz Bilcaniyə sahilində yerləşən estakadaya yaxınlaşdıq. Oradan keçəndə iraqlıların səslərini aydın eşidir, suda üzən, tez-tez dolub-boşalan qayıqlarını görürdük. Yolumuzu mayaka doğru döndərdik. Düşmən sahilindən bir az uzaqlaşmışdıq ki, öz vəziyyətimizə baxdım. Əsğər ağanın əzələləri tutulmuşdu və ayaqlarını vura bilmirdi. Ayaq damarlarının ağrısı yorğunluğuna qarışıb hərəkət etməyə qoymurdu. Mənim də vəziyyətim yaxşı deyildi. Qolundan tutub dartdım. Ayağımı hər qaldıranda elə bilirdim ki, sonuncu olacaq. Yorğunluq və soyuq məni də əldən salırdı. Daha ayaqlarımı tərpətmədim. İki dəqiqə ötdü. 701
“Qayıdırıq. Su bizi aparır. Yox, təslim olmamalıyıq. Daha bir şey qalmayıb”. Bu sözlərin hamısı daxilimdən gəlirdi. Zikr deyirdim və Ağa Mehdi gözlərimə görünürdü: "Allah bəndəsi, Vəcəəlna yadından çıxmasın. De: “La hovlə və la quvvətə illa billah". 701
Allahsız heç bir qüvvə və qüdrət yoxdur! 701
Ayaqlarımı vurmağa başladım. Fikirləşmək də vaxt aparırdı və bütün əziyyətlər hədər gedə bilərdi. Ümm əl-rəsasın arxasında iki kiçik ada vardı. Düşmən bu adaları torpaq bəndlə bir-birinə və hər ikisini Ümm əl-rəsasa birləşdirmişdi. Su həmin bəndlərdə dayanırdı. Əgər axın bizi oraya aparsaydı, dönməyimiz qeyri-mümkün olardı və günəşin ilk şüası düşən kimi hər şey bitərdi. Bütün qüvvəmizi toplayıb özümüzü mayakın soluna çatdırmalı idik. Əsğər ağa bütün bunları məndən yaxşı bilirdi. Hər ikimiz üzməyə başladıq. Tədricən hər ikimizin əzələləri tutulurdu, ayaqlarımızı tərpədə bilmirdik. Belə anlarda bir-birimizə kömək edib birtəhər irəliləyirdik. Bir anlığa gözümü açanda mayakı qarşımda gördüm. Ona 10 metrdən də az qalırdıq. Keşikçi ayaq üstə dayanıb ovuna baxırdı. Onların Şətt əl-ərəbi və bizim Ərvənd çayımız yenidən dalğalanmağa başladı. Özümü suyun üzərində hərəkətsiz qalmış ölü bir balıq kimi hiss edirdim; həyatı seçsəm də, hərəkət etməyə taqətim qalmamışdı. Allaha yalvardım: "İlahi! Özümüzə görə yox, uşaqlara görə, şəhidlərə, imama, əməliyyata, xalqa görə..." 701
Daha yadıma bir şey düşmədi. Gözəgörünməz bir qüvvə donmuş bədənimizə yenidən hərarət verdi. Çox çalışıb həmin 10 metrdə əsirlik taleyini yox, azadlığı seçdik və sonunda mayakın sol tərəfində özümüzü suya tapşırdıq. Axın bizi boğaza tərəf apardı. Yavaş-yavaş təhlükə sovuşurdu. Həyəcanın bütün vücudumu bürüdüyü o gərgin anlarda bağırsaqlarım da dillənirdi. Soyuq aman vermirdi. Yorğunluqdan taqətim qalmamışdı, ovcumu açıb-yummağa da gücüm çatmırdı. Soyuqdan donma ayaq barmağından başlayıb yavaş-yavaş bütün əzələlərə keçirdi. Əsğər ağanın vəziyyəti də pis idi. Düşmən mövqelərinin sonuna yaxınlaşdıqca həm həyəcanımız, həm də sevincimiz çoxalırdı. Saat təxminən beş idi. Bir qədər də geciksəydik, günəş çıxacaqdı. Arabir atılan fişənglər bir neçə saniyəliyə ətrafı işıqlandırırdı. Qeyri-ixtiyari olaraq, boğaza baxdım. Fişənglərin işığı altında gözəl mənzərəsi vardı, amma boğazda gözlənilməz bir şey də görünürdü. Əsğər ağa dedi: "Mehdiqulu, o nədir?" 702
Ümm əl-rəsasdan Bəvarinə qədər təxminən iki metr hündürlüyündə enli bir şey boğazın ortasına qədər gəlirdi. 702
Bir qədər fikirləşəndən sonra hər ikimiz yekdil rəyə gəldik: Düşmən boğazı bağlayır. Gedəndə su qabarma halında olduğuna görə biz məftillərin üstündən keçmişdik. Qayıdanda isə suyun səviyyəsi enmişdi və məftillərlə rastlaşmışdıq. Bütün problemlər bir tərəfə idi, bu məftilləri görmək və boğazın bağlanmağı bir tərəfə. 702
Bütün əməliyyat o boğaza bağli idi. Düşmən onu bağlaya bilsəydi, heç kim keçə bilməz və hamı boğazda şəhid edilərdi. 702
Maneəyə toxunmayacaq tərzdə hərəkət etdik. Boğazın bağlanması bizdə güclü məyusluq yaratmışdı. Soyuq artıq düşünmə qabiliyyətimizi də sıradan çıxarırdı. Başımın donduğunu hiss edirdim. Bir tərəfdən suyun soyuğu, digər tərəfdən də dalğıc geyiminin sıxlığı bir neçə dəfə suda sidik ifrazına səbəb olmuşdu. Hər dəfə bədənin temperaturu bir qədər yüksəlirdi və qızışırdıq, bir qədər sonra isə əksinə olurdu və soyuq hər an güclənirdi. Suda partlayan raketin zərbə dalğasına düşən və hələ diri olduqları halda suyun üzündə oyan-buyana gedən balıqlar yadıma düşdü. Özümün o balıqlara çox oxşadığımı hiss edirdim. Bəvarin adasının dimdiyinə yaxınlaşdığımızı gördüm. Gedəndə pusqudan 50 metr aralıdan keçmişdik, gələndə isə nə qədər çalışdımsa, özümü səngərdən uzaqlaşdıra bilmədim. Hava işıqlaşmağa başlamışdı. Fikirləşirdim ki, mən keşikçini gördüyüm kimi o da məni görsə, nə etməliyəm. Bir neçə dəqiqədən sonra səngərin beşmetrliyindən yavaşca keçdik. Keşikçi ya yatmışdı, ya yorğun idi, ya da bu soyuqda və sübh çağı kiminsə suda olması ağlına gəlmirdi. O pusqudan öz sahilimizə qədər daha heç nədən qorxumuz yox idi. Düşmənin təmas xətti sayılan sahil maneələri daha sıx və möhkəm idi və biz oradan keçəndən sonra öz sahilimizi görürdük. O anda məni ürəkləndirən rahatlıq və təhlükəsizlik hissi elə idi ki, sanki düşməndən kilometrlərlə uzaqda, Əhvazın küçələrində gəzirdim. Düşmən mövqelərinin 10 kilometr dərinliyinə getmiş və soyuq suda düşmənlə üz-üzə kəşfiyyat aparmış bizlər üçün öz sahilimizi görmək ümidverici idi. Əl-ayaqlarımda taqət qalmamışdı, yalnız Əsğər ağadan uzaqlaşmamağa çalışırdım. Soyuq ayaqlarımızı keyitdiyindən hər ikimiz yorğun qollarımıza bel bağlamışdıq. Yarım metrdən az dərinlikdə hərəkət edirdik və suyun axını bizi sahilə aparırdı. Sudan çıxacağımız yerdə vurulmuş nişanı uzaqdan gördüm. Son məqsədimiz oraya çatmaq idi və Allahın Özü bizi ora yönəldirdi. Nəhayət, bədənim torpağa dəydi. Əl və ayaqlarımızın köməyi ilə yavaş-yavaş sudan ayrıldıq. 702
Payızın son günlərinin kəsici soyuğu bədənimi titrətdi. Allahın köməyilə bu tapşırığı başıuca yerinə yetirdiyimizə görə Allaha ürəkdən şükür edirdik. Əsğər ağa halımıza yaraşan ən gözəl işi gördü: çətinliklə və xüsusi mətanətlə səcdə etdi; şəfəqin sökülməsi ilə eyni zamanda şükür səcdəsi! Onun səcdəsini görüb bütün şəhid dostlarımı xatırladım, onların duasının bizə əl tutduğunu düşündüm və ixtiyarsız olaraq gözlərimdən yaş axdı. 703
Keşikçilərə qədər 200 metr yolumuz vardı. Yer yanmış qamışlarla dolu idi; bədənin harasına dəyirdisə, kəsirdi. Lakin biz ehtiyat edəcək durumda deyildik. Ayağa qalxmağa, hətta danışmağa da taqətimiz yox idi, amma bir-birimizin baxışlarını oxuyurduq: "Hərəkət etməliyik, burada oturmaqdan bir şey çıxmaz!" 703
Çox əziyyətlə ayağa qalxdım, amma ilk addımda yıxıldım. Ayaqlarım sözümə baxmırdı. Hətta qolumu, ayağımı, paltarımı və bədənimi kəsən qamışları və tikanlı məftilləri də hiss etmirdim. Həmin 200 metrlik məsafəni yıxıla-yıxıla keçib keşikçilərin bizi görəcəyi yerə çatdıq. Onların sevincini görəndə bildim ki, daha qayıtmağımıza ümidləri qalmayıbmış. Keşikçilərin köməyilə səngərə çatdıq. Hamı narahat halda gözləyirdi. Tapşırığımızın nədən ibarət olduğunu bilənlər Allah bilir ki, səhərə qədər nə çəkmişdilər. Bizi görüb gülə-gülə yanımıza gəldilər. Elə gülürdülər ki, biz nəsə bir hadisə baş verdiyini düşündük. Bəlkə elə buna görə Əsğər ağa ağzını açıb nəsə demək istədi, amma boğazından çıxan səs anlaşılmaz idi: "E... o... a..." 703
Həmid Allahyari bərkdən güldü. Yadıma düşdü ki, Əsğərlə mən son dəfə boğazın bağlanması haqda danışmışdıq. Ondan sonra bir-birimizə bir söz də deməmişdik. Soyuq canımıza elə yerimişdi ki, güclə ağzımızı açanda nə dilimiz tərpənirdi, nə çənəmiz. 703
Sobanın yanında oturdum. Uşaqlar bizi dövrəyə aldılar və əvvəlcə hərəmizə bir neçə qaşıq bal verdilər. Marağa və Ərdəbil əhalisindən gəlmiş hədiyyələrin içində təbii bal da vardı. Hər bir qaşıq balı çətinliklə udanda bədənimə isti bir şeyin yayıldığını hiss edirdim. Namaz qılmaq üçün özümüzü paklamalı idik. Həmin gecə bütün uşaqlar müxtəlif istiqamətlərə kəşfiyyata getmişdilər və vəziyyətləri bizimki kimi idi. 703
Dedilər ki, hamamda neft yoxdur. Bölüklərin birindən neft alıb suyu qızdırmalı idik. Buna görə də, paltarımızı dəyişmədən maşına minib Rəsulabaddakı qərargahımıza getdik. Saat 6 idi və namaz qılmaq üçün bir saatdan az vaxtımız vardı. Mindiyimiz təcili yardım maşını sürətlə gedirdi. Birdən maşının çevrildiyini hiss etdik. Belim bərk ağrıdı. Maşından enəndə gördük ki, tikinti-mühəndis bölüyü körpü salmaq üçün yolu bir metr dərinliyində qazıbmış. Yaxınlıqdakı ekskavator cəld maşını oradan çıxardı. Xoşbəxtlikdən, maşına ciddi ziyan dəyməmişdi və biz tez yolumuza davam etdik. 704
Çatan kimi dalğıc paltarlarımızı çıxarıb yuyunduq və namazlarımızı qıldıq. Bir qədər öncə bizi dəfələrlə təhlükələrdən salamat çıxarmış, bizə düyünləri açmış Yaradana həmd etmək necə ləzzətli imiş; həm də elə bir halda ki, bütün vücudumuza işləmiş soyuqdan hələ də titrəyirdik. 704
Yuxusuzluq, yorğunluq və soyuq durumumuzdan bəlli idi. Ağa Həmzə bizə yataq salmışdı. Üstümə iki-üç qalın ədyal atdım, amma yenə üşüyürdüm. 704
II 704
– Əşhədu əlla ilahə illəllah... 704
Bu şəhadətin mənasını, Allahdan başqa heç bir tanrının olmadığını ətim və qanımla dərk edirdim. Günorta idi və gözəl azan səsini dinləmək insana həzz verirdi. Yuxudan oyandım. Günəş səmanın ortasında dayanmışdı. Səngərdən çıxdım. Diviziya tərəfindən ağa Həmzəyə tapşırılmışdı ki, uşaqların kəşfiyyatdan uğurla qayıtdıqlarına görə iki qurbanlıq qoyun gətirsin. Namazdan sonra uşaqların köməyi ilə qoyunları kəsdilər və ağa Həmzə bişirməyə başladı. 704
Mən hər şeydən öncə dalğıc geyimimi axtarmağa başladım, onu və silahımı yudum, sonra gecəki kəşfiyyatın məruzəsini yazmaq üçün Əsğər ağa ilə bir tərəfdə oturduq. Kərim Fəthi də gülərüzlə gəldi, mənə çatanda dedi: “Daha qaşqabaqlı deyilsən ki?!” 704
–
Dostları ilə paylaş: |