*** 768
Günorta Əmir Əsədullahinin şəhadət xəbəri gəldi. 768
– Deməli, biz səhv etməmişik. 768
Əməliyyatdan öncə bölüyün bütün uşaqları arasında Əmir Əsədullahi ilə Abbas Məhəmmədinin şəhadətindən söhbət gedirdi. Hamı deyirdi ki, onlar mütləq tezliklə qanad çalıb gedəcəklər. Nəsr-7 əməliyyatının kəşfiyyat günlərində Əmirin özünü necə oda-suya vurduğunu görmüşdüm. Yaşı çox deyildi, bölüyə də yeni gəlmişdi, amma bu qısa müddətdə yaxşı inkişaf etmişdi. Son kəşfiyyatlarda çox yorulmuşdu. Onu axırıncı dəfə görəndə əynində açıq rəngli paltar vardı. Ona dedim: "Əmir, bunlar gizlənmək üçün yaxşı deyil". Orada Cəlalla paltarını dəyişdi və həmin paltarda da şəhadətə qovuşdu. 768
Əmirin şəhadəti bizə gözlənilməz deyildi, amma Abbas Məhəmmədinin sağ qayıtdığına inanmırdıq. Günorta Kərim Hörməti dedi: "Bütün kəşfiyyatçılar Pişqədəm düşərgəsindəki qərargaha qayıtsınlar". 768
Orada üç mikroavtobus bizi Baxtərana aparmaq üçün dayanmışdı. Şəhid Pişqədəm düşərgəsində üç-dörd nəfər qaldı, mən də daxil olmaqla qalanları əşyalarını götürüb mikroavtobuslara mindilər. Yolda Sərdəştə çatmamış düşmənin güclü hava hücumlarına məruz qaldıq. Mikroavtobuslar dərhal dayandı və biz yerə endik. İlk bombardmanda bir-iki yerli kürd ağır yaralanıb yerə yıxılmış, birinin ayağı kəsilmişdi. Abbas kömək etmək üçün ona yaxınlaşdı. Bir dəqiqə ötməmiş düşmən qırıcısı yenidən qayıdıb yolu bombaladı. Əbülfəz Fərəhmənd əsalarını atıb qaçmağa başladı. Mən də böyük bir daşın yanında dayandım. Bombardman bitəndən və təyyarənin getdiyinə əmin olandan sonra hərəkətə hazırlaşdıq. Abbas hələ yaralı kürdün yanında idi. Uşaqlar qışqırdılar: "Abbas yaralanıb. Qəlpə dəyib". 768
Bir qəlpə Abbasın sinəsini yarmışdı. Halı yaxşı idi; sakit və arxayın. Onu Sərdəştə çatdırmaqdan ötrü tez yola düşdük, amma oraya çatmamış Haqq-Taalanın görüşünə nail oldu. 769
Cəbhədə 6 il iştirakımızla şəhidləri şəhadətlərindən öncə tanımaqda ustalaşmışdıq. Abbas barədə də proqnozumuz doğru imiş. 769
Bir-bir uşaqların şəhadət xəbəri gəlirdi. Seyid Əhməd Xəyyat Nuri də şəhadətə qovuşmuşdu. Seyid hər bir kəşfiyyat və əməliyyata kəfənlə gedər, yayda-qışda, bayramda və matəmdə – həmişə paltarlarının altından qara köynək geyinərdi. Uşaqlar bunun səbəbini soruşanda demişdi: "Mən öldüyümə görə özümə əza saxlayıram". O, tanınmaz qalmış arif uşaqlardan idi, bu dünya həyatını ölüm bilirdi. Şəhid olanda 20 yaşı olsa da, illərlə riyazət çəkmiş qoca arif kimi idi. O, hətta əlyazmalarını da elə yazırdı ki, hamı istifadə edə bilmirdi və dostundan xahiş etmişdi ki, ondan sonra yazılarından heç nə qalmasın. 769
Sonradan onun işlətdiyi sözlərin sirrini tapıb bir neçə yazısını oxuya bildik və anladıq ki, o, şəhadət zamanını və necə şəhid olacağını da yazıbmış. O, 06.08.87 tarixində Qurban bayramı günü şəhadətə qovuşdu. 769
Kərim Hörməti də tezliklə Baxtərana gəlib bütün uşaqlara məzuniyyət verdi. Mən də Kərimlə birgə təcili yardım maşını ilə Təbrizə qayıtdım. 769
III 769
O müddətdə hərəkətlərim artmışdı. Özümü gücə saldığıma görə böyrümün yarasının şişdiyini və ondan başqa bir şeyin çıxdığını hiss edirdim. Bir gün beynimə bir fikir gəldi; evdə bir iynəni kibritin alovunda qızdırıb böyrümün yarasına basdım. Birdən bir dəlik açıldı və oradan çoxlu çirk axmağa başladı. Yaranı bağlatdırmaq üçün tibb məntəqəsinə getdim. O günlərdə ağa İsmayıl Fərəhmənd yaraları sarıyır və adamın başına həqiqətən, oyun açırdı. O, yaramı görən kimi pinseti götürüb bir qədər qurdaladı və dedi: "Sənin yaran hələ yaxşılaşmayıb, təkcə üstü örtülüb". Sonra qayçını götürüb yaramın içinə saldı. Ağrıya dözüm deyə keyitmə iynəsi vurmuşdu. Yaranın ətrafını açdı və sterilizə olunmuş tənziflə içindəki çirki bir neçə dəfə təmizlədi. Tapşırdı ki, yaranı təmizləmək üçün hər gün oraya gedim. Elə də etdim və nəhayət, çirk yavaş-yavaş azaldı, demək olar, tam təmizləndi. Onuncu gündən yara sağalmağa başladı, yeri isə bir yumruq boyda çökək qaldı. 769
Təbrizdə fürsətdən istifadə edib ayağımın vətər transferi əməliyyatını etdirmək istədim. Doktor Bərzgər dedi: “Vətər və sinir əməliyyatlarını Təbrizin Şəhidlər xəstəxanasında edirlər”. Ertəsi gün oraya getdim və əməliyyata tələsdiyimdən dedim ki, İmam Xomeyni xəstəxanasında növbəm çatmışdı. 770
Orada xəstəxanada yatmağımı söylədilər. Təsadüfən, Xəlil Mehdizadə də oraya gəlmişdi. Onunla bir palatada yatdıq. Palatamızın üçüncü adamı qoca bir kişi idi; yol yeriməyi pis deyildi, amma o da əməliyyat olunacaqdı. Palata yoldaşlarımın qəribə işləri olurdu və başımızı yaxşı qarışdırırdı. Xəlil səhərdən axşama qədər danışıb səs-küy salırdı. Qocanın da özünəməxsus işləri və terminləri vardı. O, əməliyyatdan sonra başımıza oyun açdı. Ah-naləsi kobud sözlərlə əvəzlənmişdi və daha ona əhəmiyyət vermirdik. 770
Xəlil məndən öncə əməliyyata girdi. Topuğundan yanına qədər tikiş atıb sarımışdılar. Onun siatik nevralgiya əməliyyatını doktor Şərəbyani etmişdi. Xəlil özünə gəlməzdən öncə onu müayinə etməyə gəldi, mənə tapşırdı ki, əsla hərəkət etməməli, əyilməməli, qalxmamalıdır və əməliyyat nəticə verənə qədər bu şəkildə uzanmalıdır. Lakin Xəlil özünə gələndə elə atılıb-düşürdü ki, mən fikirləşdim xəstəliyi bir yana, bu hərəkətlərlə onun sağlam sinirləri də qırılacaq. İki-üç gündən sonra da dostları ilə əlaqə saxlayıb dedi ki, gəlib onu əzadarlığa aparsınlar. Məhərrəm ayı idi və dəstələr əzadarlıq edirdilər. Xəlil ağa da dəstəyə qoşulmaq həvəsinə düşmüşdü. Getdi və nəticədə əməliyyatdan heç bir xeyir görmədi. 770
Həmin günlərdə mənim əməliyyat növbəm çatdı. Uzun müddət idi o günü gözləyirdim və düşünürdüm ki, bu əməliyyatdan sonra tam sağalacağam. O vaxta qədər ayağımı özüm idarə edə bilmirdim, hər an qatlana və mən yıxıla bilərdim. Sevinə-sevinə əməliyyat otağına getdim, lakin başıma gələcək hadisədən xəbərsiz idim. Çarpayıda özümə gələndə başımın üstə farsdilli bir həkim vardı. Mənə dedi: "Bəxtin yaxşıdır". 770
– Necə məgər? 770
– Əməliyyatın ortasında doktor Şərəbyaniyə zəng vurdular, gəlib əməliyyat elədi. 770
Doktor Şərəbyaninin əməliyyat etməsini çox istəyirdim. Ayağımın yuxarısında yerləşən və işi ayağı açıb-bükmək olan iki vətər qırılmışdı. Əməliyyatda aşağıdakı vətərlərdən birini dizimə peyvənd etmişdilər ki, öz-özünə qatlanmasın və onu iradəmlə açıb-bükə bilim. Topuqdan qurşağa qədər bütün ayağımı gipsə salmış, sarığını dəyişmək üçün yalnız tikiş atılmış yerləri açıq qoymuşdular. Sol tərəfdən dizdən yanıma qədər tikiş atmış, diz qapağımı da əməliyyat etmişdilər. 770
O vəziyyətdə xəstəxanada qaldım və uşaqlar bəzən məni görməyə gəlirdilər. Kərim gələndə yenidən getməkdən söz düşdü, amma bu dəfə ayağımın tam sağalmasını gözləmək istəyirdim ki, cəbhəyə qayıdanda əməliyyat və kəşfiyyatlarda iştirak edə bilim. 770
Xəstəxanadan buraxıldım və əməliyyatdan 20 gün sonra müayinəyə getdim. Doktor müayinə edərkən dedi: "Barmaqlarını tərpət... Ayağını boşalt və sıx..." Nəhayət, tapşırdı ki, ayağımın gipsini açsınlar. Gips açıldı, amma ayağım bükülmədi. O vaxta qədər doktor deməmişdi ki, əməliyyatdan sonra ayağında problem qalacaq. Narahat oldum, amma səbir və Allaha təvəkkül eləməkdən başqa bir yolum yox idi. Bəlkə daha yaxşılaşar deyə doktorun tövsiyələrinə əməl etməyə çalışdım. İki gün onun yanına getməyimi tapşırmışdı. Getdim və sözləri ayağımı idarə etməyə yaxşı kömək etdi. Dedi ki, ayağın qatlansa da, yalnız 90 dərəcə qatlanacaq, çünki bu əməliyyatda ondan artığına imkan yoxdur. Lakin mən ayağımı açmaq istəyəndə dizim qatlanırdı, qatlamaq istəyəndə isə açılırdı. Bu nöqsanın səbəbkarı mənim iradəm deyildi. Əslində, işi ayağı qatlamaq olan vətərlərdən biri işi ayağı açmaq olan və qırılmış vətərlərin funksiyasını yerinə yetirirdi. 771
İki gün həkimin yanında yeridim, məşq elədim, tapşırıqlarını yerinə yetirdim və sonra fizioterapiyaya getdim. Bu iradəsiz iş əvvəllər məni gic edirdi, amma yavaş-yavaş vərdiş elədim. Ayağım 180 dərəcə açılırdı, amma qatlanması problem idi və hətta oturanda ayağımı uzadırdım. Bir ay idi xəstəxanada, evdə və fizioterapiyada ayağımla məşğul idim və cəbhəyə çox darıxmışdım. Məzuniyyətdə olan uşaqlar tez-tez mənə baş çəkirdilər. Kərim Hörməti gəlib cəbhəyə getmək istədiyini deyəndə vədələşdik və yenə təcili yardım maşını ilə Əhvaz qarnizonuna yola düşdük. Artıq qəbul etmişdim ki, müharibənin sonuna qədər cəbhədə bu şəraitdə olacağam. 771
I 772
Diviziya Əhvazın Hava Hücumundan Müdafiə qarnizonuna yerləşmişdi. Uzun müddətdən sonra orada əziz dostum Məhəmmədhüseyn Əlipərəstini gördüm. O, diviziyaya yeni ezam olunmuş və kəşfiyyat bölüyünün komandir müavini təyin edilmişdi. Onunla Zeyd bölgəsində işlədiyimiz vaxtdan dost olmuşduq. Bir neçə ildən sonra yara və çirkdən yeni xilas olmuş mənə təəccüblü baxışları maraqlı idi. 772
Əhvazda bir neçə gün qalandan sonra Kərim dedi ki, qarnizonu təhvil verib Dezfula getməliyik. 772
Əhvazın Hava Hücumundan Müdafiə qarnizonu ilə vidalaşmaq, unudulmaz xatirələrimizi yaşadığımız yerlə vidalaşmaq demək idi. O qarnizonda nə qədər dostlarımızla qardaşlıq əqdi oxumuş, onlardan şəfaət sözü almışdıq. Artıq onlar bizə şəhadət məqamından baxırdılar. Qarnizonun hər yeri kəşfiyyat uşaqlarının gecə namazlarına mehrab olmuşdu və Aşura diviziyasının şəhidlərinin, xüsusən də ağa Mehdi Bakirinin mənəvi ətrini hələ orada duymaq olurdu. Bu baxımdan, o müqəddəs məkandan ayrılmaq bizə vücudumuzun bir parçasından ayrılmaq qədər ağır və acı idi. Lakin başqa yol yox idi və biz yaşlı gözlərlə qarnizondakı son anlarımızı yaddaşımıza köçürüb Dezfula yola düşdük. 772
Dezfulda Şəhid Bakiri qarnizonunun bayırında çadır qurduq. Qarnizon keşikçilərinin və batalyonların şəxsi heyətinin kəşfiyyatçıları görmələrini istəmirdik. Əvvəlcə Kərbəla şəhidləri batalyonunun çadırlarını, sonra bütün uşaqların sığınacağı olan böyük bir məscid çadırını, məscidin o tərəfində də komandir çadırı olaraq iki yan-yana çadır qurduq. Mən Kərim Hörmətinin çadırında qalırdım. Mənsur Furqani, Əsğər Abbasquluzadə və Məhəmmədhüseyn Əlipərəsti də orada qalırdılar. Gələcək əməliyyata vaxtımızın olduğunu düşünüb bikar qalmamaq üçün təlim-məşq proqramları hazırladıq. Qərara gəldik ki, kəşfiyyat bölüyü yaratmış Zəncan briqadasında məşq edək. Kəşfiyyat bölüyünün ixtiyarında olan Kərbəla şəhidləri batalyonuna da təlimlər nəzərdə tutduq və uşaqların vaxtları müxtəlif dərs və məşqlərlə doldu. 772
Uşaqlar çadırlara qan qrupuna uyğun olaraq bölündülər: nadinclər bir tərəfə, möminlər bir tərəfə. Kərim Ahənc, Yusif Sarimi, Məhəmməd Purnəcəf, Həsən Abidi və Mirdavud Hüseyni bir çadıra, Firidun Neməti, Cəlal Xəlilzadə və Əbülqasim Vətənpur başqa bir çadıra yerləşdilər. Əlbəttə, Həsən Əbdi hansı səngərdə olsaydı, səhərdən axşama qədər bütün işlərdə gülüş və zarafat olurdu. Qardaş Əbdi möminlərin çadırını təcili yardım adlandırırdı, çünki gündüzlər istirahət etmək üçün çadırlarının ortasından ağ pərdə çəkmişdilər. 772
Təlim məşqləri davam edirdi. Mən Mənsur Furqaninin və Əsğər Abbasquluzadənin dərslərində iştirak edirdim. Əmin idim ki, dərslər xüsusən yeni qüvvələrə çox yaxşı və faydalıdır. Həmin əsnada diviziyanın kəşfiyyat bölüyünün komandiri Kərim Hörməti xəbər gətirdi ki, Aşura diviziyası Dezfulun Şəhid Bakiri qarnizonundan Təbrizin Şəhid Qazi qarnizonuna köçürüləcək. Bu yerdəyişmənin əsas səbəbi o idi ki, Aşura diviziyasının tapşırıq yeri cənubdan qərbə keçirdi və diviziyanın əsas bazasının əməliyyat yerinə yaxın olmasını istəyirdilər. Tezliklə batalyonlar da Şəhid Qazi qarnizonuna yola düşdülər. Hamı kimi mən də xatirə dolu cənub bölgəsindən əşyalarımı toplayıb Təbrizin Şəhid Qazi qarnizonuna köçdüm. 773
*** 773
Qarnizonun önündəki üç binanın biri kəşfiyyat bölüyü üçün nəzərdə tutulmuşdu, digər iki bina da idari qərargah və tribunal üçün. Kəşfiyyat bölüyünün tabeliyində olan Kərbəla şəhidləri batalyonu qarnizonun son hissəsində yeməkxanaya yaxın kazarmalara yerləşdi. Orada əlavə dörd bina da vardı, Həbib və İmam Hüseyn (ə) batalyonları da orada qalırdılar. 773
Yerdəyişmədən sonra əslində, həm də Kərbəla şəhidləri batalyonunun komandiri olan Kərim Hörməti məni komandir əvəzi təyin etdi və şəxsi heyətin təlim işlərini mənə tapşırdı. 773
Təlimlər başlandı. Səhər idmanı və gecə məşqləri daha çox qarnizonun arxasındakı təpədə baş tuturdu. Müəllimlərin keçdiyi dərslər şəxsi heyətdə yaxşı fiziki hazırlıq yaradırdı. 773
Batalyonlar cəbhənin həmişəki mənəvi halını Şəhid Qazi qarnizonuna gətirmişdilər. Uşaqların əzadarlığa, sinə vurmağa xüsusi marağı hansısa bölgəyə aid bir şey deyildi. Harada olsaydıq, harada imkan yaransaydı, İmam Hüseyn (ə) və İmam Mehdi (ə) yad olunurdu. Əzadarlıqlar adətən, Şəhidlər sərvəri Hüseyn ibn Əlinin (ə) və onun ailəsinin müsibəti ilə başlayıb həzrət Fatimeyi-Zəhraya (ə) təvəssüllə və şəhid dostlarımızı xatırlamaqla davam edirdi. 773
Taqım komandiri qardaş Əziz Bəylər bu mərasimlərdə qabağa düşən adamlardan idi. Birinci bölüyün komandiri Amanullah Amani də əzadarlıq üçün Təbrizdən məddahlar gətirirdi. 773
O, Beytülmüqəddəs-2 əməliyyatında şəhadətə qovuşdu. 773
Batalyonun komandir əvəzi vəzifəsini qəbul edəndən bütün təlimlərdə iştirak etməklə uşaqları həvəsləndirməyə çalışırdım. Təpəyə çıxanda həmişə çətinlik çəkirdim, sol ayağım dizdən qatlanmırdı və 5 santimetr hündürlüyündə bir daşın da üstündən keçirə bilmirdim. Ya bütün bədənimi yuxarı dartmalı, ya da kənardan keçməli idim. Bu vəziyyətdə daşlı təpələrə çıxmaqda uşaqlarla ayaqlaşmaq çətin idi, amma mən təslim olmağa gəlməmişdim, zəif cəhətimi göstərməmək üçün bütün səyimi toplayırdım. Bir dəfə batalyonun şəxsi heyəti ilə gecə döyüşünə gedəndə digərlərindən öndə hərəkət edir və uşaqları təpəyə çıxarırdım. O zaman uşaqların bir-birinə belə söylədiklərini eşitdim: "Bu adam belə vəziyyəti ilə bizə bu qədər zülm edir, gör sağlam olsaydı, nə edərdi!" Bilmirəm, bəlkə də sağlam qalsaydım, o qədər yara, çirk və yataq günlərini arxada qoymasaydım, bu qədər qeyrətlə və yorulmadan işləyə bilməzdim. 773
Gündüzlər bir-birinə oxşar proqramlarla dolurdu, amma yeknəsəqlik və təkrarçılıq olmurdu. Hər bir dərsdə yeni məsələ və təcrübələr öyrədilirdi. Nəhayət, Şəhid Qazi qarnizonunda eyni vaxtda iki hadisə baş verdi. Birincisi kəşfiyyat bölüyünün uşaqlarının bir qisminin cəbhəyə getməsi idi, ikincisi isə bu idi ki, Həbib ibn Məzahir, Kərbəla şəhidləri, Seyyidüş-şühəda, İmam Hüseyn (ə) və Qasim batalyonlarına Rəhmanlı bölgəsinə gedib əməliyyata hazırlaşmaları əmr olundu. 774
Kəşfiyyat uşaqlarının getməsi çox qəlbimi qırdı. Get-gedə həmişə qalanlardan olduğumu hiss edirdim. Lakin ümidim buna idi ki, batalyona tapşırıq verilir, vəziyyət yaxşılaşır və batalyonda vəzifəm olduğuna görə mütləq əməliyyatda iştirak edəcəyəm. 774
*** 774
Rəhmanlıda buraxılış məntəqəsindən girəndən sonra yolun yuxarısında Kərbəla şəhidləri batalyonu, sol tərəfində Həbib, sağ tərəfində də Bəqiyyətullah batalyonu yerləşdi. 774
Təchizat bölməsindən çadır və digər əşyalar almaqda çətinliklə üzləşdik, amma hər halda, hamı yerbəyer oldu, düşərgə təkmilləşdi və yenə dağ əməliyyatlarına uyğun təlimlər başlandı. Bizim batalyonumuzda bu təlimlər manevr və piyada yürüşlərlə məhdud olurdu. 774
Qış gəlmişdi. Qarın yağmaması soyuğun şiddətinə təsir etmirdi. Manevrlər davam edirdi, amma təbii səviyyəyə çatmağa hələ çox vardı. Kəskin soyuq olsa da, hər zaman uşaqlarla birgə təlimdə iştirak edirdim. Təpələrə çıxmaqla və dağların cığırlarında uzun yollar getməklə dağ şəraitinə hazırlaşmağa çalışırdıq. Gecələr dənizdən əsən külək soyuğu gücləndirirdi və bəzən gecə məşq etdiyimiz yerdə qar yağırdı. Bizim bölgədəki son manevrimiz qarın amansız yağıntısı altında baş tutdu. 774
O şəraitdə bütün şəxsi heyətin üzləşdiyi ümumi problemlərdən əlavə, bizim batalyonumuzun başqa problemləri də vardı. Diviziyanın əməliyyat bölgəsinin cənubdan qərbə dəyişməsi isti havaya adət etmiş şəxsi heyəti birdən soyuqla və daşla üz-üzə qoymuşdu. Düşərgə Urmiya gölünün yaxınlığında idi və göldən əsən küləklər soyuğu bir neçə dəfə artırırdı. Cənubda bir neft çırağının istisinə qızışan çadırlar Rəhmanlının soyuq və qarlı havasında qızmırdı, bir nəfər dörd ədyalla da isinə bilmirdi. 774
Əksər batalyonlarda çay problemi vardı. Çay isti bir içki kimi soyuğa dözümü müəyyən həddə asanlaşdırırdı. Lakin çay içmək üçün qənd çatışmazlığı vardı. Qənd adambaşına sayla verilirdi, batalyonlarda və bəzi iclaslarda hər adamın gündə neçə ədəd qənd istifadə etməsi müzakirə olunurdu. 775
Bu ümumi problemlərdən əlavə, bizim yeni batalyonumuzun digər problemləri də vardı. Bizdən başqa bütün batalyonlara təchizat işlərini görmək üçün toyota maşını verilmişdi. Bizim batalyonumuzun maşını isə xarab bir land rover idi və mən sürə bilmədiyimdən adətən, uşaqlar sürürdülər. Bu maşın batalyonun ərzaq və əşyalarını daşımağa yetmirdi. Təchizat baxımından da vəziyyətimiz pis idi. 775
Çatışmazlıqların əsas səbəbi bu idi ki, bizim batalyonumuz yeni yaradılmışdı və bu problemlər yeni yaranan bütün batalyonlarda olurdu. Əlbəttə, zirək və çevik uşaqlar bu qüsurları müəyyən həddə aradan qaldırırdılar. Mənim köməkçim Kərim Dehqanzadə çox cəsur və zirək idi. Onun yanında çatışmazlıqdan danışan kimi dərhal gedib haradansa “tapırdı”. Bir gün bəzi uşaqların çıraqsız qalması xəbəri gəldi. Kərim də daxil olmaqla iki-üç nəfərə dedim: "Uşaqlar çıraqsız qalıblar, nə edək?" 775
– Mənim bir dostum var, gedib ondan alaram, problem deyil. 775
Kərim bunu deyib getdi. Bir saat ötmədən bir qutu çıraqla geri döndü. 775
– Kərim, bunları haradan gətirdin? 775
– Dostumdan. Görürsən, necə səxavətlidir?! 775
Ertəsi gün adət üzrə Həbib batalyonuna dostlarıma baş çəkməyə gedəndə batalyonun təchizat bölməsinin rəisi Məhəmmədəli Zeynalvənd deyirdi ki, bir qutu çıraqları itib. 775
Kərim belə məxfi əməliyyatlarda ustalaşmışdı və hətta iş o həddə çatmışdı ki, Həbib batalyonunun təchizat konteynerinin aşağı hissəsində düzülmüş turşu bankalarından götürüb hər taqıma birini vermişdi. 775
– Allah güclüləri yaradıb ki, zəiflər onlardan qidalansınlar. 775
İslami hücum və əks-hücum növləri batalyonlar arasında yayılmışdı və hücumlar adətən, Həbib batalyonuna və anbarları zəngin olan digər batalyonlara yönəlirdi. 775
Həbib batalyonunda Cəlal Zahidinin çadırı bizim toplaşma yerimiz olmuşdu. Qardaş Sövdagər və Fərəc Quluzadə ilə yaxın münasibətimə görə hər bir neçə gündən bir onların çadırına qonaq olurdum. Gündüzlər yaranan imkanlarda da uşaqlar bir çadırdan o birinə qonaq gedirdilər. Bəzən Məhəmməd Purnəcəflə Həsən Əbdi bizim çadırımıza gəlir, zarafat və gülüşləri hamını oraya toplayırdı. Bütün uşaqları Həbib batalyonunun ərazisində tikilmiş məscidin camaat namazlarında tapmaq olurdu. Bu namazxana eni 10, uzunluğu isə 20 metr olan bir neçə böyük çadırdan düzəldilmişdi. Camaat namazları, əzadarlıqlar, çıxışlar və bütün batalyon üçün nəzərdə tutulmuş digər proqramlar orada baş tuturdu. Əzadarlıqda bəzi dostların siması həqiqətən, nurlanırdı. Səid Etidadi, Əziz Bəylər, İbrahim Əlinejad və Cəlal Zahidi belələrindən idilər. Səid Etidadi bizə yeni qoşulmuş 16 yaşlı və çox sevimli bir yeniyetmə idi. 775
O, Beytül-müqəddəs-2 əməliyyatında göstərdiyi böyük rəşadətlərdən sonra şəhidlərin cərgəsinə qatıldı. Mən onun məsum çöhrəsini heç vaxt unutmayacağam. 776
Hər gecə təlim məşqlərimiz olurdu. Qarın, yağışın və küləyin amansız zərbələri altında donmuş əllərlə təpəyə çıxmağın nə olduğunu bilirdim, amma mənim yaddaşımda elə bir xatirə vardı ki, bütün soyuq və çətinliklər onun yanında heç idi. Bu xatirə Vəlfəcr-8, Kərbəla-4 və Kərbəla-5 əməliyyatında dalğıcların çəkdiyi əzab-əziyyətlərdən ibarət idi. Mən eşqin qüdrətini onlarda görmüşdüm. 776
Gecə təlimlərinin nəticəsi briqada səviyyəsində keçirilən manevrdə briqada və diviziya rəhbərləri tərəfindən dəyərləndirilirdi. Manevrə qardaş Cəmşid Nəzmi başçılıq edirdi. Batalyonlar iki-iki hərəkət etməli idilər. Həbib batalyonu bizə yoldaş olmuşdu. Daha dəqiq dəyərləndirmə üçün manevri əməliyyat bölməsinə bənzər bir şəraitdə həyata keçirirdik. Oradakı yüksəklik gələcək əməliyyatda ələ keçirməli olduğumuz yüksəkliyə çox bənzəyirdi. Manevrdə maneələrdən və partladıcı şəbəkələrdən istifadə edirdik və düşmən rolunu oynayanlar bizə doğru havaya atəş açmaq haqqına sahib idilər. Bunlar manevri həqiqi döyüşə bənzədirdi. Hər batalyon üç istiqamətdə bölük kimi hərəkət edir, dağa çıxandan və şərti düşmənin mövqelərini ələ keçirəndən sonra digər istiqamətdən hücuma keçmiş batalyonla birləşirdi. 776
İki batalyonun çıxışından sonra növbə digər batalyonlara çatırdı və onlar da təyin olunmuş yolla iki-iki hərəkət edirdilər. Komandirlərin yekun dəyərləndirməsinə görə Həbib və Kərbəla şəhidləri batalyonlarının manevri digərlərindən yaxşı olmuşdu. Bu isə o demək idi ki, təlim zamanı ciddiliyimiz, tələbkarlığımız və gecə yürüşlərimiz bəhrəsini vermişdi. 776
Manevrdən bir neçə gün sonra briqada komandirimiz qardaş Cəmşid Nəzmi mənimlə birgə iclasa getməli olduğunu bildirdi. Düşündüm ki, iclas əməliyyat üçün batalyonların bölgülərindən ötrüdür. Batalyonumuzun yüksək hərbi hazırlığına görə bizi ilk hücuma daxil etmələrini gözləyirdim. Həmin gün qardaşlardan Məhəmməd Sövdagər, Hüseyn Əbülqasimzadə, Seyid Möhsün Musəvian, Yasir Zirək, Kərim Hörməti, Məhəmmədhüseyn, Nəsr-7 əməliyyatından sonra Qasim batalyonunun komandiri təyin edilmiş Hacı Mustafa Əkbəri və qardaş Nəzminin özü ilə birgə yola düşdük. 776
II 777
İlk dəfə idi Mavuta gedirdim. 777
Kəşfiyyat bölüyünün uşaqları Sərgəlo təpəsinin sinəsində beton səngərləri olan bir düşərgəyə yerləşmişdilər. Sərgəlo Qamu yüksəkliyindən ayrılmışdı və üzərində Şəhid Davudabadi adlı başqa bir düşərgə də vardı. Bu yüksəkliyi İslam qüvvələri 1987-ci ilin baharının ilk günlərində Kərbəla-10 əməliyyatında fəth etmişdilər. Kərbəla-10 və Nəsr-4 əməliyyatlarından öncə düşmən qüvvələri Çuman çayının o tayında idilər, bizimkilər bu tayında. Bu əməliyyatlardan sonra Mavut şəhərinin ətrafındakı yüksəkliklər Qalaçulan çayına qədər azad olunmuşdu. Son hücumları təkmilləşdirmək və Qalaçulan çayından keçmək məqsədilə baş tutmuş axırıncı əməliyyat Nəsr-8 əməliyyatı idi. O əməliyyatdan sonra Girdərəş yüksəkliyi də İslam qüvvələrinin əlinə keçmişdi. Girdərəş sərt yoxuşları olan hündür bir dağ idi, ona qalxan yolda 38 döngə vardı və avtomobillər bu döngələri sükanı bir dəfə tam döndərməklə keçə bilmirdilər. 777
Sərgəloda yerləşən düşərgə Şəhid Bəni-Haşim düşərgəsi idi, əvvəllər Şəhid Qəhvəçian mövqeyi ilə məşhur olmuşdu. Orada kəşfiyyat bölüyünün səngəri komandir səngərindən hündürdə yerləşirdi. Kərim Hörmətinin o tərəfə getdiyini gedəndə soruşdum: "Məgər sən iclasa gəlmirsən?" 777
– Yox, sən get, gör nə xəbər var, mən burada gözləyirəm. 777
Komandir səngərinə getdim. İclas adət üzrə bir qədər Quran oxunuşu ilə başlandı və qardaş Əmin Şəriəti giriş sözlərindən sonra diviziyanın ilk əməliyyat layihəsini açıqladı: "Bütün bölgədə Aşura, Seyyidüş-şühəda, Həzrət Rəsul, Kərbəla və Nəsr diviziyaları vahid cəbhə formasında düşmənə hücuma keçəcək. Qamış dağı bölgənin açar yüksəkliyidir. Onu ələ keçirmək Aşura və Seyyidüş-şühəda diviziyalarının üzərinə düşür". 777
Buraya qədər söhbətlər hamıya həzz verirdi. Çünki bizim diviziyamız ən mühüm və ən çətin tapşırığı yerinə yetirəcəkdi. Növbə batalyon bölgüsünə çatdı. Bu barədə diviziya komandirinin planı belə idi: “Bizim diviziyamızın iki batalyonu hücuma keçib düşmən mövqeyini tutacaq, digər iki batalyon sonradan Qucar və Qamışın arasındakı cığırla yola düşüb onlara dəstək verəcək. İki batalyon da onlarla birləşib əməliyyatı davam etdirmək üçün Ulaqlıya doğru gedəcək”. 777
Dostları ilə paylaş: |