ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə12/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

İBADƏTİN FORMASI


Bəşər həyatının ümumi və sabit bir yönləri vardır ki, hərəkət trayektoriyası və orbitinin hökmünə oxşayır. Eləcə də o, hərəkət mərhələlərinin hökmünə malik olan bir sıra dəyişkən yönlərə də malikdir. Bu, eyniyə həm sabit, həm də mütəhərrik (dəyişkən hərəkətdə olan) ulduzlara bənzəyir. Mütəhərrik dedikdə məqsəd budur ki, iki zaman anında eyni bir nöqtədə olmasın. Sabit dedikdə məqsəd budur ki, onun hərəkət mədarı (orbiti və yolu) sabitdir, öz orbitindən hətta bir millimetr olsun belə kənara çıxmır, öz orbitində hərəkət edir. Bəşər həyatında həyat yolunu təyin edən şərtlər və şəraitlər sabit, həyatın müxtəlif mərhələləri ilə əlaqədar olan şəraitlərdə isə dəyişkən olmalıdır. Biz bunu nəzərdə saxlamalıyıq ki, görəsən islam dini bəşər həyatının yoluna, həyat və hərəkət kadrına diqqət yetirmişdir, yoxsa mərhələlərə. Gördüyümüz kimi, bizim adi qanunlarımızdan bəziləri mərhələvi yönə malik deyil, əksinə orbir xarakterli qanunlardır. Qeyd etdik ki, islam qayda-qanunları ya insanın Allah ilə, yaxud insanın özü ilə, yaxud da insanın təbiətlə və ya insanın digər ictimai fərdlərlə olan rabitəsini göstərir.

İnsanın Allah ilə olan rabitəsi Allaha aid olduğuna görə onda heç bir dəyişiklik baş vermir. İnsanın özünə aid olanlarda bu mətləbin məğzini təşkil edənlər də dəyişkənlik qəbul etmir. Amma öz şəkil və formasında müəyyən dəyişikliklərə məruz qalır ki, bu da şəraitlərə tabedir. Biz görürük ki, islamın özü bu dəyişiklikləri qəbul etmişdir. Məsələn, namazı götürək: Əmr olunur ki, namaz qılın, lakin sonra deyilir ki, namazı ayaq üstə qılın, əgər bacara bilməsəniz oturan halda qılın. Oturan halda mümkün olmasa, sağ tərəfi üstə uzanın, bu da mümkün olmasa arxası üstə uzanın. Əgər bunu da bacara bilməsəniz işarə ilə qılın. Şərait nə qədər dəyişirsə, namazın forma və qurluşu da ona uyğun olaraq dəyişilir.

Fəqihlər inanırlar ki, qərq olunan şəxsin həmin halda qıldığı namaz, namazın əvəzinə olan bir şey deyil, elə həqiqətən qılınan namazdır. Yəni qərq halında olub özünü qurtarmağa çalışan və bu halda namazı rüku, səcdə, qiraət və s. şeyləri olmadan yalnız işarə ilə qıla bilən şəxsin namazı həqiqətən namaz sayılır. Ümumiyyətlə namaz vahid bir mahiyyətdən ibarətdir ki, onun ayrı-ayrı fərdləri bu qədər dəyişkənlik tapır, fərdlərinin şəkli bu qədər dəyişilir. Yəni rüku, səcdə və s. namazın məğzi deyil, sadəcə olaraq onun formalarıdır. (Səfər və xovf halındakı) iki rəkətli namaz dörd rəkətli namazın əvəzedicisi deyil, doğrudan da namazdır. Eləcə də dörd rəkətli namaz doğrudan da bir namazdır. Yəni bir kəs üçün namaz dörd rəkətli, digər bir şəxs üçün iki rəkətlidir; eləcə də bir şəxs üçün ayaq üstə, digər bir şəxs üçünsə oturan haldadır; bir şəxs üçün dəstəmaz ilə, digər bir şəxs üçün təyəmmümlədir. Fəqihlər arasında “əcza” adlı bir məsələ vardır. O da bundan ibarətdir ki, görəsən, zərurət və çıxılmaz halda yerinə yetirdiyimiz namaz ixtiyar halında qılmalı olduğumuz namazın əvəzini ödəyirmi? Əgər bu halda qılmışıqsa, yenidən qılmalıyıqmı? Onlar deyirlər ki, xeyr, təyəmmüm edərək yerinə yetirdiyin namaz belə deyil ki, namaz sayılmasın və icalətən başqa bir şey olsun, namazın özü isə şəxsin öhdəsində qalsın. Ümumiyyətlə bir nəfərin namazı dəstəmazladır, digərininki təyəmmümlədir. Əgər təyəmmümlə qılınmalı olan namaz dəstəmazla qılınsa düzgün sayılmır. Şərait nə qədər dəyişilsə qeyd olunuduğu kimi bəşərə aid olan qismlərin bəziləri (insanın Allahla olan rabitəsində) dəyişilir ki, biz də buna aid bir misal qeyd etdik.

Digər bir misal səfərdir. Qədimdə deyirdilər ki, dörd fərsəxlik səfər həqiqi səfər sayılır. Lakin şəraitin dəyişildiyi bu günkü dövrdə belə bir şübhə yarana bilər ki, nə üçün səfər məhz dörd fərsəxlik olmalıdır?! Əlbəttə bu məsələ yəni orucun açılmalı, namazın şikəstə qılınmalı olan səfərlərin hökmən dörd fərəx olması tam qəti bir məsələ deyildir; bu, ictihadla əlaqədər olan bir məsələdir və Şiə fiqhində (şiə hədislərində) üç ünvanla bəyan olunmuşdur.1

Soruşmuşlar ki, insan hansı miqdarda səfər etsə namazı şikəstədir? Bəziləri cavab vermişlər ki: “Bir bəridin (məktub aparan şəxsin) bir gündə getdiyi yol qədər.” Digər rəvayətlərdə isə məsiyrətu yovmin yəni bir günlük vaxtı alan yol qədər” qeyd edilmişdir.

Fəqihlər demişlər ki, səfərdə üç şeydən biri meyar hesab olunur: Ya dörd fərsəx, ya bir bəridin getdiyi yol qədər, ya da bir günlük qət olunan yol qədər yol getməlidir. Bəridin ehtimalı çox zəifdir. Ya bir günlük səfər, ya da gedib-qayıtmağı 8 fərsəx olan yol meyardır. (8 fərsəx bir günlük yola bərabər hesab olunur.)

İndi əgər müəyyən bir dəyişiklik baş versə, yəni bir günlük yol 8 fərsəx deyil, 100 və ya 200 fərsəx olsa, belə bir ehtimal yaranır ki, səfərdə əsas meyar “məsirətu yovmin” olsun. Qədim dövrlərdə 8 fərsəx ona görə deyilmişdir ki, 8 fərsəx yol bir günlük gedilən yolun nümunəsi idi. Deməli, əgər səfər vasitələri dəyişilsə və “məsirətu yovmin” 8 fərsəxdən 80, 800 və yaxud 8000 fərsəxə qədər dəyişilsə bu halda biz “məsirətu yovmin” meyarına tabe olmalıyıq. Əgər bir şəxs bu məsələni belə bəyan edərsə, onun dediyi islamın ziddinə deyil, sadəcə olaraq ictihadla əldə etdiyi bir məsələdir.

Bəli, burada bir mətləb də vardır ki, fəqihlər onun üzərində çox israr etmirlər. O da bundan ibarətdir ki, islam dini bənasını güzəştə, asanlığına qoyduğuna görə belə bir ehtimal irəli gəlir ki, hətta bir zaman müddətində müəyyən qrup insanlar üçün meyar olunan şey bu asanlaşdırılmanı bütün zamanlarda bütün insanlar üçün ümumiy etmişdir. Çünki islam dininin əsas məqsədi insanları çətinliyə salmaq olmamışdır. Əgər çətinliyə salmaq məqsədi güdsəydi onda deyərdi ki, bunun ardını tutaq. Lakin onun məqsədi asanlıq üzərində qurulduğundan islamın nəzərinin piyada səfərə gedən insanlar üçün əsas meyarın “məsirətu yovmin” hesab edilməsi, amma cəmmazə ilə hərəkət edərək gündə 50 fərsəx yol qət edənlər, yaxud gəmiylə hərəkət edənlər və şübhəsiz olaraq piyadalardan qat-qat çox yol gedənlər üçün 50 fərsəx yolun meyar əsas götürlməsi ehtimal verilir. Bəzən də çox sürətlə hərəkət edən atlarla səfər edə bilərlər. Yenə də səfərdə qət olunmuş yol qeyd olunanlardan çox-çox idi. Hazırkı dövrdə təyyarə, avtomobil və s. kimi vasitələrlə də səfər edənlərə bunu misal göstərmək olar.1



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin