ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə24/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

CƏHƏT VƏHDƏTİ


Namazdan misal gətirdiyimiz digər bir məsələ də bundan ibarətdir ki, islam namaz vaxtı hamının üzünü bir nöqtəyə çevirməsini buyurur. Halbuki, Quranda aşkar şəkildə buyurulur ki, ibadətin həqiqəti baxımından üzünüzü hər tərəfə çerisəniz heç bir fərq eləmir: Yerin şərqi , qərbi Allaha məxsusdur, hər tərəfə üz çevirsəniz Allah oradadır”.1

İbadətin həqiqət və mahiyyəti baxımından bizim qərbə, şərqə, şimala, cənuba və ya hər hansı tərəfə üz tutmağımızın heç bir fərqi yoxdur. Yəni belə deyildir ki, üzü qibləyə – Kəbəyə tərəf dayandıqda Allahla üzbəüz olarıq, ondan başqa bir tərəfə dayandıqda isə Allahla qarşılaşmarıq. Lakin bununla eyni zamanda islam dini ibadətin ruhu ilə əlaqədar olmayan, yəni ibadətin əsasının ona bağlı olmadığı ictimai və tərbiyəvi bir məsləhət xatirinə belə tərbiyəvi yöndən istifadə edir və buyurur ki, namazı ürək istəyən hər bir tərəfə qılmaq əvəzinə bütün insanlar müəyyən bir nöqtəyə üz tutsunlar ki, başqaları da məqsəddə eyni bir cəhətli olmağın zərurətini başa düşsünlər. Yəni bilsinlər ki, bu iş vəhdət, ittihad, bir cəhətə malik olmaq, bir tərəfə üz döndərmək üçün gözəl bir dərsdir. Lakin qiblə üçün hansı bir nöqtəni seçmək məsələsinə gəldikdə isə, görəsən hansı nöqtəni seçməliyik? Halbuki bütün cəhətlərin Allahın nəzərində bərabər olduğu da deyilir:Yeganə Allaha ibadət olunması üçün düzəldilən ilk məscid məbəd Məkkədədir.”2 Bunu bəyan etməklə eyni zamanda bizi keçmişlə əlaqələndirir: İbrahim (ə) ondan əvvəl olan sünnələrin hamısını yada salın.” Düzdür ki, Kəbə İbrahim (ə)-ın vaxtına tikilibdir, lakin ondan əvvəl də mövcud imiş . Rəvayətlərdən aydın olur ki, İbarhim (ə) Nuh (ə) ya da ondan da əvvəl tikilmiş olan Kəbəni yenidən işləmişdir və onun təmirindən sonra əbədi qalmışdır. Yəni Kəbə heç bir zaman xarab olmayıb və hər vaxt xarab olmuşsa da yenidən düzəldilmişdir.

Bu yerin seçilməsi də bir növ ibadətə ehtiramdır, yəni yer üzündə ibadət məqsədilə yaradılmış ilk nöqtə, ilk məscid, ilk məbəd kimi yerlərdə edilən ibadət mühüm sayılır. Bu gün də biz həmin nöqtəyə üz tutub dayanmalıyıq.

Mən “İran və islamın qarşılıqlı xidmətləri” kitabında bu bəhsi irəli çəkmişəm. Od və atəşin təqdis edilməsi məsələsi zərdüştlərin arasında qədim dövrlərdən bəri, yəni min ildən artıq bir müddətdə təşkil olunan o məclislərdə, xüsusilə Məmunun dövründə və ondan sonrakı dövrlərdə irəli çəkilmişdir. Müsəlmanlar zərdüştlərə, atəşə pərəstiş etdiklərinə görə etiraz edən zaman onlar bəhanə gətirir, bəzən deyirdilər ki, biz atəşə pərəstiş ediriksə, siz də torpağa pərəstiş edirsiniz. Çünki Kəbəyə doğru dayanırsınız. Bəzən də bəhanə gətirərək deyirlər ki, siz torpağa pərəstiş etmədiyiniz kimi, biz də oda pərəstiş etmirik. Bizim oda tərəf dayanmağımızın səbəbi ona pərəstiş etməyimiz deyildir. Bu söz heç bir vəchilə düzgün deyildir. Çünki, müsəlman bir şəxsin Kəbə barəsində keçirdiyi hislər zərdüşt bir şəxsin atəş barəsində olan hisləri ilə çox fərqlənir və hər iki hiss onların dini əqidələrində mövcud olan təlimlərdən qaynaqlanır. Kəbəyə doğru üz tutub namaz qılan şəxs heç vaxt Kəbəni müqəddəsləşdirməyi təsəvvür etmir və hətta bir müsəlman uşağı belə, bir şəxsin namazı qıldığı, rüku və səcdə etdiyi zaman onun Kəbəyə ibadət etdiyini fikirləşməz. Lakin hər bir atəşpərəst hansı növdə olursa olsun – istər Allahın məzhəri ünvanı ilə, istərsə də başqa ünvanlar ilə atəşə sitayiş edir. Onlar heç vaxt “atəşi xaliq hesab edirik”, hər bir bütpərəst də “bütü xaliq hesab edirik” - demirlər, əksinə atəşpərəst bir insan odu, bütpərəst də bütü müqəddəsləşdirir.

Hər bir halda namaz vaxtı hamımızın eyni bir cəhətə, eyni bir istiqamətə dayanmağımız öz növbəsində ibadətə şəkil və forma verməkdir. İbadətin ruhu mücərrəd bir işdir ki, əgər insan xəlvət və sakit bir guşədə də olsa və Sədinin dediyi kimi “boynunu yaxasına salıb öz nəfsilə mühasibədə olsa”, Allahı yad etsə, həmin o ruh onun üçün hasil olmuşdur. Lakin islam belə bir ibadəti qəbul etmir. İslam nəzərindən müxtəlif növlərdə olan rüku və səcdənin şəkillərinin xatırlatma təsirləri vardır, yəni hər bir halət Pərvərdigarın hüzurunda xüzu və xüşunun göstəricisi olmalıdır. İslam bu ruhu həyat üçün lazım bildiyi başqa tərbiyəvi silsilələr qalibində icra etmək istəmişdir.

NAMAZ VAXTI ZƏBTİ NƏFS (NƏFSİ ALLAHDAN BAŞQA FİKİRLƏRDƏN SAXLAMAQ, CİLOVLAMAQ)


İslamın ibadətə verdiyi zahiri (forma) xüsusiyyətlərin ən mühümü ibadət zamanı nəfsin başqa şeylərlə olan əlaqələrini kəsməkdir. Namaz həqiqi, hərtərəfli və çox qəribə bir ibadətdir. Əlbəttə, bu xüsusiyyət həccdə də vardır, lakin başqa formadadır, yəni insan ehram bağlayan zaman özünü müəyyən şeylərdən ayırır, o işləri özünə qadağan və nəfsini cilovlamağı məşq edir. Oruc da bu cürdür, amma başqa bir formada.

Namaz boyu heç nə yemək olmaz, hətta kiçik qənd parçasının belə yeyilməsi namzı batil edir. Namaz islamın tərbiyəvi prinsiplərindən çoxunu ehtiva edir. Namaz halında yeyib-içmək, gülmək, Allahdan başqası üçün ağlamaq, eləcə də sair məsələlərə görə ağlamaq onu batil edir. Buna görə də insan namaz halında öz nəfsani meyllərinə, o cümlədən yemək, yatmaq və s. bu kimi şeylərə qələbə çalmalı, özünün gülmək, ağlamaq kimi duyğularına müsəllət olmalı və özünü saxlamalıdır. Gülmək üçün hər hansı şiddətli səbəb olsa belə o, gülməməli, ağlamaq üçün hər növ şiddətli amil olsa da o, özünü saxlamalıdır.

Sağa-sola əyilmək, o yana bu yana, arxaya baxmaq namazı batil edir. Bu, ruhi və cismi inzibat halətidir. Cismi nəzərdən inzibatçılıq dedikdə bu nəzərdə tutulur ki, namaz halında sağa-sola, arxaya baxmasın, ruhi nəzərdən inzibatçılıq dedikdə isə bu nəzərdə tutulur ki, insan namaz halında öz nəfsani istəklərinin əsiri olmamalı, hissiyyata qapılmamalıdır. Həmin halda nəinki şəriət terminində möhdis adlanan, yəni təharətin aradan getməsinə səbəb olan (yuxu kimi) bir şeyin baş verməsi, hətta əgər şəxsin dilindən insan kəlamı qəbilindən olan bir söz (yəni, insanların bir-birilə danışdığı zaman istifadə etdikləri sözlər) çıxsa namaz batil olur.


Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin