ALLAHA DİQQƏT
Ustad Şəhid Mütəhhərinin otağı xüsusi vəziyyətə malik idi və onun diqqətini bəyan edirdi.
Yaşıl naylona bir “Allah” kəlməsi yazılmışdı, yalnız gecə vaxtı bilinirdi və göstərirdi ki, Ustad gecə yarısı Allah zikrinə məşğuldur və diqqətini Allaha yetirir. O, Allahı özündə mümkün qədər çox cilvələndirmək üçü bütün duyğu üzvlərindən istifadə etmək istəyirdi.1
TƏHƏCCÖH VƏ GECƏ NAMAZI
Ustad Mütəhhərinin xüsusiyyətlərindən biri də gecə oyaq qalıb ibadətlə məşğul olmağa çox əhəmiyyət verməsi idi ki, ömrünün axırına qədər bu məsələyə riayət edirdi.
İran İslam İnqilabının əzəmətli rəhbəri Ayətullah Xamenei belə buyurur:
“Mərhum Mütəhhəri ibadət əhli, əxlaqını və ruhunu saflaşdırmış bir şəxsiyyət idi. Bunu heç vaxt unutmaram. O, Məşhədə gələndə çox vaxt bizim mənzilimizə daxil olurdu, bəzi vaxtlar da həyat yoldaşının qohumlarının mənzilinə gələrdi. Bu böyük şəxsiyyət gecə yarısı Allahla raz-niyaz, ah-nalə edirdi, yəni gecə namazı qılanda elə ağlayırdı ki, ağlamaq səsi və münacatı başqalarını yuxudan oyadırdı...
Bir gecə bizim mənzildə idi, ailəmiz gecə yarısı onu ağlamaq səsindən yuxudan çaşqın halda qalxdı. Əlbəttə, əvvəlcə kimin səsi olduğunu bilmədilər, sonra başa düşdülər ki, mərhum Mütəhhərinin səsidir. O, gecə yarısı gecə namazı qılmağa başlayarkən həmişə onun olduğu otaqdan ağlamaq səsini eşidərdik.2
Dostlarından biri onun barəsində belə deyir: “O mərhumun xüsusiyyətlərindən biri gecə oyaq qalmağa, dua və zikr oxumağa son dərəcə məhəbbət bəsləməsi və ciddi diqqət yetirməsi idi. Yaxşı yadımdadır, bizim tanışlığımızın əvvəllərində o, gecə namazına ciddi yanaşır və məni də bu işə həvəsləndirirdi. Mən mədrəsəmizin suyunun şor, çirkli olub gözlərimə ziyan yetirməsini bəhanə edərək bu işdən boyun qaçırırdım. Nəhayət, bir gecə yuxuda gördüm ki, bir kişi məni yuxudan oyatdı və dedi: “Mən həzrət Əmirəl-möminin Əli (ə)-ın nümayəndəsi Osman ibni Hüneyfəm. O Həzrət sənə göstəriş vermişdir ki, ayağa qalxıb gecə namazını qılasan və bu məktubu da sənin üçün göndərmişdir.” O məktubda açıq yaşıl xətlə belə yazılmışdı: “Bu, sənin cəhənnəm odundan xilas olmağın üçün bərat kağızıdır.” Mən yuxu aləmində Həzrət Əli (ə)-la olan zaman fasiləsinə diqqət yetirərək sərgərdan oturmuşdum ki, birdən həmin heyrətli halda mərhum ayətullah Mütəhhəri məni yuxudan oyatdı, əlində olan su qabını mənə göstərib dedi: “Bu suyu çaydan gətirmişəm, qalx ayağa, gecə namazı qıl və bəhanə gətirmə.”1
Ustad Mütəhhərinin oğlu onun şəhadət gecəsində baş verən hadisələri bəyan edərək deyir:
“Atama sui-qəsd edilməsi xəbərini eşitdiyimiz gecə hamılıqla sübhə qədər oyaq qaldıq, gecə saat üçün yarısı idi ki, onun öz otağında gecə namazı üçün qurduğu saat səslənirdi, lakin o, artıq həyatda deyildi; gecə namazını pak qanı arasında gecə namazının vaxtından əvvəl küçə qaranlığında qılmışdı!”
Müasir fəzilət sahibləri və təhqiqatçılardan biri Ustadın barəsində belə nəql edir:
“Allahı ilə rabitədə, zikr, seyri-süluk və ibadət əhli olan bir arif idi. O, özü demişdi ki, ürəyim istəyir ki, Quma gedib riyazətlə, ibadət və irfanla məşğul olum. Bu onun ürək arzusu idi.”2
Ustad şəhid Mütəhhərinin yaxın adamlarından biri deyir:
“Sərçeşmədə yerləşən ilahiyyat institutunda kiçik bir ev tikmişdilər ki, o insitutun cənub tərəfində yerləşirdi. Bizim hörmətli ustadımız mərhum Ayətullah Əllamə Şəhid Mütəhhəri bəzi vaxtlar öz namazını orada təklikdə qılırdı. Bu namazxanada əvvəllər çox namaz qılan yox idi, amma tədriclə oraba gələnlərin sayı artmağa başladı.
Bu namazxananın qürbət günlərindən birində məscidə gəldim. Havanın çox isti olmasına baxmayaraq Ustad əmmamə, qəba və əbası ilə namaz qılırdı. Namazı həqiqi mənada bərqərar etmişdi. Bəlkə də namaza yetirdiyi çox qəribə fikir təmərküzü, xüzu və xüşu səbəbilə mənim daxil olmağımı əsla hiss etməmişdi.
Ustad, Allaha diqqət, xüşu və xüzu ilə yanaşı namazını elə qılırdı ki, onun bu xüsusi haləti məni özünə cəzb etmişdi. Ona iqtida etmək əvəzinə namazı qurtarana kimi ona tamaşa edirdim. O, duaları, təqibatı və təsbihatı davam etdirirdi. Onun arxasında dayanıb bu zaman keçirdiyi halətləri vəsf etmək qeyri-mümkündür. Sanki o, qiyaməti və onun dəhşətli səhnələrini əyani şəkildə müşahidə edirdi. Allahı tanıyan həqiqi alimlərə məxsus olan xəşyət halətində idi. Hətta əz qəfa dər qədd və balayi in sərvu səid insanı özünə cəlb edirdi.1
NAMAZDA ƏDƏB QAYDALARI
Ustad şəhid Mürtəza Mütəhhəri namaza son dərəcə əhəmiyyət verirdi. O, xüsusilə sübh namazını heç vaxt ev paltarı ilə qılmazdı. Biz yataq yerimizdən qalxan kimi həmin alt paltarında sübh namazını qılırıq. Amma o, namaz vaxtı yaxşı libaslarını geyinir, başına əmmamə qoyub özünü namaz üçün bəzəyirdi. Bəlkə də səbəbi bu ola bilərdi ki, paltar geydiyi ilk vaxtdan belə ruhi hazırlıq tapmaq istəyirdi, yəni demək istəyirdi ki, mən elə bir iş görmək istəyirəm ki, əlüstü deyil. Namazdan qabaq bu halət üçün hazırlaşmaq özünəməxsus ruhi təsirə malikdir.2
NAMAZ BARƏDƏ TÖVSİYƏLƏR
Dəqiq yadımdadır, 1358-ci hicri şəmsi ilinin ordubehişt ayının 11-i, çərşənbə axşamı günü idi. Atam məğrib namazını qılırdı. Axşam saat 8 radələrində əvvəlcə məndən və qardaşımdan xahiş etdi ki, o gecənin həftəlik siyasi yığıncağına (Şemiran darvazasındakı dostlarından birinin mənzilində təşkil olunurdu) çatdırım. Amma bir müddətdən sonra dedi:
“Artıq sizin gəlməyinizin lüzumu yoxdur. Dostlardan biri maşını ilə ardımca gələcək, mən onunla birgə gedəcəyəm.”
Sonra namazı qılıb öz qeydlərini tənzim etmək üçün kitabxanaya getdi. Namaz üçün canamaz və möhür tapmadığıma görə kitabxanaya getdim ki, əksər hallarda qonaqların istifadə etdiyi canamazlardan birini götürəm. Həmin vaxt anam kitabxanaya gəlib dedi: “Müctəba, başqa otaqda canamaz vardır, nə üçün qonaqlar üçün qoyulan bu canamazdan istifadə edirsən?” Dedim: “Anacan! Başqa otaqda möhür və canamaz tapmadım.”
Bu zaman atam dedi: “Eybi yoxdur, əsas məsələ vacib namazı ilk vaxtda qılmaqdır. Namaz hər bir şeydən dəyərli və mühümdür.”
Mən əziz atamdan eşitdiyim son söz bu olmuşdur. Bir neçə andan sonra dostu bizim evimizə gəldi və onu yığıncaqda iştirak etmək üçün apardı. Atam getdi və bir daha bizim yanımıza qayıtmadı. Biz tərəf yox, özünün həqiqi məşuqu olan Sübhan Allahın dərgahına tələsdi.1
Dostları ilə paylaş: |