ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə10/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

UŞAĞIN İBADƏTİ


Uşağın əməli ilə əlaqədər iki bəhs vardır, biri uşağın ibadəti, digəri isə onun müamilələri, rəftarları ilə əlaqədardır.

Həddi-büluğa çatmayan uşağın ibadəti, mükəlləf olmamasına baxmayaraq səhihdir. Bildiyiniz kimi, camaat namazı bölməsində belə bir məsələ irəli çəkilir ki, uşağın qıldığı namaz zahiri xarakter daşıyıb onun ədəbləndirilməsi üçündürmü ki, gələcək üçün hazır olsun, yoxsa həqiqi və səhih namazdır? Əgər uşağın qıldığı namazı əsil namaz deyil, zahiri və məşq namazı olmasını desək, onda camaat namazında, cərgələrin bir-birinə birləşməsi şərtlərində iki həddi-büluğa çatmış şəxsin arasında, yaxud imamla məmumun arasında bir uşaq qərarlaşsa namaz batildir. Çünki onun namazı zahiri xarakter daşıyır və həqiqi namaz deyildir. Amma əgər uşağın əməlinin düz və onun qıldığı namazın həqiqətən namaz olduğunu desək, bu halda bir uşaq cərgəni, yaxud cərgənin bir hissəsini (camaat namazında) təşkil edə bilər. İbadət bölməsində uşağın qıldığı namazın səhih olmasında heç bir şübhə yoxdur.2


İBADƏTİN MƏQSƏDİ


İbadət bölməsində hökmən qeyd edilməli bir məsələ vardır ki, onu. O da bundan ibarətdir ki, bütün dinlərdə və ya heç olmasa hal-hazırda araşdırdığımız islam dinində din və məzhəb olduğuna, bununla yanaşı pərəstiş və raz-niyaz hissi qüvvətləndirilərək formalaşdırılmalı olduğuna baxmayaraq bu hissə heç bir diqqət yetirilmir. Dinlərdə gələn ibadətlərin raz-niyaz hissi ilə heç bir əlaqəsi yoxdur, ya tamahla əlaqədardır ki, onunla mübarizə aparmaq lazımdır və yaxud bir işdən törənən qorxuya görədir ki, onunla da mübarizə aparmaq lazımdır.

Dinlərdə ibadət müamilədən başqa bir şey deyildir, çünki dinlər ayrı-ayrı fərdləri ibadətə vadar edir ki, Behiştə nail olsunlar yaxud Cəhənnəmdən xilas olsunlar. İndi görəsən bir şəxs Behiştə çatmaq üçün namaz qılsa onda Behişt nədir? Behişt elə bir yerdir ki, onda cürbəcür ləzzətlər vardır: Hurul-eyn, qəsrlər, cənnatun təcri min təthtihəl-ənhar (Ağaclarının altından çaylar axan Cənnət bağları) , Behişt meyvələri, ləzzətli Behişt yeməkləri, məst etməyən və baş ağrısı verməyən şərablar və bəşərin təsəvvürünə belə gəlməyən yüzlərlə sair ləzzətlər. Buna əsasən axirət ləzzətlərinə çatmaq xatirinə dünya ləzzətlərindən göz yuman şəxs Allahpərəst olmamasından əlavə öz raz-niyaz və ibadət hissini də gücləndirmir, üstəlik o, dünyapərəstlərdən daha çox maddiyyatlara meyl edən bir şəxs olur. Çünki dünyapərəst bir adam məhdud maddi-dünyəvi ləzzətlərə qane olur, lakin o hər şeyin hesabını güdən bir adamdır. O fikirləşir ki, əgər 30-40 il bu dünyada ömür sürsə və onu bu ləzzətlərlə keçirsə buna dəyməz. Onsuz da sona çatacaqdır. O belə deyir ki, bu 30-40 il elə tənzim olunub ki, dişlərimizlə öz ciyərlərimizi yeyirik, bu dünyada boşladığımız ləzzətlərə əbədi olaraq çatmaq üçün Behiştə getməliyik. Deməli, onu bu işdə təhrik edən onun tamahıdır, bundan başqa bir şey deyildir. Cəhənnəm əzabından xilas olmaq üçün günahdan çəkinən insan da bu cürdür. İbadət etməyi və maddi ləzzətləri tərk etməyi ona əzab verilməməsi üçündür. Bu da insanın öz mənfəətini axtarması həddi-hüdudundan kənarda deyildir. Buna əsasən dinlərdə (insanın raz-niyaz hissinə diqqət yetirilməmişdir) . Bunu təkcə məsihilərə deyil islama da irad tutub deyirlər ki, maddi nemətlərə çox əhəmiyyət vermişdir. Bəlkə də onlar öz ifadələrində deyirlər ki, Quranın diqqəti yalnız dünya nemətlərinədir. Buna görə də psixologiya elmində çox ali hiss sayılan raz-niyaz hissinə diqqət yetirməmiş, sadəcə olaraq insanın tamahlarına nəzər salmışdır.



Əlbəttə, bu irad tam yersizdir. Əvvəla, hamının bildiyi kimi islam nəzərindən ibadətin müxtəlif dərəcə və mərtəbələri vardır. Onun bir dərəcəsi Behiştə tamaha görə, bir dərəcəsi Cəhənnəm odundan qorxub uzaq olmağa görədir. Bunların hamısından ən üstünü isə o ibadətdir ki, onda əsas məqsəd nə Behiştə çatmaq, nə də Cəhənnəmdən xilas olmaqdır. Quranın özündə bu mətləbə diqqət yetirilmişdir, Peyğəmbər (s.ə.v.v) və imamların (ə) kəlamlarında da bura barədə istənilən qədər hədis vardır. Hamısından məşhuru “Nəhcül-Bəlağə”də və Rəsuli Əkrəm (s.ə.v.v)-in kəlamında, eləcə də imam Sadiq (ə)-ın kəlamında mövcud olanıdır. O cümlə bu günə məxsus olmayan bir cümlədir. Seyyid Rəzi vasitəsilə “Nəhcul-Bəlağə”nin bir yerə toplanmasından min il keçir. O Həzrət belə buyurur: Camaatdan bir qrupu Behiştə tamahı saldığına görə Allaha ibadət edirlər, bu, ticarət növündən olan ibadətdir. Müamilə yönünə malik olan ticarətdir. Burada ona görə işləyir ki, o dünyada fayda, mənfəət qazansın. Digər bir qrup Cəhənnəm qorxusundan Allaha ibadət edirlər. Bu da ərbabların qorxusundan onlara itaət edən qulların ibadətinə bənzəyir. Başqa bir qrup Allaha Behişt xatirinə, Cəhənnəm qorxusundan ibadət etmir, əksinə Onun şükrünü yerinə yetirmək, yəni Allahı tanımaq xatirinə ibadət edirlər. Çünki Allahı tanıdıqda, hər bir şeyin Allah tərəfindən olduğunu dərk etdikdə şükr, təşəkkür təzim etmək hissi onu ibadət etməyə vadar edir. Yəni əgər Behişt, Cəhənnəm olmasaydı Allahı tanımaq nemətləri müqabilində şükr etmək hissi onu ibadət etməyə vadar edəcəkdi. Bu da azad insanların etdiyi ibadətdir.”1

Birinci dəstə öz tamahının qulu, ikinci dəstə isə qorxusunun quludur, lakin üçüncü dəstə həm qorxu, həm də tamah zəncirlərindən azaddır və yalnız öz Allahının bəndəsidir.

Bu məzmunda məşhur bir hədis vardır. Hökmən eşitmisiniz ki, Peyğəmbər (s.ə.v.v) gecələr çox ibadət edərdi. Quranın aşkar buyurduğuna görə bəzən gecənin üçdə birini, bəzən yarasını, bəzən isə üçdə ikisini ibadətlə keçirərdi.2

Ayişə Peyğəmbər (s.ə.v.v)-in gecənin bu qədər vaxtını ibadətlə keçirdiyini görürdü. Hətta Peyğəmbər (s.ə.v.v) bir dəfə o qədər ayaq üstə qalıb ibadət etmişdi ki, ayaqları şişmişdi. Bir gün Ayişə dedi: Axı sən nə üçün bu qədər ibadət edirsən?! Halbuki Allah sənin barəndə buyurmuşdur:

Allah sənin keçmiş gələcək günahlarını bağışlayar.”1.

Allah bu ayə ilə sənə zəmanət vermişdir.

Peyğəmbər (s.ə.v.v) buyurdu: “Məgər bütün ibadətlər yalnız cəhənnəm odundan qorxmaq və ya behiştə nail olmaq üçün olmalıdırmı? Mən Allahın şükr edən bəndəsi olmamalıyammı?”

Peyğəmbəri-əkrəm (s.ə.v.v)-in ibadətin mənəvi dəyəri barəsində buyurduğu cümlə bundan ibarətdir: Camaatın ən yaxşısı o kəsdir ki, pərəstiş raz-niyaza eşq bəsləsin.”2

Həmçinin Rəsuli-əkrəm (s.ə.v.v) buyurmuşdur: Xoş olsun o kəsin halına ki, ibadətə eşq bəsləsin, ibadət onun məşuquna çevrilsin. Səmimi qəlbdən ibadəti sevsin, bədəni ilə ona sarılsın.”

Məqsəd bundan ibarətdir ki, ibadət sadəcə qəlbdən gələn bir zikr olmamalıdır. Əməli ibadətin özü də rüku, səcdə, qunut və s. əməldə olan bir növ eşqi göstərməkdir. “Və təfərrəğə ləha (təfərrüğ kəlməsi “fərağ” kökündəndir) yəni özünü ibadət üçün buraxsın, ibadətdən başqa hər bir şey üçün xali etsin. Yəni ibadətə başlayan zaman beynində Allahdan başqa heç bir xəyal, heç bir xatirə, qəlbində heç bir fikir olmasın. Yalnız Allahı fikirləşsin, qəlbi Allah üçün hər şeydən boşalsın. İbadətin məğzi və ruhu da bundan ibarətdir. İbadətin ruhu zikrdir (dini istilaha görə) , yəni Allahı yad etmək və Ondan başqasından ayrılmaq. Belə ki, ibadət anlarında insan Allahdan başqasından tamamilə ayrılmalı, yalnız və yalnız özü ilə Allah arasında rabitə yaratmalıdır, sanki özündən və Allahdan başqa aləmdə heç bir şey yoxdur. Bu da irfan şairlərinin “hüzuri qəlb” adlandırdıqları halətdən ibarətdir. Hafizin məşhur şerində deyilir:

Şer

Hafiz qəlbin Allah ilə xəlvət edilməsinə və hüzuri-qəlb məsələsinə diqqət yetirmişdir. Bəzilərinin zahiri xəlvətə əhəmiyyət verməsi qəlbin xəlvətə salınması üçün bir növ müqəddimədir. Qəlbin xəlvəti yaranandan sonra insan cəmiyyətə daxil olarkən, ictimai işlərini yerinə yetirərkən qəlbi xəlvətdə olmalıdır. Məncə, Napoleonun sözüdür ki: “Mənim beynim ətir satanın bu qovluqlarına bənzəyir. Hər birini istəsəm çıxardaram, hər birini istəsəm bağlayaram.” İnsan bu halətə malik olmalıdır ki, ibadət halında öz Allahı ilə raz-niyaz edə bilsin. Hafiz şerlərinin birində deyir:



Şer

Sonra isə əslində özündən, bəzən isə öz dövrünün hakimlərin hüzuruna getdiyindən şikayət edərək deyir:

Şer

Bu yerlərdə “gədai” kəlməsini işlətmişdir. Gədai dedikdə məqsəd kamil mürşüdün yanında həqir və əliboş olmaqdır. An ki, in həqir əst beu Allaha möhtacdır, lakin bunlar çox təkid edirlər ki, insan mürəbbi olmadan mənəvi məqamlara çata bilməz. Gədalıq dedikdə məqsədləri kamil insanın yanında olan gədalıqdır.



Şer

Bir sözlə “təfərrəğa ləha”: xoş olsun o kəsin halına ki, ibadətdə onun üçün həqiqi bir asudəlik və xəlvət haləti yarana. Sonra buyurur:

-----1

Əgər bir kəs belə bir məqama və mərhələyə çatarsa bu halda dünyanın çətinlikləri və asanlıqları onun üçün əsla fərq eləmir. Yəni əgər bir kəs bu ləzzətlərə nail olsa dünyanın məşəqqəti, əzab-əziyyətləri onun üçün heç bir əhəmiyyət daşımır. Əgər onu ağır işgəncəyə məruz qoysalar, presləsələr belə, doğurdan da bunlara əhəmiyyət vermir. Dünyanın acılı-şirinli hadisələri, çətin və ya asan vəziyyətləri o kəslər üçün mühüm məsələ sayıla bilər ki, ibadətin ləzzətini dada bilməsinlər. Əgər bir kəs ibadətin ləzzətini dadsa, onda bu kimi məsələlərin onun üçün heç bir əhəmiyyəti olmaz.

Bizim nəzərimizdə Əliyyibni Əbi Talib (ə) dünyada o cür vəziyyətdə yaşaması çox qəribədir. O, ibadətində elə bir mərhələyə çatmışdı ki, onun səbəbilə çətinliklər və ya asudəliklər onun üçün heç bir mühüm məsələ kimi cilvələnmirdi.2

İndi görək behiştə nail olmaq, yaxud cəhənnəm odundan qorxmaq üçün edilən ibadət doğrudanmı dəyərsizdir? Qeyd olunduğu kimi, doğrudan da bu böyük bir qarınqululuqdurmu? Yek damənpərəstiye bozorg əst? Böyük bir tamahdırmı? Dünyapərəstlikdən yüz qat artıqdırmı? Xeyr! Onun bu mənalara yozulması düzgün deyildir.

Şəkk yoxdur ki, behiştə getmək, yaxud cəhənnəm odunun qorxusundan edilən ibadət etmək qeyd etdiyimiz ibadətin dəyərinə malik olmaz, lakin tam dəyərsiz də deyil, əksinə, camaatın bir qrupu üçün çox ali bir dərəcədir. Çünki insanın bir işi sırf şəkildə öz tamahı üçün yerinə yetiriməsi ilə Allahı vasitə edərək o işi yerinə yetirməsi arasında çox fərq vardır. Məsələn, insan bəzi hallarda birbaşa pul və mal-dövlət ardınca gedir. Bu tam mənada pulpərəstlikdir. Bir nəfər isə pul əldə etmək istəyir, lakin həmin pulları Allahdan istəyir və Onun hüzurunda ah-nalə edir və bu pulları Ondan istəyir. Bu, bir kəsin ümumiyyələ Allah ilə rabitəsini kəsib birbaşa pul və mal-dövlət ardınca gedən şəxsin əməli ilə çox fərqlənir. Bir kəs də bu cür yol seçir və deyir ki, “Allahımız bir sıra göstərişlər vermişdir; Mən Onun göstərişlərinə əsasən əməl edəcəyəm və Ondan istəyəcəyəm ki, mənə pul yetirsin.” Bu özü də bir növ Allaha pərəstişin müəyyən dərəcəsi Onun hüzuruna getməkdir, hətta əgər pul üçün Onun hüzuruna getmiş olsa belə. Amma Allahın hüzuruna getməməyin də fərqi vardır. Allah xatirinə Onun hüzuruna getməyin çox dəyəri vardır. Müəyyən bir şey üçün Allahın hüzuruna gedib, Ondan bir şey istəmək yenə də Onun hüzuruna getməkdir. Bu halda da insanın qəlbi müəyyən qədər aydınlaşır, insanın qəlbinə səfa gəlir, Allahdan başqalarından qafil olur, yalnız Ona diqqət yetirir. Bu özü də şübhəsiz ki, pərəstişin bir dərəcəsidir, amma zəif bir dərəcədir. Buna əsasən bu ibadətləri də tamamilə inkar etmək olmaz, əksinə camaatın hamısı (himmət baxımından) yüksək dərəcədə olmadığından, onların əksəriyyətini maddi məişətlərin tənzim olunması ilə Allaha yaxın olmaq üçün tərbiyə etmək istəsək, bu yoldan varid olmalı, yaxud heç olmasa ayrı-ayrı şəxsləri əvvəldə bu yolla varid etmək, sonra yuxarı aparmaq lazımdır. Quranda maddi məsələyə çox diqqət yetirilməsinin səbəbi də məhz budur. Əlbəttə, Quranda “rizvanun minəllah” kəlməsi də vardır.1

“Ağaclarının altından çaylar axan cənnət bağları” zikr etdikdən sonra “rizvanun minəllahi əkbər”-yəni Allahın azacıq razılığı belə bunların hamısından yüksəkdə və böyükdür-deyə buyurulur. Yəni Allah razı olsun deyə, Ona ibadət edən bir şəxsin ibadəti tamamilə başqa şeydir. Lakin “rizvanun minəllahi əkbər”in müştərisi təbiidir ki, camaatın hamısı deyildir. Mütərəqqi fikirli az bir qrup bu ayənin müştərisi sayılır. Camaatın əksəriyyəti üçün əməli yollar bundan ibarətdir ki, cismani ləzzətlərdən ibarət olan behişt nemətlərindən söhbət açılsın. Əlbəttə, Quran bunu təkcə camaatın tərbiyə olunması üçün deməmişdir, əksinə özü buyurur ki, Bizim kəlamımızda hətta məsləhət üzündən olsa belə, heç bir yalan, batil mövcud deyildir. Nəuzu billah, əgər bir şəxs “Quran bunları sadəcə olaraq camaatı yaxşı işlərə vadar etmək üçün demişdir, yaxşı məqsədi vardır və yaxşı məqsəd üçün hər şey danışmaq olar”-deyərsə, bu düzgün deyildir, çünki Quran özü buyurub ki, “la yətihil-batilu min bəyni yədəyhi” Allahın kəlamında hətta bir dənə olsun belə, yalan, batil mətləb olması qeyri-mümkündür. Hətta müəyyən ictimai məsləhət xatirinə yalan və batilin olmasını düşünmək belə düz deyildir. Quranın behiştin cismani ləzzətləri barəsindəki sözü həqiqətdir. Ümumiyyətlə camaatın əksəriyyəti bu cismaniyyət və cismani şəhvət hədd-hüdudlarından kənara çıxa bilmədiyinə görə onların nəşəsi belə bir nəşədir. Mənəvi cəhətdən yüksələnlər məhz cismani behiştdən daha yüksəkdə olan nəşələrə doğru gedirlər.1



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin