ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə11/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

İBADƏTİN RUHU VƏ MƏĞZİ


İslamda həqiqi mənada olan pərəstiş və raz-niyaz, yəni Allahla insanın rabitəsi, Allaha məhəbbət bəsləmək və, hər şeydən diqqəti kəsib yalnız Allahın zatına diqqət yetirmək mənasına olan ibadət ən kamil ibadətdir və buna çox diqqət yetirilmişdir. Əmirəl-möminin Əli (ə)-ın bu barədəki kəlamını eşitmişik: Pərvərdigara! Sənə, behiştə tamah saldığım, yaxud cəhənnəm odundan qorxduğum üçün pərəstiş etməmişəm; əksinə Sənin pərəstiş ibadətə layiq olduğunu görərək pərəstiş etmişəm.”2

“Kumeyl” duası əvvəldən axıradək ali mənada olan raz-niyazdan ibarətdir. Siz bu duanın büs-bütünlüyündə nə behişt tamahı görürsünüz, nə də cəhənnəm qorxusu. Əgər bəzən adı çəkilsə də tam başqa bir məqsədlə irəli çəkilmişdir. İslami dualar çox yüksək və ali məzmunlara malikdir. Misal üçün, “Məfatihul-cinan”da nəql olunan “Şəbaniyyə” münacatı adlı duanı qeyd etmək olar. Nəql olunmuşdur ki, Əmirəl-möminin Əli (ə) və onun övladlarından olan pak imamlar həmişə bu duanı oxuyarmışlar. Bu, imamların idrak səviyyəsində olan bir duadır, yəni çox yüksək bir məzmuna malikdir. İnsan bu duanı oxuyarkən ümumiyyətlə raz-niyazın nə olduğunu başa düşür. Orada irfandan, ilahi məhəbbətdən, Allah eşqindən, Allahdan başqalarından əl üzmək və bir sözlə başdan-ayağa mənəviyyatdan başqa bir şey yoxdur. Hətta bizim təsəvvürümüzə belə sığmayan təbirlərdən ibarətdir:

----

Bu mənaların düşünülməsi və hətta təsəvvür edilməsi belə bizim üçün çox çətindir.



“Əbu Həmzə Sumali” duası da məhz belədir. İmam Zeynəl-abidin (ə)-dan gəlib çatan 15-lik münacat (bu, “Məfatihul-cinan”da da qeyd olunmuş və “Xəmsətə-əşərə” münacatı adı ilə məşhurdur) “Münacati xaifin”, “Münacati zakirin”, “Münacati talibin” və s. o qədər yüksək, lətafətli və fövqəl-adə mənalara malikdir ki, insanı heyrətləndirir. “Nəhcül-bəlağə”nin özündə də bu məsələ ilə əlaqədar çox şeylər var.1

“Nəhcül-bəlağə” baxımından ibadət təkcə bir sıra quru və ruhsuz əməllərdən ibarət deyildir. Bədənlə əlaqədər əməllər ibadətin surəti və köküdür, ruhu və mənası isə tamamilə başqa şeydir. Bədənlə olan əməllər o vaxt canlı və ibadətin həqiqi adına layiq ola bilər ki, o ruh və məna ilə birgə olsun. Həqiqi ibadət 3 ölçülü dünyanın hüdudlarından çıxaraq başqa bir aləmə qədəm qoymaqdan ibarətdir. Belə ki, bu aləm öz növbəsində hərəkat, qaynarlıq, özünəməxsus ləzzətlər və qəlbi varidatlardan ibarətdir.2

Əli (ə) camaatın işlərindən qurtardıqdan sonra özü ilə Allah arasında rabitə bərqərar edərək xəlvət edir. Bu zaman yalnız onun özü və abidcəsinə, aşiqcəsinə olan raz-niyazlarıdır. Əli (ə) “Nəhcül-bəlağə”də deyir: Pərvərdigara! Sən öz övliyalarına qarşı hər bir munisdən daha yaxşı munissən (yəni heç bir munislə Sənin kimi üns tutmuram, mənim munisim Sənsən) Səndən başqaları ilə bir yerdə olanda munisim olmur, tək oluram. Yalnız Səninlə olduqda bir kəslə olduğumu hiss edirəm.

Sənə etimad edənlər görəcəklər ki, başqalarından daha çox hazırsan. Çünki Sənə etimad edən şəxslərin ardınca gedirsən

Pərvərdigara! Sən Öz dostlarının Sənə aşiq olanların batini sirrlərini müşahidə edirsən, onların qəlblərinin batinlərinə, irfan bəsirətlərinin miqdarına alim agahsan, onların bəsirətinin hansı mərhələdə olduğunu bilirsən. Onların sirləri Sənin hüzurunda əyandır, qəlbləri Sənə doğru pərvaz edir.”1

Əli (ə)-a mənsub olan “:umeyl” duasını cümə axşamları gecələrində oxuyun. Bu dua məzmun nəzərindən irfanın son mərhələsindədir. Belə ki, əgər siz bu duanı oxuyarkən onun əvvəlindən axırına qədər onda nə dünyanı, nə də axirəti tapmazsınız. (Axirət dedikdə məqsədim Behişt və Cəhənnəmdən ibarətdir.) Siz nə görürsünüz? Həm axirətin, həm də dünyanın fövqündə dayanan şeylər: Allaha, müqəddəs zata valeh olub ibadət edən xalis bir bəndənin Onunla rabitəsi, yəni ibadətin həqiqəti; özü də deyir ki, həqiqi ibadət məhz bundan ibarətdir. Görün Əli (ə) “Kumeyl” duasında öz Allahı ilə necə də gözəl raz-niyaz, necə münacat edir! Görün imam Zeynül-abidin (ə) Ramazan ayının səhərlərində “Əbu Həmzə Somali” adlı duanı necə oxuyaraq Allah ilə raz-niyaz və münacat edirdi! Bu bizim müsəlmançılığımızın ilkin mərhələsidir. Bizim qədəmlərimizin əvvəli budur ki, öz Rəbbimizə yaxınlaşaq. Məhz öz Allahımıza yaxınlaşmaq vastitəsilə digər məsuliyyətli işlərimizi, o cümlədən ictimai vəzifələrimizi yaxşı şəkildə yerinə yetirə bilərik. Çalışaq, bir istiqamətli meyllərimizi kənara qoyaq (İslam həmişə öz ümmətinin biryönlü meyllərinin bəlasına düçar olmuşdur.) ki, din bu cür birtərəfli yönəlişlərə və meyllərə düçar olmasın.2



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin