ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ


İBADƏTİN ARİFANƏ CİLVƏLƏRİ



Yüklə 3,64 Mb.
səhifə14/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

İBADƏTİN ARİFANƏ CİLVƏLƏRİ


Bu tələqqiyə uyğun olaraq fəhlə, sahibkar və muzd məsələsi sahibkarla fəhlənin arasında mövcud olan qanuna əsasən irəli çəkilmir və irəli çəkilə də bilməz. Bu tələqqiyə əsasən ibadət Allah dərgahına yaxınlaşmaq üçün bir pilləkəndir, insanın meracıdır, ruhun yüksəlişidir, ruhun qol-qanad açıb gözəgörünməz varlıqlara doğru pərvaz etməsidir, ruhi istedadların pərvərişi, insana xas olan mələkuti səciyyə və qüvvələrin bir növ məşq etməsidir, ruhun bədənə qələbə çalmasıdır, insanın xilqəti yaradan şəxs qarşısında şükr əlaməti olaraq ən yüksək əksül-əməlidir, kamali mütləq qarşısında, mütləq şəkildə gözəlliklər qarşısında eşq və məftunluğunu izhar etməsi və bir sözlə Allaha doğru seyri-sülukdan ibarətdir.

Bu tələqqiyə əsasən ibadətin bir bədəni, bir də ruhu, başqa sözlə, batini və zahiri vardır. Dil və bədənin digər üzvləri vasitəsilə yerinə yetirilənlər ibadətin zahiri qəlibidir, ibadətin mənası və məğzi isə tamamilə başqa şeydir. İbadətin ruhunun abidin ibadətdən əldə etdiyi məfhumla tam bağlılığı vardır, onun bir növ ibadətdən olan tələqqisidir, onu ibadətə vadar edən məqsədlərə, əməli olaraq ibadətdən aldığı bəhrə və həzzlərə sövq edən tələqqidir; həmçinin ibadətin Allah dərgahına seyri-sülukda nə əndazə təsirli olmasını Allah dərgahına nə qədər yaxınlaşmağı göstərir.1



Nəhcul-Bəlağənin ibadət barəsində olan tələqqi növü aydın olsun deyə Əli (ə)-ın kəlamlarından bir neçəsini qeyd edir və sözümüzü camaatın ibadətdən əldə etdikləri məfhumların fərqlərini araşdıran cümlə ilə başlayırıq.

Həqiqətən bir dəstə, Allaha, mükafat almaq məqsədilə pərəstiş edirlər, bu, tacirlərin ibadətidir. Bir dəstə Ona, qorxudan ibadət edirlər, bu da qul sifətlilərin ibadətidir. Bir dəstə Allaha şükr etmiş olsunlar deyə, ibadət edirlər, bu da azad insanların ibadətidir.”

Hətta əgər Allah-taala üsyankarlıq və günah qarşısında cəza təyin etməsəydi belə şükr etmək hissi tələb edirdi ki, Onun fərmanlarına itaətsizlik olunmasın.

O Həzrətin kəlamlarından aşağıdakıları qeyd edək:

Mən Sənə cəzalarından qorxduğuma, yaxud Behiştə tamah saldığıma görə pərəstiş etməmişəm; mən buna görə pərəstiş etmişəm ki, Sənin pərəstişə layiq olduğunu dərk etmişəm”.2

“Əhlən lil-ibadəti” (ibadət üçün layiqli) kəlməsinin çox mənası vardır. Yalnız Sənin Sən olduğuna, mənim də mən olduğuma görə (Sənə ibadət edirəm) . Aləmdə ən təbii şeylərdən biri budur ki, Sən məbud olasan, mən də Sənə ibadət edəm.

Siz “Kumeyl” duasının yüksək və ali məzmunlarına diqqət yetirmisinizmi?! Allahummə inni əsəlukə bi rəhmətikəlləti vəsiət küllə şəyin cümləsindən “Vəsəlləmə təslimən kəsiracümləsinə qədər diqqətlə mütaliə edin və görün Əli (ə) nə deyir: Aşiqanə və şükr etmək məqsədilə olan pərəstişin, eləcə də özündən xaric olmağın mənası nədir!

Diqqət yetirmək lazımdır ki, Əlinin (ə) məntiqində azacıq olsun belə mübaliğə, şişirtmə yoxdur. Xüsusilə də bunu nəzərə almaq lazımdır ki, o, öz Allahı ilə danışır. Biz onda elə cümlələr görürük ki, bizim üçün ümumiyyətlə təsəvvür olunası deyildir. O, Cəhənnəm atəşi barəsində belə deyir: Cəhənnəm atəşi dünyadakı odlar növündən deyildir, o, elə bir oddur ki, bütün asimanlar və yer onun müqabilində müqavimət göstərə bilməz. Eyni halda həmin yerdə deyir: “Tutaq ki, belə bir əzaba səbr etməyə dözümüm, taqətim oldu, onda Səndən ayrılığa necə dözüm?!” (Aşiqanə olan ibadət məhz budur.) Fərz edək ki, o hərarətlərin müqabilində dözə bildim, amma Sənin kəramətinin məndən alınmasına, lütfündən məhrum olmağıma necə dözə bilərəm?! Buna dözməyə Əlinin səbri çatmaz.

Pərəstişcəsinə olan ibadət məhz budur. İnsanın məqamı bunlardan çox-çox yüksəkdədir. Təkcə Əli deyil, çoxları da yüksək mənəvi məqamlara çata bilirlər.1

ZÖHD – MƏRİFƏT ƏTA OLUNMASININ ƏSL ŞƏRTİDİR


Bu söz o insanlara aiddir ki, mənəviyyatın iyini hiss etmiş olsunlar. Əgər bir kəsin mənəviyyatdan azacıq belə, xəbəri olsa, bilər ki, insan həvayi-nəfsin istəklərindən, zəncirlərindən azad olmayınca, maddi təbiətin qoynundan ayrılmayınca, maddi məsələlər hədəfin surətindən xaric olub sadəcə olaraq bir vasitəyə çevrilməyincə qəlb diyarı pak hisslərin, parlaq əndişələrin, mələkuti atifə və duyğuların inkişaf etməsi üçün yararlı olmaz. Məhz buna görə də deyirlər ki, “zöhd – ifazə olunan mərifətin əsl şərtidir, onunla ayrılmaz və möhkəm bağlılığı vardır.”

HAQPƏRƏSTLİYİN LƏZZƏTPƏRƏSTLİKLƏ UYĞUNLUĞU YOXDUR


Sözün əsl mənasında olan haqpərəstlik dedikdə məqsəd budur ki, Haqqa eşq-məhəbbət bəsləyib xidmət göstərmək, Onun zikri və yadı ilə üns tutmaq, Ona pərəstiş etməkdən ləzzət almaq, daim diqqət, hüzur və zikr halında olmaq kimi məsələlər özünəpərəstiş, ləzzət ardınca olmaq və maddiyyatın əsarətində olmaqla heç bir vəch ilə uyğun gəlmir. Təkcə Allahpərstlik zöhdü tələb etmir, üstəlik hər bir eşq və pərəstiş də – istər vətən, istərsə məslək və məram barəsində olsun, bir növ zöhdü və maddi işlərə qarşı etinasızlığı tələb edir. Eşqlər və pərəstişlər elm və fəlsəfənin əksinədir. Çünki onun əsas işi insanın qəlbi və duyğuları ilə əlaqədə olduğundan rəqib qəbul etmir. Bir nəfər alim, yaxud filosofun dirhəm-dinar qulu olması və vaxtlı-vaxtında fəlsəfi, məntiqi, təbii, riyazi və s. kimi məsələlərdə əql və düşüncəsini işə salmasının eybi yoxdur. Lakin belə bir şəxsin qəlbinin eşq ocağı olması, özü də birmənalı şəkildə olan eşq, insan növü qəbilindən yaxud məram və məslək qəbilindən olan eşq ocağı olması heç vaxt mümkün olan iş deyildir. Bu qəlbin ilahi eşq ocağı olub ilahi eşqdən şölələnməsinə, ilahi ilhamların və işraqların parladığı məhəll olmasına gəldikdə isə, ümumiyyətlə mümkün olmaz.


Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin