ALİMLƏRİN İBADƏTLƏRİNDƏN BƏZİ XATİRƏLƏR
Şeyx Məhəmməd Hüseyn Mütəhhəri
Bizim, mənəviyyatımızı yüksəklərə aparan, yüksək üfüqlərdə pərvaz etdirən bir sıra mənəvi ləzzətlərimiz vardır. Gecə namazı qılan, təhəccüdlə məşğul olan şəxslər sadiqlərin, sabirlərin, sübh zamanı istiğfar edənlərin cərgəsindədir, onlar gecə namazından ləzzət alıb fərəh keçirirlər.
Buna görə də belə müvəffəqiyyətlərə nail olanlar (biz belə kəsləri çox görmüşük) bizim ürək bağladığımız maddi ləzzətlərə əsla etina etmirlər. Yaxşı olardı ki, mən öz atamdan bəzi misalları qeyd edəm.
Yadıma gəldiyi zamandan (təqribən 40 il bundan qabaq) mən görürdüm ki, bu böyük və şərafətli kişi heç vaxt gecənin əvvəlindən üç saatdan artıq yatmağı özünə icazə verməzdi. Şam yeməyini gecənin əvvəlində yeyir və üç saat yatırdı, sübhə heç olmazsa iki saat qalmış oyanırdı. Cümə gecələri isə sübhə üç saat qalmış oyanırdı. Onun gün ərzində ən az oxduğu Quran bir cüz olardı. O, necə aramlıqla namaz qılardı! İndi təqribən 100 yaşındadır, heç vaxt narahat yatdığını görməmişəm. Bu da həmin mənəvi ləzzətdir ki, onun bu cür saxlamışdır. Elə bir gecə olmur ki, öz ata-anası barəsində dua etməmiş olsun.
Onun bir ögey anası vardı, ona çox məhəbbət bəsləyib deyirdi ki, o mənə çox mehribanlıq, nəvaziş göstərmişdir. Elə bir gecə olmurdu ki, onu da dua etməmiş olsun. Elə gecə yoxdur ki, bütün qohum-əqrabasına yad etməsin. Bunlar hamısı qəlbi dirçəldir.
Hər kəs bu cür dərin ilahi və mənəvi ləzzətlərdən bəhrələnmək istəsə, hökmən maddi ləzzətlərdən azaltmalıdır.1
HACI MİRZƏ ƏLİ AĞA ŞİRAZİ
Öz ustadım, böyük və alicənab alim mərhum Hacı Mirzə Əli Ağa Şirazi ömrüm boyu gördüyüm ən böyük şəxsiyyətlərdən idi, doğrudan da zahid, abid və yəqin əhlinin ən gözəl nümunəsi, tarixdə oxuduğumuz keçmiş saleh-sələflərin yadigarı idi.
Camaat namazında imam olmaqdan çəkinərdi. Bir il mübarək Ramazan ayında çoxlu isrardan sonra onu “Səd” adına mədrəsədə bir aylıq camaat namazına vadar etdik. Ona iqtida etmək üçün misli görünməmiş dərəcədə saysız-hesabsız adam gəlirdi. Ətraf məscidlərdə olan camaat namazlarında adamların yavaş-yavaş seyrəkləşdiyini eşitdikdə artıq bu işi davam etdirmədi.1
O, hər gecə aşağısı sübhə iki saat qalmış oyanırdı. Mən də oyaq qalıb gecə ibadət etməyin mənasını məhz o vaxtlar başa düşdüm, eləcə də “ilahi şəxsiyyətlərin gecəsi işıqlı gündür” cümləsinin mənasını da onda başa düşdüm, ibadətin həqiqiətini anladım, Allahşünaslığın, istiğfarın və hal tapmağın mənasını dərk etdim.2
NAMAZIN TƏRBİYƏVİ ƏSƏRLƏRİ
“Məaric“ surəsi, ayə:20-24
-----
İnsanın dini tərbiyəsində əsas rol oynanyan amillərdən biri də ibadətdir. Quran nəzərindən həqiqi və bütün şərtlərə malik olan ibadət o ibadətdir ki, onun ruhu və məğzi insanın Allaha diqqət yetirməsinə, günahlardan tövbə etməsinə və Allahdan kömək istəməsinə, həmçinin insanın özünə, öz eyiblərinə, nəfsinin çatışmamazlıqlarına diqqət yetirməsinə səbəb olsun. Bu da insanın tərbiyəsinin ən böyük amilidir.
Ümumiyyətlə, belə bir sual yaranır ki, Allah nə üçün namazı vacib etmişdir? Buna görə ki, namaz bizi ruhi-mənəvi cəhətdən qurur,təkamülə aparır.
İNSAN RUHUNUN MƏNƏVİ TƏKAMÜLÜ
İslami təlim–tərbiyə və məarifdə çox geniş bir bölmə vardır, o da bundan ibarətdir insanın şəxsiyyətini onun öz əməl və rəftarları formalaşdır, başqa sözlə desək, mənəvi cəhətdən insan elə onun özünün yaratdığıdır. Yəni, insan öz əməli ilə qurlur, yetişir, o, necə əməl etsə, eləcə də qurulacaqdır. Qərb fəlsəfələrində bu məsələ yeni ünvanlı bir məsələ kimi irəli çəkilir və ona “praktis”, yaxud “əməlin fəlsəfəsi” deyirlər. Halbuki, Quran nəzərindən bu məsələ, yəni, insan şəxsiyyətinin öz əməli nəticəsində formalaşması 1400 il bundan qabaq irəli çəkilmişdir. Deməli, hər necə əməl edirsə onun şəxsiyyəti də elə qurulur. İnsan bir tərəfdən həm öz əməllərini yaradır, həm də öz əməlləri vasitəsilə formalaşan, qurulandır.
Namaz insanı və onun şəxsiyyətini qurur. Nə üçün Quran “Ya əyyühəlləzzinə amənustəinu bissəbri vəssəlat” yəni: ey iman gətirənlər, namaz və səbrdən (hədisdə qeyd olunduğu kimi səbrin ilkin nümunəsi orucdur) kömək alın” - deyə buyurur?!
Elə namazın zahiri adaabını götürək, sonra onun daxili adaabına nəzər yetirək, yəni onun səhih və qəbul olunma şərtlərini nəzərə alaq. Bəzi vaxtlar insana deyilir ki, namazı qəsbi yer üzərində qılmamalısan, əks halda namazın batildir. Evin özü, yaxud onun döşəməsi qəsbidirsə namazın batildir. Namaz qılarkən bədənində olan paltar belə mübah olmalıdır (qəsbi olmamalıdır). Hətta əgər camaata borclu olsan və borcun vaxtı gəlib çatmışsa, sahibi də möhlət verməyib təcili şəkildə istəyirsə, həmçinin namaz qılmağa mane olursa və vaxt genşdirsə əvvəlcə borcunu qaytarmalı, sonra namaz qılmalısan. Yəni, əvvəlcə Allahın bəndələri ilə əlaqələrini düzəldərək onların hüquqlarına riyaət etməli, sonra isə Allaha müraciət etməlisən. Bunların hər biri insanın mənəvi çəhətdən qurulmasında, kamala yetişməsində müəyyən rol ifa edən amillərdir.
İkinci sual bundan ibarətdir ki, bu şərtlərin hamısı mövcud olduqda insanın namazı məqbul sayılırmı? Cavab verilir ki, xeyr, namazın düzlüyünə söz yoxdur, lakin onun (kamil şəkildə) qəbul olunmasının başqa şərtləri vardır. Məsələn, insan günahlardan uzaq olmalıdır ki, namazları qəbul olunsun. Halın və diqqətin Allaha doğru olmalıdır ki, namazın yüksəklərə qaldırılsın. Hüzuri-qəlbə malik olmalı, namazı tam diqqətlə qılmalısan, yəni “iyyakə nəbudu və iyyakə nəsətəin” deyərkən həqiqi mənada raz-niyaz halında olmalısan ki, namazın qəbul olunsun. İndi əgər namaz halında sizə çox da böyük olmayan şər və xoşagəlməz bir iş baş verərsə, məsələn, sizi arı sancarsa namazı pozmamalısan. İnsan öz fitrəti səbəbi ilə hətta bir ağcaqanad da onu dişlədikdə belə, hay-küy qoparır. Lakin müəyyən bir mərhələdən sonra belə olmur. Namaz insanı belə qurur. Hətta beş dəfə qılınan namaz olsa belə insan gündə beş dəfə bu məşqləri yerinə yetirir. İstər-istəməz gün ərzində və bütün ömrü boyu bunların təsiri vardır.1
Dostları ilə paylaş: |