ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 3,64 Mb.
səhifə25/39
tarix15.01.2019
ölçüsü3,64 Mb.
#97181
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

CİSM VƏ RUHUN ARAMLIĞI


Tüməninə necə? Bu da doğrudan da qəribədir. Əgər bəndə namaz halında, misal üçün, Həmd-surəni oxuyanda onun bütün şərtlərinə riayət edirsə, amma özünə təkan verirsə, bir ayağını qaldırıb, o biri ayağını qoyursa, özünü sağa-sola hərəkət etdirirsə, yaxud rükuda və səcdədə özünü sabit və hərəkətsiz saxlamayıb hərəkət edirsə, yaxud da əllərini hərəkət etdirirsə, bu, namaz batildir. Namaz tam aramlıqla, başqa sözlə, tüməninə ilə qılınmalıdır, yəni namaz qılmağa başlayanda və təkbirətul-ehramı – “Allahu Əkbər”i deyəndə bədən tam aram və hərəkətsiz olmayınca “Allahu Əkbər” deməməlisən. Əgər bunu hərəkət halında desən namazın batildir. Bədən tam aram olduqdan sonra “Allahu Əkbər” deməlisən. Sonra əgər özünə (azacıq) hərəkət vermək istəsən eybi yoxdur, amma bu halda zikr deməməlisən. Əgər, misal üçün, ayağın ağrıyırsa və ya başqa bir üzvün narahatdırsa azacıq sükut et, rahat ol, bədənin aramlaşdıqdan sonra Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil aləmin....” de.

Həmçinin, əgər namaz əsnasında ayağın ağrısa aramalaş, sakit ol, özünü rahatla sonra yenidən namazı davam etdir. Namazda həm ruhun, həm də cismin aramlıq və tüməninə halında olmalıdır.1


ALLAHI TƏZİMLƏ YAD ETMƏK, ONDAN QEYRİLƏRİNƏ HƏQARƏT NƏZƏRİ İLƏ BAXMAQ


“Allahu Əkbər” kəlməsini nəzərdə tutun. Məgər insan kimdir ki, böyük cərəyanların qarşısında olsun və qorxmasın?! İnsanda qorxu hissi vardır, o, bir böyük dağın müqabilində qərar tutduğu zaman, yaxud dağın başına çıxıb ordan aşağı baxarkən qorxu onu bürüyür. Özünü dərya müqabilində gördükdə qorxur. Əgər insan qüvvətli, heybətli və dəbdəbəli bir sahibi görsə, ya onun hüzuruna getsə özünü itirməsi, dilinin topuq vurması mümkündür. Səbəbi nədir? Çünki onun əzəmətindən qorxur. Bəli, bu, insan üçün təbii bir haldır. Amma “Allahu Əkbər” deyən və Allahın bütün varlıqlardan böyük və əzəmətli olmasını özünə təlqin edən şəxsi heç vaxt Allahdan başqa bir şeyin əzəməti qorxutmaz. Nə üçün? “Allahu Əkbər”, yəni Allah hər bir şeydən, üstəlik hər növ vəsfdən böyük olan müqəddəs İlah, məbuddur. Bəs “Allahu Əkbər” nə deməkdir? Yəni mən Allahı əzəmətlə tanıyır, yad edirəm. Allahı əzəmətlə tanıdığım zaman artıq mənim nəzərimdə hər bir şey həqirdir. “Allahu Əkbər” kəlməsi insana şəxsiyyət verir, onun ruhunu böyüdür.

Əli (ə) buyurur: Allah haqq əhlinin ruhunda əzəmətlə cilvələnmişdir, buna görə Allahdan başqa hər bir şey onların nəzərində kiçikdir.”1

Burada sizin üçün bir məsələni izah edəcəyəm. Bir şeyin böyük və kiçik olması nisbidir. Məsələn, siz bu Hüseyniyyənin fəzasında qərar tutmazdan qabaq buradan kiçik olan, məsələn, buranın üçdə biri qədər olan bir salonda idiniz. Oradan buraya gəldiyiniz zaman bu salon sizin üçün çox böyük nəzərə gəlir. Amma əgər bu iş əksinə olsa, məsələn, əvvəlcə buradan üç dəfə böyük olan bir salonda olub sonra buraya gəlsəniz bu salon sizin üçün çox kiçik görünəcəkdir. İnsan həmişə bir varlığı başqasının yanında görərsə və birinci varlıq ikincidən böyük olarsa ikincini kiçik hesab edir. Əgər birinci ikincidən kiçik olarsa birinci varlığı böyük hesab edir. Buna görə də Allahın əzəmətilə tanış olanlar, Onun əzəmətini dərk edənlər, ümumiyyətlə Ondan başqa bütün şeyləri həqir və kiçik sayırlar. Bu kimi şeylər onların nəzərində heç vaxt böyük sayıla bilməz. Sədi “Bustan” kitabında çox gözəl bəyan edib:

Bər arifan cüz Xuda hiç nist

Rəhi əql cüz piç dər piç nist

Deyirlər ki, ariflər Allahdan başqa heç bir varlıq üçün hansısa bir “şeyiyyət”in olduğuna inanmır və deyirlər ki, Allahdan başqa heç bir vücud yoxdur. “Vəhdəti-vücud kəlməsinin mənalarından biri də budur ki, arif Allahı əzəmətlə tanıyandan sonra artıq Allahdan başqa hansısa bir varlıq vardır sözünü demir. Deyir ki, əgər varlıq Allahdırsa, Ondan başqa hər nə varsa yoxluqdur. Sədi də vəhdəti-vücudu bu mənaya deyir:



Təvani qoftəni in ba həqayiq şenas

Vəli xorde girənd, əhli-qiyas

Deyir ki, həqiqəti tanıyanlar mənim nə dediyimi başa düşürlər, amma (onun sözü ilə qiyas əhli adlananlar) “vəhdəti vücud nə deməkdir?” deyə eyb tuturlar.

Şer

Qiyas əhli olanlar deyirlər ki, əgər Allahdan başqa heç nə yoxdursa onda yer nədir, asiman nədir, adəm övladı, div nədir?



Şer

Sədi deyir ki, mən demirəm asiman, yer, insan, mələyin vücudu yoxdur, mən “Allah vardır və Ondan başqa heç nə yoxdur” dedikdə sən deyirsən ki, mən başqa əşyaları da inkar etmişəm. Xeyr! Onu əzəmətlə tanıdığım vaxt Ondan başqa hər nə görürəmsə “varlıq” adlandıra bilməyəcəyim qədər kiçik hesab edirəm:

Şer

Siz “Allahu Əkbər” kəlməsini deyəndə əgər bu söz sizin qəlbinizin və ruhunuzun dərinliklərindən qaynaqlanırsa, sizin nəzərinizdə ilahi əzəmət təcəssüm tapacaqdır.



Sizin qəlbinizdə İlahi əzəmət yaranan zaman Ondan başqa bir kəsin sizin nəzərinizdə böyük cilvələnməsi qeyri-mümkündür, eləcə də bir kəsə yaltaqlanmağınız, bir kəsdən qorxmağınız, kiminsə qabağında qorxaraq əyilməyiniz qeyri-mümkündür. Məhz buna görə də Allaha bəndəçilik əslində insana azadlıq verir. Əgər insan Allahı əzəmətlə tanısa Onun bəndəsi olar və Allaha bəndəçilik etmək də Ondan qeyrilərindən azad olmağı tələb edir:

Şer


Allaha bəndəçilik etmək həmişə Ondan başqalarının təsir dairəsindən azad olmaqla bərabərdir. Çünki Allahın əzəmətinin dərk edilməsi həmişə Ondan başqalarının həqir olmalarının dərk edilməsini lazım tutur və insan Allahdan başqalarının – hər nə olursa-olsun, kiçik və həqir olduğunu gördükdə başqa şeylərə, məhz “həqir olduqlarına görə” bəndəçilik etməsi qeyri-mümkündür.

Həqir bir varlığı insan yanlış olaraq əzəmətli sayır ona bəndəçilik edir.1



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin