İBADƏTİN YÖNLƏRİ
İslam nəzərindən hər bir xeyirli və faydalı iş pak və ilahi bir niyyətlə yanaşı olduqda ibadət sayılır. Buna görə də dərs oxumaq, kəsb-ticarətlə, ictimai fəaliyyətlərlə məşğul olmaq Allah xatirinə və Allah yolunda olarsa ibadət sayılır.2
Fəqihlər buyurmuşlar ki, insan hər bir əməli Allahın razılığı xatirinə və bu məqsədlə yerinə yetirərsə ibadət sayılır. Əlbəttə, zatən məsləhəti olan bir iş nəzərdə tutulur. Yəni öz-özlüyündə və zatən yaxşı bir iş və onda müəyyən bir məsləhət olsun. Əgər insan onu Allah xatirinə yerinə yetirsə və məqsədi də ilahi yönə malik olsa ibadət sayılır. Buna əsasən mümkündür ki, insanın hətta yatmağı belə ibadət sayılsın. Demişlər ki, əgər bir şəxsin həyatı çox dəqiq və düzgün şəkildə tənzim olunsa, hər bir işi öz yerində və öz vaxtında əncam versə, özünü doğrudan da onun əməlləri Allah razılığına olacaq şəkildə tərbiyə etsə o gecə-gündüz ibadətdədir: Yatmağı da, oyaqlığı da, yemək yeməyi də, yol getməyi də, paltar geyməyi də, bütün bunların hamısı ibadətdir. Çünki fərz olunur ki, şəxs bütün bunların hamısını Allahın rizası üçün yerinə yetirir. Bu, düzgün bir mətləbdir. “İnsan həmişə ibadət halında olmalıdır” deyə, buyurulan kəlamın da mənası məhz bundan ibarətdir. Yəni bir an olsa belə insan ibadət halından çıxmamalıdır. Lakin bu barədə səhvə yol verilməməlidir. Belə ki, bizim hər bir işimiz məsləhətli olub Allah xatirinə yerinə yetirildiyi zaman ibadət sayıldığından (istilahda olan ibadət tərk olunmamalıdır) . Misal üçün (bir həkim deyə bilər ki, ) mən öz poliklinikamda olduğum zaman, işlərimi Allahın razılığına görə yerinə yetirib nəticədə ibadət edirəmsə, bunun mənası ruhu və məğzi Allahın zikri, Onunla xəlvət etmək, Ondan başqalarını unutmaq və Allahdan başqa hər bir şeydən əl üzmək mənasına olan ibadətdən ehtiyacsız olmaq demək deyildir. Əksinə o ibadət öz yerində olub hər bir halda lazımdır. Əgər o iş, yəni, sırf şəkildə ibadətdən ibarət olan və ibadətdən başqa heç bir məsləhəti olmayan işlər olmasa bunların heç bir mənası olmazdı.
İslamda iki cür iş, əməl mövcuddur: onlardan bəzilərinə istilahda sırf ibadət deyilir. Yəni namaz kimi ibadətdən başqa heç bir məsləhəti olmayan işlər. Bəzi işlər isə həyatın məsləhət və mənafeyinə olan işlərdir və onların da ibadət halına salınması mümkündür. Deməli, hər bir iş Allahın razılığı yolunda və Allah xatirinə yerinə yetirilsə ibadətdir. Lakin səhv olunmamalıdır: bu iş ümumiyyətlə bəndələri yalnız Allaha diqqət yetirməyə yönəldən ibadətdən və istiğfar edilən işlərdən əsla ehtiyacsız etmir. Nə Peyğəmbər, nə Əmirəl-möminin, nə də başqa bir insan heç vaxt özünü ibadətdən ehtiyacsız hesab etməməlidir.1
TƏQDİS (MÜQƏDDƏS BİLMƏ) VƏ TƏNZİH (EYB VƏ NÖQSANLARDAN PAK BİLMƏK) İBADƏTDİR
İslam maarifi enskilopediyasında ibadətin çox geniş mənası vardır. Mənşəyi Allaha itaət olmayan hər növ itaət – istər əmmarə nəfsinə itaət olsun, istərsə də başqa insanlara, şirk hesab olunur. Əlbəttə, bu cür işlər şirkin zəif mərhələləridir və islam dinindən çıxmağa səbəb olmaz. Lakin “ibadət inşası” məqsədilə eləcə də bəndəçilik izhar etmək məqsədilə yerinə yetirilən əməllər, yəni ibadət olunan tərəfin kamil şəkildə təqdis və tənzihindən, onun qarşısında bəndəçilik izhar edilməsidən başqa bir məfhumu olmayan rüku, səcdə, qurbanlıq kəsmək və s. kimi əməllər Allahdan başqası üçün heç bir vəchilə caiz deyildir. Nə peyğəmbər üçün, nə imamlar üçün, nə mələklər üçün, nə də başqa şeylər üçün. Əgər bu əməllər Allahın pak zatından başqası üçün yerinə yetirilsə şirk sayılır. İstər Allahın zatında, sifətlərində və ya Onun xaliqiyyət məqamında tovhidlə yanaşı olsun, istərsə də yanaşı olmasın.
Bu mətləb bir qədər izah olunmalıdır: Şəxsin müəyyən şey qarşısında etdiyi hər növ diqqət və ya xüzu ibadət deyil. Bir şey qarşısında xüzu müqəddəslik yönünə malik olduqda ibadət sayılır. Məsələn, əgər insanın xüzu izhar etməsi yalnız özünü kiçik sayıb naqis göstərməsi məqsədilə olarsa bu, təvazökarlıqdır. Əgər xüzu izhar edilməsi başqasının hörmətli sayılması ünvanı ilə olarsa təzim və təkrim sayılır. Təvazö və təzimin heç bir növü ibadət deyildir. Təvazö ilə təzimin fərqi bundadır ki, təvazönün məfhum və mənası insanın özünü kiçik göstərməsidir, amma təzimin məfhumu isə başqa bir şəxsin əzəmətli və ehtiramlı olduğunu göstərməkdir.
Əgər insanın başqa bir şey qarşısındakı xüzusu, onu təqdis və tənzih etməsi həmin şeyin bütün çatışmamazlıqlardan pak bilməsi mənasına olarsa bu ibadət sayılır və Allahdan başqası üçün caiz deyildir. Çünki hər növ nöqsanlardan pak olan, müqəddəsliyə layiq olan varlıq yalnız Allahın pak zatıdır.
Təsbih və təqdis də iki növdür: Ləfzi (sözdə olan) , əməli.
Ləfzi təqdis bundan ibarətdir ki, insan hər hansı bir cümlə ilə öz məbudunu təqdis etsin. Məsələn, bir şəxs “Sübhanəllah” (Allahı hər növ eyb və nöqsanlardan pak bilirəm) , eləcə də “Əlhəmdu lillah” (bütün həmd və tərif Allaha məxsusdur) kimi cümlələlərlə Allahı bütün nemətlərin həqiqi faili, bütün xeyirlərin, bərəkətlərin və kəlmələrin mənşəyi hesab edir. Eləcə də “Allahu əkbər” kəlməsi ilə Allahı təsəvvürə gələ bilən bütün şeylərin fövqündə dayanan, vəsf edildiyindən qat-qat yüksəkdə olan bir varlıq hesab etdiyindən ləfzdə olan təsbih və təqdis sayılır. Bu kimi kəlmələr yeganə və müqəddəs Allahın zatından başqa heç bir kəs üçün caiz deyildir, istər müqərrəb mələk olsun, istər nəbi, istərsə də mürsəl peyğəmbər. “La hovlə və la qüvvətə illa billah” cümləsi də bu qəbildəndir.
Əməli təqdisə gəldikdə isə, o bundan ibarətdir ki, insan müəyyən bir iş görsün və onun məfhumu o əməli hansı varlıq üçün yerinə yetirmişsə həmin varlığın müqəddəsliyin çatdırsın. O cümlədən rüku, səcdə, qurbanlıq və s. Əlbəttə, əməl məqsədi söz kimi aşkar şəkildə bəyan etmir. Mümkündür ki, həmin əməllər təzim şəklində də yerinə yetirilsin. Bu halda ibadət olmayacaq və əməlin özü də müqəddəs sayılmayacaqdır. Yəni sadəcə bir əməl olacaqdır. Lakin büt, od və yaxud başqa bir şeyin qarşısında yerinə yetirilən əməllər müqəddəslik yönümünə malik olur. Çünki bu işlər onların təqdis edilməsi məqsədilə yerinə yetirilir.
Bəşərin fitrətində nəyi isə təqdis etmə hissi vardır. İnsan fitri olaraq bütün nöqsanlardan pak, bütün kamal xüsusiyyətlərə malik olan bir varlıq qarşısında dayanaraq onun təqdis və tənzih etmək istəyir. Çünki təqdis insanın fitri bir hissindən qaynaqlanır, mütləq kamala sitayiş etmək qərizəsi də insanı istər-istəməz bu işləri görməyə vadar edir. Təqdis etdiyi şeyin müstəqil olmasına bir növ etiqad taparaq müstəşir, yaxud qeyri-müstəşir yöndə, hətta tətbiq edilməsində xətaya yol verməklə olsa belə. Başqa sözlə desək, ibadət və təqdis insanın qərizəvi hissindən qaynaqlandığına görə insanın zahiri şüur mərhələsində onun hər bir şeyə layiq olmasına, hər növ nöqsanlardan uzaq olmasına, o məbudun zatən və yaxud felən müstəqil olmasına etiqadlı olmasının zərurəti yoxdur.
Bəli, təqdisin mənası məhz bundan ibarətdir. Təqdislə təvazönün, eləcə də təqdislə sadə təzimin və təqdislə qibləgah qərar verməyin fərqi bundan ibarətdir. Zərdüştlərin atəş qarşısında yerinə yetirdikləri iş təvazö, sadə təzim və ya qibləgah qərar vermək deyil, təqdisdir. Bir əməlin təqdis və tənzih qərar verilməsi onun ibadət sayılması üçün kifayətdir, istər mütləq rübubiyyətə və Rəbbinnöv məqamına etiqadını aşkar etsin, istərsə də aşkar etməsin.1
Dostları ilə paylaş: |