Şəhidlərimiz İgid ölür, adı qalırmı?



Yüklə 8.55 Kb.
tarix21.06.2018
ölçüsü8.55 Kb.

Şəhidlərimiz

İgid ölür , adı qalırmı?

Mən bu məktubu yazmaya da bilədim.Ancaq onun ölümündən bir müddət keçməyinə baxmayaraq , mənim qəmli könlüm onun haqqında «Sən də sözünü söylə » deyə dilləndi.

Bir eloğlu itirmişəm …Elə oğul ki bir elə , bir obaya yaraşıq idi .Onun hərəkətləri gözlərim önünə gələndə bunu qələmlə təsvir etmək qeyri-mümkündür . .Onun işgüzarlığı , sadəliyi özünə çox yaraşırdı . Onu kollektiv içində elə sadəliyi tez sevdirdi. Bidə ki , gözünü açanda babası Qasımı el üçün , xalq üçün ürəkdən yanan görmüşdü. .

Uzun müddət pambıqçılıq üzrə briqadir işləyən Qasım dayı Çingizə əməyi tez bir zamanda sevdirmişdir .Odur ki , məktəbi qurtaran kimi kolxoza üzv yazıldı , işlədi .Elə təzə-təzə özünə hörmət qazandığı bir zamanda onu Qarabağa , güllü – çiçəkli diyarımızı xarabaya çevirən azğın düşmənlərlə döyüşə çagırdlar Onsuz da ürəyi Vətən eşqi il yanan Çingizə belə bir çağırış çoxdan lazım idi.Yola düşərkən bəd xəbər gəldi ki , xəstəxanada yatan babası onu görmək istəyir. Çingiz babasına özünə ələ alıb Çingizə öyüd –nəsihət verdi:«Bala , get sənə yaxşı yol olsun , ancaq Vətəninə xain çıxmadı , nə də geri dönmədi .Azğın düşmən onun təzə- təzə dil açan arzularının qarşısında sipər çəkdi .

Mən onun yasında iştirak edirdim .Çingizi sevən el-obası onu son mənzilə yola salırdı .Bir ana ürəyi haray çəkirdi ;

Çadır qurdun dəyirmi ,

Budaqları əyrimi?

Hara qoyub gedirsən

Bu el snənin deyilmi!?

İndi o qəmli günlər arxada qalıb .Çingizi sevənlərin ürəyində Çingiz sağlığında olduğu kimi sevilir , əzizlənir .Ancaq məni narahat edən odur ki , bu el- oba Çingizin el –obasıdırsa , bəs nə üçün Çingizin adının əbədilləşdirilməsi üçün əlindən gələni etmədilər . Bu yaxınlarda daimi oxucusu olduğum «Əkinçi» qəzetində bir yazı oxudum .Kalinin adına kolxoza M.Ə.Sabirin adı verilsin!

Mən bunun əleyhinə deyiləm .M.Ə.Sabirin əsərləri illər keçməsinə baxmayaraq . mənim üçün əvəzedilməzdir . Ancaq bunu yaddan çıxarmaq olmaz ki , Çingiz Qasımov Gəndəbilin Vətən uğurunda şəhid olan yeganə oğludur. Çingizin anası Lalənin gileyli baxışları yadımdan çıxmır. O.oğluna ad verilməsi haqqında heç düşünmür də 6Elə hey deyir:«Çingiz mənim yaralı ana ürəyimdədir .Ancaq haqsızlığa dözə bilmirəm .Axı Çingiz Vətən üçün qurban geidb » Doğurdan da ana haqlıdır. Mən inanıram ki Çingizin çalışdığı kollektiv, onun adının Kalinin (hazırda M.Ə.Sabir ) adına kolxoza verilməsi üçün əlindən gələni edəcək .Axı Çingiz buna layiq oğuldur. Bir də igiddən bir ad qalırsa , nə üçün Çingizin adı onun çalışdığı kolxoza qoyulmasın !?

Məleykə Nəsibova

Böyük Dəkkə kəndi .



25/12/1992

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə