Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasının
baş həkimi vəzifəsini icra edən Mirələm Calalova
03.06.2016-cı il tarixli
110 nömrəli məktuba
Səhiyyə Nazirliyinə ünvanlanan orta tibb işçilərinin TTTYS-nın Şəmkir Regional Məntəqəsində əvəzçilik üzrə işə qəbul edilmə barədə müraciətinizə baxılmışdır.
Bildiririk ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı Məmmədova Laçın Abbas qızı aldığı orta ixtisas tibb təhsilinə və ixtisas üzrə keçdiyi sertifikasiyaya əsasən yalnız “tibb bacısı” vəzifəsində fəaliyyət göstərə bilər.
Nəzərinizə çatdırırıq ki, Oruclu Aidə Sabir qızının orta ixtisas tibb təhsili haqqında diplomunun yoxlanılması zamanı onun Dağıstan tibb məktəbində təhsil almadığı aşkarlanmışdır. Məsələni araşdırmaq üçün məlumat Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektoruna verilmişdir.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |