Səhmdar Cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarlarının reyestrinin aparılması üzrə xidmətlərin göstərilməsi barədə



Yüklə 52,55 Kb.
tarix21.06.2018
ölçüsü52,55 Kb.
#54420

Səhmdar Cəmiyyətlərin səhmlərinin saxlanması və səhmdarlarının reyestrinin aparılması üzrə xidmətlərin göstərilməsi barədə

Müqavilə №___
Bir tərəfdən bundan sonra "Mərkəz" adlandıralacaq Milli Depozit Mərkəzinin Nizamnaməsi əsasında fəaliyyət göstərən _________________ şəxsində və digər tərəfdən bundan sonra "Emitent" adlandırılacaq və ___________ Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən İdarə Heyətinin sədri _________ şəxsində aşağıdakılar haqqında Müqavilə imzalamışlar.

1. Müqavilənin mövzusu
1.1. Emitent tapşırıq verir, Mərkəz isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, "Milli Depozit Sistemi haqqında", "Özəlləşdirilmiş müəssisələrin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında" əsasnamələrə və Milli Depozit Mərkəzinin Nizamnaməsinə uyğun olaraq emitentin səhmdarlarının reyestrinin aparılması və saxlanılması üzrə öhdəlikləri öz üzərinə götürür.
1.2. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı: ________
1.3. Saxlanılan və qeydiyyata alınan qiymətli kağızların həcmi:
1.3.1.Qiymətli kağızların növü: ______
1.3.2.Qiymətli kağızların miqdarı: ________
1.3.3. Qiymətli kağızların hər birinin nominal dəyəri və ümumi məbləği: ________________
1.3.4.Qeydiyyat tarixi: _______
1.3.5.Qeydiyyata alan orqanın adı: ____________________
1.3.6.Şəhadətnamənin nömrəsi: ________
1.3.7. Səhmlərin buraxılış forması: ______________

2. Tərəflərin hüquq və vəzifələri
2.1. Mərkəzin hüquqları:
2.1.1. Mərkəzin uçot texnologiyasına əsaslanaraq bu Müqavilədə nəzərdə tutulmuş xidmətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirmək.
2.1.2. Emitent Mərkəzin xidmətləri üzrə ödəniş vaxtını ötürdükdə bu Müqavilə üzrə nəzərdə tutulan xidmətləri dayandırmaq.
2.1.3. Reyestrin aparılması sistemində əməliyyatların həyata keçirilməsinə görə ödənişlərin miqdarını müəyyən etmək.
2.2. Mərkəzin vəzifələri:
2.2.1. Qeydiyyata alınmış şəxslərin göstərişi ilə reyestrin aparılması sistemində əməliyyatları həyata keçirmək və qanunvericiliyə zidd olan hallar istisna olmaqla, Emitentin bütün tapşırıqlarını yerinə yetirmək.
2.2.2. Emitentin reyestrinin aparılması sistemində dəyişikliklər edilməsi zəruriyyətini yaradan bütün faktlar və sənədlər haqqında məlumatların Azərbaycan Respublikası qanunvericiliyi tərəfindən müəyyən edilmiş müddət ərzində (bu Müqavilənin qüvvədə olma müddəti çərçivəsində) toplanılmasını, mühafizəsini və saxlanmasını təmin etmək.
2.2.3. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq səhmdarların reyestrinin aparılması yolu ilə qiymətli kağız sahiblərinin qeydiyyatını aparmaq və Emitentə, Müqavilə ilə nəzərdə tutulmuş haqqdan artıq əlavə haqq ödənilmədən aşağıdakı qeyd olunan xidmətləri göstərmək:
Emitentin qeydiyyatı və onun qiymətli kağızlarının uçota alınması
- Qeydiyyata alınmış şəxslərin və qeydiyyata alınmış girov saxlayıcılarının şəxsi hesablarının aparılması
- Qiymətli kağız sahiblərinin mülkiyyətində olan qiymətli kağızların miqdarının dəyişməsi haqqında məlumatların reyestrə daxil edilməsi;
- Qiymətli kağız sahibinin rekvizitlərinin dəyişdirilməsi;
- Emitentin qiymətli kağız sahiblərinin rəsmi reyestrinin çap edilməsi (ildə bir dəfə);
- Səhmdarlara ilk dəfə verilən reyestrdən çıxarışların təqdim olunması
- Qiymətli kağızların yerləşdirilməsi (emitentə emissiya hesabının açılması,emitent və qiymətli kağız buraxılışı haqqında təsis sənədlərində əks olunan məlumatın daxil edilməsi);
- Qiymətli kağızların (qlobal əməliyyatlar və qiymətli kağızların alınması və silinməsi üzrə aparılan əməliyyatlarla bağlı olan) emitentin hesablarında uçota alınması
- Qiymətli kağızların konvertasiyası ilə bağlı əməliyyatlar;
- Qlobal əməliyyatların aparılması hallarında qiymətli kağız buraxılışının silinməsi ilə bağlı əməliyyatlar;
- Qiymətli kağız buraxılışının nəticələri haqqında hesabatların tərtib olunması
- Sertifikatların verilməsinin, silinməsinin və itirilməsinin uçotu (qiymətli kağızların nağd buraxılışı hallarında);
- Emitentin yerləşdirilmiş adlı qiymətli kağızlarının miqdarının və növünün, qeydiyyata alınmış şəxslərin hesablarında olan bu emitentin qiymətli kağızlarının miqdarı və növü ilə tutuşdurulması.
Emitentə, əlavə haqq müqabilində Milli Depozit Mərkəzinin qiymətli kağız sahiblərinə göstərilən xidmətlərin Preyskurantına əsasən aşağıdakı xidmətləri göstərmək:
- Adlı qiymətli kağızların nağd buraxılışı hallarında sertifikatların sənədləşdirilməsi və səhm sahiblərinə verilməsi;

- Qiymətli kağız sahiblərinə məxsus olan qiymətli kağızlar haqqında çıxarışların və ya sertifikatların təqdim olunması

- Rəsmi reyestrin əlavə çap olunması

- Emitentə məlumatların göndərilməsi;

- Yeni qiymətli kağız sahiblərinin qeydiyyatı

- Qiymətli kağızların xırdalanması və birləşdirilməsi ilə bağlı əməliyyatların aparılması

- Səhmdarların Ümumi yığıncağının keçirilməsinin təşkilati-texniki təminatı

- Səhmdarların sorğularına cavab;

- Qiymətli kağızlar üzrə gəlirin hesablanması (gəlirlərin ödənilməsi üçün siyahının hazırlanması);

- Səhmdarlara dividendlərin ödənilməsi (nağd, poçt və bank köçürməsi yolu ilə);

- Qeydiyyata alınmış şəxslərdən verginin hesablanması.
2.2.5. Reyestrin aparılması sistemində olan məlumatı aşağıdakılara təqdim etmək:
- şəxsi hesablar haqqında - reyestrdə qeydiyyata alınmış şəxslərə
- yalnız qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş hallarda və çərçivədə - digər şəxslərə.
2.2.6. Üçüncü şəxslər qarşısında qiymətli kağız sahiblərinin öhdəliklərini təmin etmək.
2.2.7. Emitentin tələbi ilə reyestrin aparılma sisteminin vəziyyəti haqqında müəyyən olunmuş qaydada və müddətdə Emitenti xəbərdar etmək.
2.3. Emitentin hüquqları:
2.3.1. Reyestrin aparılması sistemində mövcud olan hər hansı bir məlumatı Mərkəzdən almaq. Mərkəzdən məlumatların alınması hüququna Emitentin bu hüququ ala bilən vəzifəli şəxsləri malikdir.
2.3.2. İldə bir dəfə tərtib edilməsinə çəkilən xərclərdən artıq olmayan haqq ödənilməklə, Mərkəzdən səhmdarların reyestrini tələb etmək.
2.3.3. Bu Müqavilədə nəzərdə tutulmayan əməliyyatların (Emitentin Ümumi yığıncaqlarının təşkili və keçirilməsi, qiymətli kağız sahiblərinə dividendlərin və digər ödənişlərin Mərkəz vasitəsilə köçürülməsi, məlumatların göndərilməsi, qiymətli kağızlara xidmət üzrə digər əməliyyatlar, o cümlədən xırdalanma və birləşdirilmə əməliyyatları) Mərkəzin qiymətlərinə uyğun, ayrıca haqq müqabilində, əlavə razılaşma ilə həyata keçirilməsini Mərkəzə həvalə etmək.
2.4. Emitentin vəzifələri:
2.4.1. Reyestrin aparılma sistemində mövcud olan məlumatların tam həcmdə, razılaşdırılmış müddətdə və qaydada Mərkəzə təqdim edilməsini təmin etmək.
2.4.2. Müqavilə imzalanan zaman Emitent Mərkəzə aşağıdakıları təqdim etməlidir:
- səhmdar cəmiyyətinin notarial qaydada təsdiq edilmiş nizamnaməsinin surəti;

- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

- səhmdar cəmiyyətin təsis müqaviləsinin surəti (Dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlər üzrə - səhmdar cəmiyyətin yaradılması haqqında dövlət əmlakının satıcısının sərəncamının surəti);

- idarə heyəti sədrinin seçilməsi barədə səhmdarların ümumi yığıncağının protokolundan çıxarış (dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlər üzrə - idarə heyəti sədrinin vəzifəsinə təyin edilməsi haqqında dövlət əmlakının satıcısının əmri);

- səhmdar cəmiyyətinin səhmlərinin emissiya prospekti (Dövlət əmlakının özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlər üçün özəlləşdirmə planının) surəti;

- səhmdar cəmiyyətinin Vahid Dövlət Reyestrinə daxil edilməsi, onun səhmlərinin və emissiya prospektinin dövlət qeydiyyatına alınması barədə sənədlərin notarial qaydada təsdiq edilmiş surəti;

- müəssisənin (yeni təşkil olunmuş müəssisələr istisna olmaqla) son hesabat dövrü üzrə balansı

- səhmdar cəmiyyətinə vergi orqanları tərəfindən identifikasiya nömrəsinin verilməsi haqqında sənədin surəti;



- bank rekvizitləri haqqında müvafiq bankdan (banklardan) arayış.
Üç gün müddətində təsis sənədlərində edilən bütün cari dəyişikliklərə, Emitentin Nizamnamə kapitalının həcminə, dividendlərin və ya faizlərin ödənilməsinə, həmçinin qiymətli kağızların dövriyyəsi və onlar üzrə öhdəliklərin icrasına aid digər məlumatları Mərkəzə çatdırmaq.
2.4.3. Mərkəzin xidmətlərinə görə haqqı bu Müqavilənin 4-cü bölməsində göstərilən həcmdə və müddətdə ödəmək.
2.4.4. Mərkəzə hər bir yeni qiymətli kağız buraxılışı haqqında məlumat vermək, bu zaman qüvvədə olan qanunvericiliyə uyğun qaydada qeydiyyata alınmış təsis sənədlərinin təsdiq edilmiş surətlərini və qiymətli kağızların emissiya prospektlərini (o cümlədən onlarda edilən dəyişiklik və əlavələri) Mərkəzə təqdim etmək.
3. Xidmətlərin göstərilməsi qaydaları
3.1. Bu müqavilə ilə Mərkəz tərəfindən üzərinə götürülən xidmət növləri yalnız Emitentin rəsmi müraciəti ilə həyata keçirilir.
3.2. Mərkəz, Emitentin səlahiyyətli nümayəndələrinin tələbi ilə reyestrinin aparılması sisteminə daxil olan və bu reyestrin aparılması üçün istifadə olunan texnologiya çərçivəsində hər cür informasiyanı onlara təqdim etməlidir.
3.3. Emitentin səlahiyyətli nümayəndəsi - onun Rəhbəri, müavinlərdən biri, həmçinin Emitentin adından lazımi qaydada etibarnamə ilə rəsmiləşdirilmiş nümayəndəsi hesab edilir.
3.4. Qiymətli kağız saxlayanlarının reyestrində dəyişikliklər, Emitentin tapşırığı ilə qüvvədə olan qanunvericiliyə uyğun olaraq Mərkəzin təsdiq etdiyi qaydalar üzrə həyata keçirilir.
3.5. Emitentin yenidən təşkili, onun təşkilati - hüquqi, mülkiyyət formasının dəyişdirilməsi, Emitentin reyestrində müvafiq dəyişikliklər edilməsini tələb edən qiymətli kağızların buraxılma və ya dövriyyə şərtlərinin dəyişdirilməsi hallarında, belə dəyişikliklər Tərəflərin əlavə razılığına uyğun olaraq həyata keçirilir.

4. İşlərin dəyəri və hesablaşma qaydası
4.1. Bu Müqaviləyə uyğun olaraq Emitent Mərkəzə, əlavə dəyər vergisini nəzərə almadan müəssisə haqqında informasiya bazasının yaradılması və səhmdarların reyestrinin ilkin formalaşdırılması, səhmdarların reyestrinin aparılması və saxlanması üzrə birinci il üçün Emitentin Nizamnamə kapitalının 0.1% və hər növbəti il üçün səhmdarların reyestrinin aparılması və saxlanması üzrə Emitentin Nizamnamə kapitalının 0.05% həcmində pul vəsaiti ödəyir. Xidmət haqqının ödənilməsi göstərilən xidmət həcmindən asılı olmayaraq həyata keçirilir. Bu zaman əlavə dəyər vergisi nəzərə alınmadan hər il üçün ödənilən məbləğin minimumu 400.000 manat, maksimumu isə 40.000.000 manat məbləğində müəyyən edilir. Göstərilən məbləğ bu Müqavilə imzalandığı gündən 30 (otuz) gün ərzində və hər növbəti il üçün ______ ayının 00 - dək Mərkəzin hesablaşma hesabına köçürülməlidir.
4.2. Emitent Mərkəz tərəfindən göstərilən xidmətlərə görə ödənişi göstərilmiş müddətdə həyata keçirmədiyi halda Mərkəz Emitentə xidmət edən banka hesabı təqdim edir və həmin hesab üzrə Emitentin hesabından ödəniş Mərkəzə akseptsiz olaraq keçirilməlidir.
4.3. Mərkəzin Preyskurantında xidmət haqqları dəyişildiyi tarixdən hesablaşma yeni qiymətlər əsasında aparılır.
5. Tərəflərin məsuliyyəti
5.1. Tərəflər bu Müqavilənin öhdəliklərinin yerinə yetirilməməsi və ya qeyri qənaətbəxş yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq əmlak məsuliyyəti daşıyırlar.
5.2. Mərkəz Emitent qarşısında, Səhmdarların reyestrində Emitentin verdiyi məlumatların tam əks olunmasına görə məsuliyyəti öz üzərinə götürür.
5.3. Ödəniş müddətinin pozulmasına görə Emitent Mərkəzə hər gecikmə günü üçün ödənilməli məbləğin 1%-i həcmində (lakin bu məbləğ 10%-dən artıq olmamalıdır) cərimə ödəyir.
5.4. əgər bu müqavilənin fəaliyyəti müddətində qüvvədə olan qanunvericilikdə öhdəliklərin yerinə yetirilməsini qeyri mümkün edən dəyişikliklər baş verərsə, Tərəflər öz öhdəliklərinə görə məsuliyyət daşımırlar.
5.5. Tərəflər bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı meydana çıxmış mübahisələrin danışıqlar yolu ilə həll olunması üçün tədbir görürlər. Mübahisələr danışıqlar yolu ilə tənzimlənmədikdə, və ya bu bölmənin 5.3 bəndində göstərilən müddət ötürüldükdə, onun həlli Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq İqtisad Məhkəməsi tərəfindən həyata keçirilir.
5.6. Bu Müqavilə imzalandıqdan sonra, qarşısı alınmaz qüvvələrin və ya Tərəflərin əvvəlcədən görə bilmədiyi və ya məntiqə uyğun tədbirlərlə qarşısını ala bilmədiyi fövqəladə hadisələr nəticəsində bu Müqavilə üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə, Tərəflər məsuliyyət daşımırlar.

6. Müqavilənin dəyişdirilməsi və ləğv olunması
6.1. Bu Müqavilə üzrə xidmətlərin və digər öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar dəyişiklikləri və əlavələri Tərəflər əlavə razılaşma tərtib etməklə həyata keçirirlər.
6.2. Mətndə xüsusi qeyd olunmuş hallardan başqa bu müqavilənin fəaliyyəti aşağıdakı hallarda dayandırıla bilər:
- Səhmdar Cəmiyyəti ləğv olunduqda;

- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutlmuş digər hallarda.


7. Müqavilənin fəaliyyət müddəti
7.1. Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Səhmdar Cəmiyyətinin bütün fəaliyyət müddəti dövründə qüvvədə qalmış hesab edilir.
8. Əlavə şərtlər
8.1. Müqavilə üzrə Tərəflər bir - birinin mənafeyi naminə fəaliyyət göstərməyi öhdələrinə götürürlər.
8.2. Bu müqavilənin yerinə yetirilməsi əsnasında əldə edilən bütün məlumatlar məxfi hesab edilir və bu Müqavilənin fəaliyyət dövrü ərzində qüvvədə olan qanunvericilik ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, yayılmır və üçüncü şəxslərə verilmir.
Bu müqavilə iki nüsxədə tərtib olunur və nüsxələr eyni hüquqa malikdir.
Tərəflərin hüquqi ünvanı və Bank rekvizitləri:

 


İkinci Şirkətin adı” MMC

Birinci Şirkətin adı” MMC

Ünvan:

 

 



Ünvan:

 

 



Bank rekvizitləri:

 

 



 

Bank rekvizitləri:

 

 



 

Yüklə 52,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin