ŞƏKƏr vəLİ qızı qasimova
tarix 22.11.2018 ölçüsü 15,4 Kb. #84691
ŞƏKƏR VƏLİ qızı QASIMOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Ümumi dilçilik kafedrasının dosenti
İş telefonu : (+99412) 510 - 05 - 49
QISA BİOQRAFİK MƏLUMAT
1935-ci il iyunun 18-də Qax rayonunun İlisu kəndində anadan olub.
1944-1954-cü illərdə Qax rayonunun İlisu kənd orta məktəbində təhsil alıb.
1954-1959-cu illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb.
1954-cü ildən Bakı Dövlət Universitetində çalışır.
Ailəlidir, 1 oğlu və 1 qızı var.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1983-cü ildə „Aşıq Ələsgər şeirinin leksik-üslubi xüsusiyyətləri“ mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
1993-cü ildə dosent elmi adı alıb.
ƏMƏK FƏALİYYƏTİ
1954-1962-ci illərdə ADU-nun kadrlar şöbəsində inspektor işləyib.
1963-1983-cü illərdə Ümumi dilçilik kafedrasında baş laborant işləyib.
1983-1985-ci illərdə Ümumi dilçilik kafedrasında müəllim işləyib.
1983-1985-ci illərdə Ümumi dilçilik kafedrasında baş müəllim işləyib.
1993-cü ildən hal-hazıradək Ümumi dilçilik kafedrasında dosent vəzifəsində çalışır.
TƏDRİS ETDİYİ FƏNLƏR
Ümumi dilçilik
Linqvistik tipologiya
Sosiolinqvistika
Fonologiya
Etnolinqvistika
Tipoloji dilçilik
Tətbiqi dilçilik
Dilçilik tarixi
Struktur dilçilik
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
2016, Bakı, Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfrans.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
2006, Aşıq Ələsgər şeirinin leksik-üslubi xüsusiyyətləri. Bakı: Nurlan.
2005, Müqayisəli qrammatika. Bakı: Qələm.
Metodik göstəriş və proqramlar
2002, Dilçiliyə giriş (qiyabiçi tələbələr üçün metodik göstəriş). Bakı: BDU nəşri.
2005, Müqayisəli qrammatika (: Qələm.
2005, Fonologiya (proqram). Bakı: Nurlan.
2009, Onomastika (proqram). Bakı: Nurlan.
2014, Linqvistik tipologiya. (Bakalavriatura təhsil pilləsi üçün proqram)
2014, Tətbiqi dilçilik. (Magistratura təhsil pilləsi üçün proqram)
Məqalələr
2010, Paralinqvistika, “Xəbərlər”, №2
2011, Keçmiş İlisu sultanlığından çıxmış ziyalılar. BDU-nun xəbərləri. Bakı, №3
2011, Qax rayonu İlisu kəndinin toponimləri. “«Dil və ədəbiyyat»” jurnalı.
2012, Qax rayonu İlisu kəndinin onomastikası. “«Dil və ədəbiyyat»” jurnalı, №3(83)
2014, Aşıq şeirinin üslub xüsusiyyətləri. “«Dil və ədəbiyyat»” jurnalı, s.3-9
2014, Azərbaycan dilində sinonimlik hadisəsinin əsas əlamətləri. “«Dil və ədəbiyyat»” jurnalı, s.116-119
2015, Əli Tudə şeirində əvəzlik üslubi vasitə kimi. “«Dil və ədəbiyyat»”, № 2(94)
2017, A.Şlayxer dilin forması və inkişafı haqqında. // “Dil və Ədəbiyyat”, №2 (102)
Dostları ilə paylaş: