Şəki – Zaqatala iqtisadi rayonu Şəki-Zaqatala iqtisadi rayonu



Yüklə 22,17 Kb.
səhifə2/7
tarix16.05.2022
ölçüsü22,17 Kb.
#115926
1   2   3   4   5   6   7
Şəki Zaqatala

Faydalı qazıntıları. Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının mis ehtiyatlarının hamısı, kükürd kolçedanın 90 %-i, sinkin 99 %-i bu iqtisadi rayonun payına düşür. Qafqaz regionun iri polimetall yataqlarından olan Filizçay yatağı bu rayonun ərazisində yerləşir. Dağlıq və dağ ətəyi yerlərdə çınqıl, qum və digər tikinti materialları mövcüddür. Şəki-Zaqatala iqtisadi rayonu ərazisinin 27 %-ni meşə massivləri təşkil edir. Onların əsas hissəsi Balakən və Zaqatala rayonlarının ərazisindədir. İqtisadi rayon bol su ehtiyatlarına malikdir.

Şəki-Zaqatala iqtisadi rayonu bir sıra faydalı qazıntılarla zəngindir. Qafqaz regionunda unikal hesab edilən Filizçay polimetal yataqları bu regiondadır. Sənaye əhəmiyyətli başqa təbii sərvətlərdən milyonlarla kubmetr ehtiyatları hesablanmış bir neçə daş-çınqıl yataqlarını, çoxlu tikinti materialı toplanmış çay gətirmə konuslarını göstərmək olar. Polimetal yataqları ilə təmsil olunan faydalı qazıntı həm xammalın tərkibinin zənginliyinə, həm də müəyyən edilmiş filiz ehtiyatlarının çoxluğuna görə böyük əhəmiyyətə malik yataqlardandır. Bu qazıntıların tərkibində xeyli miqdar nadir elementlər də vardır. Onların içərisində əsas yeri mis ehtiyatları tutur. Mütəxəsislərin ilkin hesablamalarına görə burada misin sənaye əhəmiyyəti daha böyükdür. Şəki-Zaqatala iqtisadi rayonunun kurort rekreasiya imkanları çox böyükdür. Bu iqtisadi rayonun gözəl təbiəti, əlverişli iqlim şəraiti, termik şəraiti, başı qarlı dağları, coğrafi mövqeyi, tarixi arxitektura abidələri onu respublikanın mühüm istirahət-turizm regionuna çevirmişdir. Burada ərazinin müxtəlif hissəslərindən bu sahənin artıq bir neçə mərkəzi fəaliyyət göstərmiş və demək olar ki, bu sahənin inkişafı üçün müəyyən təcrübə və maddi-texniki baza var. İstirahət ocaqlarının fəaliyyəti, onların imkanlarından səmərəli istifadə edilməsi burada iqtisadiyyatın inkişafının mühüm istiqamətlərindən birinə çevrilə bilər.




Yüklə 22,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin