Şəki – Zaqatala iqtisadi rayonu Şəki-Zaqatala iqtisadi rayonu


Torpaq örtüyü və bionmüxtəlifliyi



Yüklə 22,17 Kb.
səhifə6/7
tarix16.05.2022
ölçüsü22,17 Kb.
#115926
1   2   3   4   5   6   7
Şəki Zaqatala

Torpaq örtüyü və bionmüxtəlifliyi. Ərazidə dağ-çəmən, dağ-çəmən-meşə, qonur-dağ-meşə, qəhvəyi-dağ-meşə, çəmən-qəhvəyi, boz-dağ-qəhvəyi, dağ-şabalıdı, şabalıdı, boz, çəmən-meşə və çəmən torpaqlar geniş yayılmışdır.Ərazidə zəngin və özünəməxsus lanşafta malikdir.Region Azərbaycanın ən meşəli ərazilərdəndir.Ərazinin düzənlik sahələrindəqızılağac (Alnus sp.), qanadmeyvə yalan qoz(Pterocarya pterocarpa), hibrid qovaq (Populus hybrida), uzunsaplaq palıd(Quercus longipes) növlərindən ibarət düzən meşələri mövcuddur.Bozqır yayla ərazilərdə ardıc növləri (Juniperus sp.),saqqızağac (Pistacia mutica) və iberiya palıdı (quercus iberica) meşəlikləri mövcuddur.Alp qurşağında (2600-3200 m) alçaqboylu otlardan ibarət alp xalıları yayılmışdır. Onlardan alp zəngiçiçəyi (Campanula alpestris), çobanyastığı, alp ətirşahı (Geranium alpestre), alp mahmızlaləsi( Corydalis alpestris), qafqaz dovşankələmi (Sedum villosum), alp qayaotu (Sempervivum alpestre) alp unutması (Myosotis alpestres) və s.göstərmək olar. Nival qurşaq( 3600-4400 m) bitki örtüyü olmayan çılpaq qayalıqlardan və buzlaqlardan ibarətdir. Bölgənin mədəni irsi və etnik palitrası rəngarəng və zəngindir.Burada azərbaycanlılar ilə yanaşı avar, saxur, ləzgi, gürcü, yəhudi, udin, ingiloy, qaraçılar və s xalqlar və etnik qruplar əsrlər boyu qardaşlıq və mehriban dostluq şəraitində yaşayırlar. Burada qədim dövrlərə aid yaşayış məskənləri, arxeoloji materiallar, antik və orta əsrlər dövrlərinə aid qala və istehkamlar, tarixi-memarlıq abidələri, məbədlər və müqəddəs yerlər mövcuddur. Ərazi buzlaqlar, morenlər yüksək dağ gölləri, şəlalər, yaşı 500-1000 il olan veteran ağaxlar kimi təbiət abidələri ilə olduqca zəngindir.


Yüklə 22,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin