Bələdiyyə büdcəsinə ödəniş etməli olan hüquqi şəxslərin və vətəndaşların maarifləndirilməsi məqsədilə geniş məlumatlandırma kampaniyalarının (dəyirmi masalar, görüşlər, çap materialları və s.) aparılması
Bələdiyyənin internet səhifəsində zəruri maarifləndirmə materiallarının yerləşdirilməsi
Məqsəd. Dövlət büdcəsindən ayrılan transfertlərin həcminin artırılması
Vəzifələr
3.1. Dövlət büdcəsindən bələdiyyəyə ayrılan məqsədli transfertlərin həcminin artırılması
3.2. Dövlət büdcəsindən bələdiyyəyə ayrılan məqsədsiz transfertlərin həcminin artırılması Fəaliyyətlər:
3.1. Bələdiyyə kadrlarının transfertlərlə bağlı müraciət üçün zəruri bilik və bacarıqlarının formalaşdırılması
Maliyyə idarəçiliyi (o cümlədən transfertlərlə bağlı) sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə bələdiyyə kadrları üçün təlim kurslarının təşkili
Maliyyə idarəçiliyi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə bələdiyyə üzvləri üçün təcrübə mübadiləsi səfərlərinin təşkili
3.2. Dövlət büdcəsindən maliyyə yardımı almaq məqsədilə müvafiq dövlət strukturlarına müraciətlərin göndərilməsi
Dövlət büdcəsindən maliyyə yardımı almaq məqsədilə layihələrin hazırlanması
Dövlət büdcəsindən maliyyə yardımı almaq məqsədilə hazırlanmış layihə sənədlərinin müvafiq dövlət qurumlarına təqdim edilməsi