Vətəndaşların maarifləndirilməsi məqsədilə geniş məlumatlandırma kampaniyalarının (dəyirmi masalar, görüşlər, çap materialları və s.) aparılması
Bələdiyyə ərazisində məlumat lövhələrinin yerləşdirilməsi
Bələdiyyənin internet səhifəsinin yaradılması
Vətəndaşların iştirakı ilə ictimai dinləmələrin təşkili
2. Yerli ödənişlər
Məqsəd. Ödəniş mənbələrindən daha səmərəli istifadə etməklə ödənişlər üzrə daxilolmaların həcminin artırılması
Vəzifələr
2.1. Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlərdən daxilolmaların artırılması
2.2. Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifayə verilməsindən daxil olan ödənişlərdən daxilolmaların artırılması
2.3. Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdən daxilolmaların artırılması
2.4. Bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyənin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişlərdən daxilolmaların artırılması