Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Qax rayon mks-nin metodiki-biblioqrafiya şöbəsi



Yüklə 70.63 Kb.
tarix18.06.2018
ölçüsü70.63 Kb.

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Qax rayon MKS-nin metodiki-biblioqrafiya şöbəsi

image result for 28 may respublika günü

İnsanlara hüriyyət, millətlərə istiqlal!

28 May Respublika Gününə həsr olunmuş metodiki vəsait

Qax - 2017

Respublika Günü (Azərbaycan)
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/50/flag_of_the_democratic_republic_of_azerbaijan.png/200px-flag_of_the_democratic_republic_of_azerbaijan.png
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı, 1918-ci il iyunun 24-də hökumət qərarına əsasən
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/flag_of_azerbaijan_1918.svg/200px-flag_of_azerbaijan_1918.svg.png

Azərbaycan Xalq Cümhuriyyətinin, hal-hazırda isə Azərbaycan Respublikasının bayrağı



Respublika günü-1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

Tarixi

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.



İstiqlal Bəyannaməsi

1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

Respublika Günü haqqında qanun

1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.

1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir
MƏHƏMMƏD ƏMIN RƏSULZADƏ
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-sı gecəsi Ankara Universiteti xəstəxanasında gözlərini həyata qapadı. Daha bir il əvvəl – 1954-cü il yanvarın 31-də yetmiş yaşının bitməsi münasibəti ilə yazdığım məqalədə (“Azərbaycan” jurnalı № 11-12, 1954, Ankara; “Birləşik Qafqasiya” № 30-32, Münxen, 1954) “Qələm, kəlam və məfkurə ustadımız” – deyib müraciət etdiyim Rəsulzadənin, mütəfəkkir və inqilabçı, siyasət və dövlət adamı, mühərir, ədib və natiq bir şəxsiyyət kimi obrazını yaratmağa çalışmışdım. Gərək o yazılarda, gərəksə onlardan bir müddət əvvəl (1953) “Azərbaycan mühacirlik mətbuatının 30 illiyi” sərlövhəli məqaləmdə və 1938-ci ildə Berlində nəşr olunan “Milli Azərbaycan hərəkatı (Milli Azərbaycan “Müsavat” Xalq partiyasının tarixi)” adlı əsərimdə qeyd etdiyim kimi qurulmasında, işlənməsində və inkişafında bilavasitə iştirak etdiyi liberal-demokratik milli məfkurəni mücadiləçi bir taktika ilə mahiranə bir surətdə həyata keçirilməsini gözəl bilən Rəsulzadə, Azərbaycanda inqilabçı bir azadlıq ordusunun yetişməsinə daha gənc yaşlarında başlamışdı. Heyvanın insandan daha çox qiyməti olan orta əsr dərəbəylik və köləlik nizami ilə idarə olunan çarlıq Rusiyasında hüdudsuz istibdadiyə ilə ağıllara durğunluq verən “millətlər həbsxanası” dövlətinə qarşı üsyan bayrağını qaldıran gənc Rəsulzadəni 1903-1904-cü illərdə, özünün təşkil etdiyi “Azərbaycanlı gənc inqilabçılar dərnəyi”nin başında görürük. Rusiyanın ruslaşdırma, rusçuluq və müstəmləkəçilik siyasətinə qarşı protest mahiyyəti daşıyan ilk məqaləsi də 1903-cü ildə nəşr olunmuşdur. Bir il sonra baş verən Rus-Yapon müharibəsində Rusiyanın bütün əzəmət və cəlalı ilə bərabər məğlub olması mütləqiyyət və istibdadın özülünü də sarsıtmış və ocaqlarından birini də Bakı təşkil edən inqilab həmlələrinə tab gətirməyən jandarma-polis dövləti yarı-yarımçıq da olsa məşrutəli bir idarəyə icazə vermək məcburiyyətində qalmışdı. Bu surətlə 1905-ci ildə verilən nisbi azadlıq sayəsində milli-mədəni fəaliyyət başladı və Azərbaycanın fikir və bilim mərkəzi olan Bakıda türkcə gündəlik, həftəlik və aylıq qəzet və jurnallar nəşri bir-birini təqib etdi. Başda Əlimərdan bəy Tobçubaşi, Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə və bilavasitə Azərbaycan mətbuatının ağsaqqalı və yaradıcısı Həsənbəy Zərdabi olmaq üzrə, Qərbi Avropa mədəniyyəti məktəbi keçmiş milli açıqfikirli ziyalıların yaratdıqları milli mətbuatda dəxi gənc Rəsulzadə də iştirak etməyə başladı, İslam ümməti (milləti) dövründə (yəni hər kəsin pzünü yalnız müsəlmanhiss etdiyi və türklüyünü, milliyyətini dərk etməmiş olduğu bir dövrdən) hənuz çıxmaqda olan Azərbaycan milli mühitini çalxalayan: qərbçilik-avropaçılıq, şərqçilik-islamçılıq və türkçülük-milliyyətçilik cərəyanlarını “türkləşmək, islamlaşmaq və müasirləşmək” şəklində ifadə edib formula halına salmağa müvəffəq olmuş Azərbaycanın böqük oğlu və böyük türkçü mərhum professor Əlibəy Hüseynzadənin (sonralar bu düsturu Ziya Gögalp İstanbulda işləmişdir) gərək dil, gərəksə fikir baxımından Rəsulzadə üzərində böyük təsiri olmuşdur. Çox keçmədən onu, 1906-cı ildə nəşrə başlayan “Təxamül” (1906-1907) qəzetinin başında görürük. İnüilabçı, millətsevər gəncliyi fikirlərində tərcüman olan bu qəzet proqram məqaləsində “Millətlərin, qövmlərin, heyətlərin, siniflərin və şəxslərin hüquq və ixtiyaratda və bərabər olmalarını və hər növ təcavüzdən qorunmalarını” müdafiə edən gənc və inqilabçı mütəfəkkir Rəsulzadə bu tezisi həyatı boyunca işlədəcək və: “insanlara hüriyyət, millətlərə istiqlal!” şəklində əfadə etdiyi milli halına gətirəcəkdir.

Qərbi Avropanın hürriyyət dəyərlərindən əxz edilmiş bu insani və mədəni düşüncə, ilk dəfə olaraq böyük mütəfəkkir və ədibimiz Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlənin Cəmalüddövlə ilə məktublaşması” adlı məşhur əsərində və ilk azəri qəzetəçisi Həsənbəyin “məğrib-zəmin” dediyi Qərbi Avropa ilə “məşriq-zəmin” adını verdiyi müsəlman Şərqi arasında hürriyyət baxımından müqayisə edən məqalələrində rast gəlmişik. Qeyd olunan əsərində Qərbi Avropa parlament rejimini idealizə edən Mirzə Fətəli ilə “məğrib-zəmin”dəki mədəniyyəti hüriyyətin təbii bir nəticəsi olaraq alan Həsənbəy, Azərbaycanda özünə çox əlverişli zəmin tapan Avropa azadlıq fikrinin başçıları, icraediciləri hesab olunurlar. Fərdi (şəxsin, insanın) azadlığı, əmək və çalışma azadlıqları və millətlərin azadlığı kimi üç ana ünsürdən ibarət olan bu Qərbi azadlıq qaydasının Şərq dünyasına yayılmasına və yerləşməsinə qarşı çətin bir cəhalət səddi təşkil edən Rusiya imperatorluğunu, inqilabçı həmlələrlə yıxıb ortadan qaldırmağın mümkün olacağına inanan Rəsulzadə “insanlara hürriyyət, millətlərə istiqlal!” şüarı ilə milli Azərbaycan məfkürəsinin insani, mədəni və aləmşümül mənasını da qısa bir şəkildə ifadə etmişdir.

M.Ə.Rəsulzadəni 1908-dən 1911-ci ilə qədər Tehranda və 1911-1913-cü illər arasında İstanbulda görürük. Mərkəzini Azərbaycan və onun hürriyyətsevər baş şəhəri Təbriz təşkil edən İran inqilabına demokratiya aşiqi Rəsulzadə də müşahidəçi kimi qalmamışdır. Hələ bu inqilab hərəkatının eyni zamanda İranı müstəmləkə halına salmaq və Türkiyəni mühasirəyə salmaq istəyən Rusiyaya qarşı da bir qiyam mahiyyətində olduğu düşünülür və bu hərəkatda qafqazlı hürriyyətsevərlərin də mühüm rol oynadıqları göz önündə tutulursa Rəsulzadənin sövq və təşviq edən qüvvət daha aşkar anlaşılmış olur.

İranda hürriyyətin zəfəri və məşrutənin elanından sonra Tehranda nəşrə  başlayan və Avropa üsulda ilk gündəlik qəzet olan “İrani nov”un (Yeni İran) müdiri və baş redaktoru Rəsulzadə idi. Mərkəzi komitəsinə daxil olduğu “İran demokrat partiyası”nın ideologiyasını, məzkur partiyanın yenə azərbaycanlı olan lideri Seyid Həsən Tağızadə ilə birlikdə işləyən də odur.

Fəqət Türkiyə İranda hürriyyətin müzəffər olmasına və mütləqiyyət idarəsinə son verən məşrutiyyətin qurulmasına qarşılıq Rusiyada 1905-ci ildə elan olunan məşrutiyyət tanınmaz bir hala gətirilmiş, Orta əsr despotizmi yenidən xortlamışdı. 1907-ci ildən etibarən hər gün bir az daha şiddət kəsb edən bu irtica və istibdad rejimi Qafqaz ilə Türkistan ətrafında bir hürriyyət və demokratiya təməlinin qurulmasına dözə bilmir, ordusu ilə müdaxilə edərək İranda irtica və istibdadi himəya altına alan çarlıq, Mİllət Məclisini bombardman edir, hürriyyəti və hürriyyətsevərləri boğur. Təslim olmaq barədə tələb müqabilində Rəsulzadə, Tağızadə ilə bərabər Türkiyəyə mühacirətə getmişdi. İttihadi islam fikirləri ilə osmanlılığın tarixə qovuşmağa başladığı Türkiyədə türk milliyyətçiliyi inkişaf etməyə başlamışdı.

Rusiyada irtica və terrorun şiddətlənməsi üzərinə məmləkətlərini tərk edən rus əsiri türklərə mənsub bir çox mütəfəkkir, o cümlədən böyük azəri milliyyətçilərindən Əlibəy Hüseynzadə və Əhməd Ağaoğlu bəylər də buraya sığınmış idilər. Rəsulzadə burada yeni qurulan “Türk ocağı”na daxil olur və yeni nəşrə başlayan “Türk yurdu” jurnalında “İran türkləri” başlığı ilə bir seriya məqalələr yazmağa başlayır. İrandakı türk topluluqlarını, xüsusilə, onların ən çox və həmcins qismini təşkil edən Azərbaycan türklüyünü türk ümumi əfkarına tanıdanilk məqalənin Rəsulzadə tərəfindən yazılmlş olduğu iddia edilə bilər. Eyni zamanda Azərbaycanın Qafqaz qitəsi üzərindəki, Şimal qismində rus hakimiyyətinə qarşı davam edən gizli fəaliyyəti təşviq etməkdə və 1905-1906-cı illərdə Ağaoğlu Əhməd bəyin üurub idarə etdiyi “Difai” partiyasının yerini tutmağa başlayan “Müsavat” partiyasının zühurunu sürətləndirməkdədir. “Ümmət” dövrünü yaşayan müsəlman Şərqində milliyyət şüurunun oyanmasında çox böyük rolu olan məşhur islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfğaninin “milliyyət xaricində səadət yoxdur” – deyən “vəhdəti cinsiyyə” (yəni “milli birlik fəlsəfəsi”)ni farscadan türkcəyə çüvirib “Türk yurdu”nda dərc etməsi də bu zamana rast gəlir. Sonraları Bakıda nəşriyyatında milliyyət məsələsini işlədiyi zaman Cəmaləddin Əfğanidən çox faydalandığı görüləcəkdir.

Rəsulzadənin Bakıya dönüşü, Romanov sülaləsinin 300 illik yubileyi münasibəti ilə elan olunan ümumi əfv üzərinə 1913-cü ildə vaqe olmuşdur. İrandakı fəaliyyəti, hürriyyət yolundakı mücadilə təcrübəsinin rus imperializminə qarşı kininin artmasına yaradığı kimi, İstanbuldakı təmasları da milli məfkurənin yetişməsi və mənəvi təşəkkülünə qəti şəkil verməsi baxımından çox mühüm bir mərhələ olmuşdur. Bu dövrün Rəsulzadə üzərindəki qüvvətli təsirini, türklüyün böyük mütəfəkkiri Ziya Gögalpın ölümü münasibəti ilə “Yeni Qafqasiya” (İstanbul 1340-cı il 2, sayı: 3) jurnalındakı baş məqaləsində bilavasitə özü də etiraf etməkdədir.

O dövrdə çarlığın törətdiyi bütün əngəllərə baxmayaraq, Bakı ilə İstanbul arasında qüvvətli mənəvi bağlar qurulmuş və bunlar getdikcə sıxlaşmağa başlamışdı. XIX əsrin ortalarında Qafqazda tamamilə yerləşməyə başlayan Rusiya Azərbaycandakı İran dil və mədəni nüfuzuna qarşı, yerli azəri dil və mədəniyyətini himayəyə başlamış, fəqət əsrin sonlarına doğru ruslaşdırma yolunu seçmişdi. Tam bu zamanda Rusiyada baş alıb gedən qarışıqlıq və Hüseynzadə Əlibəyin İstanbuldan Bakıya dönərək nəşriyyata başlaması, Osmanlı mədəni təsirini qüvvətləndirmiş və Azərbaycan türk cəmiyyətinin inkişaf istiqamətini dəyişdirmişdi. Əlibəy Hüseynzadənin İstanbuldan döndükdən sonra Bakıda ortaya atdığı və üç cərəyanı əhatə edən “türkləşmək, islamlaşmaq və müasirləşmək” düsturu İstanbulda Ziya Gögalp tərəfindən əsaslı bir surətdə işlənməyə başlanmış, buna müqabil Hüseynzadənin şiddətlə müdafiə etdiyi “Osmanlı dili” yerinə Z.Göqalpın ortaya atdığı sadə türkcə davası da Azərbaycanda dərin əks-səda oyandırmışdı. Rəsulzadə bu xüsusda bunları yazmaqdadır:

“...Mərhumun (Ziya Gögalpın) “Türk yurdu”nda dərc olunan “Türkləşmək, islamlaşmaq və müasirləşmək” məqalələri məni adətən vəcdə gətirdi. Bakıya geri döndüm. Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya nəzəriyyəsinin müdafiəçisi oldum. Türkçülüyə rəvac vermək üçün dünya müharibəsi əsnasında təsis etdiyimiz “Açıq söz” qəzetinin başına Ziyanın müqəddəs düsturunu bir “şüar” olaraq qoyduq. Daha sonra Ziyanın son zamanlarda “Türk millətindənəm, islam ümmətindən, Qərb mədəniyyətindənəm” (Hüseynzadə Əlibəy bunu əvvəl, 1906-da “Türk ganlı, İslam imanlı, firəng qiyafəli” şəklində ifadə etmişdi – M.B.) şəklinə salmış olduğu bu şüar türkçülük, xalqçılıq ümdələri (dayaqları) üzərində təşəkkül edən milliyyətpərvər “Müsavat” firqəsinin proqram müqəddəməsində yer tutdu. Rus istibdadı pəncəsində dağılmış xanlıqlar şəklində deyil, müttəhid və milli bir kütlə surətində nicat arayan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa əsri məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da “türkləşmək, islamlaşmaq və müasirləşmək” məfhumlarında tapdı: bayrağı mavi, yaşıl və al (mavi, al və yaşıl) rəngli qumaşlardan düzəldildi”.

Istanbul “Türk ocağı” mühitinin öz üzərindəki təsirini bu sürətlə əks etdirən Rəsulzadə Bakıya döndükdən sonra “Osmanlı dili” ilə “azəri türkcəsi” tərəfdarları arasında cərəyan edən münaqişələrə “Osmanlı dili” ilə nəşr olunan “Şəlalə”yə yazdığı “Dil ictimai bir amil” və “Yeni dilçilər və türkçülər” sərlövhəli məqalələri ilə qarışdı. Dilin geniş xalq kütkəsinin başa düşülməsi üçün lazım olan ictimai bir amil olduğunu qeyd edən və türkçülərin dil haqqındakı sadəlik və birlik görüşlərindən ilham alan Rəsulzadə o istiqamətdə inkişaf edən yeni bir azəri türkcəsinin də artıq doğmuş olduğunu müjdələyir və 1915-də təsis eylədiyi “Açıq söz” qəzetəsini bu ədəbi türkcə ilə nəşr edirdi.

Qafqazın Rusiyadan ayrılıb istiqlalını elan etməsi və Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistandan ibarət bir konfederasiya qurması üçün 1918-ci ilin fevral, mart və aprel aylarında Zaqafqaziya parlamentində söyladiyi siyasi nitqlər tarixi və siyasi nitqlər tarixi və siyasi dəyərlərini heç bir zaman qeyb etməyəcəkdir. Zaqafqaziya konfederasiyasının dağıdılması üzərinə 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını elan edən “Milli Şura” rəisi sifətində Osmanlı dövləti ilə imzaladığı müqavilə gərçəyincə alınan əsgəri yardım, milli varlığımızı yox olmaqdan qurtarmış və bütün Qafqaz millətlərinə müstəqil milli dövlət həyati imkanlarını təmin etmişdir. Əgər Osmanlı dövlətindən bu əsgəri yardım alınmamış olsaydı Azərbaycan türkü qılıncdan keçiriləcək və Gürcüstan ilə Ermənistan da 1920-1921-ci illərdə məruz qaldıqları fəlakətə 2-3 il daha əvvəl uğramış olacaqlardı. Milli Şuranın rəisi sifətilə 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentində etdiyi tarixi nitqi və ondan sonra “Müsavat” partiyası adından elan etdiyi bəyannamə, gənc cümhuriyyətin dövlət quruluşunda, daxili və xarici siyasətində təməl daşını təşkil etdiyi kimi, Azərbaycanın gələcək əsas təşkilat qanunun da ana prinsiplərini əhatə etməkdədir.

Rəsulzadəyə görə “Milli mədəniyyət əsasına dayanması və milli-demokratik türk dövlətçiliyi üzərində qurulması etibarı ilə Azərbaycan ilk türk dövləti və ilk müsəlman cümhuriyyətidir” (“Azərbaycan”, Bakı, 28 vfq 1919).

Müstəqil milli Azərbaycan Demokratik Cümhuriyyətinin davamı müddətincə (1918-1920) gərək parlamentdə, gərəksə parlament xaricindəki nitq və məruzələri, məqalə və bəyanatları bu milli türk dövlətinin və bu ilk müsəlman cümhuriyyətin möhkəmlənməsinə və yaşamasına xidmət edirdi.

Rəsulzadə Azərbaycan Cümhuriyyəti təşəkkülündə, içində öz varlığından bir hissə daşıyan milli məfkurənin canlandığını, təxəyyül etdiyi və uğrunda çalışdığı milli istiqlalın gerçəkləşdiyini, milləti üçün bir səadət qapısı açıldığını görürdü. Bu cümhuriyyətin məlum şərtlər altında, yenidən rus istilasına uğramasından duyduğu iztirabın dərinliyini də bundan irəli gəlirdi. Halbuki, parlamenti açarkən söylədiyi nitqində: “Bir dəfə yüksələn bayraq bir daha enməz!” – demişdi.

Rəsulzadə qırmızı istiladan sonra başda mütərəqqi gənclik olmaq üzrə millətin göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğuna inandığını bildirirdi.

RƏSULZADƏ MÜHACİRƏTDƏ

Rəsulzadə istilaya uğramış məmləkət və millətlərin inqilab tarixlərində görüldüyü kimi siyasi mühacirətin öz davasını davam etdirmək üçün tərkidiyar edən mücadiləçi bir təmsilçisi deyil, rəhbəri və rəisi idi. Bu etibarla Rəsulzadə mühacirətdə də misilsiz idi. 1953-cü ildə yazdığım “Azərbaycan mühacirlik mətbuatının 30 illiyi” sərlövhəli yazımda (“Azərbaycan” jurnalı, Ankara, 1953, № 7; “Birləşik Qafqasiya”, Münxen, 1953, № 9) dəxi qeyd etmiş olduğum kimi, istilaçı qırmızı Rusiyaya qarşı İstanbulda 1923-cü ildə azad milli nəşriyyatı təsis etməklə işə başlayan Rəsulzadənin bu təşəbbüsü bu əün əsir türk dünyasında və İslam aləmində dərin əksilər oyandırmış və qırmızı imperialistlərin iç üzünü ortaya qoyduğu üçün sovetləri ciddi şəkildə təlaşa salmışdı. Sovet mətbuatı Rəsulzadənin nəşriyyatını cavablandırmaq məcburiyyətini hiss edirdi. Sovet dövlət adamları qurultaylarda bu nəşriyyatdan danışır, xaricdəki sovet nümayəndələri bu nəşriyyatın qarşısını almaq üçün təşəbbüslərə gürüşürdü. Rəsulzadənin nəşriyyatı Azərbaycanda, Türküstanda və Kazanda diqqətlə oxunur və həmən hər yazısına cavablar verilirdi.

Məmləkət daxilindəki əldən-ələ keçən və oxunması üçün gizli təşkilatlar meydana gətirən bu nəşriyyat daxildəki mücadiləyə yeni bir istiqamət vermiş və bu hərəkat bir çox kommunistləri də içinə alan bir sel halına gəlmişdi. Başda qabaqcıl gənclik olmaq üzrə qüvvətlənən milli müqavimət  Azərbaycan milli davasının yeni bir dövrə girdiyini elan edirdi. Orada, yəni istila altındakı yurtda, özünü istiqlalın bir simvolu olaraq alan istiqlalcı bir gənclik doğmuşdu. Çekalarda, zindanlarda, Sibiryalarda, Şimal qütbü sərhədlərindəki ölüm düşərgələrində, şəhidlik qədəhini sevə-sevı icın  bu istiqlalçı gənclik, daxil və xaricdəki şair və ədiblərə həyəcan və ilham qaynaği olur və bu gün iftixar etməkdə olduğumuz şerdə, nəsrdə istiqlalçı bir mücadilə ədəbiyyatı əmələ gəlirdi. Üzərində qüvvətli təsir edən olduğu və istiqamətini təyin etdiyi məmləkət daxilindəki milli mücadiləni dünyaya əks etdirmək mühacirətdəki bu azad Milli nəşriyyat eyni zamanda dünyanın dörd bir tərəfinə yayılmış olan milli Azərbaycan mühacirətinin bir fikir mərkəzi halına gəlmişdir. Milli Azərbaycan “Müsavat” xalq partiyasının xarici məmləkətlər bürosunu təşkil edən Rəsulzadə, istiqlalçı bütün idealist və fəal adaçları Milli Azərbaycan Mərkəzi ətrafında birləşdirmişdir. Başında hər zaman Rəsulzadənin durduğu bu Azərbaycan Milli Mərkəzi, Qafqaz millətləri ilə, rus əsiri türklərlə və nəhayət, rus olmayan digər istiqlalçı millətlərlə iş və cəbhə birliyi vücuda gətirmiş və azərbaycan istiqlal davasını millətlərarası bir məsələ halına qoymuşdu.

Mühacirətdə Rəsulzadənin başçılığı altında çalışan bu Milli Mərkəzin siyasi fəaliyyət tarixi hələlik yazılmamış və belə bir tarixin yazılması üçün də ilk qaynaq mahiyyətindəki sənədlərin nəşr və elan edilməsi üçün müvafiq zaman da hələlik gəlmiş deyildir. Bu tarix yazılınca, məfkurəçi və inqilabçı Rəsulzadənin istiqlal davasındakı nəhəngliyi, uzaqgörənliyi, biliyi, iş yoldaşlarını seçməkdəki bacarığı və sərrastlığı o zaman bir kərə dəxi anlaşılmış olacaqdır.

Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal” – deyə meydana qədəm qoydu və yenə “insanlara hüriyyət, millətlərə istiqlal!” – deyə gözlərini qapadı.

Rəsulzadə prinsipə sədaqətin, məfkurəyə bağlılığın və bu yolda səbrin, fədakarlığın, əzm və əhdindən dönməməyin də timsalı idi. Çünki o tam mənası ilə fəzilət sahibi kamil bir insan idi.

Onun bizə miras qoyub getdiyi böyük milli məfkurənin gərçəkləşməsi və Azərbaycanın yenidən istiqlala qovuşması uğrunda müqəddəs mücadiləni eyni əzm, qeyrət və mətanətlə davam eədcəyimiz haqqındakı andımızı təkrar edir və əziz xatirəsi önündə hərmətlə baş əyirəm.
Məhəmməd Əmin Rəsulzadə

AZƏRBAYCAN CÜMHURİYYƏTİ
(M.Ə.Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında)

Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.

*  *  *

İnsanlara hüriyyət, millətlərə istiqlal!

*  *  *

Ah, Azərbaycan! Biz sənin haqqını  tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı.

*  *  *

Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət!

*  *  *

Səfir bulundurmaya haqqı olmayan bir istiqlalı istəməyiz!

*  *  *

Bakı, Azərbaycan atəşkədəsinin ocağı olduğu kimi Azərbaycan fikrinin də mənbəyi idi.

*  *  *

Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır.

*  *  *

Gələcək – millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır.

*  *  *

Şərq millətlərinin xilas və nicatına aid şüarlar ilə bolşeviklər sözdə millətlərin hüququna, hürriyyətinə və istiqlalına hörmətkardırlar. Işdə isə digər imperialistlərdən heç də fərqli deyildirlər.

*  *  *
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!

İstinadlar
Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 105. Bayram günləri

 Xalq qəzeti, 24 May 2011 – "Kaliforniyanın "Sonoma" qəzeti 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edən sadə amerikalı vətəndaşın məktubunu dərc etmişdir"



Respublika günü

Azərbaycanda 28 may – Respublika günüdür

28 may – Respublika Günü

https://az.wikipedia.org/wiki/Respublika- Azərbaycan)

http://rasulzade.org/books/1_1.html

http://rasulzade.org/articles/1_2.html

Mirzə Bala Məmmədzadə


“Azərbaycan” məcmuəsi, № 12 (36), 1955.

1903-1909



Hazırladı:MKS-nin metodiki-biblioqrafiya şöbəsinin müdiri Xəlilova Reyhan

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə