Şəki Dövlət Rəsm Qaleriyası
Şəki Dövlət Rəsm Qaleriyası 1982-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə təşkil olunmuşdur. Şəki Dövlət Rəsm Qaleriyası şəhərin Yuxarıbaş məhəlləsində, “Dövlət Tarix Memarlıd qoruğu”ında qala divarları arasinda yerləşən keçmiş Çar Rusiyasını kazarması olmuş binada yerləşir. Binanın tikilmə tarixi 100 ildən çoxdur. Şəki Dövlət Rəsm Qaleriyası üç zaldan, emalatxana, fond otağı, direktor və köməkçi otaqlarından ibarətdir. Şəki qalareyasının fondunda 327 əsər vardır. Bu əsərlərdən 244-ü rəngkarlıq, 68-i sulu boya, qrafika, 15-i isə heykəltaraşlıq işləridir. Fondun əsərlərindən əksəriyyəti Azərbaycan tərəfindən Dövlət Rəsm Qaleriyası1982, 1984, 1986-cı illərdə Şəki Dövlət Rəsm Qaleriyasına verilmişdir. 40-50-yə yaxın əsər yerli mütəxəssislər tərəfindən fonda verilmişdir. Fondun əsərləri içərinsində tanınmış heykəltəraş Sapsayın, tanınmış rəssamlardan Toğrul Nərimanbəyovun, Mehdiyevin, Sadıqzadənin, Sakitin, habelə rus rəssamlarının sulu boya ilə işlənmiş əsərləri vardır.
Şəki Dövlət Rəsm Qaleriyası Şəki rəssamları ilə sıx əlaqə saxlayır və onların əsərlərindən ibarət satış sərgi zalı yaradılmışdır. Şəkidə Azərbaycan Rəssamlar İttifaqını filialı vardır ki, burada 10-15 üzv fəaliyyət göstərir. Rəssamlar İttifaqının sədri rəssam Tahir Həmidlidir. İttifaqın üzvləri arasında ali təhsilli realist rəssam Qüdrət Məmmədovu, avandard rəssam Söhrab Ərəbovu, ali təhsilli realist rəssamlar Səbuhi və Asim Məmmədovları, ali təhsilli qrafik rəssam Tahir Həmidlini və başqalarını göstərə bilərik.
Şəki Dövlət Rəsm Qaleriyasında ilə 7-8 aktiv sərgi təşkil edilir. Bundan başqa sənətkarlarla görüşlər keçirilir.
Dostları ilə paylaş: |