M.F.Axundovun ev muzeyi M.F.Axundovun ev muzeyi onun dünyaya 1812-ci ildə göz açdığı M.F.Axundov küçəsi, 1 saylı ünvanda yerləşən binada 1940-cı ildə yaradılmışdır. Bu binanın 1800-cü ildə tikildiyi təxmin edilir. Sonralar M.F.Axundovun ev muzeyi genişləndirilmiş, onun eksponatlarının bir hissəsi əlavə tikilmiş binada yerləşdirilir. Beləliklə, M.F.Axundovun ev muzeyi 2 binadan: həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir.