Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi



Yüklə 0,84 Mb.
səhifə9/9
tarix20.01.2017
ölçüsü0,84 Mb.
#653
1   2   3   4   5   6   7   8   9

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə



Bayrağımız qürurumuzdu

(metodiki vəsait)



Şəki-2013

  1. Azərbaycan Respublikası Dövlət Bayrağı günü

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Həmin qərara görə Azərbaycan bayrağını qırmızı materialdan,üstündə ağ aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək nəzərdə tutulmuşdu. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi.Hökumət Bakıda yalnız 15 sentyabr-şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndiyindən sonra fəaliyyət göstərə bilmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra bayraq haqqında ikinci qərar qəbul edilmişdi.

1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdir.Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzlardan ibarət olan bayraq qəbul edilsin!”

1920-ci il aprel 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

İkinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə bu bayraq bərpa edilmiş və Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bu bayraq bərpa edilmiş və Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarətdir.Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasının, qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng-islam sivilizasiyasına mənsubluğunu ifadə edir.Qırmızı zolağın ortasında bayrağını hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Azərbaycan bayrağının dalğalandığı dirək dünyada ən hündür bayraq dirəyi hesab olunur. “Ginnes”in dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyini dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Qeyd edək ki, bayrağın çəkisi 350 kq-dır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrəsinin üst hissəsinin diametri isə 1,09 metrdir.Qurğunun ümumi çəkisi 220 tondur.

Prezident İ.Əliyev 2009-cu il 17 noyabr tarixli sərəncamla noyabr ayının 9-nu Azərbaycanda Dövlət Bayrağı günü elan etmiş və bu bayram ölkədə qeyri iş günü olan bayramların siyahısına daxil edilmişdi.


  1. 9 noyabr Bayraq günü ilə əlaqədar keçiriləcək tədbirlər.

Azərbaycan Respublikasının 9 noyabr Bayraq günü münasibətilə respublikamızın hər yerində olduğu kimi, kitabxanalarda, lisey və gimnaziyalarda, ümumtəhsil məktəblərində, muzeylərdə və sair yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bayraq günü ilə bağlı kitabxanalarda sərgi, kitab icmalları, oxucu konfransları, inşa, şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar və sair təşkil etmək olar. İlk növbədə kitabxanalarda Bayraq günü ilə bağlı sərginin tərtib olunması vacibdir.Sərgidə 9 noyabr Bayraq günü ilə bağlı nəşr olunan kitabları, proşuraları, dövrü mətbuatda çap olunan qəzet və jurnalları nümayiş etdirmək olar. Sərgilərə müxtəlif başlıqlar vermək olar.

“9Noyabr Dövlət Bayrağı Günü”, “9Noyabr-Qürur günümüz”, “Bayrağımız qürurumuzdu” və sair.

İndi isə “Bayrağımız qürurumuzdu” adlı sərgini sxemini nümunə üçün veririk:

1)Başlıq.

2)Azərbaycan Respublikasının üçrəngli bayrağı.

3)Bayraq günü ilə bağlı nəşr olunan kitabların nümayişi.

4)Dövrü mətbuatdan materiallar.

5)Şeir parçası.

Bayraq günü ilə bağlı kiçik yaşlı oxucular üçün bayraqla bağlı yazıçı və şairlərin əsərlərindən ucadan oxular, səhərciklər hazırlamaq olar.Bununla əlaqədar uşaq kitabxanalarında keçirilən tədbirlərdən biri də sual-cavab gecələri, viktorinalar, oxucular arasında bilik yarışmalarıdır.

Kitabxanalarda keçirilən kütləvi tədbirlərin ən canlı və maraqlısı sual-cavab gecəsi və viktorinalardır. Oxucuları maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir:

1)Niyə 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd olunur.

2)Dövlət Bayrağı günü nə vaxtdan elan olub?

3)Azərbaycan Dövlət Himninin musiqisi və sözləri kimə aiddir?

4)Azadlıq sözünü necə başa düşürsünüz ?

5)Azərbaycan gerbi haqqında nə bilirsiniz ?

6)Azərbaycan Respublikasın Dövlət bayrağının üzərində hansı təsvirlər vardı?

7)Azərbaycan bayrağı ilk dəfə neçənci ildə yaradılıb?

8)Bu il ölkəmizdə Dövlət Bayrağının neçənci ili tamam olur?

Sərgiyə qoyulacaq şeir parçası:

Bayrağını endirdilər,

Ancaq özün əyilmədin.

Alqış bu gün o ucalan

Bayrağına Azərbaycan.

Şeir müsabiqəsinin keçirilməsi də təqdirə layiq olardı. Şeir müsabiqəsi uşaqların ən çox sevdiyi tədbirlərdən biridir. Çünki uşaqlar belə tədbirlərdə özlərinin şeir demək bacarıqlarını nümayiş etdirirlər.Bu tədbir yaxşı olardı ki, yuxarı yaş qrup oxucular arasında keçirilsin.Şeir müsabiqəsində aşağıdakı şeirləri oxuculara təqdim etmək olar.

1)Xalqın öndəri; 2) Azərbaycan marşı; 3)Bir dəfə yüksələn bayraq və sairə.

Oxucularımızın 9 noyabr Dövlət Bayrağı haqqında olan fikirlərini öyrənmək məqsədi ilə anket sorğularının keçirilməsi məqsədəuyğundur . Bunu nəzərə alaraq hazırlayacağımız sorğunu sizə təqdim edirik.

1.Dövlət Bayrğı gününün yaranma tarixi haqqında məlumatınız varmı?

 Bəli


 Xeyr

2.Dövlət Bayrağı günü haqqında şeir bilirsinizmi?

 Bəli

Xeyr


3.Azərbaycanı necə görmək istərdiniz?

_________________________________

4.Vətən mövzusunda yazan şairlərdən kimləri tanıyırsınız?

_________________________________

5.Vətən haqqında bayatı, atalar sözü bilirsinizmi?

 Bəli


Xeyr

6.Azərbaycan Respublikasının Dövlət Rəmzlərini söylə?

_________________________________

7.Dövlət bayrağı günü nə vaxtdan elan olunub?

_________________________________

Kitabxanalarda keçirilən silsilə tədbirlərdən biri də kitab icmalıdır. Məktəblilər üçün “Azərbaycan Respublikasının Dövlət rəmzləri” adlı kitabın icmalını keçirmək olar. Bu kitabda ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranması tarixi izlənilir, milli-rəmzlərin bərpası və qəbulu yolunda ümummilli lider Heydər Əliyevin müstəsna rolu göstərilir, üçrəngli bayraq və gerbdə əks olunan simvolların məna və funksiyası ilkin mənbələr əsasında araşdırılır, milli himnimizin təkamülü və ideya məzmunu xüsusiyyətləri tarixi planda təhlil edilir, nəhayət dövlət rəmzlərimiz Azərbaycan Xalq Cumhuriyyətindən (1918-1920) bizə miras qalan tarixi milli-mənəvi dəyərlər kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, mədəniyyət işçiləri, müəllimlər, diplomatlar, hüquqşünaslar, dövlət quruculuğu ilə məşğul olan mütəxəsislər, elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İstifadə olunan ədəbiyyat siyahısı:

1.Kəhrizli Vaqif . Azərbaycan bayrağı.-Bakı,Yazıçı, 2011.-192s.

2.Mərdanov Misir, Quliyev Əsgər. Azərbaycan Respublikasının Dövlət Rəmzləri :-Bakı, Çaşıoğlu,2010.-287s.

3.Əliyev İ.Azərbayca Respublikasının Dövlət Rəmzləri.-Bakı: Nurlan, 2008.-56 s.

4.Əhmədov S. Azərbaycan Respublikasının Dövlət Bayrağı.-Bakı: Megabasım, 2010.-153 s.

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və

və biblioqrafiya şöbəsinin müdiri.



Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubleyi münasibəti ilə



N.Rəfibəyli-100

(metodiki vəsait)



Şəki-2013

Tərtib edəni: Əhmədova Nəzakət- Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.

I bölmə. Həyat və yaradıcılığı

Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən N.Rəfibəylinin yaradıcılığını insanın məməvi uçalığı təşkil edir.Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir.Yaradıcılıq yoluna, sənət ucalığına sahib olan, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətəri olan xalq şairi N.Rəfibəylinin sənət yolu daim diqqətdə olub.

Azərərbaycan xalq şairi N.Rəfibəyli 1913-cü ilin 23 iyul tarixində Gəncə şəhərində anadan olmuşdu. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunda təhsil alan Nigar xanım 1931-ci ildən əmək fəaliyyətinə başlayıb və “Azərnəşr”də bədii ədəbiyyat sahəsində tərcüməçi və redaktor kimi çalışıb. Nigar Rəfibəyli sonradan Moskva Pedaqoji İnstitutunda təhsilini davam etdirib.

Yradıcılıqla məşğul olan Nigar Rəfibəyli 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”in bədii ədəbiyyat sahəsində redaktor vəzifəsində calışıb. Orjinal yaradıçılıq imkanlarına malik olan N.Rəfibəylinin şeirləri Azərbaycan ədəbiyyatında özünəməxsuzluğu ilə seçilir. Onun poeziyasında insana məhəbbət anlayışı genişdir.N.Rəfibəyli son dərəcə həssas, qayğıkeş, mülayim bir insan idi.

N.Rəfibəyli Azərbaycanın şair qadınları arasında öz zərif duyğusu və intellektual səviyyəsi ilə seçilir.Onun şeirlərində Azərbaycan qadınının sevgi və zəhmət dünyası, ağrı və acıları bütün əlvanlığı ilə qələmə alınmışdır. Şairin bənzərsiz, yüksək metodik ahəngə və dəyərli sözə malik olan nəğmələri çoxdur.N.Rəfibəylinin poezyasında daim müraciət olunan bir mövzu həmişə diqqət çəkib.Övlad, ana məhəbbəti onun şerində uca zirvəyə qalxa biləcək bir dünyadır.

Döyür pəncərəni bir acı ruzigar,

Bayırda bu axşam yenə boran var.

Bürüyüb qəlbini coşqun arzular,

Çəkilib gözünün yuxusu, ana.

Çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatında tariximizdə silinməz izlər salan N.Rəfibəyli oxunan və həm də çox sevilən şairələrdən biridir.O, gözəl nəğmələrin müəllifidir. Görkəmli bəstəkarlar Niyazi, F.Əmirov, S.Rüstəmov, C.Cahangirov, T.Quliyev, E.Sabitoğlu, P.Bülbüloğlu və sair.

N.Rəfibəylinin “Dənizin səsi gəlir” , “İşıqlı dünyam”, “Günəşdənn gənclik istədim”, “Həzin bir axşamda düşsən yadıma”, “Zəfər nəğməsi”, “Anaların səsi”, balacalara yazdığı “Balaca qəhrəman”, Günəşin cavabı”, “Bizə bahar yaraşır” kitabları ədəbiyyatımızı zənginləşdirir.

N.Rəfibəyli-Azərbaycan ədəbiyyatına şairə, tərcüməçi, azərbaycanın əməkdar mədəniyyət işçisi, Azərbaycanın xalq şairəsi kimi iz salıb.

Unudulmaz şairəmiz N. Rəfibəyli 1981-ci il iyunun 10-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub, hazırda Bakı küçələrindən biri şairənin adını daşıyır.

II. bölmə. Yubley tədbirlərinin keçirilməsi.

N.Rəfibəylinin 100 illiyi münasibətilə bütün mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda da kütləvi tədbirlər keçirilməlidir.İlk növbədə N.Rəfibəylinin kitablarının təbliği ilə məşğul olmalıyıq.Bunun üçün kitab sərgisi təşkil olunmalıdır. N.Rəfibəylinin 100 illik yubleyi münasibəti ilə təşkil edilmiş sərginin nümunəsini veririk:

1.Başlıq, “N. Rəfibəyli-100”

2.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

3.Yubliyarın şəkli

4.Əsərləri

Yuleylə bağlı N.Rəfibəylinin 100 illik yubleyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

4 mart 2003-cü il .

N.Rəfibəylinin qoyub getdiyi irs olduqca geniş və zəngindir. Bu irsi təbliğ etmək üçün kitabxanaçı oxucular üçün N.Rəfibəylinin həyatı və yaradıcılığı ilə bağlı sual-cavab gecəsi keçirə bilər.Nümunə üçün “Poetik şairə-N.Rəfibəyli” adlı sual-cavab gecəsi göstərilir:

1.N.Rəfibəyli harada doğulmuşdur?

2.O, ilk təhsilini harada almışdır?

3.İlk əmək fəaliyyətinə nə vaxt başlamışdır?

4.İlk şeiri neçənci ildə çapdan çıxmışdır?

5.Neçənci ildə “Şərəf nışanı” ilə təltif edilmişdir?

6.N.Rəfibəyli hansı mahnıların müəllifidir?

7.N.Rəfibəylinin vətənpərvərlik, azadlıq ideyalarının tərənnüm edən hansı kitablarını tanıyırsınız?

8.Hansı xarici yazarların əsərlərini Azərbaycan dilinə tərcümə ermişdir?

9.N.Rəfibəyli neçənci ildə Xalq şairi adına layiq görülmüşdür?

10.Neçənci ildə vəfat etmişdir?

Respublikada “N.Rəfibəylinin poeziyası ana məhəbbəti, qadın səadəti , övlad sevgisindən yoğrulub”, “Çoxşaxəli yaradıcılığı ilə ədəbiyyat tariximizdə silinməz izlər salan-N.Rəfibəyli” və sair başlıqlarda mühazirə keçirmək olar.

N.Rəfibəylinin həyat və yaradıcılığı haqqında daha ətraflı məlumat almaq üçün kitabxanalarımızda olan aşağıdakı kitabları tövsiyə edirik:

Ədəbiyyat siyahısı:

1.Seçilmiş əsərləri.-Bakı: Şərq-Qərb, 2004.-392s.

2.Bahar nəğməsi.-Bakı:Gənclik, 2003.-192s.

3.Şeirlər.-Bakı, Azərnəşr, 2002.-79s.

4.R.Hüseynov, Rəfibəylilər.-Bakı: Azərnəşr, 1996.-672s.

5.N.Rəfibəyli;Anaların səsi.-B:Azərnəşr, 1957.-76s.

6.Həzin bir axşam düşsəm yadına.-B;Gənclik, 1982-192s.

Tərcümələri:

1.M.Arazi, Seç.hekayələri.-B:Azərnəşr,1937.-137s.

2.M.Gəncəvi, Rübailər.-B:azərnəşr, 1975.-70s.

3.Y.Herbert Corc.Görünməz adam.-B.:Gənclik, 1976.-147 s.

4.A.P.Çexov. Pyeslər.-B.:Gənclik, 1980.-112 s.

İstifadə edilmiş ədəbiyyat


  1. R.Hüseynov, Rəfibəylilər.-B: Azərnəşr, 1996.-672s.

  2. Az.Sovet yazıçıları.-B; Yazıçı,1986.-703s.

  3. N. Rəfibəyli-100//Mədəniyyət, 6 mart, 2013-cü il.

Tərtib etdi: Əhmədova Nəzakət

Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Müstəqilliyimiz tarixi sərvətimizdir”

(metodiki vəsait)

Şəki-2013

I bölmə. Dövlət Müstəqilliyi günü

Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdı. Təəssüf ki. birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilmişdir.

1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşamışdı.İkinci texniki imkan bir də 70il sonrayetişmiş, Sovet imperyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı vermişdi.

1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur.Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmuş, bununla da, Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulmuşdu.

Azərbaycan Respublikasında 1991-ci il dekabr ayının 29-da ümumxalq səsverməsi keçirilmiş, Azərabaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxmışdı.Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı.Onun müstəqilliyini dünya dövlətləri tanımışdı.Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabr ayının 9-da Türkiyə Cümhuriyyəti, sonra Ruminiya (11 dekabr 1991), Pakistan(13 dekabr 1991), İsveçrə (23 dekabr), İran (25 dekabr 1991), ABŞ(23 yanvar 1992), Rusiya(10aprel 1992) və sair dövlətlər tanımışdılar.

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlanmışdı.Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniç miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, sərişrəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərakatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırmadı.

1994-cü ilin 15 oktyabr tarixindən etibarən Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 18 oktyabr tarixi Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir.

II.bölmə. Müstəqillik günü ilə əlaqədar keçirilən tədbirlər.

Bildiyimiz kimi hər il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin ildönümü qeyd edilir.Bu münasibətlə respublikamızın hər yerində olduğu kimi kitabxanalarda, ümumtəhsil məktəblərində, klublarda və sair yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Müstəqillik günü münasibətilə sərginin tərtib olunması vacibdir.Sərgidə Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı nəşr olunan kitablar, praşuraları, dövrü mətbuatda çap olunan qəzet və jurnalları nümayiş etdirmək olar. “Müstəqilliyimiz əbədidir” adlı sərginin sxemini nümunə üçün veririk:

1.Başlıq “Müstəqilliyimiz əbədidir”

2.Azərbaycan Respublikasının üçrəngli bayrağı.

3.Müstəqilliyimizlə bağlı görkəmli şəxsiyyətlərin söylədikləri sitatlar.

4.Müstəqilliyimizlə bağlı nəşr olunmuş kitabların nümayişi .

5.Şeir parçası.

Kitablar


1.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild

2.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. IIcild

3.Azərbaycanı XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar.

4.Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat.

5.Müstəqil Dövlətimiz və Parlamentimiz.

Şeir parçası:

Gəl, əziz bayram, Böyükdür adın,

Görüşək yenə. Böyükdür sanın.

Gül-çişək səpim Sənsən bağbanı

Qədəmlərinə. Bu gülüstanın.

Sitatlar:

1.Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək.

H.Əliyev.

2.Bizim dövlətçilik tariximiz, dövlətçilik ənənələrimiz çox qədim və zəngindir.Bu ənənələr bu gün Azərbaycanda yaşadılır, təkmilləşdirir və inkişaf etdirilir.

Seyfəddin Qəndilov

Tarix elmlər doktoru, professor.

Kitabxanalarda keçiriləcək tədbirlərin ən maraqlısı ədəbi-bədii gecədir. Ədəbi-bədii gecə əsasən iki hissədən ibarət olur.Birinci hissədə tədbirdə iştirak edən qonaqların çıxış və məruzələri dinlənilir.II hissədə isə müstəqilliyimizlə bağlı bir çox vidiolentlər nümayiş olunur. Həmçinin tədbirin bədii hissəsində müxtəlif şeir və musiqilər səslənir. İndi isə “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir”,adlı ssenarini sizə təqdim edirik.Tədbir Azərbaycanın Dövlət himni ilə başlayır.Səhnəyə üçrəngi bayrağımız gətirilir. Bir çox sitatlar səhnənin divarlarından asılır.Məs: “Müstəqilliyimiz əbədidir”, “İnsanlara hüriyyət, millətlərə istiqlal”, “Haqq verilməz, alınar”, Bir kərə yüksələn bayraq, bir daha enməz” və sair.Tədbir “Azərbaycan” mahnısı ilə başlanır. Aparıcılar səhnəyə daxil olur.

I aparıcı: Oxu dodağım mənim !!!

Alış ocağım mənim !!!

İstiqlal havasını,

xöşbəxtlik nəğməsini

Ürəkdə yanan işıq,

damarda qan oxusun!

Ölməz Əhməd Cavadın

“Azərbaycan”şeirini

Azərbaycan oxusun!!!

Azərbaycan oxusun!!!

Əziz və hörmətli qonaqlar! Hamınızı bu əziz bayramda xoş gördük.Bildiyimiz kimi, xalqımız keşməkeşli mübarizələr dolu tarixi bir yol keçmişdir.Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq,müstəqillik, söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gedirdi.

II aparıcı: Ermənistan tərəfindən elan edilməmiş müharibə nəticəsində ərazimizin 20 faizinin işğal olunması, bir milyona yaxın qaçqın və məcburi köçkünlər, işsizlər ordusu, ölkə daxilindəki ölkəni parçalamağa çalışan xarici və daxili düşmənlərin məkrli niyyətləri müstəqillik yolunda kövrək addımlarını atan gənc dövlətimizi hər an məhv olmaq təhlükəsi qarşısında qarşısında qoyurdu.(Səhnəyə oxucular daxil olur.Onlar M.Arazın “Bizi vətən çağırır” adlı şerini söyləyirlər.)

I oxucu: İndi bizim ölümlə,

Çarpışan çağımızdı.

Ölümün boğazından,

Yapışan çağımızdı.

Ölümlə tərcümansız

Danışan çağımızdı,

Qılınc qap,vətən oğlu,

Bizi vətən çağırır!

Bu ölüm, qan yoludur,

Ölümdən, qandan keçir.

Bir qolu da qıvrılıb

Azərbaycandan keçir.

Dövran bizdən bac alır,

Şöhrət bizdən yan keçir,

Qılınc qap, vətən oğlu,

Bizi vətən cağırır!

II oxucu:

Bu yolda əyilənə:

“Ölüm haqdı”, deyirik.

Əbədi məzarımız,

Bu torpaqdı, deyirik.

Vətən göyü dəyişməz

Göy bayraqdı, deyirik

Qılınc qap, vətən oğlu,

Bizi vətən çağırır!

Bu, səhra məhkəməsi,

Bu, onun qərarıdır:

“Bircə addım arxada

Son ümid divarıdı!

Bu yurdda yaşamağa

Haqqı yox qərarıdı!

Qılınc qap, vətən oğlu,

Bizi vətən çağırır!

III oxucu:

Gücünə qəzəbini,

Zəhmətini də qata bil,

Düşmənin marığında

Pələng kimi yata.

Bu dağları baba bil.

Oxucular müstəqilliyimizin müqəddəs simvolu olan üçrəngl, ay ulduzlu bayrağı ortaya gətirirlər və Ə.Cavadın “Milli bayrağımıza” adlı şeirini söyləyirlər.

I oxucu: Türküstan elləri öpüb alnını,

Söyləyir dərdini sənə, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərmağan yolla sən yara, bayrağım!

Gedərkən Turana, çıxdın qarşıma.

Kölgən dövlət quşu, qondu başına.

İzin ber gözümdə coşan yaşıma,

Dinlətsin dərdini aha, bayrağım!
Qəli xan soyundan aldığın rəngi,

Qocamış il xanla müsəlman bəyi.

Elxanın övladı dinin dirəyi,

Gətirdin könlümə səfa bayrağım!


Köksümdə tufanlar gəldim irəli,

Öpdüm kölgən düşən mübarək yeri.

Allahın ulduzu, o gözəl pəri

Sığınmış qoynunda aya, bayrağım!

SON

Ədəbiyyat siyahısı:



1.Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar.-B.:2004.-348s.

2.Müstəqillik yolunda yanan işıqlar.-B.: Təhsil, 2004.-342s.

3.Mehdiyev R. XXI əsrdə milli dövlətçilik.-B.: “XXI”-Yeni Nəşrlər evi, 2003.-248s.

4.Müstəqilliyimizin memarı I kitab.-B.:Yazıçı, 2010.-296s.



5.Müstəqilliyin H. Əliyevin yolun //Azərbaycan.-2006.-24 iyun.-6s.
Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin