Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 328,69 Kb.
səhifə1/4
tarix14.01.2017
ölçüsü328,69 Kb.
#175
  1   2   3   4
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Nəğməkar şair-R. Z. Xəndan ”

(Professor, alim R.Z.Xəndanın 75 illiyi münasibətilə)

metodik vəsait



Şəki-2014

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Məhyəddinova Gülər- MKS-nin Metodika

və biblioqrafiya şöbəsinin baş kitabxanaçısı.



Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika dövlət mükafatı laueratı, əməkdər incəsənət xadimi, professor Rəfiq Zəka Xəndanın anadan olmasının 75 illiyi tamam olur.

Rəfiq Zəka klassik poetik ənənələrin layiqli davamçısı kimi zəngin ədəbi fəaliyyəti dövründə meydana gətirdiyi əsərlərlə milli ədəbiyyata töhfələr vermişdir. Onun yaradıcılığının əsas istiqəmətini vətənə məhəbbət, tarixi mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümünü təşkil etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və şair R.Z.Xəndanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərini nəzərə alaraq qərara alıram.

1.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla şair R.Z. Xəndanın 75 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr


I bölmə. Həyatı və yaradıcılığı.

Rəfiq Cəfər oğlu Xəndan 1939-cu il iyun ayının 16-da Bakıda dünyaya gəlmişdir.

Rəfiq Zəka Azərbaycan ədəbiyyatında fərqli dəst-xətti ilə seçilən sənətkarlardan idi. İstedadlı şair, ədəbiyyatşünas alim və filosofun ilk şeir kitabı olan, “Çağlayan” 1962-ci ildə nəşr olunmuşdur. Kitabdakı şeirlərin böyük bir qismi və “Səni düşünürəm” poeması çox sevdiyi M.Müşfiqə həsr olunmuşdur.

“Axırı yaxşı olar”, “Mənim əziz vəhşiciyim” musiqili komediyalarının, “Füzuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərinin müəllifidir.

R.Z.Xəndan ötən əsrin 80-90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və sinpoziumlarda iştirak edən şair demək olar ki, bu əlaqələrin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şairin Türkiyədə nəşr edilən “SİZE”, “Tanıtım” kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmiş, yaradıcılıqlarını işıqlandırmışdır.

Şairin Türkiyədə kitabları çap olunmuş, haqqında monoqrafiyalar nəşr edilmiş, yaradıcılığından məhəbbətlə, böyük qürurla söz açmışdır.

R.Z.Xəndanın həm də bir alim kimi diqqət mərkəzində olmuş klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilmişdir.

Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirmişdir.Gözəl dramaturq olan R.Zəka, dünya klassik ədəbiyyat nümunələrini tərcümə etmişdir.

R.Z.Xəndan həm də nəğməkar-şair idi. Tanınmış bəstəkarların, demək olar ki, əksəriyyəti onun şeirlərinə mahnılar bəstələmişlər.Bu mahnılardan “Ana Kür”, “Səadət”, “Qarabağım” bu gün də müğənnilərin repertuarında geniş yer alır. Heca və əruz vəznlərində əsərlər yaradan şairin əsərlərinin əsas mövzusu Türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd nəsihətdir.

Fəlsəfə üzrə doktor R.Z.Xəndan Azərbaycan Dövlət və İncəsənət Universitetinin (keçmiş Azərbaycan Dövlət və İncəsənət İnistitutu) professoru kimi pedaqoji fəaliyyət göstərmiş, universitetdə estetikadan mühazirələr oxumuşdur. 300 qədər kitabın müəllifidir.

Şair 1987-ci il ildə “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüş, Azərbaycan Dövlət Mükafatı Laureatı olmuşdur.

Rəfiq Zəka Xəndan 1999-cu il yanvar ayının 7-də vəfat etmişdir.



II bölmə.R.Z.Xəndan yaradıcılığının kitabxanlarda təbliği.

Prifessor R.Z.Xəndanın 75 illiyi münasibətilə bütün mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda yubiley tədbirləri hazırlanmalıdır.

İlk növbədə “R.Z. Xəndan-75”, “Nəğməkar şair-R.Z.Xəndan” və sair başlıqlarda sərgilər təşkil oluna bilər. Sərgilərdə R.Zəka irsini təbliğ edən şeirlərinin toplusu, onun haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto surətindən istifadə etmək olar. Bundan əlavə sərgidə şairin portireti, görkəmli şəxsiyyətlərin onun haqqında dedikləri sitatlar da ola bilər. Tərtib olunacaq sərgilərdən birinin təxmini sxemini veririk:

1.Başlıq:“Qüdrətli şair”

2.R.Z.Xəndanın şəkli.

3.Azərbaycan Respublikasının sərəncamı.

4.Görkəmli şəxsiyyətlərin R.Z.Xəndan haqqında fikirləri.

5. R.Z.Xəndanın əsərləri.

6.Dövrü nəşrlərdə R.Z.Xəndanın yubileyi münasibətilə çap olunan məqalələr.

Təşkil edilmiş yubiley sərgisinin qarşısında tədbirlər, söhbətlər, ədəbiyyat bülletenləri, biblioqrafik icmallar keçirmək planlaşdırılmalıdır.

Yubiley ilə əlaqədar olaraq il ərzində kitabxanalar “R.Z. Xəndan-75” adı altında məruzələr təşkil edə bilərlər. Məruzəçilər kitabxanaçılar, ədəbiyyat müəllimləri, yuxarı yaşlı məktəblilər ola bilərlər. Onlar R.Z.Xəndanın həyat və yaradıcılığı haqqında geniş məlumata malik olmalıdırlar. “R.Z.Xəndanın həyat yolu”, “Nəğməkar şair- R.Z.Xəndan” və sair mövzularda ola bilər.

Kitabxanalar R.Z.Xəndanın əsərlini və onun haqqında çap olunmuş kitab və dövrü mətbuat materiallarının geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından, kitabxana plakatlarından, stendlərdən, oxucu konfranslarından, biblioqrafik xülasələrdən, mühazirələrdən geniş şəkildə istifadə etməlidir.

Oxucu konfransı geniş kütləvi tədbir formalarından biridir. Kitabxanaçı oxucu konfransının maraqlı keçməsi üçün çıxışlara müəllimləri və fəal oxucuları cəlb etməlidir. R.Z.Xəndanın ədəbi irsinin təbliği üçün keçirilən oxucu konfransında müzakirə olunan əsərlərin nə dərəcədə əhəmiyyətli və təsirli olması, bu günün tələbləri ilə necə səsləşməsi əsas götürülür.

Kitabxanalarda, müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi-R.Z.Xəndan” mövzusunda elmi-nəzəri konfrans “Xalqa, insanlara, doğma torpağa, həyata həsr olunmuş ömür” mövzusunda dəyirmi masa,

“Yaşadar könlümü ilham,

Qarışar şeirə başı

Yaşayar şair olan kəslər

Öləndən sonra” başlıqda poeziya axşamı, R.Z.Xəndanın “Seçilmiş əsərləri”nin icmalı, “Sevməkmi gözəl, yoxsa sevilməkmi gözəldir?” mövzusunda ədəbi-bədii gecə, əsərlərində Türkçiliyi, vətən sevgisini,qəhrəmanlığı, öyüd nəsihəti tərənnüm edən şair “Azərbaycan poeziyasının tanınmış nümayəndəsi”, “Öz səsi, öz nəfəsi olan şair”, “Azərbaycan dramaturgiyasında R.Z.Xəndanın rolu”, “Xalqın ağrılarını qələmə alan, türk xalqının milli birliyini bu günə gətirən şair” və sair mövzularda mühazirələr təşkil etmək olar.

Şair yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq üçün sual-cavab gecələrindən istifadə etmək lazımdır.

Suallar belə ola bilər?

1) R.Z.Xəndan nə vaxt anadan olmuşdur?

2) Ədəbi fəaliyyətə nə vaxt başlamışdır?

3) İlk əsəri hansıdır?

4) Hansı şeirlərinə mahnılar bəstələnmişdir?

5) Hansı poemasını tanıyırsınız?

6) Hansı operaların mətnlərinin müəllifidir?

7) Hansı fəxri adlara layiq görülmüşdür?

8) Nə vaxt vəfat etmişdir?

Kitabxanaçı “R.Z.Xəndan-75” başlıqlı mövzu kartatekası oxucuların ixtiyarına verilməlidir.

İstifadə edilmiş ədəbiyyat:

1. R.Z. Xəndan “Seçilmiş əsərləri”.-Bakı: Şərq-Qərb, 2004.-360 s.

2. A. İsmayıloğlu. Yazıçılar Birliyində-R.Zəka-70//.Ədəbiyyat qəzeti.-2009.-19iyun.-s.3.

3. T. Məhərrəmova. Nəğməkar şair //Kaspi.-2011.-15 iyun.-s.15.

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Azərbaycan poeziyasının qüdrətli şairi”

(Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 90 illiyi münasibətilə)

metodik vəsait



Şəki-2014

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Məhyəddinova Gülər- MKS-nin Metodika və

biblioqrafiya şöbəsinin baş kitabxanaçısı.



Nəbi xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-ilin dekabr ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq şairi Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 90 illiyi tamam olur.

Nəbi Xəzri bədii söz sənətini yeni keyfiyyətlərlə zənginləşdirib onun imkanlarını genişləndirmişdir. Şairin humanist dəyərləri poetik-fəlsəfi mənalandırma gücü, dərin lirizmi, vətəndaşlıq qayəsi və milli koloriti ilə seçilən yaradıcılığı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi Nəbi Xəzrinin Azərbaycan ədəbiyyatının inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2014-cü il.




I. Bölmə. Həyatı və yaradıcılığı.

Nəbi Ələkbər oğlu Babayev 1924-cü ilin dekabrın 10-da Bakının Xırdalan kəndində anadan olmuşdur. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan N.Xəzri 1942-1943-cü illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, ordudan təxris olunduqdan sonra isə 1943-45-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda direktor vəzifəsində çalışır. O, 1945-47-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetində, 1949-1952-ci illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır.

1952-ci ildə təhsilini başa vuran N.Xəzri 1957-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İtifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin sədri, 1971-74-cü illərdə isə Azərbaycan Mədəniyyət Nazirliyinin müavini vəzifəsində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin Rəyasət Heyətinə Sədrlik edən N.Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olur.

Altmış ildən artıq ədəbiyyata xidmət etmiş, şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Poezyamızın dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq N.Xəzri şeirlərinə bəstəkarların müracət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarlarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsinədə isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. N.Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi şöhrət qazandırmışdır.

N.Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətini xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

N. Xəzrinin ədəbi və ictimai fəaliyyətini yüksək qiymətləndirmişdi. O, bir sıra orden və medallarla, o, cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə- “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

“İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq sənə and içirən”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və sairə kitabların müəllifidir.

N. Xəzri 2007-ci ilin yanvar ayının 15-də Bakı şəhərində vəfat etmişdir.

II. Kitabxana qarşısında duran vəzifələr.

Yubiley ilində bütün mədəni-maarif müəssisləri ilə yanaşı elm ocaqları və kitabxanalar da fəal iştirak etməlidir. N.Xəzrinin əsərlərinin və onun haqqında çap olunmuş kitab və dövrü mətbuat materiallarının geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından, kitab sərgilərindən, kitabxana plakatlarından, stendlərdən, oxucu konfranslarından, biblioqrafik xülasələrdən, məruzə və mühazirələrdən geniş şəkildə istifadə edilməlidir.

Oxucu konfransı geniş kütləvi tədbir formalarından biridir. Kitabxanaçı oxucu konfransının maraqlı keçməsi üçün məruzə və çıxışlara müəllimləri, fəal oxucuları cəlb etmək lazımdır. N.Xəzrinin ədəbi irsinin təbliği üçün keçirilən oxucu konfransında müzakirə olunan əsərlərin nə dərəcədə əhəmiyyətli və təsirli olması, bu günün tələbləri ilə necə səsləşməsi əsas götürülür.Oxucu konfransları müxtəlif adlar altında keçirmək olar. Məs: “N. Xəzrinin həyatı və yaradıcılığı”, “N.Xəzri poeziyası” və sairə. Konfransda şairin həyat və yaradıcılığı ilə bağlı çıxış adətən, ədəbiyyat müəlliminə həvalə olunur. Konfrans proqram əsasında aparılır, protokol tərtib edilir və məruzəçilərin çıxışlarının mətni kitabxanada saxlanılır. Məruzə və mühazirələr təsirli təbliğat forması hesab edilir. Kitabxanalarda “N.Xəzrinin ictimai və ədəbi fəaliyyəti”, “Azərbaycanın şeir dünyasında öz dəst xətti olan şair”, “N.Xəzrinin poetik yaradıcılığı” çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi” və sair mövzularda mühazirələr təşkil etmək olar.

Kitabxanalarda ədəbi-bədii gecələrin təşkili də vacib tədbir vasitələrindən biridir. Ədəbi-bədii gecə iki hissəyə bölünür. I hissədə N.Xəzrinin həyat və yaradıcılığı, II hissə isə yubliyarın əsərlərindən parçalar söylənilməli, mahnıları səslənməlidir. Bütün bunlar qabaqcadan tərtib olunmuş ssenari əsasında aparılmalıdır.

N.Xəzrinin ədəbi irsini təbliğ etmək üçün kitab sərgilərindən də istifadə edilməlidir. Hər hansı tədbiri keçirdikdə sərginin hökmən təşkili vacibdir. Çünki sərgilər bir qayda olaraq keçirilən tədbiri tamamlayır. Şairin həyat və yaradıcılığı haqqında sərgiləri “N.Xəzrinin həyat və yaradıcılığı haqqında”, “N. Xəzri haqqında” və sairə başlıqlar altında vermək olan sərgilər yalnız kitab və kitabçalardan deyil, dövrü mətbuat materiallardan da tərtib oluna bilər. Belə sərgilər oxucuları keçiriləcək tədbirlərə çağırır, onlara mütaliə mədəniyyəti aşlayır.

Sərgi nümunəsi

1.Başlıq: N.Xəzri-90

2.N.Xəzrinin şəkli

3.Azərbaycan Rerspublikası Prezidentinin Sərəncamı

4.N.Xəzrinin həyat və yaradıcılığı

5.Əsərləri

6.Görkəmli şəxslərin N.Xəzri haqqında fikirləri.

7.Dövrü nəşrlər.

8.N.Xəzri və dünya ədəbiyyatı

N.Xəzrinin həyat və yaradıcılığı haqqında oxucuları daha geniş məlumatlanmalarına imkan yaratmaq üçün sual-cavab gecələrinin, söhbətlərin keçirilməsi də məqsədəuyğundur. O, söhbət və müsahibə şəklində keçirilir. Dinləyiciləri maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir, oxucularda N.Xəzri yaradıcılığı haqqında təsəvvür yaratmaq imkanı verir.

Sual-cavab gecələrinin sualları belə ola bilər:

1.N.Xəzri nə vaxt anadan olub?

2.İlk təhsilini harada almışdır?

3.Ədəbi fəaliyyətə nə vaxtdan başlamışdır?

4.N.Xəzrinin hansı əsərləri dünya xalqlarının dillərinə tərcümə edilmişdir?

5.Onun hansı bədii tərcümələri vardır?

6.Hansı əsərləri tamaşaya qoyulmuşdur?

7.Hansı kitabların müəllifidir?

8.Hansı mükafatları var?

9.Nə vaxt vəfat etmişdir?

MKS-də keçirilən bütün bu kimi tədbirlər geniş oxucu kütləsində N.Xəzri yaradıcılığına qarşı dərin maraq oyatmaqdan və onu sevdirməkdən ibarətdir.

Yubileylə əlaqədar kitabxanalarda biblioqrafik ədəbiyyat siyahılarının və “N.Xəzri” adlı səxsi kartotekanın tərtibi olduqca zəruridir.

Tədbirlərin keçirilməsinə kömək məqsədilə metodik tövsiyələrə ədəbiyyat siyahısı da əlavə edirik.


İstifadə edilmiş ədəbiyyat siyahısı.

1. N.Xəzri. Seçilmiş əsərləri. 2 cilddə.- Bakı:lider, 2004.-c.I.-248s.

2. N.Xəzri. Seçilmiş əsərləri. - Bakı: lider, 2004.-c.II.-264s.

3. N.Xəzri. Hər yaz çinar kimi göyərəcəyəm.-Bakı: XXI- Yeni Nəşrlər Evi, 2002.-K.I.-207s.

4.N.Xəzri. Səma uca, torpaq dərin.-Bakı: Gənclik, 1995.-302s.

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Nəsrullayeva Zibar- MKS-nin Metodika və

biblioqrafiya şöbəsinin müdiri.



Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Parlaq istedadlı şair”

(Şair H.Arifin anadan olmasının 90 illiyi münasibətilə)

metodik vəsait



Şəki-2014

Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014-cü ilin dekabr ayında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Respublika Dövlət Mükafatı Laureatı, Xalq şairi Hüseyn Arifin (Hüseynzadənin) anadan olmasının 90 illiyi tamam olur.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi, zəminində dəyərli əsərlər meydana gətirmiş və milli ədəbiyyata töhfələr vermişdir. Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi H.Arifin Azərbaycan ədəbiyyatının inkişafında diqqətəlayiq xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi; Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi H.Arifin 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2014-cü il.

I. Bölmə. Həyatı və yaradıcılığı.

Hüseyn Camal oğlu Hüseynzadə (Hüseynzadə Arif) 1924-cü ilin iyun

ayının 15-də Azərbaycanın Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Ağstafa şəhər yeddillik məktəbini bitirdikdən sonra, 1937-1940-cı illərdə Bakı Pedoqoji məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə Tovuz şəhər orta məktəbində müəllim kimi başlamışdır. İkinci Dünya müharibəsi dövründə döyüşən ordu tərkibində Ukrayna cəbhəsində, Polşa, Çexslovakiya və Almaniya ölkələrində olmuş, yaralanmış, mütaliə olunandan sonra Moskva hərbi mühəndislik məktəbinə göndərilmişdir. 1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunları tərkibində vzvod komandiri olmuşdur. Sovet Ordusu sıralarından təxris olunandan sonra, 1946-1951-cı illərdə ADU-nun şərqşünaslıq fakultəsində təhsil almışdır.

Şair 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1951-1952-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.

1957-1959-cu illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri, 1965-1967-ci illərdə “Azərnəşr”in Bədii ədəbiyyat redaksiyasında böyük redaktor, 1967-1969-cu illərdə “Gənclik” nəşriyyatında Bədii ədəbiyyat redaksiyasının müdiri, 1980-1982-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-Maarif idarəsində Repertuar redaksiya kolegiyasının üzvü olmuşdur.

1982-ci ildən Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsində işlənmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlanmışdır. Onun librettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet Teatrında “Yolda” poeması əsasında yazdığı eyni adlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir.

1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı, 1978-ci ildə Azərbaycan Dövlət Mükafatı Laureatı olmuş, 1989-cu ildə isə “Azərbaycan Xalq şairi” fəxri adına layiq görülmüşdür.

1992-ci il sentyabr ayının 14-də Bakıda vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.


II.bölmə. H.Arif yaradıcılığının kitabxanalarda təbliği.

Xalq şairi H.Arifin 90 illik yubileyi münasibətilə bütün mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda yubiley tədbirləri hazırlanmalıdır. İlk növbədə “H. Arif-90”, “Saz nəfəsli, yaz nəfəsli” və sairə başlıqlarda sərgilər təşkil oluna bilər.Sərgidə H.Arifin irsini təbliğ edən şeirlərin toplusu, onun haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto surətindən istifadə etmək olar. Bundan əlavə sərgidə yazıçının portreti, görkəmli şəxsiyyətini onun haqqında dedikləri sitatlar da ola bilər.Sərgini “Sazlı-sözlü ömrün işıqları” adı altında vermək olar:

Sərgidə veriləcək sitatlar:

1.Mən Hüseyni sevirəm . Ona görə ki, Hüseyn ənənənin üzərində yüksələn öz qəlbinin səsini dinləyən şairdir. O, köhnə ənənəvi şeir formalarında da bu günün duyğularını tərənnüm edir.

Xalq şairi Bəxtiyar Vahabzadə.

2.Hüseyn təkrar olunmaz sənətkardır. O, aşıq yaradıcılığını, el şairlərimizi, dastanlarımızı, bayatılarımızı demək olar ki, əzbər bilir. Yaddaşı xalq yaradıcılığının canlı ensiklopediyasıdır.

Xalq şairi Cabir Novruz

3. Bu günkü Azərbaycan şeirini-əsrimizin qəhrəmanlıq və rəşadət, məhəbbət və sədaqət salnaməsi adlandırsaq, onun neçə-neçə gözəl səhifəsinin mənsub olduğu nəslin adından şəxsən özü yazmışdır.

Xalq şairi Nəbi Xəzri

Kitabxanada keçirilən maraqlı tədbirin biri də icmaldır. “Meşədə xoruz banı” əsərinin qısa icmalını təqdim edirik. Kitabxanaçı icmala bu sözlərlə başlaya bilər. Uşaqlar bu əsər bitkin novellanı xatırladır. Şairin lirik qəhrəmanları meşədə azır, hər tərəf dumana, çiskinə bürünmüşdür. Göz gözü görməyən. İnsan izindən, insan nəfəsindən əsər-əlamət yoxdur. Birdən xoruz səsi eşidilir, ürəklərdə ümüd qığılcımı yavaş-yavaş alovlanır. Deməli, şəhərə az qalıb. Lakin xoruz hara, meşə dərinliyi hara? O, bir də banlayır. Lakin qəhrəman üzünü səs gələn tərəfə çevirir. Bu dəm meşə gözətçisi qarşıya çıxır. Deməli, xoruz meşəbəyinindir. Onlar meşəbəyinin dəvəti ilə komaya gəlir, yorğun olduqlarından yatırlar, şəhər oyanırlar. Birdən xoruzun qazanda qaynadığını görürlər. Meşəbəyi səhər, tezdən xoruzu qonaqlar üçün kəsmişdir. Şair bu yerdə deyir:

“Dincəlib komada, oyandıq səhər

Nə gördük?

qazanda qaynayır xoruz,

Qonağa beləmi hörmət edərlər?

Susdu bələdçiniz, getdi dostunuz.

Başqa məna vardı onun səsində,

O, bizə bu gecə nələr etmədi?

Ömründə ilk dəfə dost süfrəsində

Mənim böğazımdan çörək getmədi...

Kitabxanaçı şairin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə də keçirilə bilər. Ədəbi-bədii gecəni “H.Arifin poeziya ləçəkləri” başlığı altında keçirmək olar.


“Hüseyn Arifin poeziya ləçəkləri”

(Ədəbi-bədii gecə)

I aparıcı: Mən dünyadan gedər oldum

Qalanlara salam olsun! - sətirlərindən bir çox uşaq şeirlərini, poemalarını, yüzlərlə gözəl mahnıların müəllifi H.Arifin 90 illiyi münasibətilə toplaşan bütün qonaqları və tədbir iştirakçılarını salamlayırıq!

II aparıcı: Şifahi və yazılı ədəbiyyatımızın zəngin qaynaqlarına söykənən H.Arif poeziyasında coşub-çağlayan bir sazın simlərindən qopub gələn həm həzin, hən şaqraq xalq musiqisi, torpağın yaz çağındakı ətri, çəmən-çiçək təravəti, zirvə məğrurluğu var. Buna görə də onun şeirləri canlıdır, misralarının çoxu aforizm kimi səslənir, dillərdə zərb-məsəl kimi dolaşır:

Ömür deyir:-

qocalmışam,

Ürək deyir –

yaşa hələ...

Həyatı anlayanda,

Həyatdan gedir insan.

Kimsədən təşəkkür gözləməyən şair ən böyük arxasının xalq, vətən olduğunu söyləyirdi:

Eşqin də vətəndir,

andım da vətən,

Könlümün həvəsi

başqa həvəsdir.

Kimsədən təşəkkür

gözləmirəm mən,

Mənə öz xalqımın

alqışı bəsdir.

I aparıcı: Şair adlı sözlərlə böyük bir dünya yaradırdı. Həyatı, zamanın, insanın cövhərindəki fəlsəfi qatı açırdı. O, filosofluq etməyə çalışırmırdı. Dediyi fikirlər fəlsəfi mahiyyət kəsb edirdi:

Ömür asn deyil, gün asan deyil,

Vicdan susan deyil, qəlb susan deyil,

Ay Hüseyn Arif, tək insan deyil,

Daş da daş eynini gəzir həyatda.

II aparıcı: H.Hüseynzadənin poetik istedadlı, poetik qüdrəti təbiət mövzusunda daha parlaq şəkildə meydana çıxır. Təbiətin rəngarəng valehedici gözəlliyini məhz şairanə bir ruhla təsvir edir, bu gerçəkliyə fəlsəfi estetik məna verir.

Vətən torpağıdır yaranışından əbədi ünvanı vurğun könlümün vəyaxud:

Qoşqar vüqarımdır, Kəpəz qüdrətin,

Gözümdən Göy gölün şəkli itməsin.

Kürün sahilində sözüm-söhbətim,

Milin sinəsində izim itməsin.

I aparıcı: Adi yoncanı, yovşanı, yarpızı vətənin bir zərrəsi kimi sevər, əzizləyərdi. “Zirvələrdən zirvələrə gedən yolu məndən soruş”, “Ceyranı da, cüyürü də nəsil-nəsil tanıyıram” deyən şair adi yovşan kolunun qoynunda sənətkar şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edin: “A Yonca, a yovşan, bircə gün sizi unutsam, bilin ki, unudulmuşam”. Təbiət və təbiətin insanlara bəxş etdiyi nemətlər Hüseyinin qəlbini qürurla doldurur, onun riqqətə gətirir, daim özünə çəkir:

Gəl çıxaq seyrinə uca dadğların,

Çəmən olan yerdə xalça nə lazım.

Gözündən su içək buz bulaqların,

İlpar olan yerdə dolça nə lazım,

Nə kaman götürək, nə tar, nə qaval,

Orda nəğmə də var, nəğməkar da var...

II aparıcı: Bildiyiniz kimi H.Arif öz şeirlərində vətənə, sevgiyə böyük yer ayırdığı kimi uşaqları da unutmamışdır. Şair uşaqları çox sevmiş, onlara rəğbət bəsləmiş və bir çox şeirlərini məhz bu balaca fidanlara həsr edilmişdir. “Gözəl bahar”, “Kəpənəyim”, “Bahar nəğməsi” buna misaldır.

(Səhnəyə əlvan çiçək, meyvə, quş geyimlərində kiçik yaşlı uşaqlar çıxır. “Gözəl bahar” şeirini söyləyirlər)

Uşaqlar bir yerdə:

Deyir dərə, təpə düz,

Gecikmə tez gəl, bahar!

Yolundadır gözümüz.

Bahar, ay gözəl bahar!

Bənövşə:

Baharda kol dibindən

Boylanan səhər-səhər

Uzansın yaşıl çəmən

Hüdudsuz göylər qədər.

Alça ağacı:

Ruhum oxşansın yenə

Ağ çiçəyi alçanın.

Bir də dalaq seyrinə

Əlvan bağın, bağçanın.

Quşlar:

Qoy vaxtsız saralmasın

Yarpağı bir ağacın,

Yuvası boş qalmasın

Qırqovulun, turacın.

Uşaqlar bir yerdə:

Sonsuzdur diləyimiz

Dayanma, tez gəl bahar!

Yarışa çıxmışıq biz.

Bahar, ay gözəl bahar!

II aparıcı: H.Arif bilirdi ki, ömür ömürlərə calanıb. Xalqın ömrü elə öz ömrü deməkdir. Xalqımızı, dilimizi, varlığımızı əbədiyyətə qovuşdurmuş H.Arif ədəbiyyatımızda ölümsüzlük qazandı, saz nəfəsli, yaz həvəsli bir sənətkar ömrü yaşadı.

I aparıcı: Əziz qonaqlar! Gecənizi saf nəfəsli, yaz həvəsli şairimizin sözlərinə bəstələnmiş “Ağ çiçəklər” mahnısı ilə bitiririk.

Yığılın bu şənliyə, əl çalın, a dostlar.

Belə gündə şənliyin başqa mənası var.

Nəqarət


Ağ çiçəklər açıb, gör necə güllər açıb,

Bəzənib çöllərimiz, düzlərimiz.

Adın -sanın düşsün dilə,

Yaraşırsan bizim elə,

Alqış sənə, Azərbaycan qızı!

Elimizin güclü qolu, qüdrəti, qüvvəti,

Yaradıbdır bu gözəl neməti, sərvəti.

Həmçinin kitabxanada “Aşıq poeziyasının tarixini , keçmişini araşdıran şair”, “Sazlı, sözlü ömrün üfüqləri”, “H.Arifin yaradıcılığında folklorun və sazın rolu”, “Parlaq istedadlı şair-H.Arif”, “Poeziyası nəğməyə dönən şair” və sair başlıqlarda mühazirələr təşkil etmək olar.

İstifadə edilmiş ədəbiyyat:

1. Arif H. Seçilmiş əsərləri.-B.: Şərq-Qərb, 2004.-222 s.

2. Arif H. Dünya fikir dünyasıdır.-B.: Yazıçı, 1992-312 s.

3. Tahirov K. Əlamətdar və tarixi günlər, Azərbaycan Milli Kitabxanası.- Bakı, 2013.-424 s.



Yüklə 328,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin