Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
“Naxçıvan-90”
(Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə)
(metodik vəsait)
Şəki-2014
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur.
Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir.
Çox əsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsi olduğunu nəzərə alıaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunsun.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həhəyata keçirmək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tövsiyə edisin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2014-cü il.
I bölmə. Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 1924-cü il fevral ayının 9-da yaradılmışdır. Naxçıvan Muxtar Respublikası 1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyaı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası adlanır.
Qərbdə Türkiyə Cümhuriyyəti, cənubda İran İslam Respublikası, şimal və şərqdə isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Naxçıvan MR-nın Ermənistan ilə təbii sərhəddi, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayrıcları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Muxtar Respublikasını şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı, ən ucqar cənub nöqtəsi isə Arazın sol sahilində 600m yüksəklikdə yerləşən Lerəki dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.
Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə Sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan MR-nı Azərbaycan Respublikasının qalan ərazisindən ayrılmışdır. 1924-cü ildə Naxçıvan MSSR-da 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdir. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə “Şərur”, “Nax”, “Culfa”, “Ordubad”, “Əbrəqunis” rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona bölünmüşdür.
1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq Sədərək rayonu yaradılımışdır.
İnzibati cəhətdən Muxtar Respublika hazırda Naxçıvan şəhəri və yeddi inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli) bölünmüşdür. Azərbaycan müstəqillik qazandan sonra 1945-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilmişdir.
Yeni Konstitusiya əsasında Naxçıvan Muxtar Rspublikasının yeni Konstitusiyası hazırlanmış, 1998-ci il aprelin 28-də qəbul etdilərək, həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənmişdir.
II bölmə. Naxçıvanın 70 illiyi münasibətilə kitabxana qarşısında duran vəzifələr.
Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə bütün kitabxanalar fəal iştirak etməlidir. MKS yubiley münasibətilə tədbirlər planı işləyib hazırlamalı, yubiley yüksək səviyyədə keçirilməlidir.
Kütləvi tədbirlərin ən təsirli formalarından biri kitab sərgiləridir. Kitabxanada “Naxçıvan-90”, “Naxçıvan çiçəklənən bir diyardır” və sairə başlıqlarda sərgilər təşkil etmək olar. “Naxçıvan-90” başlıqlı sərginin nümunəsini veririk.
1) Başlıq. “Naxçıvan-90”
2) NMR-nın 90 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
3)Tövsiyə ədəbiyyat siyahısı
4) Sərgiyə aid şəkillər
5) Qəzet və jurnal materiallarında Naxçıvan haqqında nəşr olunan məqalələr
6) Naxçıvan elm və mədəniyyət xadimləri haqqında məlumat
_____1_____
____2____ ____3____
_____4_____
________ ________
_________ 5 _________
_____6______
Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə oxucular arasında mühazirələrin keçirilməsi vacibdir. Məs: “H.Əliyev və Naxçıvanın inkişaf mərhələləri”, “Ağır sınaqlardan şərəflə çıxan Naxçıvan”, “Naxçıvan sənaye ilində inkişaf mərhələsində”, “Özünü dünyaya tanıdan Naxçıvan ziyalıları” və sairə mövzularda da ilk növbədə Naxçıvanın 90 illiyi münasibətilə müxtəlif məlumatlar yerləşdirilməlidir.
Həmçinin “Naxçıvan Respublikasının tarixi- mədəni irsi”, “Naxçıvan tarixində H.Əliyevin əvəzsiz rolu”, “Milli memarlığımızın möhtəşəm abidələri” və sairə mövzularda söhbətlər təşkil etmək olar. Həmçinin “Çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan” mövzusunda dəyirmi-masa, “Böyük tarixi keçmişi olanqədim diyar-Naxçıvan” mövzusunda elmi-nəzəri konfrans, “İncilər diyarı Naxçıvan” mövzusunda ədəbi-bədii gecə təşkil etmək olar.
Mövzu ilə bağlı sual-cavab gecəsi təşkil etmək olar. “Naxçıvan diyarı haqqında nə bilirsiniz?”
1) Naxçıvan Muxtar Sovet Sosialist Respublikası nə vaxt yaranmışdır?
1924, fevralın 9-u.
2) Naxçıvan Muxtar Respublikası nə vaxt adlanmışdır?
1990-cı ildən.
3) Naxçıvan hansı dövlətlərlə sərhəddir?
Qərbdən Türkiyə, cənubdan Iran, şimaldan və şərqdən isə Ermənistanla
4) Naxçıvan Respublikası inzibati cəhətdən neçə rayona bölünür?
Hal hazırda Naxçıvan şəhəri və yeddi inzibati rayona bölünüb ( Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli).
5) Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində neçənci ildə muxtar dövlət statusu verilmişdir?
1995-ci ildə.
6) Naxçıvan ziyalılarından kimləri tanıyırsınız?
H.Əliyev,C. Məmmədquluzadə, H.Cavid, B.Kəngərli, Memar Əcəmi və sairə.
Kitabxanaçılara tövsiyə edilir ki, Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə qəzet və jurnal materiallarında dərc olunmuş məqalələrin kartotekasını təşkil edib, oxucunun istifadəsinə versinlər.
İstifadə edilmiş ədəbiyyat:
1. Naxçıvanın ensiklopediyası. -Bakı: AMEA, 2002.-594 s.
2. Naxçıvan MR .-dünyanın ən gözəl guşəsi.-Bakı: İşıq. 1991.-16 s.
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
“Tənqidçi ömrü”
(M. Arifin 110 illiyi münasibətilə)
(metodik vəsait)
Şəki-2014
Akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2014-cü ilin iyun ayında görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, Respublika Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Arifin anadan olmasının 110 illiyi tamam olur.
M. Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişaf etdirilməsində böyük rol oynamışdır. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanmasına işinə töhfələrini əsirgəməmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və akademik M.Arifin Azərbaycan ədəbiyyatının inkişafı sahəsində diqqətəlayiq xidmətlərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərinin nəzərə almaqla, akademik M. Arifin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2014-cü il.
I. bölmə. Həyatı və yaradıcılığı.
Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1925-1931-ci illərdə ADU-nun (indiki BDU) Şərq fakultəsini bitirmiş, Moskvada Sovet Şərq Xalqları Elmi Tədqiqat İnstitutnun aspiranturasına daxil olmuşdur.
M.Arif 1932-1938-ci illərdə Azərbaycan Maarif Komissarının müavini, eyni zamanda APİ-nin Rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosent işləmiş, ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri təyin edilmişdir. Keçmiş SSRİ EA-nın Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunda, baş elmi işçi, 1957-1959-cu illərdə İnstitutun direktoru vəzifəsində işləmişdir.
Görkəmli alim, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 1941-1945-ci illərdə “Vətən uğrunda” jurnalının redaktoru olmuş, Azərbaycan EA Rəyasət Heyəti nəzdinə olan Texnologiya Komitəsinin sədri kimi çalışmışdır. O, 1954-cü ildə “C.Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmlər doktoru, professor adı almışdır. 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, üç il sonra isə həqiqi üzvü seçilmişdir. 1959-cu ildə EA-nın ictimai elmlər bölməsinin akademik katibi, 1960-cı ildə vitse-prezidenti olmuş, ömrünün sonuna kimi bu vəzifədə işləmiş, məhsuldar əməyinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Pofessor EA-nın “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları” problemi üzrə elmi şurasının Moskvada çıxan “Qısa ədəbiyyat ensiklopediyası”nın redaksiya heyətinin üzvü idi.
M.Arifin 1946-cı il İran yazıçılarının I konqresində, 1960-cı ildə şərqşünasların XXI Beynəlxalq konqresində iştirak etmiş, Azərbaycan Ali Sovetinin deputatı və sədri olmuşdur.
1974-cü ildə Azərbaycan Dövlət Mükafatı Laureatı, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
M.A.Dadaşzadə 1975-ci il dekabr ayının 27-də bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Alimin ölümündən sonra Azərbaycan Yazıçılar Birliyinin kitabxanasına, Bakıda küçələrdən birinə onun adı verilmişdir.
II. bölmə. M.Arifin 110 illiyi münasibətilə kitabxanalar qarşısında duran vəzifələr.
Akademik Məmməd Arifin anadan olmasının 110 illiyi münasibətilə bütün mədəni-maarif müəssələrində, o, cümlədən kitabxanalarda da kütləvi tədbirlər hazırlanmalıdır. İlk növbədə ədibin irsinin təbliği ilə bağlı kitabxanalarda sərgi təşkil edilməlidir. Sərgini müxtəlif başlıqlarda tərtib etmək olar. “M.Arif-110”, “Unudulmaz sənətkar” və sair. Sərgidə ədibin portreti, kitabları, görkəmli şəxslərin onun haqqında dedikləri sitatlardan istifadə edə bilərik. Həmçinin oxucu konfransı, icmal, mühazirə, dəyirmi masa hazırlamaq olar.
Sərgidə sitatlardan əlavə yazıçının həyat və yaradıcılığının əsas tarixlərinin qeyd olunduğu siyahını vermək olar.
Kiçik yaşlı oxucular arasında M.Arifin yaradıcılığını daha yaxından tanıtmaq üçün kitabxanada sual-cavab gecəsi də təşkil etmək olar. Sual-cavab gecəsinin keçirilməsinin əsas məhiyyəti ondan ibarətdir ki, oxucular M.Arif yaradıcılığını daha yaxşı mənimsəyə və yadda saxlaya bilərlər. Sual-cavab gecəsini “m.Arif haqqında nə bilirsən?” başlığı altında keçirmək olar. Sual-cavab gecəsinin nümunəsini təqdim edirik:
1. M.Arif nə vaxt və harada olub?
1940-cı il iyunun 10-da Bakıda.
2.İlk əsəri nə vaxt yazmışdır?
1979-cu ildə “Əsrin oğlu”nu yazıb.
3.Fəaliyyətə hansı felyetonlarla başlamışdır?
1923-cü ildə “Molla Nəsrəddin” jurnalında çıxan “Elan”, “Belə getsə düzələr” və sairə.
4.Hansı jurnalın redaktoru olub?
1957-ci ildə “Vətən” jurnalının.
5.Hansı vəzifələrdə işləyib?
1925-31-ci illərdə V.İ.Lenin adına APİ-nin Rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosent işləmiş, ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri təyin edilmişdir. Keçmiş SSRİ EA-nın Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunda, baş elmi işçi, institutun direktoru vəzifəsində işləmişdir.
6. Ədəbiyyatşünaslığa aid hansı əsərləri yazmışdır?
“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” (1943-1955), “Azərbaycan ədəbiyyatı tarixi” (1957-1960) , “Azrbaycan sovet ədəbiyyastı tarixi oçerki”(1963).
7. Hansı kitabı müxtəlif dillərə tərcümə olunub?
“Azərbaycan xalqının ədəbiyyatı”
8. Hansı mükafatlarla təltif olunub?
“Lenin” ordeni (1936), 2 dəfə “Qırmızı əmək bayrağı” (1939, 1964), “Oktyabr inqılabı” ordeni (1974), “Qabaqcıl maarif xadimi” nişanı (1964).
9. Nəvaxt vəfat edib?
1975-ci il dekabrın 27-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Yubiley ilə əlaqədar bu il ərzində kitabxanalar “M.Arif-110” adı altında məruzələr təşkil edilə bilər. Məruzəçilər kitabxanaçılar, ədəbiyyat müəllimləri, yuxarı sinif şagirdləri ola bilər. Onlar M.Arifin həyat və yaradıcılığı haqqında geniş məlumata malik olmalıdır.
Bu münasibətlə mühazirələr təşkil etmək çox vacibdir. Məs: XX əsr Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi”, “Milli ədəbiyyat tarixinin yaradılmasında M.Arifin rolu”, “M.Arif axtarış və yüksəliş yolunda” mövzusunda və sair.
Söhbətlər kütləvi, şifahi işin ən təsirli və geniş yayılmış metodudur. Söbətin əsas xüsusiyyəti qarşılıqlı danışıq, məsələnin birgə müzakirəsidir. Söhbəti qəzet və jurnal məqaləsinin oxunuşundan, kiçik söhbətdən, hər hansı bir sualın qoyulmasından başlamaq olar. Söhbəti istiqamətləndirərkən söhbət aparan şəxs mövzunun bütün məsələlərini əhatə etməli, aydın, yadda qalan misallar gətirməli, inandırıcı sübutlar göstərməli, onun kollektiv işi ilə həyatın konkret məsələləri ilə sıx bağlanmışdır. Bu mövzuda belə başlıqlarda söhbət aparıla bilər; “M.Arif yaradıcılığında tənqid və ədəbiyyatşünaslıq məsələləri”, “M.Arif və rus klassikləri” və sairə.
Kitabxanalarda rayonların mədəniyyət şöbələrindən, müxtəlif təşkilatlardan dəvət edilmiş qonaqların iştirakı ilə dəyirmi masalar təşkil etmək olar. Məs: “M.Arif yaradıcılığında dramaturgiyamıza münasibət”, “Tanınmış pedaqoq və ictimai xadim” və sair.
Kitabxanaçılara tövsiyə edirik ki, M. Arifin 110 illiyi münasibətilə dərc olunan materialları mövzu kartatekası şəklində hazırlanıb oxucuların istifadəsinə versinlər.
İstifadə edilmiş ədəbiyyat:
1.R.Tahirov. Əlamətdar və tarixi günlər təqvimi, B.: Azərbaycan Milli Kitabxanası.- 2013.-424s.
2. M.Arif . Əsrin oğlu. B.: Yazıçı, 1929.-1980.-195 s.
3. M.Arif. Sənətkar qocalmır.-B.: Yazıçı, 1980.-368s.
4. Azərbaycan xalqının ədəbiyyatı. B.: Azərnəşr, 1958.-84s.
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
“İnsan alveri - bəşəri bəladır”
(metodik vəsait)
Şəki-2014
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: İb.xəlilova Rahilə - MKS-nin Metodika və
biblioqrafiya şöbəsinin böyük metodisti.
Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2009-2013-cü illər) təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, o cümlədən dövlət orqanlarının fəaliyyətində səmərəliliyin məqsədi ilə qərara alıram:
1.Azərbaycan Respublikası İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı(2009-2013-cü illər) təsdiq edilsin(əlavə olunur).
2.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə Milli Fəaliyyət Planında göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etsin.
3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
4.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhər, 6 fevral 2009-cu il.
I. Bölmə
Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran insan alveridir. İnsan alveri insanların mənəviyyatına ciddi ziyan vurur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf surəti yaxın zamanda ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında insan alveri yüksələn xətlə artmağa doğru gedir.
SSRİ dövründə yaşadığımız 70 il ərzində insan alveri ilə məşğul olan insanlara qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemləri gizlətməyə çalışmışdır. Aərbaycan Respulikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi insan alverinə qarşı mübarizə tədbirlərinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətədə yeni mərhələ başlamışdır.
İnsan alveri bəlası təkcə paytaxtımızda məhdudlaşmır. Ən ucqar əyalətlərimizdə bu bəla artmaqdadır.
Avropa İnsan Hüquqları Konvensiyası 1950-ci ilin noyabrın 4-də Romada qəbul edilmişdir.
Konvensiya insan alverinin üç elementin kombinasiyası kimi müyyən edir:
1.Fəaliyyət: insanın cəlb edilməsi, daşınması, bir yerdən başqa yerə keçirilməsi, gizlədilməsi və ya qəbul edilməsi:
2.Müəyyən vasitələrdən istifadə ilə: hədə-qorxu və zor tətbiq etməklə yaxud başqa cür məcbur etməklə, qaçırma, dələduzluq və ya aldatma yolu ilə vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən suiistifadə etməklə, yaxud pul və ya digər maddi vəsaitlər vermək və ya almaqla hansı bir şəxsdən onun himayəsində olan şəxs barəsində razılıq almaqla:
3.İstismar məqsədi üçün ən azı başqalarının məcburi fahişəliyə və digər cinsi istismar formalarına cəlb etmə,məcburi əmək və ya xidmətlər, köləlik və ona oxşar əməllər, yaxud daxili orqanlrın çıxarılması:
Hər anası bir uşağın istismar məqsədilə cəlb olunması, daşınması bir yerdən başqa yerə keçirilməsi, gizlədilməsi və ya qəbul edilməsi, hətta bu maddədə qeyd olunan vasitələrdən heç biri tətbiq olunmadığı halda belə insan alveri hesab olunur.
Yaxşı hazırlanmış, əməli olaraq təyinatlı dərslik variantlarının hazırlanması, onların məktəblərin, kolleclərin dərs proqramlarına salınması, insan hüquqları, gender məsələləri üzrə şagird və tələbələrin geniş məlumatlandırılması üçün Təhsil Nazirliyi arasında daha sıx əlaqələr inkişaf etdirməlidir. Bu fənlər gənc insanların cinayətkar insan alverinin hərəkət və təhlükələri, xaricdə işə düzəlmənin və leqal miqrasiya ilə bağlı böyük risklərin təlimi ilə sıx uzlaşmalıdır. Bu istiqamətdə maarifləndirmə nəinki Bakıda həm də ölkənin regionlarında aparılmalıdır.
II bölmə. Kitabxanalar qarşısında duran vəzifələr.
Bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri də insan alveridir.
Bu sahədə kitabxanaların rolunu xüsusilə qeyd etmək lazımdır. İnsan alverinə qarşı mübarizə mövzusunda tədbirlərin həyata keçirilməsi zamanı kütləvi işin üç: əyani, şifahi, mətbuat (çap) formasından istifadə etmək məqsədə uyğundur.
İnsan alverinə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilməsi vacibdir. Bu zaman mövzunu adı elə seçilməlidir ki, oxucularda maraq oyatsın . Məs: “İnsan alveri qlobal fəlakət və bəşəri bəladır”, “İnsan alveri gənclərin düçar ola biləcəyi ən böyük bəladır”, “İnsan alverinə düçar olmuş insanların hüquqlarının müdafiəsi” və sairə mövzularda. Tədbirdə mədəniyyət şöbəsi, hüquq-mühafizə orqnlarının iştirakı məqsədə uyğun olardı.
Kitabxanada bu mövzu ilə bağlı söhbət də keçirilə bilər. Məs: “İnsan alverinin artması və təhlükələri”, “Qeyri-leqal miqrasiya” və sairə söhbətin keçirilməsində əsas məqsəd oxuculara ictimai-siyasi həyatda mürəkkəb, ziddiyyətli hadisələrə düzgün yanaşmaq, həyatın çətin anlarından düzgün baş çıxarmalarına köməklik göstərməlidir.
İnsan alverinə qarşı mübarizə mövzusunda kitab icmalı keçirərkən ilk növbədə mövzu ilə bağlı son dövrlərdə nəşr olunmuş müxtəlif tipli kitablar seçməli, onların sərgisi təşkil olunmalıdır. Kitabxanalar həminçinin bu mövzu ilə bağlı mövzu gecəsi keçirmək olar. Mövzu müəyyən edildikdən sonra kitabxanaçı ssenari tərtib etməlidir. Təşkilatçı tədbirin əvvəlindən axırına kimi bülleten elementləri (çıxış, rəy, qonaqlara söz vermə) ssenaridə əks etdirir. Gecə üçün təşkil olunmuş sərgidə mövzuya uyğun kitabların siyahısını da iştirakçılara təqdim etmək olar.
Həmçinin kitabxanada “İnsan alveri haqqında nə bilirik?” adlı sual-cavab gecəsi təşkil etmək olar. Tədbirin məktəblilər arasında keçirilməsi daha məqsədə uyğun olardı. “İnsan alverinin qurbanı olma!”, “Sosial bəla-insan alveri” və sairə adlarda stendi də tədbir zamanı nəzərə çarpan yerdə təşkil etmək lazımdır.
Kitabxanada insan alverinə qarşı mübarizə mövzusunda sərgilərin tərtibinə də diqqət yetirməlidir. “ İnsan alveri və ondan törənən fəsadlar” adlı sərgi təşkil etmək olar. Sərgiyə bu mövzu ilə bağlı qəzet və jurnal məqalələri, tövsiyə ədəbiyyat siyahıları, mövzuya uyğun şəkillər, sitatlar da qoyulmalıdır.
İstifadə edilmiş ədəbiyyat:
1. Məişət zorakılığı: 50 suala 50 cavab.-B.: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.-14 s.
2.İnsan hüquqları ümumi bəyannaməsi və Azərbaycan Respublikası Konstitusiyası .-B.: “Atra”, 2003.-32 s.
3.Avropa İnsan Hüquqları .-B.: ATƏT-in dəstəyi ilə çap olunub.
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi
Mərkəzləşdirilmiş Kitabxana sistemi
Metodika və biblioqrafiya şöbəsi
“Dünyanın insanlarını fəlakətdən qoruyaq”
(Narkomaniya, narkobiznes və ona qarşı mübarizə)
(metodik vəsait)
Şəki-2014
Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Nəsrullayeva Zibar- MKS-nin Metodika və
biblioqrafiya şöbəsinin müdiri.
I. Azərbaycan Respublikasının narkomaniya və nakobiznesə qarşı
mübarizədə həyata keçirdiyi tədbirlər.
Müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar artır. Bu illər ərzində müxtəlif istiqamətli işlər həyata keşirilmişdir. Bunların bəzi mühüm məqamlarını göstərmək yerinə düşərdi.
1992-ci ildə Azərbaycan Respublikası BMT-yə hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotor maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümum dövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər kefiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə 2000-ci ildən narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotor maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyası yaradılmışdır.
1999-cu ilin iyun ayının 18-də “Narkotik vasitələr, psixotir maddələr və prekursorlar qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunaraq olkə başçısı tərəfindən imzalamışdır. Bu qanun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotor maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Bakıda 2011-ci il oktyabr tarixində “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qarşı mübarizə” mövzusunda keçirilmiş ikigünlük beynəlxalq konfrans, bu baxımdan çox böyük, əhəmiyyət kəsb etmişdir.
“Narkotik vasitələrin, psixotop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi vacib məsələlərdən biridir.
Dostları ilə paylaş: |