Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 8.54 Kb.
tarix22.10.2017
ölçüsü8.54 Kb.

Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin zəngin tarixi vardır. Bu şəhərdə inşa edilmiş qədim karvansaralar, qalalar, müxtəlif müdafiə qurğuları, ictimai binalar, məscid və məbədlər, o cümlədən Kiş kəndində yerləşən alban məbədi, Xan sarayı və Şəkixanovların evi kimi xüsusi memarlıq üslubuna malik olan yüzlərlə imarət və digər tarixi-memarlıq abidələri mədəni irsimizin nadir inciləridir.

Müasir dövrdə Şəki şəhərinin inkişaf strategiyasına uyğun olaraq tikinti-abadlıq işlərinin aparılmasında özünəməxsusluğun qorunub saxlanılmasına, ətraf mühitlə vəhdətin təmin olunmasına, tarixi mədəniyyət abidələrinin mühafizəsinə və mövcud mədəni-tarixi potensialdan səmərəli istifadəyə xüsusi diqqət yetirilməsi zəruridir.

Son illərdə Şəki şəhərində bir sıra infrastruktur və sosial yönümlü layihələr həyata keçirilmiş, müəyyən tarixi abidələr bərpa olunmuş, yeni mehmanxanalar, istirahət mərkəzləri, ticarət və xidmət obyektləri, Olimpiya İdman Kompleksi, modul tipli elektrik stansiyası, sənaye müəssisələri istifadəyə verilmişdir. 100 çarpayılıq müasir xəstəxananın tikintisi isə başa çatmaq üzrədir.

Şəhərin zəngin tarixi-mədəni irsinin mühafizəsi və bərpası, şəhərsalma, istirahət, turizm infrastrukturunun qədim memarlıq ənənələrinə uyğun olmaqla müasir şəkildə yenidən qurulması və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şəki Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şəkinin milli memarlıq ənənələrinin və üslubunun qorunub saxlanması şərtilə, tarixi-memarlıq abidələri və onların mühafizə zonaları, əhali artımı, yeni yaşayış, istirahət, idman kompleksləri, əhaliyə mədəni-məişət xidməti, şəhərdaxili nəqliyyat, mühəndis-kommunikasiya şəbəkələri, kommunal təsərrüfatı və sənaye-istehsal sahələrinə aid obyektlərin yerləşdiyi ərazilər nəzərə alınmaqla, şəhərin inkişafı və aparılacaq abadlıq-quruculuq işləri barədə bir ay müddətində təkliflər hazırlayıb, Şəki şəhərinin baş planına daxil edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin müvafiq nazirlik, dövlət komitəsi və idarələrlə razılaşdırılmış təklifləri əsasında Şəki şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair baş planın təsdiqi üçün zəruri tədbirləri iki ay müddətində həyata keçirsin.

3. Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 (beş) milyon manat vəsait ayrılsın.



4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 3-cü hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2011-ci il.


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə