Zal olduqca nəhəng və işıqlı idi. İçəridə iki nəfər adam olsa da, o biri zallar sakit və melanxolik ingilis aristokrat kütləsi ilə dolu idi. Bu zalda isə bir eynəkli, ucaboy bir oğlan və Cənab Holtzdan başqa heç kəs görünmürdü. Eynəkli cavan divarda sıraca 3-cü gələn “Əriyən saatlar” şəklinə tərəf bir qədər əyilmiş və gözlərini ora yaxınlaşdırıb elə zilləmişdi ki, guya o, bu saat şəklin sirrini tapıb “Found!” qışqıracaq.Lakin bu Cənab Holtzun subyektiv fikri idi. O, birdən işarə barmağını tədricən şəklə tərəf yaxınlaşdırmağa başladı; elə barmağı şəklin yarım əsrdən də çox qabaq qurumuş boyasına toxunacaqdı ki, o, birdən nədənsə fikrini dəyişib əllərini ani olaraq pencəyinin cibinə saldı və üzünü Cənab Holtza tərəf çevirdi. Cənab Holtz ağzının altında sakitcə fınxırdı.
- Şəkil toxunmaq üçün deyil, axmaq…Görəsən bu qoca yaramaz harda qaldı !?
Elə ritorik sual bitmişdi ki, həmən qoca yaramaz öz axsaq yerişi ilə zala və əlində tünd çəhrayi portfeli ilə daxil oldu. Onun ayaqqabılarının tozdan yaxşı təmizlənməməsi onun ya elm adamı, ya pinti, ya da ki, məcburiyyət qarşısında qalıb tikinti gedən ərazidən keçən adam olduğunu biruzə edirdi. Onun bədən quruluşu o qədər qeyri-simmetrik formada idi ki, elə bil o bir ay ərzində televizorun qabağında dayanmadan yemək yeyib və heç yerindən də tərpənməyib. O , həddindən artıq kök idi.
- Zalda heç kimin olmaması səni təəcübləndirmədi, Mister Qrin ? - Cənab Holtz sarkazmla soruşdu. Görünür eynəkli bunu saymamazlı kimi qəbul edib ona sifətini turşutdu.
- Mən başa düşə bilmirəm , bizim “National Gallery” –də görüşməyimiz bu qədər vacib idi. Biz hər hansı bir “PUB”-da oturub məsələni müzakirə edə bilərdik.
Cənab Qrin nəhayət ki, ona yaxınlaşıb əl verdi.Bir qədər ətrafa baxıb,zala tez-bazar ümumi nəzər saldı.
- Həəə…pfu…- o ağır şəkildə portfeli sol əlindən sağ əlinə aldı. Cənab Holtz söhbəti yenidən davam etdirməyə başladı
- Çox qəribə tendensiyadır! Yerli xalq və ya etnik qruplar öz milli-mədəni və digər nemətlərinə daha az maraq göstərir, nəinki xaricilər. Maraqlısı ondadır ki, bu barədə, mən biləni sosial psixoloqiyada və ya etnik qrupların psixoloqiyasında heç bir nəzəriyyə yoxdur. Lakin əgər belə bir nəzəriyyə ortaya işlənib çıxsa bəzi istisnalar olacaq…
- Hansı istisna?- cənab Qrin səbirsizliklə soruşdu
- Bax o, cavanı görürsən?…Mənə maraqlıdır o, xaricidir yoxsa sizin kimi ingilisdir. Ümumiyyətli o, şəklin məğzini başa düşür yoxsa özünü gicliyə qoyub.
- “Alman maşını – alman yumoru” – Qrin cənab Holtza deyilənlərə reaksiya verməyə imkan verməmiş bir qədər bədənini qıvırıb, portfelini yarı-söykənmiş vəziyyətdə dizinə qoydu, onu açıb işindən fayl çıxartdı və Holtza təqdim etdi
- İranın şimalında, Cənubi Azərbaycan adlandırılan əyalətin Təbriz şəhərində aparılmış qazıntılardan məlum oldu ki, hələlik bu hissə “maqq” tayfalarının yaşadığı ən qədim yerdir. Kim bilir, bəlkə şimala doğru daha Azərbaycanda və Dağıstanda bundan da qədim tapıntılar aşkar etdik…Təbrizdəki qazıntılar zamanı biz maqqların silah və bəzək əşyalarından başqa daha bir sürpriz tapdıq. Lakin buna empirik və ratsional yanaşsaq bu qeyri mümkündür…- Qrin cənab Holtzu səbirdən çıxartmaq üçün bilərəkdən yeddi-səkkiz saniyəlik fasilə etdi.
- Allah xatirinə, Nə?-
- Tayfa başçısına məxsus olmuş mantiya. Düzdür onun yarım metri yeyilib lakin ümumilikdə o, əla qalıb.O hansısa xüsusi materialdan hazırlanıb.İndi ekspertlər onun üzərində baş sındırırlar.
- Belə getsə biz tezliklə kardioloji problemlərlə üzləşəcəyik- Holtz üzünü yenə şəklə tərəf yönəltdi…Qrin də psixoloji sirayətə məruz qalıb bir anlıq şəkilə nəzər saldı. Ayaq addımlarının eşidilməməsi eynəklinin də zalı tərk etməsindən xəbər verirdi.Şəkil torana bənzər mavi fonda idi. Orada iki qadına məxsus bədən quruluşlu varlıq fərqli pozalarda durmuşdu. Hər iki qadının bədəni siyirtmələrlə və müxtəlif şaquli qara dəyənəklə elə birləşmişdi ki, sanki bu taxta-tuxta onların ayaq üstə qala bilməsini təmin edir. Öndəki qadın əllərini qabağa uzadmışdı, amma çətin ki, o kimisə qovmaq və ya çağırmaq istəyirdi. İkinci qadın isə profil vəziyyətində durub bir əlindən o biri əlinə qırmızı maye axıdırdı. Arxa planda isə, uzaqda, şəklin ümumi kontekstinə heç bir dəxli olmayan və beli alov içində olan bir zürafə durmuşdu
- Bu nə gic-gicə şəkildi belə !? Rəssamın adı nədi? – cənab Qrin əsəbi şəkildə soruşdu.
- Hörmətli olun…! Səbr, səbr lazımdı sizə. Rəssam isə “Avida Dollars”-dır…
- Nə qəribə addır. Birinci dəfədir ki, eşidirəm.Bu tanınmamış rəssamın National Gallery –də nə işi var görəsən.- Cənab Holtz başını bulayaraq cavab verdi:
- Bəs mən dedim axı təmkinli olasız.Bu onun adı deyil. Avida Dollars – pula tamahkar deməkdir.Bu ləqəbi isə ona sürrealizmin banilərindən biri olan onun bir zamanlar müəllimi olmuş Andre Breton verib. Rəssamın adı isə dahi Salvador Dali –dir , rəsmin adı isə “ Yanan zürafədir”- sürrealizmin ilk incilərindəndir. Mənim görüşü bu tarixə, bu yerə təyin etməyim də təsadüfi deyil. Mənim bir növ ikinci qeyri-formal sənətim Sürrealist cərəyanın tədqiqidir- amma sözün doğrusu…- bir anlıq o yenidən şəklə baxsada gözlərini yenidən Qrinə zillədi.- …bu sirri sizdən başqa çox az adam bilir- Holtz əlləri ilə şəkilləri ümumilikdə işarə edib dedi- Bu həftə National Gallery –nin tarixində xüsusi bir gündür. Belə ki dünyanın müxtəlif yerlərindən müxtəlif dahi rəssamlarının “kubizm” və “sürrealizm” mövzusundaki …,sözün düzü bu mövzu yox cərəyandır…nə isə bu cərəyanların rəsmlərinin sərgisidir. Bu gün sərginin beşinci günüdür ona görə insanların belə az olmasına təəcüb etməyin; həm də ki, artıq muzeyin bağlanmağına yarım saat qalıb.O biri zalda isə kubizm - əsasən Picasso və Jorj Brak- ın işləri sərgiyə qoyulub , ona görə də belə deyək ki, aristokratlar daha çox ora cəmlənib. – cənab Qrin Holtzun uzun və monoton nitqindən bezib öz fikrini ortaya atdı
- Bəli, mən bu adı eşitmişəm, sürrealizmin də nə olduğunu azdan çoxdan bilirəm. Lakin mən heçvaxt bu mənasız, irratsional rəsmləri heç zaman anlamamışam. Bu şəklin çəkilməsinin məntiqini ümumiyyətlə başa düşə bilmirəm. Hətta eşitdiyimə görə bu cərəyanın rəssamlarından bir…adını dəqiq bilmirəm…deyəsən Moro
- Juan Miro- Holtz kosmik kinayə ilə cavab verdi.
- Elədir ki var. Juan Miro, deyirlər ki, o rəsmlərinin çoxunu acından onda yaranmış hallusinatsiyadan çəkib.
- Çoxunu yox, birini. “Kataloniya mənzərəsi”
- Nəisə. Sözlərimdən elə anlamayın ki mən boyakarlığa qarşı neqativ “yüklənmişəm”. Buna arqument kimi deyə bilərəm ki, mən Botiçelli və Tsian-ın vurğunuyam. Məgər sizin hansısa Dali-niz onun yaratdığı “Veneranın doğuluşu”-o əsərdəki gözəlçənin simasını yarada bilər. Əlbəttə yox. Sürrealizm,sürrealism- məgər bu şəkilin mənası var.
- Xətrimə dəyirsiz kolleqa. Siz irratsionallıqdan danışdız, mənsə deyim ki bu sürrealizm öz kökünü Ziqmund Freydin psixoloji nəzəriyyəsindən götürür. Bu şəkil ətrafında çox söz söhbətlər gəzirdi.Bəziləri bunun sayıqlama olduğunu digərləri isə faşizmin təbliği kimi qavrayırdılar. Hətta onun bir zamanlar həmən Andre Breton da ikinci fikrə əsaslanırdı. Lakin onun 1937-ci ildə öz açıqlaması oldu – Qrin elə nöqsan axtarır dı ki, onu lağa qoysun, ona görə diqqəti tam onda idi
- O bu şəklə sadəcə olaraq belə bir meyar verdi “the masculine cosmic appocalyptic monster” yəni dünyanın axırına gətirə bilən müharibələrin təhrikçiləri qadınlardır.- cənab Qrin bir qədər əvvəl dediklərinin cəfəng olduğunu başa düşüb məyus oldu və yanaqları yavaş-yavaş qızarmağa başladı. O yenidən şəklə diqqətlə baxdı
- Görünür mən bunu oyun-oyuncaq sayırdım. Doğrudan da qadının qanla oynaması , yuxarıdakı qara buludlar…mən necə bulara fikir vermədim.- bir anlıq o Holtzun qalibyana sarkazmını görmək üçün onun üzünə baxdı və təəcübləndi. Holtz hələ də şəklə baxırdı, müxtəlif bucaqlardan. Və qəribəsi onda idi ki, o məyus idi
- Məgər siz mənə qalib gəldiyiniz və məni inandıra bildiyinizə görə sevinməli deyildiz.
- Nəyə. Yalana.Bu meyarı o antifaşist olduğunu kütlələrə təlqin etmək üçün istifadə edib, necə ki siyasətçilər Siyasi Marketinqdə “ikili-standartlardan” istifadə edir. Mən sürrealizmi başqa cür görürəm. Onun sirri hələ heç kimə məlum deyil və mən bu sirri aşkar etməyə çalışıram. Elə bilməyin ki, mən yalnız Dalist olduğuma görə sərgiyə baş çəkdim. Bu əsla belə deyil. İstəsəydim bunu “online” rejimdə evimdə rahat-rahat seyr edərdim. Mən real eksperimen aparmağa gəlmişəm və sizdə mənim kimi onun iştirakçısı olmalısız . Necə ki, Marks və Engels birgə nəzəriyyələr təsis edirdilər, biz də edəcəyik , alınsa…Mən uşaq yaşlarından “zamanda səyahət” mövzusunun dəlisiyəm. Belə ki bu kökü mənə Herbert Wells və onun “Time Maschine” əsəri əkib. O, vaxtdan mən bunun mümkünlüyü haqqında birçox alimlərlə sual-cavab aparıb dəstək gözləyirdim. Ancaq cavab belə idi. “Eynşteynin Nisbilik Nəzəriyyəsinə əsasən olsa da bu yenə də absurddur.”. Zaman maşını əsərində məni o maşın və ümumi kontekst maraqlandırmırdı . Orada sadəcə Herbertin işlətdiyi bir fikir mənim demək olar ki baxışlarımı dəyişdi. Belə ki, onun dediyinə görə bir alim var idi ki, zamana səyahət kimi optimal variant şəkil və rəsmin olduğunu zənn edirdi Belə biz istənilən halda cavanlıq və ya ümumiyyətlə hər hansı bir əlamətdar günü özündə tərənnüm edən şəkilizə baxdıqda biz bir növ həmin anlara qayıdırıq: ruhumuz bir növ həmin ana qayıdır bədən isə indiki zamanda qalır. Həmin prosesləri təkrar gördükdən sonra ruh bədənə yenidən qayıdır.
- Ruh !- Qrin kişmişi gülüşlə cavab verdi – Bu ki metafizik yanaşmadır. Siz alim hara, ruha inanmaq hara.
- Fikrimi tamamlamadım. Mənim artıq buna əsaslanan nəzəriyyəm demək olar ki, hazırdır. Lakin o alimin fikrindən fərqli olaraq mənim nəzəriyyəmdə gələcəyə də səyahət etmək mümkündür . – birdən Holtz monotonluğu saxlayıb sualla müraciət etdi.
- Siz bilirdiz ki, Salvador Dali son günlərini öz muzeyində keçirirdi elə orda da ölüb.
- Yəqin son illərini müflis kimi keçirib
- Siz diqqətsizsiz. Mən dedim ki onun muzeyi yəni 1974 cü ildə demək olar ki onun təşəbbüsü ilə Fiqueres şəhərindəki Bələdiyyə teatrından onun əlinə keçmiş bina. O, vaxt təşəbbüs göstərmək olar ki, ya pulun olsun ya da ictimai avtoritetin. Avtoritet olduqda da istər-istəməz maddi yardım olar. Belə ki o son günlərini muzeydə keçirib.Deyilənə 1989-cu ildə görə bir neçə həftə onun ölümündən əvvəl ora gəlmiş ayrı-ayrı cütlər, ər-arvad, iki dost və s. belə beşə yaxın cütlər naməlum yoxa çıxıb.Mənə elə gəlir ki, onlarda bu zamana səyahət özləri də bilmədən baş verib və onlar sadə desək zamanda irişib qalıblar…
- Çox maraqlıdır.Mən bu gündən sürrealist oldum. Siz məni heyran edirsiz… -Holtz əsəbi şəkildə onun sözünü kəsdi- Siz qulaq asacaqsız ya yox?!
- Üzr istəyirəm
- Mən güman edirəm ki, Salvador Dali bu insanların sirri açdığını görüb və onları məhv etdiyini güman edib. Özü şəxsən ağır xəstə olmasına baxmayaraq muzeyə nəzarətə başlayıb və çalışıb ki ziyarətçilər ya tək-tək ya da ki, qrup şəklində muzeyə gəlsinlər.Və elə həmən günlərdə də qəfil ürək-tutmasından ölüb.
- Mən hər şeyi başa düşdüm. Tutalım ki, həqiqətən də zaman səyahət şəkillərlə doğrudan da mümkündür. Bəs siz bunun yalnız cütlərə mümkün olan hal olduğunu necə empirik cəhətdən başa sala bilərsiz. Və nə üçün yalnız iki nəfər, nə bir , nə də ki, üç; sadəcə olaraq iki?
Cənab Holtz ucadan gülməyə başladı. -Çox sadəcə.Bu…-o fikrini tamamlamadı ki , birdən uca bir öskürək səsi arxadan səsləndi. Hər ikisi diksinib üzlərini səsə tərəf çevirdilər.Bu enlikürək, ağ köynək və qara şalvar geyinmiş bir qaradərili muzey işçisi idi. Görünür iş vaxtı qurtardığına görə pencəyini əynindən çıxarmışdı
- Cənablar, çox-çox üzr istəyirəm ancaq artıq beş dəqiqəyə muzey bağlanır.- Holtz ona yaxınlaşıb cibinə 100 funt sterlinq basıb dedi
- 15 dəqiqə muzeyin bağlanması geciksə sonda əlavə 50 funt da əldə edəcəksən
- Sağ olun Ser, əlimdən gələni edərəm.- o tez-bazar aradan çıxdı
- Bəli, gərək fikrimi yekunlaşdırım və tez eksperimentə keçək. Sənin bu əclaf gəlməzdən əvvəlki – nə üçün iki ?- sualına cavab isə çox sadədir. Belə ki biz bilirik ki, istənilən elektrik cihazı və ya qurğusu enerji ilə işləyir. Adi ratsiyanın işləməsi üçün biz battareyadan istifadə edirik. Battareyadakı enerji isə iki prosesin (+) ionlaşma və( - ) ionlaşmanın nəticəsində əldə edilir. İnsanda da buna nail olmaq mümkündür. Əsas məsələ tam əks cütlükləri tapıb bundan zamanda səyahət üçün bir enerji kimi istifadə etməkdir. Məhz buna görə öz eksperimentimə cənab Smiti, xanım Andersonu deyil səni seçdim. Biz demək olar ki tam əks insanlarıq. Mən metafizikəm sən isə qatı empirist. Mən təmkinliyəm sən isə səbirsiz. Mən patsifistəm sən isə müharibə tərəfdarı. Mən pula müvəqqəti şey kimi baxıram, sən deyəni “ alman maşını” olsam belə sən isə olduqca simicsən. Yadına gəlir Şənbə günü Durham Pub –da məndə hesabı ödəməyə xırda olmadıqda belə sən heç bir təşəbbüs etmədin. Hətta belə dedin “ Kim dəvət edib o, da versin” . Bütün bunlar bunun bizim bu baxımdan ideal cütlük olduğumuzu göstərir
- İt oğlu it!
- Hey…Hey… Özüvə gəl! Unutma ki, bu Nobel mükafatında hər ikimizin adına yazıla bilər
- Yaxşı.İnandırdın. Gəl tez keçək eksperimentə, yoxsa bu yaramaz qarabala səndən gəlib gələn ayki maaşıvı da alacaq. Bizə nə etmək lazımdır
- Sadəcə olaraq şəklin kənarından , bucaq şəklində baxışlarımızı bir nöqtəyə cəmləmək lazımdır. Baxış bucağı bir növ 45 o olmalıdır- İti bucaq. Biz bir növ neqativ enerji yaratmalıyıq. Mən baxarkən bunun baş tutacağına olduqca inanmalı və həyəcan dərəcəsinə qədər çatdırmalıyam. Sən də ki tam əksini.
- Bəs bu baş tutsa biz gələcəyə yoxsa keçmişə gedəcəyik?
- Mənim nəzəriyyəmə əsasən biz bu şəklin Salvador Dali tərəfindən tam başa çatdığı ilə 1937-ci ilə gedəcəyik. Çox güman ki , onun evinə. Gələcəyə gəldikdə isə onu orda sənə başa salaram. Başlıyaq.
Hər iki alim öz yerlərini tutdular.Və gözlərini şəklə doğru zillədilər.Əvvəl heç nə baş vermədi. Ancaq Qrin “mən sənə demişdim ki bu absurdur” deyən kimi şəkildən ildırım şəklində olan şüalar çıxdı və hər ikisini həmin sürətlə də şəffaf hala keçmiş şəkilə doğru dartdı. Onların bədənləri hər tərəfdən onları əhatə edən , “göy qurşağı” ( Holtz bunu şualaraın rənglərinə görə belə adlandıracaq ) ilə hərəkət edirdilər.Birdən onlar bir növ ağıla sığmaz sürətdə qara fona daxil oldular və huşlarını itirdilər
Qrin gözlərini hələ açmamışdı ancaq qəribə səslər eşidirdi
- Alll…a..d.and…-bu səslər get-gedə ona aydınlaşırdı. –All-ınnı-dı O yüksək təzyiqdən müvəqqəti karlığa məruz qaldığını başa düşdü və bunun Holtz olduğunu anladı.
- O gözlərini açanda mat-mətəl qaldı. Onlar tör-töküntü halında olan bir kiçik və boğanaq otaqda idilər. Divarlar qırmızı rəngdə idi və otağın dizaynı klassik ispan interyerini xatırladırdı.Lakin bununla belə hər yan zirzibillə, fırça və boyalanmış qaralama kağızlar, kartonlarla dolu idi.O, Holtzun uşaq tək gülən üzünü görüb tez ayağa qalxdı
- İt oğlu it! Bizdə alındı. Bəs “yanan zürafə” – rəsm hardadı?
- Hardasa buralarda
Onlar arxalarındakı divara baxdıqda ağılasığmaz dərəcədə mat –məəttəl , hərəkətsiz qaldılar
Şəkilinin çərçivəsi və fon həmənki olsa da, şəkildəki obyektlərdən əsər-əlamət yox idi...
Dostları ilə paylaş: |