Fizika və Astronomiya təsnifatlaşdırma sxemi (The Physics and Astronomy Classification Scheme® (PACS®) fizika və astronomiya üzrə mövcud ədəbiyyatı mövzu (predmet) baxımından qruplaşdırmaq və sinifləşdirmək üçün yaradılmış iyerarxik klassifikasiya sistemidir. PACS AİP (Amerika Fizika institutu) və fizika, astronomiya və digər əlaqəli sahələr üzrə beynəlxalq jurnal nəşriyyatları tərəfindən istifadə olunur.
PACS 10 geniş subyekt (predmet) kateqoriyasından ibarətdir və bu kateqoriyalar da daha dar sahələrə ayrılır. Əsasən 4 dərinlik iyerarxik struktura malikdir və sonuncu səviyyə ən dar, ən detallaşdırılmış informasion səciyyə daşıuır. 2006-cı ildən 5-ci səviyyəli iyerarxiya da əlavə olunmuşdur. PACS, həmçinin akustika, geofizika və nanoölçülü elmlər və texnologiya üzrə əlavələrə də malikdir.
PACS 2010
|