Səlahəddin Xəlilov



Yüklə 2,91 Mb.
səhifə5/66
tarix10.01.2022
ölçüsü2,91 Mb.
#106673
1   2   3   4   5   6   7   8   9   ...   66
Birinci istiqamətə elm tarixi, elmi biliklərin top­lanaraq yeni fənlər əmələ gələnə qədər struk­tur­laşması və əvvəlcə fəlsəfədən, daha sonra isə ana elmdən ayrılaraq müstəqillik əldə etməsi ­­– yəni el­min genezisi və inkişafı məsələləri aiddir.0 Elmi nə-zəriyyələrin yaranması, fundamental elmi təlimlər­dən çıxan nəticələrin təcrübi yoxlanması, nəzəri və empirik biliklər arasında davamlı rabitənin qurul­ma­sı və s. bu kimi məsələlər də birinci istiqamətə aid­dir.

İkinci istiqamətə elmi biliklərin spesifikasının, yəni onun digər biliklərdən fərqinin və onlarla qar­şılıqlı nisbətinin öyrənil­mə­si, biliklərin təsnifatı (müasir dövrdə elmlərin təsnifatı da bura da­xil edi­lir), müxtəlif elmi bilik sahələri arasında qarşılıqlı əlaqə, fən­lər­arası münasibət məsələləri, elmlərin inteqrasiyası və diferen­sial­laş­ması və s. bu kimi məsələlər aiddir.0

Üçüncü istiqamətə elmi biliklə gerçəklik ara­sındakı müna­si­bət, bilik və həqiqət problemi, həqiqi biliyin meyarları, elmilik şərt­ləri – demar­ka­siya mə­sələləri, elmi bilikdə obyektiv və sub­yek­tiv amillər və s. bu kimi fəlsəfi-epistemoloji və fəlsəfi-ontoloji mə­­sə­lələr daxildir. Bunlar adətən elmin fəlsəfəsi adı altında öyrənilir.0

Dördüncü istiqamətə isə riyaziyyat və elm prob­­leminin, ümum­elmi və spesifik elmi-tədqiqat me­todlarının, habelə bütöv­lükdə elm metodolo­gi­ya­sı­nın öyrənilməsi aiddir.0

Lakin elmşünaslığın predmeti elmin daxili məz­munu ilə bit­mir. Buraya elmin infrastrukturu, onun mədəniyyət sistemində yeri və bəlkə də ən baş­lıcası, ictimai-iqtisadi həyatda oynadığı rol da daxil edilmə­lidir.

Elmin bir mədəniyyət hadisəsi kimi, mədə­niy­yətlə qarşılıqlı əla­qədə öyrənilməsi həm onun ma­hiy­yətinin daha düzgün an­la­şıl­ması üçün, həm də mədəniyyətin özünün bütöv mənzərəsinin ya­ra­dıl­ması üçün xüsusi əhəmiyyətə malikdir. 0

Mədəniyyətlə qarşılıqlı əlaqə başqa kontekstdə də özünü gös­tərir. Belə ki, mədəniyyət özü də elmin predmetinə daxil olur və mə­də­niy­yət­şünaslıq bir elm hadisəsi kimi ortaya çıxır. Klassik mə­n­ada elm (science) təbiətin öyrənilməsini ehtiva edir, mədə­niy­yətin el­mi səviy­yədə öyrənilməsi isə elmlərin təs­nifatında xüsusi bir böl­mədə əhatə olunur. H.Rikkert özünün məşhur “Təbiət haqqında elm­lər və mədə­niy­­yət haqqında elmlər” əsərində elmin əsasən tə­biət­­şünaslıq kimi başa dü­şül­məsini qəbul etməklə ya­naşı, ona sanki əks qütb olan və insanın öz yarat­dıqlarının tədqiqat predmetinə çevrilməsindən doğan mədəniyyət elmlərini də təsnifata daxil edir.0 Mədə­niy­yətin elmi və fəlsəfi aspektdə araşdırıl­ma­sına so­vet elmşünaslığında da geniş yer verilmişdir.0

Elmin ictimai rolunun artması və ona getdikcə daha böyük diqqət göstərilməsi onun dəyərlər siste­mində yerinin müəyyənləş­di­ril­məsinə də ehtiyac ya­ra­dır.0 Digər tərəfdən, elmin insan həya­tı­na daha ak­tiv müdaxiləsi, bu müdaxilənin hüdudları barədə dü­şün­məyə, elmin etik aspektlərini müəyyən etməyə sövq edir.0 E.Aqassi belə hesab edir ki, elmə yalnız biliklər sistemi kimi baxılması və məntiqi ziddiy­yət­sizliyin əsas şərt kimi götürülməsi kifayət deyil; el­mi­liyin başqa şərtləri – «sadəlik, zəriflik” də vardır ki, bunlar el­min aksiologiyasını təşkil edirlər. Ona görə də, o, “intellektual dü­rüst­lük” və “intellektual saflıq” anlayışlarını daxil edir.0

Elmşünaslığın müstəqil bir tədqiqat istiqaməti kimi forma­laş­masında elmin ictimai sistem kimi nə­zərdən keçirilməsinin də xü­susi rolu olmuşdur. Belə ki, elm bir sosial sistem olaraq so­sio­lo­giyanın pred­me­tinə daxil olur və burada da artıq bilik və idrak mə­­sə­lələri deyil, spesifik ictimai münasibətlər və on­ların ob­yektiv­ləş­mə­sindən doğan nisbi müstəqil, dayanıqlı sosial orqanizmlər önə çə­kilir. Sosiologi­ya­nın bir elm kimi formalaşdığı ilk dövrlərdən baş­layaraq elmin və biliyin sosiallaşması məsələləri diq­qətdə ol­muş­dur. Lakin bu mövzunun xüsusi təd­qiqat obyektinə çevrilməsi nisbətən yaxın dövrə tə­sadüf edir. Düzdür, biliyin sosiologiyası mə­sələ­lə­rinə hələ Manxeymin0, Maks Veberin0 tədqiqat­la­rın­da rast gəl­mək mümkündür, amma bilik və elmin so­sioloji kontekstdə di­fe­rensial surətdə nəzərdən ke­çirilməsi XX əsrin ikinci yarısında ak­tu­allaşmışdır.0 Türkiyədə hələ ötən əsrin 80-ci illərində elm sosio­lo­giyasına dair ayrıca kitablar və məqalələr çap olun­muşdur.0

Elmin mahiyyətinin müəyyənləşdirilməsi, hət­ta onun ge­ne­zi­si ilə bağlı ruhi-intellektual mühitin düzgün təsəvvür edilməsi üçün elm ilə din arasında ümu­mi və fərqli cəhətlərin ayırd edilməsi, on­la­rın qarşılıqlı münasibətinin tarixi təkamülü və s. bu kimi mə­sə­lələr də böyük önəm daşıyır. Elmin ictimai şüur formaları ilə əla­qəsi, əlbəttə, elmi dünya­görüşü, elmi-kütləvi biliklərin yayılması ilə yanaşı, həm də alimlərin əqidəsi ilə sıx surətdə bağlıdır. Bütün bu məsələlər elmşünaslıq çərçivəsində və onun hüdudu xaricində ge­niş tədqiq olunmuşdur.0

Elmin ictimai-iqtisadi kontekstdə öyrənilməsi, Elm–Texni­ka–İstehsal zəncirində elmin yerinin müəy­yənləşməsi də elm­şü­nas­lıq üçün mühüm qay­naq istiqamətlərindən biridir. Bu sahədə ən ciddi təd­qiqatlar K.Marksa məxsusdur.0 K.Marks elmə iqtisadiyyat kon­tekstində baxmış və onu məhsuldar qüvvə kimi nəzərdən ke­çir­miş­dir. Amma XX əsrdə də elmin texnika və istehsalla qarşılıqlı münasi­bət­lə­rinə dair geniş miqyaslı tədqiqatlar aparılmışdır. 0

Elmin texnika ilə qarşılıqlı əlaqəsi və texniki elmlərin xüsusi statusu haqqında aparılan tədqiqatlar da elmşünaslığın mühüm mənbələri sırasına daxil­dir.0

Beləliklə, elmşünaslığın qarşısında duran vəzi­fə əslində sos­i­o­­­loq­la­rın, iqtisadçıların, fəlsəfə­çi­lərin, elm təşkilatçılarının tədqiqat pred­­metinə və fəaliyyət sahələrinə daxil olan müxtəlif xarakterli bi­lik­lərin bir araya gətirilməsi və daha mürəkkəb bir sistemdə bir­ləş­di­rilməsidir. Ancaq bu halda elmin inkişafını proq­­nozlaşdırmaq onu bir tərəfdən mədəniyyətin di­gər tərəfdən iqtisadiyyatın struk­tu­run­da yerini müəy­yən etmək, bütöv elm sisteminin öz alt sis­tem­lə­rinin əlaqəsini habelə hər bir alt sistemin öz daxili quru­luşunu üzə çıxarmaq mümkün ola bilər.




Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin