Səlmanın ziyarəti
Səlmanın uca məqamı və ruhu sağlığında olduğu kimi, ölümündən sonra da onun davamçıları və haqtələb insanlar üçün faydalı və ibrətamiz olmuşdur. Onun məzarının ziyarəti bərəkəti ilə də bir çox ibrətlər götürmək olar.
Səlmanın qəbri Mədaində, Dəclə çayının şərq sahilindədir. Bu məkanda Səlmanın ziyarəti onunla mənəvi bağlılığın bərqərarı, onun fəzilətlərinin dəyərlən-dirilməsi, onun elm və təqvasından ilhamlanmaqdır. Bu insan elə bir kamal mərtəbəsinə çatmışdır ki, Peyğəmbər (s) ailəsindən sayılmış, Məhəmmədi Səlman kimi tanınmış, “Səlman biz Əhli-beytdəndir” iftixarı ilə təltif olunmuşdur.
Mərhum Mühəddis Qummi “Məfatihul-cinan” kitabında Səlman üçün bir ziyarətnamə nəql etmişdir. Həmin ziyarətnaməni olduğu kimi zikr edirik:
Dostları ilə paylaş: |