Səlman farsi (İdeallarla tanışlıq)


Dərvişə baxmaqla kiçilməz insan



Yüklə 324 Kb.
səhifə11/16
tarix10.01.2022
ölçüsü324 Kb.
#107337
1   ...   8   9   10   11   12   13   14   15   16
Dərvişə baxmaqla kiçilməz insan,

Qarışqanı saydı böyük Süleyman.
Bir gün Səlman xidmətçisini iş dalınca göndərib, özü ev işlərinə məşğul olur. Belə bir rəftarın səbəbi soruşulduqda “bir nəfərə iki iş tapşırmağı sevmirəm.”1 Bəli, bu sayaq rəftarları və əxlaqı Səlmanı sevimli etmişdir. Ölümlə nəticələnən xəstəliyə yoluxduğu zaman xalq çox narahat olub, dəstə-dəstə onu yoxlamağa gəlir, səmimi qəlbdən Səlmana dua edirlər.

Səlman isə başqa bir dildara könül vermişdir. Onun qəlbində başqa bir eşq çağlayır. Elə bu eşq səbəbindən də dünyaya biganədir və həqiqət yolundan sapmır.

Səlmandan soruşulanda ki, rəyasətə nifrətinin səbəbi nə oldu, belə cavab verir: “Südəmərlik dövrünün şirinliyi, bu dövrdən ayrılmağın acılığı!” Yəni rəyasət və qüdrət bir gün fəna olub gedəsidir. Ötəri bir şeyə isə könül verməyə dəyməz. Rəyasət və hakimiyyətə aşiq olanlar süddən ayrılmaq istəməyən uşaq kimidirlər. Süddən ayrılmaq körpəyə necə çətindirsə, hakimiyyətdən ayrılmaq da rəyasətpərəst insana bir o qədər çətindir. Elə bir şeyə könül vermək lazımdır ki, əbədilik olsun!


Yüklə 324 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin