Səlman elm və bilikdə, ibadət və duada öncül olduğu kimi, döyüş meydanında da şücaət göstərər və əsgərlərin döyüş əhval-ruhiyyəsini qaldırırdı. Müsəlman qoşunun Dəclə çayından keçməli olduğu döyüşlərdən birində altmış nəfərdən ibarət atlı dəstə özünü suya vurub Allahın yardımı ilə çayı adlayır. Qoşun başçısının yanında olan Səlman ona deyir: “Müsəlmanlığı yenicə qəbul etmiş bu insanlar hələ ki günaha batmadıq-larından su onlara ram olmuşdur. And olsun o Allaha ki, Səlmanın canı onun əlindədir, bütün qoşun dəstə-dəstə bu çaydan keçəsidir.” Səlman atlı dəstələrin önündə gedir, əsgərləri ruhlandırır, onlarda arxayınlıq yaradırdı.