Universitetin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və yuxarı hesab edilir.Kəsri olan tələbələr bu fənni növbəti il təkrar götürə bilərlər.
Xor- Xor oxuma incəsənəti öz çoxəsrlik ənənələri və dərin mənəvi məzmunu ilə həm ifaçıların, həm də dinləyicilərin əxlaqi və intellektual əhval-ruhiyyəsinə güclü təsir edir, milli vokal və musiqi mədəniyyətinin etibarlı qalxanı sayılır, tələbələrin musiqi tərbiyəsini, ümumi mədəniyyətini yüksəldir və formalaşdırır. Musiqi və vokal istedadı olan tələbələrin xor mədəniyyətinə yiyələnməsi və oxuma bacarığının formalaşması Xəzər Universitəsinin Musiqi departamentində həyata keçirilir.Xor kollektivinin ifaçılıq məharəti təkmilləçdirilir, oxuma zamanı nəfəsalma və nəfəsvermə, xor terminləri və xor solfeciosu üzrə vokalizlərə böyük əhəmiyyət verilir.Zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi,tələbələrdə xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsi məqsədilə kurs təşkil olunur.