SəNDƏn payim



Yüklə 0,81 Mb.
səhifə1/18
tarix24.05.2018
ölçüsü0,81 Mb.
#51364
  1   2   3   4   5   6   7   8   9   ...   18


SƏNDƏN PAYIM

Azərbaycanlı şəhid Hacı Səttar İbrahiminin həyat yoldaşı Qədəmxeyir Məhəmmədinin xatirələri
Qələmə alan:....Behnaz Zərrabizadə

Tərcümə edən:...Zəhra Hüseynzadə



Kitаbın аdı:.........................Səndən payım

Tərcümə edən:.............Zəhra Hüseynzadə

Müəllif:..................... Behnaz Zərrabizadə

Çаp tаriхi:............................................2017

Çаp növbәsi:.....................................Birinci

Tirаj:.....................................................1000

Издательство «Свет»

Типография «Махаон», 2017
ISBN 4-11-000519-1
Mündəricat


Giriş 7

Birinci fəsil 11

İkinci fəsil 16

Üçüncü fəsil 18

Dördüncü fəsil 27

Beşinci fəsil 34

Altıncı fəsil 39

Yeddinci fəsil 43

Səkkizinci fəsil 48

Doqquzuncu fəsil 62

Onuncu fəsil 72

On birinci fəsil 80

On ikinci fəsil 93

On üçüncü fəsil 98

On dördüncü fəsil 105

On beşinci fəsil 126

On altıncı fəsil 150

On yeddinci fəsil 177

On səkkizinci fəsil 191

On doqquzuncu fəsil 199



Şəhid Hacı Səttar İbrahiminin, nəcabətli və dözümlü həyat yoldaşı Qədəmxeyir Məhəmmədinin müqəddəs ruhlarına və onların dəyərli övladlarına təqdim olunur!



Allah bu dözümlü və imanlı xanıma rəhmət eləsin! Allah o mücahid, ixlaslı və fədakar gəncə də rəhmət eləsin ki, sevimli yoldaşının çəkdiyi əzablar onu çətin cihadından döndərə bilmədi.

Bu iki böyük insanın övladlarının çəkdikləri əziyyətləri də dəyərləndirmək lazımdır.
Seyid Əli Xamenei, 2012

Ağa Teymur bir tabutu önümə qoyub dedi: “Səməddir”.

Hamı tabutun dövrəsinə yığışdı. Səmədin baş tərəfində mənə və uşaqlara yer qalmadı. Ayaq tərəfində oturub sakitcə ağladım və dedim: “Mənim səndən payım həmişə bu qədər olub; sonuncu adam, sonuncu baxış”.

...Həmişə xalqın idi. Onu aparırdılar; qüsülsüz-kəfənsiz. Dedim ki, uşaqlarımı gətirin. Onlar məndən atalarını istəyəcəklər. Qoyun görsünlər ki, ataları getdi və daha qayıtmayacaq!

Giriş


Dedim ki, bu qadının həyatını yazacağam. Artıq qərara gəlmişdim. Zəng vurdum. Dəstəyi özün götürdün. Yaşlı bir qadınla danışacağımı gözləyirdim. Lakin səsin çox gənc idi. Düşündüm ki, yəqin qızındır. Dedim: “Mən Hacı Səttarın xanımı ilə danışmaq istəyirəm”. Gülüb dedin: “Mənəm”.

Haqqında eşitmişdim. Hacı Səttarın şəhadətindən sonra əzab-əziyyətlə beş uşaq böyütmüsən.

Eşitmişdim.

Dedim özüdür ki var; mən bu qadının həyatını yazacağam. Hər şey düzəldi. Dedin ki, mən söhbətcil adam deyiləm. Lakin ilk görüşün vaxtını təyin etdin: 21 aprel 2009-cu il.

Alça mövsümü idi. Evinə gəlib qarşında oturur, səsyazan cihazı işə salırdım, sən də xatirələrindən, ata-anandan, gözəl kəndinizdən, uşaqlığından danışırdın. Nəhayət, mövzu Hacı Səttara və müharibəyə çatdı. Bunlar bir-birinə bağlı mövzular idi. Müharibənin ağır yükü kiçik evinə, sənin - Qədəmxeyir Məhəmmədinin arıq çiyinləri üzərinə düşmüşdü. Və bunu heç kəs anlamadı...

Sən danışır, mən dinləyirdim; güləndə gülür, ağlayanda ağlayırdım. Ramazan ayında müsahibə bitdi. Sevinirdin ki, oruclarını tutacaqsan. Axırda dedin: “Bir şey danışmaq istəmirdim, amma deyəsən, hər şeyi danışdım”. Mən səndən də çox sevinirdim. Müsahibələri köçürməyə getdim.

Danışdıq ki, xatirələri yazıb hazırlayandan sonra sənə verim, yaddan çıxanları əlavə edək. Lakin onda hər şey qarışdı.

Eşidən kimi yanına gəldim. Lakin bu dəfə kağızla yox, bir neçə kompot və meyvə şirəsi ilə. 30 dekabr 2009-cu il idi. Gördüm ki, çarpayıya uzanmısan. Gözlərin açıq idi, mənə baxırdın, amma tanımırdın. Şok içində idim. Dedim: “Qurban olum, Qədəmxeyir, mənəm, Zərrabizadə. Yadındadır, alça mövsümü idi, sən danışırdın, mən də alça yeyirdim? Alçanın turşluğunu bəhanə edib gözlərimi yumurdum ki, göz yaşlarımı görməyəsən. Axı qəm-kədərlərini təzələməyə gəlməmişdim!”

Deyirdin: “Sevinirəm ki, bu qədər ildən sonra bir qadın gəlib qarşımda oturub və bütün bu illərin tənhalığını danışmağımı istəyir; heç kimə demədiyim tənhalıq hekayəsini”. Deyirdin: “Sizinlə Hacı haqda danışanda yadıma düşür ki, ona necə də darıxmışam. Onunla səkkiz il yaşadım, amma üzünü doyunca görmədim. Digər ailələr kimi bir-birimizin yanında deyildik. Aşiq idik, amma həmişə uzaqda. İnanın ki, bu səkkiz ildə bir neçə ay ardıcıl olaraq bir-birimizin yanında olmamışıq. Hacı mənim həyat yoldaşım idi, amma təkcə mənim deyildi. Uşaqlarım həmişə onu istəyirdilər; həm həyatda olanda, həm də şəhadətindən sonra. Deyirdilər ki, ana, hamının atası məktəbə gəlib uşağını aparır, bəs bizim atamız niyə yoxdur? Deyirdim ananız ki var. Beş uşağı arxama salıb Xədicəni məktəbə aparırdıq. Məsumə günortadan sonra oxuyurdu. Günorta olanda beşimiz Xədicənin ardınca gedib məktəbdən gətirir və altımız Məsuməni məktəbə aparırdıq. Axşamüstü bu vəziyyət yenə də təkrar olunurdu. Və hər gün beləcə...”

Qarda evin damını və həyəti necə təmizlədiyini danışanda ağlayırdım.

Ey gözəl dostum! Uşaqlarını böyütdün, yeganə oğlunu evləndirdin, qızları bəxt evinə köçürdün. Sonuncudan nigaran idin.

Qalx, hekayən hələ bitməyib. Səsyazanı işə salmışam. Nə üçün danışmırsan? Niyə belə lal-dinməz mənə baxırsan?

Qızların ağlayırlar. Onlar deyirlər: “Biz yenicə öyrəndik ki, anamız son bir neçə ildə xəstə olub və narahat olmayaq deyə bizə heç nə deməyib. Deyirdi ki, siz indi rahat nəfəs alıb digərləri kimi yaşayırsız, mənim xəstəliyimə görə rahatlığınızın pozulmasını istəmirəm”. Bacın deyir: “Bu lənətə gəlmiş xəstəlik...”

Yox-yox, Qədəmxeyirdən başqa heç kimin danışmasını istəmirəm. Qədəm can, belə olmaz, sən həyat hekayəni tamamlamalısan. Hacı haqqında hər şeyi danışdın, növbə öz dözümlülüyünə, cəsarətinə, hövsələnə və fədakarlıqlarına çatanda xəstələnib sükut edirsən. Nə üçün məni tanımırsan?! Qalx, bu hekayə deyilməlidir. Qalx, səsyazanı işə salmışam, qarşında oturmuşam... Mənə belə lal-dinməz baxma!


Behnaz Zərrabizadə

Yay, 2011

Ad: Qədəmxeyir Məhəmmədi Kənan

Təvəllüd: 07.05.1962, Həmədan şəhəri, Qayış kəndi

Nikah: 1977

Vəfat: 07.01.2010

Ad: Hacı Səttar İbrahimi, Hüseyn köməkçiləri (Ənsarül-Hüseyn) diviziyasının 155-ci batalyonunun komandiri

Təvəllüd: 02.11.1956, Həmədan şəhəri, Qayış kəndi

Şəhadət: 03.03.1987, Şələmçə, Kərbəla-5 əməliyyatı


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin