Simpleks kanallar – veriliş bir istiqamətli aparılır.
Yarım dubleks kanal – veriliş növbə ilə iki istiqamətdə aparılır.
Dubleks kanal – veriliş eyni zamanda iki istiqamətdə aparılır.
Son zamanlar ORX – dan istifadə olunur. Şəbəkənin idarə olunmasıda 2 qrupa bölünür.
Şəbəkəli – informasiya seli idarə olunur
Aparatlı - ayrı – ayrı qurğular idarə olunur.
Diskret məlumat verilişi şəbəkələrinin təsnifatı
DMVŞ aşağıdakı əlamətlərə görə təsnifatlara bölünür.
Məlumatın növlərinə görə - teleqraf rabitəsi, verilənlərin ötürülməsi, faksimil rabitə. Bu rabitə növlərinin içərisində teleqraf şəbəkələri veriliş şəbəkələrinin ən klassik növləridir. Bu veriliş sistemlərində VS kiçik olur, elektromaqnit avadanlıqlarından istifadə olunur və informasiyanın ötürülməsində etibarlıq çox az olur.
Verilənlərin ötürülməsi şəbəkəsi avtomatik qurğularla təmin olunmuşdur. İnformasiya verilişlərində EHM – dən istifadə olunur. Bu sistemə xas olan xüsusiyyət veriliş sürətinin böyük olması, etibarlılıq ehtimallarının böyük olması, veriliş üçün rabitə kanallarının bütün növlərindən istifadə olunur.
Faksimal rabitə şəbəkələri isə hərəkətsiz təsvirlərin, mətnlərin, cizgilərin, fotoşəkil və qəzetlərin verilməsi üçün istifadə olunur.
Abonentin kataqoriyalarına görə 2 qrupa bölünür:
1. Ümumi xidmət DMVŞ 2. Müəssisə DMVŞ;
Veriliş sürətlərinə görə 3 qrupa bölünür:
Alçaq VS – 50-200
Orta sürətli şəbəkələr - 600-9600
Yüksək sürətli şəbəkələr – 10000 Kb/s.
Ölçülərinə görə 2 qrupa bölünür:
Dostları ilə paylaş: |