AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ
Sənədli elektrik rabitə sistemləri
və şəbəkələri
Müəllim: Kərimova Sədaqət
BAKI – 2015
Giriş
Cəmiyyət inkişaf etdikcə yaranan, verilən və emal olunan informasiyanın həcmi sıçrayışla artır. İstehsalatın avtomatlaşdırılması təsərrüfatın idarə olunması və onların müxtəlif sahələrinin planlaşdırılması, informasiyanın verilməsi və emal olunması prossesləri ilə sıx bağlıdır. İnformasiya verilişi ölkənin mədəni həyatında və əhalinin şəxsi ehtiyaclarını ödəməsində böyük rol oynayır. Cəmiyyətin kollektiv fəaliyyətinin intensivliyi verilən informasiyaların miqdarı ilə xarakterizə olunur. İnformasiyanın istifadəçilərə çatdırılması rabitə şəbəkəsi adlanan texniki komplekslə həyata keçirilir.
İnformasiya verilişini həyata keçirmək üçün analoqlu (məsələn, telefon, radio yayım və televiziya ) şəbəkələri yanaşı, həm də diskret məlumat verilişi şəbəkələri də fəaliyyət göstərir və inkişaf edir. Diskret məlumat verilişi şəbəkələrin I mərhələlərində kanal kommutasiyasından, sonralar isə məlumat kommutasiya üsullarından geniş istifadə olunurdu. Son illərdə DMVŞ – nın qurulmasında EHM – nin istifadəsi ilə əlaqədar olaraq onlarda paket kommutasiyalarından istifadə olunur.
Hal-hazırda sənədli elektrik rabitəsi şəbəkələri və sistemləri sənəd dövriyyəsinin təşkili üçün istifadə olunur və əvvəlki kimi öz vacibliyinin qoruyub saxlamışdır. Bununla sosial əhəmiyyətli ümumxidmət teleqram verilişi xidmətinin rolu müəyyənləşir. Rabitənin inkişaf sahəsindəki son nailiyyətlərdən biri informasiya verilişinin yeni xidmət növü olan telematik xidmətin yaranması və onların inkişafıdır.
Dostları ilə paylaş: |